Referat Tələbə: Nemetli Elcan Qrup: M710a1 Kurs: II müəllim: Məmmədov Çingiz baki 2021


* Bəzi hallarda silahın çapının ölçüsü hər hansı bir nisbi kəmiyyəti ifadə etmək üçün istifadə olunur



Yüklə 0,71 Mb.
səhifə4/5
tarix20.05.2023
ölçüsü0,71 Mb.
#118275
növüReferat
1   2   3   4   5
referat

* Bəzi hallarda silahın çapının ölçüsü hər hansı bir nisbi kəmiyyəti ifadə etmək üçün istifadə olunur.

** Obtyurasiya (latınca «obturo» - bağlamaq) odlu silahlardan atəş aparma zamanı barıt qazlarının axmasının qarşısını almaq məqsədi ilə lülə kanalının kipləşdirilməsinə deyilir.

Bəzi növ və xüsusilə qısa məsafələrə atəş aparmaq üçün nəzərdə tutulmuş güllə-lərdə (tapança, revolver və s.) quyruq hissəsi olmur (şək. 24, d).


Müasir güllələrin quyruq hissəsinin uzunluğu 0,5-1 çapa qədər olur.
Güllənin quyruq hissəsi, konus bucağı 6-9° bucaq arasında dəyişən kəsik konus formasında olur. Bu da gülləyə aerodinamik baxımdan axarlı forma verir, bu isə öz növ-bəsində uçan güllənin dibinin arxasında yaranan havasız sahənin və havanın burulmasını azaldaraq güllənin sabit uçuşunu təmin edir. Güllənin quyruq hissəsinin olması onun uçuş məsafəsini artırır.
Güllənin ümumi uzunluğu onun sabit uçuşunun təmin olunma şərtləri ilə məh-dudlaşır və adətən 5 çapdan çox olmur.

  1. Adi güllələr

Adi güllələr (şək. 24) bimetal örtükdən, polad və ya qurğuşun özəkdən ibarətdir. Polad özəkli güllələrdə əlavə olaraq özək ilə örtüyün arasında qurğuşun köynək yerləşir.
Örtük - gülləyə lazımı forma vermək, qurğuşun köynəyi və özəyi quraşdırmaq, həmçinin atəş zamanı gülləni silahın lüləsinin yivləri boyu etibarlı aparmaq üçün təyin olunmuşdur. Örtük hər iki tərəfindən «tompak» adlanan bimetal ərinti ilə örtülmüş və soyuq yayma üsulu ilə emal olunmuş «P11» markalı azkarbonlu poladdan hazırlanır. Tompak adlanan bimetal ərinti 89-91% misdən və 9-11% sinkdən ibarətdir. Tompak - güllənin örtüyünü korroziyadan qorumaq üçün nəzərdə tutulmuşdur. Bundan başqa tompak, örtüyün istehsalını asanlaşdırır və güllə ilə lülənin divarları arasındakı sürtün-məni azaldaraq lülənin yeyilməsini azaldır.

Şəkil 24. Adi güllələr:
a – yüngül polad özəkli güllə «LPS»; b – yüngül güllə «L»; c – ağır güllə «D»;
d – qurğuşun özəkli tapança gülləsi «P» ; 1 – örtük; 2 – qurğuşun köynək;
3 – polad özək; 4 – qurğuşun özək

Müasir güllələrin örtüyünün qalınlığı güllənin çapının 0,06-0,08 hissəsini təşkil edir.


Adi güllələr örtüyün konstruksiyasına görə «yarım» və «bütöv» örtüklü güllələrə bölünürlər. Örtüyün konstruksiyasından asılı olaraq güllələrin hədəfə göstərdiyi təsir dəyişir və bu səbəbdən yarım örtüklü güllələr «ekspansiv», bütöv örtüklü güllələr isə «ekspansiv olmayan» təsirli güllələr qruplarına bölünürlər. Ekspansiv güllələrin canlı hədəflərə göstərdiyi təsirin ağır yaralarla nəticələnməsi səbəbindən ekspansiv güllələrin istifadə olunmasına müəyyən məhdudiyyətlər qoyulub*.

* Haaqada keçirilən Beynalxalq Sülh Konfransında qəbul olunmuş 29 iyul 1899-cu il tarixli «Örtüyü asan açılan və yastılanan güllələrin istifadə olunmaması haqqında dekla-rasiyanın» tələblərinə uyğun olaraq Deklarasiyanı imzalamış dövlətlər arasında aparılan müharibələrdə ekspansiv (yarım örtüklü və örtüksüz) güllələrin istifadə olunmasına qa-dağa qoyulub.


Ekspansiv güllələr adətən ov və idman atıcı silahları üçün nəzərdə tutulmuş patronlarda tətbiq olunur. Bu növ patronlarda yarımörtüklü və ya örtüksüz (yalnız qurğuşun özəkdən ibarət olan) güllələr istifadə edilir. Qeyd etmək lazımdır ki, bir çox dövlətlərinin polis qüvvələrində ekspansiv gülləli patronların istifadə olunmasına qadağa qoyulmayıb.

Köynək – «S3» və «S4» markalı qurğuşundan və ya qurğuşunun antimon ilə ərin-tisindən hazırlanır. Köynək, güllənin ağırlıq mərkəzinin düzgün yerləşməsini və özəyin örtüyün içində quraşdırma kipliyini təmin edir. Bundan başqa köynək, silahın lülə ka-nalının yeyilməsini azaldır. Müasir adi güllələrdə polietilendən hazırlanmış köynəklər geniş yayılmışdır.


Adi güllələrdə tətbiq olunan özək qurğuşun ilə antimonun ərintisindən (ərintinin içində antimonun miqdarı 1-2% təşkil edir) və poladdan hazırlanır. Polad özək daha qiy-mətli qurğuşun-antimon ərintisini əvəz edərək güllənin dəlmə qabiliyyətini artırır.
7,62 mm tüfəng patronlarında tətbiq olunan adi güllələr öz çəkisinə görə yüngülağır güllələrə bölünürlər.
Eninə yüklənmə kəmiyyəti (güllənin çəkisinin onun en kəsiyinin sahəsinə olan nis-bəti) 22 q/sm2 və daha az olan güllələr – yüngül, 25 q/sm2 və daha çox kəmiyyətdə olan güllələr isə ağır güllələrə aid edilir.
Yüngül güllələr yüksək başlanğıc sürətinə malik olmasına baxmayaraq öz sürət-lərini tez itirir və bu səbəbdən onlardan yalnız kiçik məsafələrdə əlverişli istifadə etmək olar. Ağır güllələr böyük çəkisinə və əlverişli xarici görünüşünə görə 4000 m-ə qədər məsafələrdə öz məhvetmə qabilliyətini saxlayırlar. Yüngül güllələrə nisbətən az başlanğıc sürətlə atılan ağır güllələr 500 m-dən və daha çox məsafələrdə daha düz uçuş trayekto-riyasına malikdir. Bu səbəbdən ağır güllələrdən uzaq məsafələrdə hədəfləri məhv etmək üçün təyin olunmuş dəzgahlı pulemyotlarda əlverişli istifadə etmək olar.
Qısa şərti adları olan adi «L» (L), «D» (D) , «LPS» (LPS) tipli güllələr 7,62 mm tüfəng patronlarında, «PS» (PS) tipli güllələr – 5,45 mm və 7,62 mm 1943-cü il nümunəli patronlarda, «R» (R) tipli güllə – revolver patronunda, «P» (P) və «Pst» (Pst) tipli güllələr isə 7,62 mm və 9 mm tapança patronlarında tətbiq olunur.
7,62 mm tüfəng patronlarında tətbiq olunan ağır «D» tipli güllənin zirvəsinə – sarı, 1978-ci ilə qədər istehsal olunmuş yüngül polad özəkli «LPS» tipli güllənin zirvəsinə isə gümüş fərqləndirici rəngi vurulur.
Hal-hazırda yüksək effektivliyə malik olan fərdi qorunma vasitələrinin (zirehli ciletlərin) geniş tətbiq olunması ilə əlaqədar adi gülləli ştat patronlarında istifadə edilən güllələrin hədəfə göstərdiyi təsir azalıb. Bu səbəbdən yeni «yüksək dəlmə qabiliyyətli» adi gülləli patronlar layihə olunmuşdur. Yeni növ patronlar sırasında 5,45 mm yüksək dəlmə qabiliyyətli gülləli patronu «PP» (PP), 7,62 mm yüksək dəlmə qabilliyətli gülləli tüfəng patronunu «PP» və 9 mm yüksək dəlmə qabilliyətli gülləli tapança patronunu qeyd etmək olar.

Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin