Referat mövzu: Sumqayıt şəhərinin ekoloji problemləri və onun həlli yolları Fakültə: Uçot-iqtisad Qrup: 494



Yüklə 41,74 Kb.
səhifə7/7
tarix31.03.2023
ölçüsü41,74 Kb.
#91934
növüReferat
1   2   3   4   5   6   7
referat 323

4)Ekoloji problemlərin həlli
Problemlərin həlli istiqamətində görülən tədbirlər nəticəsində yığılıb qalmış və məişət tullantıların ümumşəhər məişət zibilxanasına daşınmasının, yandırılmasının eləcə də kanalizasiyaya axıdılmasının qarşısı əsasən alınmışdır. Lakin, məsələnin həlli axıra çatdırılmadığından həmin tullantılar hazırda müəssisədaxili və müəssisələr arası ərazilərdə qeyri-mütəşəkkil yığılır və ətraf mühiti çirkləndirir.

Şəhərdə tullantılar üçün 3 sahənin («Azərboru» i/b-nin marten şlakının rayonlararası təmizləyici qurğusunun şlamının və ümumşəhər məişət tullantılarının yığıldığı sahələr) olması tullantıların yığılması, saxlanılması ilə bağlı problemləri qismən həll edir.


Son illər xammalla təchizatın məlum çətinlikləri ilə bağlı tullantıların təkrar emalı və istifadəsinə diqqət artırılmışdır. Bu sahədə Superfosfat, Səthi Aktiv Maddələr, Sintezkauçuk, Üzvi Sintez zavodlarının və eyni zamanda işlədiyi dövrlərdə Azərboru i/b-nin, məişət kimyası və kompressorlar zavodlarının fəaliyyətləri əhəmiyyətli hesab edilməlidir. Belə ki, həmin müəssisələrdə əmələ gələn bir sıra tullantılar təkrar emalı qaytarılaraq, ya xalq istehlakı mallarının istehsalına istifadə olunmuş, ya da xammal kimi başqa müəssisəyə satılmışdır.


Müəssisələrin layihələrində əmələ gələn və utilizasiya olunmayan bərk toksiki tullantıların basdırılması və anbarlaşdırılması nəzərdə tutulmadığından uzun illər ərzində ətraf ərazilərə atılaraq qalaqlanmış tullantıların ümumi miqdarı təqribən 5,0 mln. tondur. Müvafiq saxlama şəraiti olmadığından həmin tullantıların tərkibi aşınmış, bir sıra hallarda qarışıq şəkildədir, ilkin tərkib göstəricilərinə uyğun gəlmir, təkrar emal qabiliyyətini itirmişdir.


Yuxarıda göstərilənlərlə əlaqədar şəhər ərazisində qalaqlanmış həmin tullantıların inventarizasiyası tərkiblərini analitik təhlili ekoloji ziyanlı təsir arialının istifadəyə qaytarılma imkanlarının müəyyən edilməsi mühüm ekoloji-iqtisadi əhəmiyyətli tədbirdir. Almaniyanın Lüdviqshafen şəhəri mütəxəssisləri ilə bu məsələlər üzrə əməkdaşlıq aparılır. İşin ilkin mərhələsi kimi tullantılarla çirkli ərazilərin xəritələşdirilməsi işinə artıq başlanılmışdır.


Sumqayıt şəhərində ildə təqribən 450 min m3 məişət tullantısı əmələ gəlir və həmin tullantılar SFZ rayonundakı ümumşəhər məişət zibilxanasına daşınır. Qeyd edilməlidir ki, zibilxanaya uzun illər ərzində sənaye məişət tullantıları, inert-tikinti materialları tullantılarının külli miqdarda atılmasına yol verilmişdir. Ümumiyyətlə isə zibilxanalarda gələcəkdə bu tullantıların növləşdirilməsi, ayrılması və emal məqsədilə saxlanılması üçün heç bir tədbir nəzərdə tutulmamışdır. Məişət tullantılarını emal edən qurğunun tikintisi isə bu günə kimi həyata keçirilməmişdir. Hazırda şəhərdə 1999-cu ildən məişət tullantıların yığılması və daşınması üzrə Azərbaycan – Almaniya birgə ekoloji xidmət müəssisəsi (ADES) fəaliyyət göstərir. Qeyd edilməlidir ki, müəssisə tərəfindən istər məişət tullantıların daşınmasının təşkilində, istərsə də ümumşəhər zibilxanasında məqsədyönlü tədbirlərin həyata keçirilməsində müsbət irəlləyişlər olmuşdur.


Sumqayıt şəhəri və qəsəbələri ərazisində məişət tullantılarının 240-yığım yerləri vardır. Bunların 210-u mütəşəkkil yığım yerləridir. Ötən illər ərzində mütəşəkkil yığım yerləri sayı və zibil qutularının sayı artırılmışdır. Hazırda mütəşəkkil yığım yerlərində qutuların sayı 1000-dən çoxdur. Lakin bir sıra hallarda tullantıların yığılıb daşınmasında nöqsanlara, yol verilir, bəzi hallarda müəssisə və təşkilatlar «ADES» firmasının xidmət haqlarını ödəmədiklərindən tullantıların daşınması ləngiyir.


Tullantıların emalı qaruğusunun tikilib istismara verilməsi qarşıda duran zəruri tədbirlərdəndir.

Sumqayıt şəhəri Respublikamızda yüksək şəkildə yaşıllaşdırılmış şəhərlər sırasındadır. Adambaşına yaşıllıq təqribən 35 m2-dır. Lakin bu norma həddindən (50m2) azdır. Ərazinin cəmi 10%-i yəni 950 (1792 hektar bağçılıq təsərrüfatından əlavə) hektarı yaşıllaşdırılmışdır. Müəssisələrin sanitar mühafizə zolaqları yaşıllaşdırılmamışdır. Yerli iqlim və qeyri münbit torpaq şəraiti yaşıllaşdırılmanın inkişafını çətinləşdirən əsas səbəblərdəndir. Şəhərdə yaşıllaşdırma sahəsində hər il genişmiqyaslı işlər aparılır, yəni park xiyabanlar salınır. Bataqlıq və digər yararsız ərazilər rekultivasiya edilir və yaşıllaşdırılır.


Şəhərdə 2007-ci il ərzində büdcədən yaşıllaşdırma işlərinə 1436265,0 min manat o cümlədən yaşıllığın əsaslı təmirinə 60000 min, aqrotexniki xidmət işlərinə 1376265,0 min manat xərclənmişdir. Ərazidə 2005-ci il ərzində 10150 ədəd ağac, 1150000 mövsümi və 420000 ədəd çoxillik güllər əkilmiş 3,43 hektar yeni yaşıllıq sahə yaradılmış, suvarma xətləri çəkilmişdir.


Lakin qeyd etmək lazımdır ki, şəhərdə bəzi hallarda yaşıllığın məhvinə yol verilməsi torpaqların zəbt edilməsi və korlanması hallarına ərazidə qeyri-qanuni tikintilər aparılması hallarına da yol verilir.


4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumu olaraq şəhərdə ətraf mühitin mühafizəsi və Təbii Sərvətlərdən istifadə sahəsində dövlət nəzarətini həyata keçirir.


Şöbə tərəfindən 2007-2008-ci illər ərzində yuxarıda göstərilən və digər qanunpozma halları ilə əlaqədar 114 akt və protokollar tərtib olunmaqla icra üçün 85 məcburi göstəriş verilmiş 77 nəfər cavabdeh fiziki şəxs 16,2 mln manat inzibati qaydada cərimə edilmiş, təbiətə vurulan ziyana görə hüquqi və fiziki şəxslərə 417,945 mln. manat iddia 33,101 mln. mann ödənc tətbiq edilmişdir. Hüquq mühafizə orqanlarına 11 iş, məhkəmələrə 18 iş göndərilmiş, 2 obyektin fəaliyyəti dayandırılmışdır.


Keçmiş SSRİ-nin təhlükəli kimyəvi zavodları ilə zəngin olan sənaye şəhəri Sumqayıtda bu gün təhlükəli müəssisələrin 95 faizi işləmir, lakin buna baxmayaraq, şəhərdə ekoloji problemlər mövcuddur.


Şəhərdə fəaliyyət göstərən Ekologiya təşkilatı tərəfindən «Sumqayıt şəhərində 2003-2010-cu illərdə icrası nəzərdə tutulmuş «ekoloji tədbirlər proqrammı» işlənib hazırlanmışdır. Proqram ümumşəhər əhəmiyyətli və sənaye müəssisələri üzrə olmaqla sayca 118 prioritet əhəmiyyətli kompleks tədbirlərin icrasını o cümlədən sənaye və məişət tullantıları ilə bağlı məsələlərin həllini əhatə edir. Bu kompleks ekoloji proqramın tərtibində şəhərin bütün müəssisə və təşkilatlarının iştirakı təmin edilmiş, hər bir konkret tədbirin icrasına konkret cavabdehlər müəyyənləşdirilmiş və şəhər Icra Hakimiyyəti Başçısı tərəfindən təsdiq edilmişdir. Icra vəziyyəti daim nəzarətdədir. Məlum səbəblərlə bağlı bir sıra istehsal obyektlərinin işləməməsi və şəhərdə görülən


proqram üzrə digər həyata keçirilən çoxsaylı tədbirlərlə bağlı ətraf mühitə ziyanlı müdaxilələr əvvəlki dövrlərlə müqayisədə 10 dəfələrlə azaldılmışdır. Əgər əvvəllər ildə dənizə ekstremal yüksək çirkli şəkildə 600 min m3 həcmdə çirkli sular axıdılırdısa indii bu rəqəm 2005-ci ilin yekununa görə 76,3 min m3 olmuşdur. Atmosferə tullantılar ildə 200 min tondan 31,9 min tona qədər azalmışdır. Heç bir çirkləndirici komponentin şəhər atmosferində fon qatılığı indi norma həddini aşmır. Bərk tullantılar miqdarı ildə 300 min tondan 3868 tona yenmişdir. Xüsusilə sənaye tullantılarının istifadəsi və onlardan xalq təbabəti malları istehsalı geniş fürsət alıb. Hətta bu şəhərdə hamıya məlumdur ki, əvvəllər əraziyə atılmış tullantıların böyük əksəriyyəti yığılıb təkrar istifadəyə qaytarılmışdır.
Yuxarıda Adı çəkilən Dövlət proqramında sənaye müəssisələrində istehsal texnologiyalarının təkmilləşməsi nəzərdə tutulur ki, bu da öz növbəsində gələcəkdə ekoloji təhlükəsizliyə ciddi təminat verir. Yeni istehsal obyektlərinin tikintisi, texnologiyaların təkmilləşdirilməsi – layihə-texniki sənədlərin Dövlət Ekoloji Ekspertizasında keçirilməsi zərurətini yaradır və şəhərdə bu istiqamətdə işlər gücləndirilir.
Sonda isə mən bildirmək istəyirəm ki, bizlər nəinki, Sumqayıtın ekoloji problemlərinini dərindən öyrənib, onların həlli istiqamətində addımlar atmalıyıq,hətta bütün Azərbaycanımızın ekoloji prablemlərini öyrənməli,onları həll etməli və yeni ekoloji problemlərin yaranmasının qarşısını almalıyıq.Unutmamalıyıq ki, Vətənimizin hər bir təbii resursu , hər bir təbii komponenti bizim üçün qədimdən qalan bir əmanətdir və biz onlardan səmərəli istifadə edərək ,qoruyaraq gələcək nəsillərə çatdırmalıyıq!
Yüklə 41,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin