Ргг тя’йини, тяркиб щиссяляри вя тяснифаты


Köklənmiş antenalı qəbuledicinin giriş dövrəsi



Yüklə 1,19 Mb.
səhifə3/5
tarix23.05.2023
ölçüsü1,19 Mb.
#120510
1   2   3   4   5
2.3.radioq-buledici qurgularin giris dovr-l-ri (1)

2.3. Köklənmiş antenalı qəbuledicinin giriş dövrəsi
Qəbuledicinin giriş dövrəsində sabit parametrli köklənmiş antenadan istifadə olunduqda güclü rabitə təmin etmək olar. Əgər minimal küy əmsalı almaq tələb olunursa, antenanın konturla rabitəsi optimaldan böyük olmalıdır. Maksimal ötürmə əmsalı almaq uçun isə rabitə optimal olmalıdır.
Optimal rabitə halında antenanın, konturun düyünlərinə hesablanmış keçiriciliyi konturun ümumi keçiriciliyinə bərabər olmalıdır: .
Güclü rabitə reallaşdırılarkən bir sıra çətinliklər yarana bilər. Bu çətinlikləri, magistral rabitəsi və televiziya qəbuledicilərinin giriş dövrələrində istifadə olunan, transformator rabitəsinin misalında nəzərdən keçirək (şək. 2.6).
Bu sxemdə dolaqlar arasında, parazit tutum rabitəsini yox etmək üçün, elektro­statiki ekran qoyulmuşdur.
Antenanın fiderlə və fiderin giriş dövrəsi ilə razılaşdırılması siqnal enerjisinin tamamilə qəbuledicinin girişinə ötürülməsini və qurğunun yüksək həssaslığını təmin edir. Bu halda (yəni olduqda) antena-fider sistemi qaçan dalğa rejimində işləyir və siqnal enerjisi əks olunmadan tamamilə qəbuledicinin girişinə ötürülür.

Antena-fider sisteminin giriş dövrəsi ilə razılaşma şərtlərini aşağıdakı kimi yazmaq olar:
1. Rəqs konturunun antena dövrəsinə daxil etdiyi aktiv müqavimət antenanın müqavimətinə bərabərdir:
, (2.3.1)
burada - konturun tam müqavimətidir.
2. Qəbuledicinin girişində reaktiv müqavimətin sıfıra bərabərliyi:
. (2.3.2)
Qarşılıqlı induktivliyin , göstərilmiş razılaşma rejimini təmin edən qiymətini təyin edək:
. (2.3.3)
(2.3.2) ifadəsindən:
. (2.3.4)
Beləliklə
, (2.3.5)

. (2.3.6)
Razılaşma rejimini təmin edən rabitə əmsalını təyin edək:
, (2.2.7)
burada - antena dövrəsinin sönmə əmsalı; kontu­run sön­mə əmsalıdır.
Giriş transformatorunun konstruksiyasını sadələşdirmək və dalğaları ara­sında minimal parazit rabitəni təmin etmək üçün adətən çalışırlar ki, olsun. Göstərmək olar ki, minimal rabitə əmsalı - almaq üçün olmalıdır. Bu halda
, (2.2.8)
Əgər rabitə dolağının induktivliyi düzgün seçilməzsə rabitə əmsalının qiyməti konstruktiv təmin oluna biləcək qiymətdən böyük ola bilər. Dolaqlar arasında konstruktiv təmin oluna biləcək rabitə əmsalının qiyməti həmişə vahiddən kiçik olur:
- ferrodielektrikdən hazırlanmış qapalı maqnit materiallı transformatorlar üçün ;
- elektrik ekranlı hava transformatorları üçün .
Razılaşma rejimini təmin edən rabitə dalağının induktivliyi aşağıdakı kimi təyin olunur:
.
Əgər olarsa,
. (2.3.9)



Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin