Referat mövzu: Sumqayıt şəhərinin ekoloji problemləri və onun həlli yolları Fakültə: Uçot-iqtisad Qrup: 494



Yüklə 41,74 Kb.
səhifə4/7
tarix31.03.2023
ölçüsü41,74 Kb.
#91934
növüReferat
1   2   3   4   5   6   7
referat 323

a)Atmosferin çirklənməsi-Sumqayıtda fəaliyyət göstərən "Azəraliminium" ASC atmosferin çirklənməsinin ən əsas səbəblərindən biridir.Bu zavod ərazidə yaşayan əhali arasında narahatçılılıq yaradib.Çünki onlar zavodun təsirindən nəfəs ala bilmir. Müəssisədə zərərli maddələrin və qazların tutulması üçün bir dənə də olsun qurğu quraşdırılmayıb. Bu isə real ekoloji təhlükənin yaranmasından xəbər verir". Hökumət bu istiqamətdə ciddi iş aparır: "Bu məqsədlə beynəlxalq ekspertlərlə danışıqlar aparılır. Hazırda Dünya Bankının Qlobal Ətraf Mühit Fondunun müəyyən vəsaitləri cəlb olunmaqla orada müəyyən işlərin görülməsi nəzərdə tutulur.

Həmin dövrdə şəhərin yaşayış rayonu atmosferində flüorlu birləşmələrin qatılığı qeyri əlverişli meteoroloji şəraitlərdə (küləyin surətinin olmadığı yaxud zəif 0,2 m/saniyə, nəmliyin yüksək olduğu şəraitdə) 8-12 dəfə sanitar normalar həddini aşması qeydə alınırdı. Elə əsasən müəssisənin ekoloji ziyanlı və iqtisadı səmərəsiz istismarı ilə əlaqədar yeri Ekologiya təşkilatı tərəfində aidiyyati qurumlarla razılaşdırılmaqla 2 aprel 1989-cu ildə Alüminium zavodunun birinci seriyası (həmin seriyaya daxil olan 1-ci və 2-ci elektroliz korpuslarındakı 160 elektroliz vannası) birdəfəlik istismardan çıxarıldı və polmblaşdırıldı. Eyni zamanda 2-ci elektroliz seriyasının istismarına yalnız o şərtlə icazə verildi ki, hazırlanmış kompleks ekoloji tədbirlərin icrası müəssisə (o cümlədən keçmiş ittifaqın «Əlvan Metallurgiya Nazirliyi) tərəfindən həyata keçirilsin. Qaztəmizləyici qurğunun tikintisini də nəzərdə tutan həmin tədbirlər icra olunmadı. Sonrakı dövrlərdə isə ölkədə baş verən məlum hadisələrlə əlaqədar Alüminium zavodu istehsal fəaliyyətini davam etdirə bilmədi bütövlükdə dayandırıldı.


İstismara buraxıldıqdan sonra müəssisənin ekoloji fəaliyyətinin araşdırılması məqsədilə 4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi tərəfindən müəssisədə iki

dəfə kompleks yoxlama-monitorinq keçirilmişdir. Müəssisədə 2003-cü ildə aparılan yoxlama ilə aşkar edilən nöqsanların aradan qaldırılması üçün verilən məcburi göstərişin (15.09.03 32-A saylı) əksər tələbləri yerinə yetirilməmişdir. Təkrar yoxlama ilə (İqtisad İnkişaf Nazirliyi nümayəndəsinin iştirakı ilə keçirilmişdir) müəssisədə inzibati-iqtisadi sanksiyalar tətbiq edilsə də, lakin müəssisədə vacib ekoloji əhəmiyyətli texniki tədbirlər icra edilmədiyindən (köhnə avadanlıq və köhnə texnologiya ilə istismar qalır, elektroliz sexi üzrə qaztəmizləyici qurğu tikilməmişdir, glinozem güllərinin aspirasiya sistemi təmin edilməmişdir və s.) müəssisə tərəfindən atmosferin yüksək səviyyədə çirklənməsi davam edir. Küləyin bütün istiqamətlərində müəssisənin təsir radiusunun və təsir səviyyəsinin tədqiqi aparılmışdır. Müəssisənin özündə tullantıların atılmasının miqdarı və tərkibinin idarə olunması üçün texniki imkanlar olmadığından ətraf ərazilərdə yaranan çirklənmə səviyyəsi əsasən meteoroloji şəraitlə (əsasən küləyin surəti və istiqaməti) ilə müəyyən edilir.


Məlum olduğu kimi küləksiz şəraitlə çirklənmə mənbəyinin yaratdığı çirklənmənin yerüstü maksimal səviyyəsi əsasən mənbəyin hündürlüyünün 20-40 misli qədər mənbədən aralı məsafələrdə müşahidə olunur. Nəzərə alınsa ki, müəssisənin tüstü borusunun hündürlüyü 120 metrdir, yuxarıda göstərilən nəzəri mülahizə üzrə maksimal yerüstü qatılıq 2,4-4,8 km məsafələrdə olacaq. Həmin məsafə ilə yaşayış və sənaye rayonunun yerləşdiyi əraziləri əhatə edir. Eyni zamanda vəziyyəti xüsusilə mənbəyə yaxın ərazilərdə və o cümlədən bui şlə tədqiq olunan müəssisələrin ərazisində gərginləşdirən amil odur ki, müəssisənin zərərli tullantıları mütəşəkkil şəkildə tüstü borusuna yönəldilmir. Belə ki, müəssisənin gilinozem güllərindən və elektroliz korpuslarından çıxan zərərli qazlar əsasən yaxın ərazilərdə, o cümlədən tədqiq olunan qonşu müəssisələr ərazisində küləyin istiqamətindən və zəif surətli olmasından asılı olaraq yüksək fon qatılıqlar yaradır.


Sumqayıt şəhər sənaye müəssisələrin görə stasionar çirkləndirmə mənbələrindən atmosferə atılan tullantıların illik ümumi miqdarı 31,9 min ton təşkil edir.


Sənaye müəssisələrində atmosferi çirkləndirici stasioar mənbələrin sayı 2573 ədəddir, onlardan 2251 ədədi mütəşəkkil, 322 ədədi qeyri-mütəşəkkil mənbələrdir. Qaz-toz təmizləyici qurğuların sayı 331-dir ki, onlardan 150-i normal vəziyyətdə istismar edilmiş, digərləri isə istehsal sahələrinin fəaliyyət göstərmədiklərinə görə hazırda istismar olunmur.


Qeyd etmək lazımdır ki, şəhərdə fəaliyyət göstərən Alüminium zavodunun bütün fəaliyyəti dövründə ətraf mühitə zərərli təsirləri, şəhər atmosferinin ümumi çirklənməsində xüsusi çəkisi həmişə yüksək olmuşdur. Belə ki, 80-90-cı illərdə şəhər müəssisələrinin hamısının fəaliyyətdə olduğu dövrdə müəssisənin şəhər atmosferinin çirklənməsində payı 25-30% səviyyəsində olmuşdur. Əvvəllər Superfosfat zavodunda Alüminium-flüorid sexinin istismarda olduğu nəzərə alınmaqla, flüorlu birləşmələrlə şəhər ərazisi atmosferinin çirklənməsində Alüminium zavodunun payı 90-95%-dən çox olmuşdur.



Yüklə 41,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin