Referat mövzu: Sumqayıt şəhərinin ekoloji problemləri və onun həlli yolları Fakültə: Uçot-iqtisad Qrup: 494


)Sumqayıt şəhərinin əsas ekoloji problemləri



Yüklə 41,74 Kb.
səhifə3/7
tarix31.03.2023
ölçüsü41,74 Kb.
#91934
növüReferat
1   2   3   4   5   6   7
referat 323

2)Sumqayıt şəhərinin əsas ekoloji problemləri

Sumqayıtın ekoloji problemləri ətraf mühitin həddən artıq çirklənməsi,yaşıllıq sahələrinin kütləvi surətdə məhvi,dəniz qumlarının icazəsiz olaraq tikinti şirkətləri tərəfindən istifadəsi və s.dir.Bunlarla yanaşı Sumqayıtda fəaliyyət göstərən zavodlarda 1970-ci illərin qurğularından istifadə olunması və onların müasir standartlara cavab verməməsi,tullantıların birbaşa dənizə axıdılması şəhərdə ekoloji gərginlik yaradır.


Sumqayıtdakı kimya sənayesi müəssisələrinin sovet dövründən yığılıb qalmış zərərli tullantıları bu gün də əhalinin sağlamlığına, ətraf mühitə mənfi təsir göstərir. Sumqayıtdakı ekoloji problemlər həm atmosferə atılan tullantılar, həm çirkab suları, həm torpaq, həm də adambaşına düşən yaşıllığın miqdarının azalması ilə bağlıdır.Sumqayıtdakı sənaye müəssisələrində atmosferi çirkləndirən stasionar mənbələrin sayı 2573-dür. Burada qaz -toz təmizləyici qurğuların sayı 331-dir ki, onların da yalnız 150-si normal vəziyyətdədir, qalanları işləmir. Sumqayıtda ətraf mühitə atılan tullantıların çoxunu karbon qazı təşkil edir. Bura Alüminum zavodu tərəfindən atmosferə atılan təhlükəli kükürd-oksid, hidrogen-flüorid, hidrogen-ftorid, digər toksiki tullantıları da əlavə etmək olar. Sumqayıtda külli miqdarda zərərli tullantılar təmizlənmədən Xəzərə axıdılır.Sumqayıtdakı ekoloji problemlərin böyük əksəriyyəti sovet dövründən miras qalıb, hazırda atmosferi, əsasən, Alüminium zavodunun buraxdığı təmizlənməmiş qazlar və «Azkompozit» müəssisəsinin tullantılarının müvafiq poliqonda yandırılması zamanı ayrılan qazlar çirkləndirir. Sovet dövründən qalmış 200 min ton civə slamının yalnız 40 min tonunun müvafiq poliqonda dəfn olunur.

Şəhərin ən ciddi və uzun müddət həllini tapmayan ekoloji problemlərdən biri SAM zavodu ərazisində 200 min tona qədər şlamın açıq duz anbarında saxlanması, köhnə elektroliz sexi ərazisində civə ilə çirkli sahənin olması və bu səbəbdən mühitin civə ilə çirklənməsi olmuşdur.


Ölkə prezidenti bu problemlə bağlı tədbirin icrasını maliyyələşdirmək məqsədilə Beynəlxalq Bank qarşısında məsələ qaldırmışdı və Beynəlxalq Bank Respublikada bir neçə vacib ekoloji tədbirin maliyyələşməsi – (Abşeron torpaqlarının neftdən təmizlənməsi Neftçalada Balıqartırma zavodun tikintisi) o cümlədən Sumqayıtda civəli tullantıların basdırılması üçün xüsusi poliqon tikintisinə 8,3 min dollar həcmində güzəştli kredit ayrılmışdır.


Artıq bu poliqonun tikintisi Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səyi, rəhbərliyi ilə dünya standartları səviyyəsində baş çatdırılıb oraya rahat yol çəkib və civəli şlamın basdırılmasına başlanılmışdır. Lakin uzun illərdir ki, civə ilə çirklənmənin mənbəyi olan civə üsullu xlor istehsalatının civəsiz istehsal texnologiyasına keçirilməsi üçün «Azərikimya» Dövlət Şirkətinin apardığı işlər praktik nəticə verməmişdir.


Azərbaycan Yaşıllar Partiyası tərəfindən aparılmış Sumqayıt şəhəri və ətraf ərazilərdə ekoloji vəziyyətin monitorinqininin nəticələrinə görə, Sumqayıtda və ətraf ərazilərdə gərgin ekoloji durum müşahidə edilib. Şəhər əhalisi gecələr zəhərli qazların təsirindən nəfəs ala bilmir.Yerli əhali hətta boğulma hallarının olmasını təsdiqləyib.


Bundan başqa Sumqayıt-Xırdalan və Abşeron ərazisində yaşıllıq sahələri kütləvi surətdə məhv edilir. Partiyanın iddiasına görə, Sumqayıt və ətraf ərazilərdə son bir


ildə yüzlərlə hektar yaşıllıq sahəsi məhv edilib.Sumqayıt-Abşeron ərazisində istehsalat sahələrində əmələ gələn zəhərli, toksiki tullantılar qanunsuz olaraq Sumqayıt səhərinin məişət tullantıları poliqonuna daşınır və orada yandırılır. «Alüminium zavodundan çıxan 3000 tondan artıq tullantılar Sumqayıt şəhərinin məişət tullantıları poliqonuna haqqı ödənilməklə daşıtdırılır


Deməli, insanların laqeyd münasibəti şəhərimizin ekoloji vəziyyətinin gərginləşməsinin əsas səbəblərindən biridir.
Maraqlı faktı qeyd edim ki,Nyu-York şəhərində yerləşən “Blacksmith institute” təşkilatı qlobal çirklənməyə dair “30 çirkli yer” adlı hesabatında Sumqayıt şəhərini 7 ölkənin «10 ən çirkli şəhəri» siyahısına salıb. . Bu siyahıya əsasən, Sumqayıt dünyanın 10 ən çirkli şəhəri içərisində Ukrayna Çernobılından sonra ikinci yeri tutur.müşahidələr zamanı Sumqayıt şəhərində əsas çirkləndiricilərdən olan tozun orta sutkalıq qatılığı 1,3 dəfə, azot 4-oksid və hidrogen flüorid 2,2 dəfə, xlor isə 2,7 dəfə YVQH-nin keçməsi müşahidə olunmuşdur.



Yüklə 41,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin