Referat Tələbə: Nemetli Elcan Qrup: M710a1 Kurs: II müəllim: Məmmədov Çingiz baki 2021



Yüklə 0,71 Mb.
səhifə2/5
tarix20.05.2023
ölçüsü0,71 Mb.
#118275
növüReferat
1   2   3   4   5
referat

Taktiki təyinatına görə döyüş patronları adixüsusi gülləli patronlara bölü-nürlər.

      1. Adi gülləli patronlar düşmənin açıq və yüngül sığınacaqlar arxasında yer-ləşmiş canlı qüvvəsinə və zirehsiz texnikasına zərər vurmaq üçün təyin olunmuşdur.

      2. Xüsusi gülləli patronlar düşmənin döyüş texnikasını sıradan çıxarmaq, yüngül zireh arxasında yerləşmiş canlı qüvvəsinə zərər vurmaq, açıq və yüngul zireh ar-xasında yerləşmiş yanacaq materiallarını alışdırmaq, hədəfgöstərmə atəşi aparmaq, atəşə düzəliş və siqnal vermək üçün təyin olunmuşdur.

Xüsusi güllələr öz növbəsində təsir etmə üsuluna görə xüsusi və kombinə edilmiş təsirli güllələrə bölünürlər.
Xüsusi təsirli güllələrə zirehdələn, izburaxan və yandırıcı güllələr aiddir.
Kombinə edilmiş təsirli güllələrə zirehdələn-yandırıcı, zirehdələn-izburaxan, zirehdələn-yandırıcı-izburaxan və hədəfgöstərici-yandırıcı güllələr aiddir.

  1. Köməkçi patronlar şəxsi heyəti patronlarla davranış qaydalarını öyrətmək və atıcı silah nümunələrini sınaqdan keçirmək üçün nəzərdə tutulmuşdur.

Köməkçi patronlara boş (imitasiya atəşi aparmaq və tüfəng qumbaralarını at-maq), təlim, maket, idman-təlim (məqsədli), nümunəvi, yoxlama (gücləndirilmiş atımlı və yüksək təzyiqli) patronları aiddir.

  1. Gilizin olmasına görə patronlar gilizligilizsiz patronlara bölünürlər.

Gilizsiz patronlarda giliz şəklində olan barıt atımı, güllə və alışdırma vasitəsi xü-susi yanan yapışdırıcı maddə ilə birləşdirilmişdir. Burada Almaniyanın «Xekler və Kox» (Heckler und Kox) firmasının istehsal etdiyi Q11 tipli avtomatik tüfəngdə tətbiq olunan 4,73x33 mm-lik DM11 tipli gilizsiz patronu (şək. 22) qeyd etmək olar.

  1. Silah növlərinə məxsus olmasına görə patronlar aşağıdakı növlərə bölünür:

  1. tapança patronları (tapança, bəzi növ revolverlər və tapança-pulemyotlar üçün). Məsələn, 9x18 mm tipli tapança patronu – PM tapançasında, RSA «Kobalt»


*Belçikanın «Fabrik Nasional» (FN Fabrique National Herstal) firması tərəfindən layihə edilmiş və istehsal olunan 15,2 mm-lik patron göstərilən tərifdən istisna təşkil edir. Bu patronda tətbiq olunan güllələrin konstruksiyası aparıcı kəmərciyin olması ilə fərq-lənirlər.


**Kiçik çaplı artilleriya toplarına – çapı 20 mm-dən 75 mm-ə qədər, orta çaplı artil-leriya toplarına isə 76 mm-dən 152 mm-ə qədər olan toplar aiddir.
revolverində və PP-19 «Bizon-2» tapança-pulemyotunda tətbiq olunur;

  1. revolver patronları (revolverlər üçün);

  2. avtomat patronları (avtomatlar, əl pulemyotları və bəzi növ karabinlər üçün). Məsələn, 7,62x39 mm 1943-cü il nümunəli patron - AKM avtomatında, RPD əl pulemyotunda və SKS karabinində tətbiq olunur;

  3. tüfəng patronları (tüfənglər, karabinlər, əl, dəzgahlı, universal və tank pulem-yotları, həmçinin snayper tüfəngləri üçün). Hal-hazırda bu növ patronlar pulem-yotlarda geniş tətbiq olunduğuna görə onlara çox vaxt tüfəng-pulemyot patronu deyilir. Məsələn, 7,62x54R mm tipli tüfəng patronu – 7,62 mm 1891/30-cu il nümunəli tüfəngdə, 1944-cü il nümunəli karabində, PKM pulemyotunda və SVD tipli snayper tüfəngində tətbiq olunur;

  4. iri çaplı patronlar (iri çaplı pulemyotlar və iri çaplı snayper tüfəngləri üçün); məsələn, 12,7x108 mm tipli patron NSV-12,7 tipli iri çaplı pulemyotda və V-94 (OSV-96) tipli iri çaplı snayper tüfəngində tətbiq olunur.



Şəkil 22. 4,73x33 mm-lik DM-11 tipli gilizsiz döyüş patronu:
a – patronun ümumi görünüşü; b – patronun en kəsiyi; 1 – plastmas ucluq;
2 – güllə; 3 – barıt atımı; 4 – mis qapağa preslənmiş gücləndirici tərkib;
5 – kapsul-alışdırıcı

Avtomat patronları öz növbəsində kiçik impulsluaralıq patronlara bölü-nürlər.


Silahdan atəş aparma zamanı əmələ gələn təpmə impulsu, tüfəng patronlarından istifadə etdikdə əmələ gələn təpmə impulsundan 2-3 dəfə az olduğu halda tətbiq olunan patronlara «kiçik impulslu» patronlar deyilir. Kiçik impulslu patronlara AK74 avtoma-tında tətbiq olunan 5,45x39 mm patronu aid etmək olar.
Konstruktiv ölçülərinə və ballistik xassələrinə görə tapança patronları ilə tüfəng patronları arasında aralıq yer tutan patronlara «aralıq» patronlar deyilir. Bu növ pat-ronlara AKM avtomatında tətbiq olunan 7,62x39 mm patronları aid etmək olar.


  1. Yüklə 0,71 Mb.

    Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin