Reyhan Mirzəzadə azərbaycançiliq və



Yüklə 344 Kb.
Pdf görüntüsü
səhifə33/55
tarix05.03.2017
ölçüsü344 Kb.
#10068
1   ...   29   30   31   32   33   34   35   36   ...   55

ю  
400 ca
təsiri  altında  olmuşlar.  Hətta  Lev  Tolstoy  kimi  nəhəng 
dünya  yazıçısı  özünün  məşhur “Anna  Karenina”  romanını 
Puşkinin  əsərlərini  dönə  -  dönə  oxuduqdan  sonra  yaz­
mağa  ruhlandığını  etiraf  etmişdi.  Puşkin  isə  özünün 
böyük vəzifəsini  iftixarla tərənnüm edib yazmışdı:
Yayılıb  səsim tutar bu  böyük  Rusiyyəni,
Hər tayfa  öz dilində oxuyacaqdır məni.
Aleksandr  Sergeyeviç  Puşkinin  yaşadığı  dövrdə 
Rusiya  ictimai  -  siyasi  hadisələrlə  zəngin  idi.  Oyanan  rus 
xalqının  mədəniyyət  və  mənəviyyatında  həmin  illərdə 
olduqca  böyük  dəyişikliklər  meydana  gəlmişdi.  Bu  hadi­
sələr  Rusiyanın  hüdudundan  kənara  çıxmış,  beynəlxalq 
aləmə  səs  salmışdı.  O  zaman  Rusiya  bütün  Avropaya 
Napoleon  işğalından  nicat vermişdi.  1812-ci  il  müharibəsi 
Rusiyada  həmin  dövrə qədər görünməmiş  milli  iftixar hissi 
oyatmış,  rus  vətənpərvərliyini  qüvvətləndirmiş  və  Avro­
panı  zülm  altında  inlədən  Napoleon  üzərində  cahanşümul 
tarixi  qələbə  ilə  nəticələnmişdi.  Burada  kiçicik  bir  haşiyə 
ilə  Puşkindən  az  qala  əsr  yarım  sonra,  İkinci  Dünya  və 
Böyük  Vətən  müharibəsində  keçmiş  sovet  ölkəsinin 
xalqları  ilə  bərabər,  yenə  elə Avropanın  özündə yaranmış 
və  Avropanın  özünü  də  darmadağın  etmiş  alman 
faşizminə  qarşı  mübarizə  və  qələbədə  Rusiyanın  danıl­
maz  mövqeyini  yada  salmaq  istəyirəm.  Yada  salınası 
faktların  az  olmamasına  baxmayaraq,  yenidən  Puşkin 
dövrünə  qayıdıram.  Puşkinin  özü  bunu  aydın  ifadə  edə­
rək  demişöi:“Ruslar  öz  qanları  ilə  Avropa  üçün  azadlıq, 
şərəf və dinclik qazandılar”.
1812-ci  il  müharibəsi  Puşkinin  qəlbində  böyük  və­
tənpərvərlik  duyğusu,  öz  Vətəni,  onun  gələcəyi  üçün 
iftixar hissi  alovlandırmışdı. Aleksandr Sergeyeviç hələ  14
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
_____
Ю  
401
  G8

yaşlı  uşaq  ikən  böyük  rus  sərkərdəsi  Kutuzovun  vəfatını 
eşitdikdə,  qəmli duyğuları  ilə yazmşdı:
Qələbəylə,  şöhrətlə bəzənsə də  həyatı,
Vətənini  ağlatdı  Kutuzovun vəfatı.
Əbəs  ümid  bəsləyib,  əbəs sevinir cani 
Zənn edir yoxdur artıq  qarşısında  bir mane. 
Sıralar üzərində gəzəcək  ruhu onun 
Xalqın  içindən  çıxan  böyük Vətən  oğlunun.
Belə  oğul verən  xalq zənn  etmə ki,  xar olar,
Yeni  bir  rəhbər çıxar, Allah  bizə yar olar.
Şair  rus  torpağı  tarixinin  bu  şanlı  dövrünü  öz 
əsərlərində  dəfələrlə  tərənnüm  etmişdi.  O,  məşhur  “Yev­
geni  Onegin”  romanında  qədim  və  möhtəşəm  Moskvanın 
simasında  öz  xalqının  qüdrət  və  qüvvətini  qürur  hissi  ilə 
tərənnüm etmişdi:
Artıq,  Pyotr qəsri görünür,  budur!
Ağaclıq  içində qaranlıq  və tək 
Yaxın  keçmişilə fəxr edib  durur.
Bir son  səadətlə  nəşələnərək,
Napoleon elə zənn  etdi ki,  təkdir... 
önündə  Moskva diz çökəcəkdir,
Ona veriləcək  Kremlin açarı;
Xeyr!  Moskvanın qəhrəmanları 
Başını  əymədi  onun önündə.
Ona  bac vermədi mənim  Moskvam,
Onun  şərəfinə qurmadı  bayram,
Yanğın  hazırladı  ona o gündə!
O da fikirlərə daldı  heyrətlə,
Qorxunc  alovlara  baxdı  heybətlə.
_______________
Reyhan Mirzəzadə
________________
ю  
4-C2
 ce
Rus  xalqının  daxili  düşmənlərinə  qarşı  sonsuz 
nifrətini  gizlətməyən  Puşkin,  onun  xarici  düşmənlərini  də 
ifşa  edirdi.“Rusiyaya  böhtan  atanlara”  şeirində  Puşkin 
üzünü  müharibə  qızışdıran  ölkələrə  tutaraq  deyirdi:“Siz 
sözdə  müdhişsiniz,  özünüzü  işdə  göstərin.  Ruslar  qalib 
gəlməyi  yadırğamamışlar.  Yatağında  dinc  uzanan  cənga­
vər  Izmayil  uğrunda  döyüşdə  qələbəyə  yol  açmış  süngü­
sünü  yenidən  taxa  bilər.  Qəzəbdən  titrəyən  Kremldən 
başlamış  Çin  səddinədək  rus  torpağı  polad  süngülərlə 
parlayıb  ayağa qalxar.  Əgər tarixin dərsləri sizə  bəs deyil­
sə,  öz  qudurmuş  oğullarımızı  üstümüzə  göndərin.  Rusi­
yanın  çöllərində  sizə  tanış  olan  qəbirlər  arasında  onlara 
da yer tapılar!”.
“Rusiyanın gözləri sənə dikilmişdir.  Səni  sevirlər,  sə­
nə  inanırlar,  səndən  nümunə götürürlər”.  Bu  sözləri  1825- 
ci  ildə  dekabrist  şair  K.Rıleyev  Puşkinə  yazmışdı.  Bu 
sözlər  Puşkin  sənətinin  yüksək  qayə  və  əzəmətinə  işarə 
idi.  Dekabrist  A.  Bestujev  1833-cü  ildə  öz  dostu  N.  Pole- 
voya  məktubunda  Puşkin  haqqında  yazmışdı:  “Mənim 
adımdan  ona  deyin  ki,  sən  Rusiyanın  ümidisən”.  Böyük 
sənətkar haqqında  deyilmiş  bu  sözlər tarixi bir həqiqət idi. 
Əgər  dekabrist  Bestujev  Puşkini  Rusiyanın  ümidi  hesab 
etmişdisə,  Puşkin  isə  gələcək  nəsli  Rusiyanın  ümidi 
adlandırmışdı.  Puşkin  rus  poeziyasının  ən  yaxşı  milli 
ənənələrini  davam  və  inkişaf  etdirməklə  bərabər,  bu 
poeziyanı  dünya  səhnəsinə  çıxarmış  və  yeni  tipli  poeziya 
yaratmışdı.  Puşkinin  poeziyası  dünya  poeziyası  tarixində 
realizmin  qələbəsi  idi.  Real  varlıqdakı,  xalqın  gündəlik 
mübarizə  və  həyatındakı  şairanəliyi,  gözəlliyi  görmək, 
duymaq  bacarığı  Puşkinin  ən  gözəl  xüsusiyyətlərindən 
idi.  Şairin  realizminə  qüvvət  verən  bu  xüsusiyyət ən  yaxşı 
bir  ənənə  kimi  rus  ədəbiyyatının  inkişafında  böyük  rol 
oynamışdı.  Bu  cəhətinə  görə  Puşkin  bütün  dünya
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
to 
403 аз.

yazıçıları  və  şairləri  içərisində  fərqlənirdi.  Heç  bir  yazıçı 
və  şair  öz  xalqının  mənəvi  saflığını,  gözəlliyini  Puşkin 
kimi  məharətli  bir  şəkildə  təsvir  edə  bilməmişdi.İnsan 
qəlbini,  xüsusilə  rus  qəlbini  çox  gözəl  bilən,  rus  ruhunun 
sirlərinə,  incəliklərinə  dərindən  bələd  olan  Puşkin,  eyni 
zamanda  müqtədir  bir dil  ustası  idi.  Onun  dili  sadə,  təmiz 
və  ifadəlidir.  O,  zahiri  bəzək  və  dəbdəbə  ardınca  qaçmır, 
hər  şeydən  əvvəl,  mənaya,  fikrə  və  həyat  həqiqətinə 
əhəmiyyət  verirdi.  Şairin  müasiri  olan  yazıçı  N.V.  Qoqol 
yazırdı:“Puşkinin  adı  çəkiləndə  dərhal  fikrimizdə  rus  milli 
şairi  canlanır.  Onda  sanki  bir  lüğət  kimi  dilimizin  bütün 
zənginliyi,  qüvvəti  və  incəliyi  toplanmışdır.  O,  hamıdan 
artıq  dilimizin  hüdudunu  genişləndirdi,  onun  bütün 
vüsətini  göstərdi.  Puşkin  fövqəladə  bir  hadisədir və  bəlkə 
də  rus  ruhunun  yeganə  bir  hadisəsidino,  rus  adamının 
son  inkişaf nəticəsidir,  belə  bir adam  bəlkə  iki yüz il sonra 
yarana  bilər”.
‘‘Rus  şeirinin  günəşi”  adlandırılan  Puşkin  rus 
xalqında  tükənməz  yaradıcılıq  qüvvəti  olduğunu  hiss 
etmişdi.  Buna  görə  də  şair  həmişə  xalq  yaradıcılığına 
böyük  mənəvi  bir sərvət  mənbəyi  kimi  baxırdı.  Xalq  mah­
nıları,  nağılları,  atalar  sözlərini  həvəslə  və  diqqətlə  top­
layıb  öyrənən  şair,  buradakı  xalq  hikmətinə,  dərin  məna­
ya  heyran  olurdu.  Xalq  nağıllarının  hər  birini  "bir  poema" 
adlandırırdı.  O,  yazırdı  ki,  rus  dilinin  xüsusiyyətlərini  mü­
kəmməl  surətdə  bilmək  üçün  qədim  mahnıları,  nağılları 
və  s.  öyrənmək  lazımdır.  Puşkindən  sonra  yetişən  bütün 
rus  sənətkarlarının,  istər  şair  və  yazıçıların,  istərsə  də 
bəstəkar və  rəssamların  əsərlərində  biz  rus  ədəbiyyatının 
ölməz  dahisindən  şəfəqlər  görür,  onun  mövzularının  yeni 
üsulda  davamı  ilə  rastlaşır,  onu  bu  gün  də  müasirimiz 
hesab  edirik.  Bu  gün  Rusiyada  elə  bir  rəssam  yoxdur  ki, 
Puşkin  əsərlərinə  illüstrasiyalar  çəkməsin,  elə  bir  bəstə­
_______________
Reyhan Mirzəzadə
________________
so 
404 o
a
kar yoxdur ki,  Puşkinin  söz  sənətini  musiqi və  balet dilinə 
çevirməsin,  elə  bir  şair  və  yazıçı  yoxdur  ki,  onun  sənət 
çeşməsindən  su  içməsin.  Çünki  Puşkin  mənsub  olduğu 
xalqın  ruhunu,  mənəviyyatını  formalaşdıran  elə  bir sənət 
yaratmışdır  ki,  bu  sənət  güzgüsündə  xalq  özünü,  öz  milli 
varlığını  görmüş,  özünü  dərk  edib  tanımışdır.  Belinskinin 
“Yevgeni  Onegin”  mənzum  romanım  “Rus  həyatının 
namusu”  adlandırması  da  məhz  bununla  izah  olu­
nurdu.Puşkini  yalnız  rus  xalqı  üçün  deyil,  bütün  zəh­
mətkeş  xalqlar üçün  sevimli edən  hər şeydən  əvvəl,  onun 
böyük  insanpərvərliyi,  dərin  humanizmi  idi  O,  doğrudan 
da  böyük  vətənpərvər,  azadlıq  və  sülhsevən  bir  şair  idi. 
Rus  xalqının qabaqcıl fikirlərini  ifadə edən  Puşkin,  hər cür 
sinfi  və  milli  əsarətə,  köhnəliyə  düşmən  idi.O,  insanları 
hansı 
millətdən  olursa-olsun, 
azad, 
rahat  görmək 
istəyirdi.  O,  başqa  xalqları  əzən  çar  mütləqiyyətinə,  onun 
zülmkar  siyasətinə  düşmən  idi.  Şair  süngülər  və  dar 
ağacları  üzərində  qurulmuş  çar  mütləqiyyətini  “çürümüş 
bənd”  adlandırırdı. 
“Abidə”  adlı 
şeirində 
şair  öz 
yaradıcılığının  beynəlmiləl,  demokratik  bir ruhda  olmasını 
fəxrlə qeyd  edirdi:
Mənim  qəddar əsrdə  nəğməm  hürriyyət oldu,
Rübabımla oyatdım  incə-incə duyğular.
İstəyim  məzlumlara yalnız mərhəmət oldu,
Onunçun da xalq  məni hər zaman əziz tutar...
Puşkin  rus  ədəbiyyatı  üçün  bir  günəş  idi.  Bu  ürfan 
günəşinin  nuru  təkcə  rus  xalqına  və  rus  ədəbiyyatına 
deyil,  başqa  xalqların  mədəniyyətinə  də  ruh  verirdi.  Azər­
baycan  xalqının  mütərəqqi  düşüncəli  övladları,  ziyalı  və 
sadə  insanları  nəinki  Puşkini  yaxşı  tanıyır,  hətta  onu 
dərin  bir  məhəbbətlə  sevirdilər.  Sənətini  və  dühasını  yük­
sək  qiymətləndirirdilər.  Böyük  şairin  Qafqaz  haqqındakı,
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
so 
405
 ca

azərbaycanlıların  qoçaqlığı  barədəki  şeirlərini  də  sevə- 
sevə  oxuyurdular.Rus  ədəbiyyatını  maraqla  öyrənən 
Mirzə  Fətəli  Axundov  Puşkini  “şairlər  ordusunun  başçısı” 
adlandırmışdı.  Təsadüfi  deyildir  ki,  Puşkinin  ölüm  xəbə­
rinə  Lermontovdan  sonra  Axundov  həyəcanlı  bir  poema 
ilə münasibət bildirmişdi.  “Səbuhi"nin  kədərli,  eyni zaman­
da  qəzəbli  şeirləri  ilə  ağsaçlı  Qafqazın  Puşkinə  yas 
tutduğunu  bildirmişdi.  Hadisəni  sevimli  oxucularımın  bir 
daha  yaddaşında canlandırmaq  istəyirəm.
Puşkinin  son  illərdəki  ədəbi  və  mühərrirlik  fəaliyyəti 
mürtəce  dairələrdə  və  sarayda  böyük  narazılıqla  qarşıla­
nırdı.  Xüsusilə  I  Nikolay  şairin  özünü  müstəqil  aparma­
sından,  açıqfikirli  sözləri  və  şeirləri  ilə  heç  kəslə  hesab­
laşmaq  istəməməsindən  çox  narazı  idi.  Bu  narazılıq 
böyük  şairlə  hökmdar arasındakı  vəziyyətin  getdikcə  kəs­
kinləşməsinə  səbəb  olurdu.  Nəhayət,  bu  gərgin  vəziyyət 
son  həddinə  çatdı.  Çarın  satqın  nökərləri  gizli,  təhqiramiz 
məktublar vasitəsilə şairi  kübar  məclislərində tüfeyli  həyat 
keçirən  Dantes  adlı  bir  gənc  ilə  duelə  çıxmağa  məcbur 
etdilər.  Bu  dueldə  Dantes  Puşkini  ölümcül  yaraladı.  Üç 
gün  sonra,  1837- ci il fevralın  10 - da  Puşkin vəfat etdi.
Şairin  dörd  uşağı  var  idi.iki  oğlu,  iki  qızı.  Aleksandr 
Sergeyeviç  namərd  gülləsindən  öləndə  onun  böyük  qızı 
Mariyanın  hələ  beş  yaşı  tamam  olmamışdı,  kiçik  qızı 
Natalya  isə  doqquz  aylığında  idi.Rus  yazıçısı  və  filosofu 
Aleksandr  Ivanoviç  Gertsenin  sözləri  ilə  desək:“Puşkinə 
açılan  tapançanın  səsi  Lermontovun  ruhunu  ayıltdı”.  22 
yaşlı  gənc  Lermontov  böyük  şairin  ölümü  münasibətilə 
yazdığı  məşhur  “Puşkinin  ölümünə”  şeirində  çarın  ətra­
fında  toplanmış  “azadlıq,  şərəf  və  düha  cəlladlarını” 
qəzəb  və  nifrətlə  lənətlədi.  Puşkinin  ölüm  xəbərini  eşidən 
Qafqaz  isə  o  zaman  öz  kədərini  25  yaşlı  bayaq  qeyd 
etdiyim  kimi,  gənc  Səbuhinin  (Axundovun)  məşhur  “Şərq
_______________
Reyhan Mirzəzadə
________________
so 
406
 ca
poeması”  ilə  izhar  etdi.  Şairin  ölümünə  həsr  edilmiş 
poeziya  nümunələri  içərisində  ürək  ağrısı  ilə  yazılmış  bu 
iki  əsər  Puşkinə  olan  ümumxalq  məhəbbətinin  ən  gözəl 
ifadəsi  idi.  M.F.  Axundovun  poeması  rus  dilinə  tərcümə 
edildikdən  sonra  1837-ci  ilin  mart  ayında  “Moskovski 
nablyudatel”  jurnalında  dərc  edilmiş  və  rus  mətbuatında 
“ Böyük  rus  şairinin  məzarına  qoyulmuş  gözəl  bir  çiçək” 
kimi  qiymətləndirilmişdi.  Əgər  nəzərə  alsaq  ki,  Mixail 
Yuryeviç  Lermontovun  “Puşkinin  ölümünə"  şeiri  müəyyən 
səbəblərə  görə  hələ  o  zaman  mətbuata  yol  tapa  bilmə­
mişdi,  şeir əlyazması  halında  qorxulu  əsər kimi  əldən-ələ 
gəzirdi,  deməliyəm  ki,  Axundovun  poeması  dahi  rus 
şairinin  ölümü  haqqında  dərc  olunan  ilk  əsər  idi  Xal­
qımızın  parlaq  məfkurə  sahibləri  olan  ziyalılarından 
Abbasqulu  ağa  Bakıxanov,  Mirzə  Kazım  bəy,  Həsən  bəy 
Zərdabi,  Seyid  Əzim  Şirvani,  Nəcəf  bəy  Vəzirov,  Abbas 
Səhhət,  Cəlil  Məmmədquluzadə,  Əbdürrəhim  bəy  Haq­
verdiyev  rus  ədəbiyyyatımn  mütərəqqi  rolunu  başa  dü­
şüb,  Azərbaycan  ədəbiyyatını  da  bu  yol  ilə  inkişaf  etdir­
məyə çalışırdılar.
Ədəbiyyatımızda  və  ədəbiyyatşünaslıq  elmində  öz 
sözünü demiş və  imzasını təsdiqləmiş simalarımızdan  biri 
də  görkəmli  yazıçı,  pedaqoq,  filologiya  elmləri  doktoru, 
professor, böyük insan və şəxsiyyət Mir Cəlal  Paşayevdir.
Tanınmış  ədibin  yaradıcılığı  rus  ədəbiyyatı  ilə  sıx 
bağlı  idi.  Rus  xalqının  dahi  şairi  kimi  qiymət  verdiyi  A.S. 
Puşkinin  150  illik  yubileyinə  həsr  etdiyi  “Puşkin  və 
Azərbaycan  ədəbiyyatı” məqaləsində  (“Azərbaycan  gənc­
ləri”  qəzeti,  5  iyun  1949-cu  il)  Mir  Cəlal  yazırdı:  “Azər­
baycanda  Mirzə  Fətəli  ilə  başlayan  yeni  demokratik 
ədəbiyyat  böyük  rus  klassiklərinə,  onların  zəngin  sənə­
tinə  arxalanırdı...  Mirzə  Fətəli  Axundovdan  sonra  rus 
ədəbiyyatının  böyük  tərəqqipərvər  əhəmiyyətini  dərk
____
Azərbaycançılıa və vətənpərvərlik məfkurəsi
____
so 
407 ся

edən  və  o  yola  meyl  göstərən  şairlərdən  biri  də  Seyid 
Əzim  Şirvanidir.  Seyid  Əzimin  yeni  ədəbiyyata  doğru 
meylinin  ən  qüvvətli  nümunəsini  “Puşkinə  heykəl  qoyul­
ması  münasibətilə”  (1880)  yazdığı  şeirdə  görmək  olar. 
Həcmcə  kiçik  olan  bu  şeirdə  Seyid  Əzim  Puşkin  şeirinin 
“fərasətindən,  kamillik və şirinliyindən”  və şairin  məclisləri 
zinətləndirən  şeir  və  nəsrindən  bəhs  edir...  Məlumdur  ki, 
Seyid  Əzim  rus  dilini  və  ədəbiyyatını  yaxşı  bilmirdi.  Buna 
baxmayaraq,  o,  böyük  rus  şairinin  əsərlərini,  romanlarını 
öyrənməyə,  onlar  haqqında  ətraflı  məlumat  almağa 
çalışırdı.  Çünki  Seyid  Əzim  də  Puşkin  yolunu yeni,  həqiqi 
ədəbiyyat yolu sayırdı”.
Mir  Cəlal  Paşayev  daha  sonra  yazır  ki,  yalnız 
mərkəzdə,  böyük  şəhərlərdə  deyil,  Azərbaycanın  rayon 
mərkəzlərində  də  Puşkini  tanıyır  və  sevirdilər,  onun 
xatirəsini  əziz  tuturdular.  1899-cu  ildə  Puşkinin  anadan 
olmasının  100  illik  yubileyi  mədəniyyət  bayramına  çev­
rilmişdi.  Ədib  yazırdı:“1899-cu  ildə  mayın  26-da  Naxçı­
vanda  “Məktəbi-tərbiyə”  adlı  məktəbdə  Puşkinin  yubile­
yinə  həsr  edilmiş  xüsusi  təntənəli  yığıncaq  keçirilmişdi. 
Burada  ziyalılardan,  məktəblilərdən  başqa,  şəhər  əhali­
sinin  başqa  təbəqələri  də  iştirak  etmişdi.  Yığıncaqda 
qabaqcıl  maarifpərvər  müəllimlərdən  şair  Məmməd  Tağı 
Sidqi  şairin  həyat  və  yaradıcılığı  haqqında  məruzə  et­
mişdi.  Bu  məruzə  sonradan  "Puşkin”  adı  ilə  kitabça 
halında çap olunmuşdur”.
Məqaləsində  rus  ədəbiyyatından,  xüsusilə  Puşkin 
yaradıcılığından  Azərbaycan  dilinə  edilən  tərcümələrdən 
bəhs  edən  Mir  Cəlal,  Abbas  Səhhətin  adını  önə  çəkir. 
Yazır  ki,  bədii  tərcümə  sahəsində  çox  müvəffəqiyyətlə 
çalışan  şair  Abbas  Səhhət  dahi  rus  şairinin  əsərlərindən 
gözəl,  orijinal  tərcümələr  etmişdir.  A.Səhhətin  Puşkindən 
etdiyi  tərcümələr  içərisində  (‘ Uçqun  və  ya  uçurum”,  “Qış
Reyhan Mirzəzadə
_____________ _
в
ъ Ш с я
yolu”,“Qaraçılar"(bir  parça),“Suda  boğulmuş”,  "Gəzərəm­
sə"  və  s.)  "Qafqaz”  şeirinin  xüsusi  əhəmiyyəti  vardır. 
Puşkinin  bu  şeiri  o  zamandan  bəri  dərs  kitablarında 
təkrar  nəşr olunur.Mir  Cəlal  məqaləsini  bu  fikirlərlə  bitirir: 
“Puşkin  özünün  dahiyanə  əsərlərilə  yalnıız  rus  xalqının 
deyil,  Azərbaycan  xalqının  da  mədəniyyətinə,  ədəbiy­
yatına  böyük  xidmət  etmişdir  və  indi  də  etməkdədir. 
Puşkinin  mədəniyyət  və  ədəbiyyat  adamlarının,  Azər­
baycan  oxucularının  və  bütün  zəhmətkeşlərin  qəlbində 
doğurduğu  məhəbbət,  iftixar  hissi  təbii  və  qanunidir. 
Puşkin  böyük  qardaşımız  rus  xalqına  olduğu  qədər  bizə 
də doğma və əzizdir.  Puşkin  bizim də iftixarımızdır” .
Sevindirici  hal  kimi  yada  salmaq  istərdim  ki,  Mir 
Cəlalın  dediyi  kimi,  bizim  də  iftixarımız  olan  unudulmaz 
Puşkinin  doğum  günü,  yeni  təqvimlə  6  iyun  tarixi  2011-ci 
ildən etibarən  Rusiyada dövlət səviyyəsində  Rus dili günü 
kimi  qeyd  olunur.  Şairin vəfatı  -  10 fevral  tarixi ölkədə  hər 
il  Puşkinin anım günüdür.
Tanınmış  rus  tənqidçisi  Vissarion  Qriqoryeviç 
Belinski  hələ  “Ədəbi  düşüncələr”  məqaləsindən  sonra 
1835-ci  ildə  yazdığı  “Rus povesti və s.  Qoqolun  povestləri 
haqqında”  ikinci  məşhur  məqaləsində  “Xalq  yazıçısı 
kimdir?"  sualına  cavab  olaraq,  yalnız  N.V.Qoqolu  bu  bö­
yük  ada  layiq  görürdü.  Onun  povestlərinin  əsasında  hə­
yat  həqiqətlərinin  durduğunu,  onların  orijinallığını  və  xəl- 
qiliyini  qeyd  edirdi.  Belinski  Qoqolun  simasında  heç  kəsi 
təkrar  etməyən  son  dərəcə  orijinal,  realist  bir yazıçı  görür 
və  onun  Rusiya  üçün  çox  qiymətli  şəxsiyyət  olduğunu 
göstərirdi.  Daha  sonra,  1842-ci  ildə  Belinski  yazırdı: 
“Qoqolun  ümumiyyət  tərəfindən  ləyaqətlə  qiymətləndiril­
məsi  və  anlaşılması  üçün  hələ  çox  zaman  keçəcək  və 
çox yeni  nəsillər həyat səhnəsinə  gəlib - gedəcəklər”.
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
ю  
409 сл

Görkəmli  şair,  yazıçı,  dramaturq,  tənqidçi,  publisist 
Nikolay  Vasilyeviç  Qoqolun  bəşəriyyət  qarşısında  xid­
mətləri  böyükdür.  O,  rus  ədəbiyyatının  ən  böyük  düha­
larından,  klassiklərindən  biridir.  Sənət  aləmində  Puşkinlə 
yanaşı  olan  böyük yazıçı,  rus ədəbiyyatının  qüdrətini  qat- 
qat artırmış, onun şöhrətini bütün dünyaya yaymışdır.
Qoqol  vətənpərvər  bir  yazıçı,  öz  zəmanəsinin  açıq- 
fikirli  adamlarının  mənəvi  silahdaşı,  rus  xalqının  həqiqi 
oğlu  idi.  Qoqol  üçün  rus  torpağı,  Rusiya  hər şeydən  əziz 
idi.  O,  deyirdi  ki,  ürəyimdə  yalnız  Rusiya,  təkcə  gözəl 
Rusiya yaşayır...
Qoqol  rus  xalqının  qüdrətinə,  Rusiyanın  məğlub­
edilməz  olduğuna  böyük  inam  bəsləyirdi.  Yazıçının 
sənətinin  gücü  onun  dərin  realizmində  idi.  Əlbəttə,  bu 
realizm  öz-özünə təşəkkül tapmamışdı.  Bu  realizmi təmin 
edən  sənətkarın  yorulmaq  bilməyən  həyat  müşahidələri 
və  malik  olduğu  zəngin  həyat  təcrübəsi  idi.  Xalqın  həyatı 
ilə  dərindən,  daimi  və  ardıcıl  surətdə  tanış  olmağa  can 
atmaq  həmişə  Qoqolu  düşündürən  əsas  vəzifələrdən  biri 
idi.  Hələ  kamil  bir  sənətkar  olduğu  zamanlarda  belə, 
Qoqol  xalq  həyatı  haqqında  bildikləri  ilə  kifayətlənmirdi. 
Qoqol  belə  hesab  edirdi  ki,  xalqın  həyatı  ilə  qısa  müddətə 
belə,  əlaqəsini  kəsən  yazıçı  böyük  sənət  əsərləri  yarada 
bilməz.  1847-ci  ildə  Qoqol  tanışlarının  birinə  yazırdı: 
“Mənə  hələ  çoxlu  bilik  toplamaq  lazımdır,  mənə  Rusiyanı 
yaxşı  bilmək  lazımdır...  Mənim  əzizim,  incəsənət  böyük 
işdir...  Yaradıcılıq  qabiliyyəti  böyük  qabiliyyətdir...  Bu 
qabiliyyətdən  bir  hissə  də  məndə  var.  Mən  yaxşı  bilirəm 
ki,  bu  qabiliyyəti  lazım  olan  yerə  və  tələb  olunan  qədər 
işə  sərf etməsəm,  xilas  ola  bilmərəm,  rahat  ola  bilmərəm. 
Lakin  bunu  da  bilirəm  ki,  mən  bu  qabiliyyəti  düzgün  bir 
yolda  işlətmək  üçün  ancaq  o  zaman  özümdə  qüvvət  hiss 
edə  bilərəm  ki,  mənim  ağlım  iş  haqqında  tam  aydınıq
_______________
Reyhan Mirzəzadə
_______________ _
ю  410 oa
əldə  edə  bilsin...  Mənim  obrazlarım  canlı  çıxmaz,  əgər 
mən  onları  bizim  materialdan,  bizim  torpaqdan  qur­
masam.  Mən  elə  obrazlar yaratmalıyam  ki,  bizlərdən  hər 
kəs  dərindən  hiss  etsin  ki,  bu,  onun  ətindən,  qanından 
götürülmüşdür;  ancaq  belə  olduğu  halda  o,  yuxudan 
ayılar,  ancaq bu zaman o,  başqa adam ola bilər”.
Qoqol  haqqında  Mir  Cəlalın  yazdıqları  ilə  tanış 
olaq:(“Böyük  realist”  məqaləsi,  “Kommunist”  qəzeti,  4 
mart  1952-ci  il)  “Hələ  15-16  yaşlarında  məktəbli  olduğum 
zaman  həyat  və  məişətdən,  həqiqi  ictimai  münasibət­
lərdən,  canlı  insanlardan  danışan  hekayələri  maraqla 
oxuyardım.  Nədənsə  o  zaman  bu  hekayələrin  müəllifi  ilə 
heç  də  maraqlanmazdım.  "Şinel"  hekayəsini  məhz  bu 
illərdə  (1924-1925)  yazıçılıq  ilə  heç  bir  əlaqəm  olmadığı, 
yazmağı  heç  fikrimə  də  gətirmədiyim  zamanlar  oxumu­
şam.  Hekayənin  qəhrəmanı,  ömrü  boyu  kağızları  köçür­
məkdən  nəinki təngə  gəlməyən,  hətta  bu  işdən  qəribə  bir 
həzz  duyan  Akaki  Akakiyeviç  Başmaçkin  indi  də  yadım­
dadır.  O  zaman  bu  tipi  mən  qəribə,  bəlkə  də  əyləncəli, 
ələsalmaiı  adam  kimi  təsəvvür  edirdim.  Onun  “İnşallah 
sabah  da  üzünü  köçürməyə  kağız tapılar” - deyə,  gecələr 
də  keçirdiyi  “həsrətə"  təəccüb  edirdim.  Sonralar,  məndə 
yazmaq  həvəsi  doğandan,  əlimə  qələm  alandan  sonra, 
məhz  öyrənmək  üçün  böyük  rus  ədəbiyyatının  A.Puşkin, 
A.Çexov,  M.  Qorki  kimi  nümayəndələrilə  yanaşı,  Qoqol 
yaradıcılığına  da  müraciət  edəndə,  bu  hekayəni  təkrar 
oxuyanda,  gördüm  ki,  burada  mətləb  yalnız  bir  kargü- 
zarın  məsələsi  deyil.  Yazıçı  çox  böyük  bir  məsələni- 
insanda  qeyri-insanilik  törədən,  insan  ləyaqətini  alçaldan, 
adi  adamları  möhtac,  ağır vəziyyətə salan,  təhqir edən  bir 
mühiti  və  münasibəti,  əslində  isə  ictimai  bir  faciəni  gös­
tərmiş,  haqsızlıq,  zülm  və  istismar  dünyasını  satira  atə­
şinə tutmuşdur”.
Yüklə 344 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin