Referat mövzu: Dünya iqtisadiyyatının inkişafında təbii ehtiyatların rolu Müəllim: Dadaşov İlham


Dünya iqtisadiyyatının formalaşması



Yüklə 133,21 Kb.
səhifə3/7
tarix13.12.2023
ölçüsü133,21 Kb.
#176402
növüReferat
1   2   3   4   5   6   7
referat 2286

Dünya iqtisadiyyatının formalaşması.Dünya təsərrüfatı XIX əsrin sonu XX əsrin əvvəllərində formalaşmağa başlamışdır. Bu dövrdə istehsal və kapital təmərküzləşmiş və bu təmərküzləşmədən doğan inhisarlar meydana gəlmişdi; bank kapitalı ilə sənaye kapitalının qovuşması nəticəsində maliyyə kapitalı və maliyyə oliqarxiyası yaranmışdı; əmtəə ixracından fərqli olaraq kapital ixracı böyük əhəmiyyət kəsb edirdi. XIX əsrin sonlarında kapitalist ölkələrinin iqtisadi inkişafının başlıca xüsusiyyəti ayrı-ayrı müstəqil müəssisələrin azad rəqabətinə əsaslanan kapitalizmdən tədricən inhisarçı kapitalizmə keçilməsi ilə müəyyən olunurdu.XIX əsrin sonlarında dünya üzrə sənaye məhsulu istehsalı 3 dəfədən çox artmışdı. Məhsuldar qüvvələrin sürətli inkişafı maşınlı sənayenin sahə strukturunda ciddi dəyişikliklərə səbəb olmuşdu. XIX əsrin sonu XX əsrin əvvəllərində dünya iqtisadiyyatında sürətli inkişafı ilə seçilən ölkələr ABŞ və Almaniya olmuşdur. Bu ölkələr sənaye istehsalının ümumi həcminə görə İngiltərə və Fransanı qabaqlayırdı. Artıq bu dövrdə ABŞ dünyada birinci sənaye dövlətinə çevrilmişdi.
Lakin müasir dünya təsərrüfatı XX əsrin əvvəllərindəki səviyyədən çox-çox irəli getmiş və inkişaf etmişdir. İndi dünya iqtisadiyyatı daha vahid və bütöv xarakterə malikdir. Belə ki, müasir dünya iqtisadiyyatında sənayecə inkişaf etmiş ölkələrin, inkişaf etməkdə olan ölkələrin, yeni sənaye ölkələrinin, keçid dövrü yaşayan ölkələrin iqtisadiyyatları əks olunur və qlobal dünya iqtisadiyyatı formalaşır. Qloballaşma beynəlxalq əmək bölgüsü və istehsalın beynəlmiləl xarakteri ilə səciyyələnir və bazar iqtisadiyyatı prinsiplərinə əsaslanır.
Dünyada mövcud olan hər bir ölkə bu və ya digər xüsusiyyətləri özündə əks etdirməklə bir-birindən sosial-iqtisadi quruluş, inkişaf səviyyəsinə, təbii ehtiyatlarla zənginliyinə, iqtisadi strategiyaya və s. görə fərqlənirlər. Dünya ölkələri cəm halda, qarşılıqlı fəaliyyətdə, beynəlxalq əmək bölgüsü əsasında mövcuddurlar və inkişaf edirlər.
Dünya iqtisadiyyatı beynəlxalq əmək bölgüsü sistemi əsasında yaranan milli təsərrüfatların iqtisadi və siyasi münasibətlərinin məcmusu olmaqla, bu təsərrüfatlar arasında hərtərəfli əlaqəyə əaslanan beynəlxalq iqtisadi münasibətlər sistemidir.
Dünya iqtisadiyyatı iqtisadi və siyasi kateqoriya olmaqla vahid bir sistem təşkil edir. Bu sistem müəyyən nizama və qaydaya əsaslanmaqla ümumi bir məqsədə xidmət edir. Dünyada mövcud olan ayrı-ayrı dövlətlər, beynəlxalq təşkilatlar və transmilli kompaniyalar dünya iqtisadiyyatının subyektlərini təşkil edir.
Dünya təsərrüfat sisteminə fəal surətdə qoşulmaqla dünya ölkələri özlərinin müvafiq ehtiyatları olmadan cəmiyyətin tələbatını daha dolğun ödəmək istəyirlər.Bu problemlərin həlli ilə yanaşı bu ölkələr özlərinin beynəlxalq əmək bölgüsündə malik olduqları üstünlükləri reallaşdırmaq imkanı əldə etmiş olurlar.Bu baxımdan Azərbaycan respublikasında həyata keçirilən sosial iqtisadi siyasətin strateji istiqamətlərindən biri də ölkə iqtisadiyyatının dünya təsərrüfatı sisteminə səmərəli şəkildə inteqrasiya olunmasını təmin etməkdir.
2.Dünya iqtisadiyyatının mahiyyəti və inkişaf mərhələləri. Müasir dövrdə dünyada geniş vüsət alan qloballaşma prosesi, təsərrüfat həyatının beynəlmiləlləşməsi, beynəlxalq əmək bölgüsünün dərinləşməsi milli iqtisadiyyatların dünya təsərrüfat münasibətlərinə daha sıx qoşulmasına səbəb olur və ölkələr arasında qarşılıqlı əlaqə və asılılıqları daha da gücləndirir. Dünyada heç bir ölkə beynəlxalq əmək bölgüsündə (BƏB) fəal iştirak etmədən, beynəlxalq iqtisadi münasibətlər (BİM) sisteminə qoşulmadan öz normal inkişafını təmin edə bilməz. Qeyd etmək kifayətdir ki, dünya istehsalının 20%-dən çoxunu təmin edən ABŞ kimi supergüc polada olan daxili tələbatın 20%-ni, geyim üzrə 1/3-ni, videotexnika üzrə 100%-ni idxal hesabına ödəyir. Təcrübə göstərir ki, müxtəlif ölkələrdə avtarkiyaya meyl (şəxsi qüvvələrə arxalanma) milli strukturların inkişafdan qalmasına və əhalinin yoxsullaşmasına səbəb olur. Misal üçün Şimali Koreyanı və Kubanı göstərmək olar. Səmərəli coğrafi mövqeyə və əlverişli təbii resurslara malik olan bu ölkələr iqtisadi inkişaf səviyyəsinə görə ölkələrin siyahısında axırıncı yerlərdədirlər.
Təbii ki, bu proses birmənalı deyil. İqtisadiyyatın beynəlmiləlləşməsi ilə yanaşı milli iqtisadiyyatın da inkişafı vacibdir. Bu isə ayrı-ayrı ölkələrin maraqları arasında arasıkəsilməz ziddiyyətlərin meydana gəlməsinə gətirib çıxarır.
Milli iqtisadiyyatlar arasında reallaşan müasir BİM-in xüsusiyyətlərinin öyrənilməsi ilk növbədə BİM-in nəzəriyyə və praktikasının əsas anlayışlarından olan “Dünya iqtisadiyyatının” və ya “Dünya təsərrüfatının” mahiyyətinin dərk olunmasını, onun təşəkkül tarixinə və inkişaf mərhələlərinə nəzər yetirilməsini tələb edir.
Dünya təsərrüfatı – qarşılıqlı əlaqə və asılılıqda olan, BƏB və BİM sisteminə qoşulmuş milli iqtisadiyyatların məcmusudur. Burada söhbət milli iqtisadiyyatların sadəcə mexaniki cəmindən getmir. Məhz beynəlxalq əmək bölgüsü və kooperasiyası və BİM sisteminə qoşularaq qarşılıqlı əlaqə və asılılıqda olan milli təsərrüfatların vəhdəti dünya iqtisadiyyatını təşkil edir. Dünya təsərrüfatı çox sürətlə dəyişən dinamik bir sistemdir və bu qlobal sistem iki alt sistemin vəhdətini təşkil edir: milli iqtisadiyyatlar və onları bütöv sistemlə əlaqələndirən BİM. Beləliklə, dünya təsərrüfatı daim hərəkdə olan, inkişaf edən beynəlxalq əlaqələrə və mürəkkəb qarşılıqlı təsirlərə malik, bazar iqtisadiyyatının obyektiv qanunları əsasında fəaliyyət göstərən milli iqtisadiyyatların məcmusudur. Bu məcmu əsasında həddən artıq ziddiyyətli, bununla yanaşı, az və ya çox dərəcədə vahid dünya iqtisadi sistemi formalaşır.
Dünya iqtisadiyyatının mühüm tərkib hissəsi kimi beynəlxalq əmək bölgüsü və beynəlxalq valyuta-kredit və maliyyə münasibətləri əsasında təşəkkül tapan dünya bazarı çıxış edir. Mal və xidmətlərin mübadiləsi sistemini təşkil edən dünya bazarı XVIII əsrin sonlarında ölkələr arasında ticarətin artması və beynəlxalq ticarət dövriyyəsinə bütün yeni dövlət və ərazilərin qoşulması nəticəsində formalaşmışdır.
Özünün formalaşması və inkişafında dünya təsərrüfatı uzun və mürəkkəb yol keçmişdir. Qeyd etmək lazımdır ki, dünya iqtisadiyyatının formalaşması və inkişafı prosesi BİM-in təkamülü ilə sıx əlaqədardır. BİM dünya təsərrüfatının təşəkkülündən xeyli əvvəl meydana gəlmiş və onun formalaşmasında mühüm rol oynamışdır. Burada dünya təsərrüfatının formalaşması dedikdə, yalnız ayrı-ayrı ölkələrin iqtisadiyyatlarının sadəcə cəmindən ibarət olan dünya təsərrüfatı deyil, dünya bazarının yaranması və inkişafı nəticəsində meydana gələn yeni iqtisadi reallığa uyğun dünya təsərrüfatı nəzərdə tutulur. Tədricən dünya ölkələri arasında BİM-in genişlənməsi və inkişafı dünya təsərrüfatını formalaşdırır və inkişaf etdirir. Beləliklə, dünya təsərrüfatının mövcudluq və inkişaf forması kimi BİM, onun reallaşma mexanizmi çıxış edir. Dünya iqtisadiyyatının inkişafı prosesində bu kifayət qədər əsaslı əks olunur.
Bir çox tədqiqatçılar dünya təsərrüfatının meydana gəlməsini hələ Qədim Roma dövrünə aid edirlər. Onlar hesab edirlər ki, Roma imperiyası o dövrün ümumdünya təsərrüfatı sistemini təşkil etmişdir. Roma imperiyası dövründə beynəlxalq bazarların fəaliyyətini tənzimləyən qanunların mövcudluğu quldarlıq cəmiyyətində beynəlxalq ticarətin mövcud olduğunu deməyə əsas verir. Ümumiyyətlə, beynəlxalq ticarət milli iqtisadiyyatın beynəlmiləlləşməsinin tarixi və məntiqi baxımdan ilkin formasıdır. Feodalizm dövründə də əmtəələrin beynəlxalq mübadiləsi həyata keçirilmişdir. Digər alimlər isə dünya təsərrüfatının fəaliyyətini XV-XVI əsrlərdə Böyük coğrafi kəşflərlə əlaqələndirirlər. Naməlum ölkə və qitələrin kəşfi, yeni nəqliyyat növlərinin inkişafı ilə ticarət yollarının qurulması ölkələr arasında ticarət münasibətlərinin inkişafına və müstəmləkəçiliyin meydana gəlməsinə səbəb oldu. Gəmiçiliyin inkişafı qitələr arasında iqtisadi əlaqələrin formalaşmasına imkan yaratdı və müstəmləkələr Avropa ölkələrinin təsərrüfat periferiyalarına (əyalət) çevrilərək beynəlxalq mübadilənin inkişafında mühüm rol oynadı. Amerikada qızıl və gümüş mədənlərinin tapılması, Hindistana dəziz yolunun kəşfi dünya bazarının formalaşması üçün şərait yaratdı.
Beləliklə,dünya təsərrüfatının meydana gəlməsinin birinci mərhələsi (XVI-XIX əsrlər) əsasən müstəmləkə malları ilə beynəlxalq ticarətin sürətli inkişafı ilə xarakterizə olunur. Ancaq bu mərhələdə dünya təsərrüfatı ölkələr arasında xarici ticarət münasibətlərinin məcmusu kimi başa düşülür və beynəlxalq əmtəə dövriyyəsi və ticarət kapitalının tətbiqi sferası ilə məhdudlaşırdı.
Ümumiyyətlə, kapitalizmə qədərki ictimai-iqtisadi sistemdə natural təsərrüfat şəraitində istehsal olunmuş malların az hissəsi (qiymətli parçalar, qızıl və gümüşdən bər-bəzək əşyaları, ədviyyələr, bəzi mineral xammal növləri və s.) beynəlxalq mübadilədə iştirak edirdi.
Feodalizmin dağılması, natural təsərrüfatdan əmtəə istehsalına keçid əsasında kapitalist münasibətlərinin meydana gəlməsi beynəlxalq ticarətin inkişafına təkan verdi.
Müasir dünya təsərrüfatı inhisarçı kapitalizm mərhələsində kapitalist münasibətlərinin inkişafı ilə əlaqədar sənaye çevrilişindən sonra meydana gəlmişdir.
Dünya təsərrüfatının inkişafının ikinci mərhələsi (1870-1913-cü illər) hər şeydən əvvəl Qərbi Avropada sənaye çevrilişinin baş verməsi, istehsal vasitələrinin inkişafı nəticəsində istehsalın beynəlmiləlləşməsi ilə xarakterizə olunur. Ancaq ticarət dövriyyəsinin artım templəri əvvəlki 50 ilə nisbətən daha zəif idi. Ölkələrin zəifləmiş ticarət inteqrasiyası bir çox digər beynəlmiləlləşmə tendensiyaları ilə konpensasiya edilirdi.
Bu mərhələdə əmək bazarlarının beynəlmiləlləşməsi yüksək ölçülərə çatmışdı. 1870-ci ildən 1913-cü ilə kimi 36 milyon insan Avropanı tərk etmiş, eyni zamanda onlarda 2/3-si ABŞ-a köçmüşdür. Asiyada regionun digər ölkələrinə hərəkət edən çinli və hindistanlı emiqrantların sayı Avropadakı emiqrasiya prosesinin miqyaslarını ötüb keçmişdir.
Həmçinin kapitalın beynəlxalq hərəkəti də bu dövrlərdə artmışdı. 1914-cü ildə uzunmüddətli xarici investisiyaların ümumi həcmi 44 milyard dollara çatdı. Bu prosesdə Böyük Britaniya, Fransa və Almaniya daha aktiv iştirak edirdi. Demək olar ki, kapitalın hərəkətinə formal məhdudiyyətlər yox idi. Qiymətli kağızların (istiqrazlar və səhmlər) millətlərarası mülkiyyət dərəcəsi (dövlət və xüsusi istiqraz və səhmlər daxil olmaqla) olduqca yüksək səviyyəyə çatdı. 1913-cü ildə Londonda satılan qiymətli kağızlardan 59%-ni xarici qiymətli kağızlar təşkil etmişdir.
Bu mərhələ həmçinin birbaşa xarici investisiyalar (BXİ) vasitəsilə beynəlxalq istehsalın artımı mərhələsidir. 1914-cü ildə dünyada xarici investisiyaların 1/3-nü təşkil edən BXİ-ın həcmi 14 milyard dollara çatdı. BXİ-ın əsas ixracatçıları Böyük Britaniya (45%), ABŞ (20%), əsas idxalatçıları ABŞ, Latın Amerikasının inkişaf etməkdə olan ölkələri (İEOÖ), Çin və Avropanın daha az inkişaf etmiş ölkələri idi. 1914-cü ildə BXİ-ın əsas axını inkişaf etmiş ölkələrdə (İEÖ) cəmləşmişdir.
Bu mərhələdə dünya təsərrüfatının kapitalist istehsal üsulu əsasında təkamülü inkişaf etmiş sənaye ölkələri arasında və İEÖ-lə müstəmləkələr arasında beynəlxalq iqtisadi münasibətlərinin məcmunu təşki edir.
Dünya təsərrüfatının inkişafı prosesində üçüncü mərhələ birinci dünya müharibəsinin başlanması və ikinci dünya müharibəsinin bitməsi arasındakı müddəti əhatə edir. Geniş planda bu mərhələ dünya təsərrüfat münasibətlərində əvvəlki 40 ildə əldə olunmuş bir çox nailiyyətlərin itirilməsi ilə xaraktertizə edilir. 1920-ci ildən sonra əksər ölkələrin sürətli inkişafına baxmayaraq, beynəlxalq maliyyə sistemindəki qeyri-sabitlik, dünyada geniş vüsət alan iqtisadi böhran əmtəə və kapital ixracının artım templərini aşağı saldı və dünya iqtisadiyyatının inkişafında böhran dövrü kimi xarakterizə olundu.
1917-ci ildə baş verən çevriliş Rusiyanı dünya təsərrüfat sferasından çıxartdı. Beləliklə, dünya təsərrüfatı dünya kapitalist təsərrüfatı və dünya sosialist təsərrüfatı olaraq iki hissəyə bölündü. Bu proses nəticəsində elmi ədəbiyyata “Ümumdünya təsərrüfatı” anlayışı daxil oldu.
Dünya iqtisadiyyatının inkişafında dördüncü mərhələ ikinci dünya müharibəsinin bitməsi ilə 90-cı illərə qədər olan mərhələnin əhatə edir. Bu mərhələ BİM-in yenidən qurulması və ya xarici iqtisadi əlaqələrdə əvvəllər pozulmuş beynəlxalq iqtisadi intizamın bərpa olunması, malların, xidmətlərin və istehsal amillərinin ölkələr arasında hərəkətinin artması mərhələsi kimi xaraktertizə edilə bilər.
Dünya iqtisadiyyatının bu mərhələdə inkişafı beş əsas amilin təsiri ilə müəyyən edilir: yüksək və sabit iqtisadi artım; iqtisadi fəaliyyət və əmək məhsuldarlığının artırılması sahəsində ölkələrin yaxınlaşması və birləşməsində güclü tendensiya; xarici ticarət siyasətinin liberallaşdırılması; intensiv elmi-texniki tərəqqi; imperializmin müstəmləkə sisteminin dağılması.
İEOÖ dünya təsərrüfatına cəlb olunur, onu əmələ gətirən bloklar – dünya kapitalist və dünya sosialist təsərrüfatları arasında beynəlxalq iqtisadi münasibətlər fəallaşır; onlar arasında dünya təsərrüfat əlaqələri qaydaya salınır. Milli iqtisadiyyatlar dünya təsərrüfat dövriyyəsinə daha çox cəlb edilir və ondan daha çox asılı olur, xüsusən də, inteqrasiya birlikləri çərçivəsində; dünya təsərrüfat əlaqələrini tənzimləyən beynəlxalq təşkilatlar sistemi yaradılır; beynəlxalq korporasiyaların fəaliyyəti genişlənir.
Dünya iqtisadiyyatı öz inkişafının bu mərhələsində beynəlxalq iqtisadi münasibətlərin və beynəlxalq əmək bölgüsünə cəlb olunmuş, beynəlxalq mübadilədə iştirak edən və ondan asılı olan milli təsərrüfatların məcmusunu təşkil edir. Beynəlxalq iqtisadi münasibətlər sistemində dünya kapitalist təsərrüfatı ölkələri əsas rol oynayır.
Dünya təsərrüfatının inkişafının beşinci müasir mərhələsinin başlanğıcı 90-cı illərin əvvəllərindən hesab edilir. Qeyd etmək lazımdır ki, dünya iqtisadiyyatında vahid ümumi birliyin xüsusiyyətləri məhz bu mərhələdə əldə olunmağa başlamışdır. Onun inkişafının əsas faktorları kimi SSRİ-nin dağılması və Mərkəzi və Şərqi Avropanın keçmiş sosialist ölkələrinin bazar iqtisadiyyatı əsasında inkişafa keçməsi, dünyada inteqrasiya proseslərinin inkişafı, həmçinin dünya Ölkələrin sərhədləri ilə əhatə olunduqlarına görə milli iqtisadiyyatların dünya iqtisadiyyatının subyektləri kimi öyrənilməsində ayrı-ayrı ölkələrin və ölkə qruplarının inkişaf göstəricilərindən istifadə olunur. Yer kürəsində mövcud olan ölkələrin sayı daima artır. Əgər XX əsrin əvvəllərində dünyada təxminən 50 suveren dövlət mövcud idisə, XXI əsrin əvvəllərində dünya ölkələrinin sayı 4 dəfə artaraq 200-ü keçmişdir. Hazırda Dünya bankının statistikasına əsasən dünyada 210 dövlət-ərazi birliyi, yəni ölkə və ərazilər mövcuddur. Onların arasında həm ərazisinə və əhalisinin sayına görə böyük olan ölkələrə (Çin, Hindistan, Rusiya, ABŞ və Brazilya), həm də tamamilə kiçik dövlətlərə (Monako, Andorra, Lixtenşteyn) rast gəlinir. Bəzi ölkələr təbii sərvətlərlə zəngin olsalar da, bəziləri resurs çatışmamazlığından və ya olmamasından çətinlik çəkir. Bir çox ölkələrin dənizə birbaşa çıxışı olsa da, bəzi ölkələr (Çad, Mali, Nepal) qitədaxilində yerləşir. Aydındır ki, ölkələrin sosial-iqtisadi inkişaf səviyyəsinə coğrafi mövqe də təsir göstərir.təsərrüfatının subyekti kimi beynəlxalq korporasiyaların rolunun artması çıxış edir. Bütün ölkələr digər milli iqtisadiyyatlarla qarşılıqlı əlaqə və asılılıqların dərinləşməsi ilə milli iqtisadiyyatın formalaşmasından dünya təsərrüfat proseslərinin inkişafına təsirini müəyyən edən müasir situasiyaya kimi uzun və özünəməxsus yol keçmişlər. Bu yolun özünəməxsusluğu iqtisadi inkişafın templərinə, səmərəliliyinə, iqtisadi artımın tipinə, təsərrüfatın sosial strukturuna, inkişaf səviyyəsinə və xarici iqtisadi əlaqələrin və digər göstəricilərin xarakterinə görə milli iqtisadiyyatların müxtəliflikləri ilə əlqədardır. Buna görə də dünya təsərrüfatının təhlilində ölkələrin müxtəlif kriteriyalara görə təsnifləşdirilməsindən istifadə edilir.

3.Təbii ehtiyatların coğrafi yerləşməsi və onlardan istifadə səviyyəsi. İqtisadi ədəbiyyatlarda resursların, istehsal güclərinin yerləşməsi ilə bağlı bütöv bir nəzəriyyənin formalaşdığını görmüş olarıq. "Yerləşmə amilləri" anlayışını elmi tədavülə alman iqtisadçısı Alfred Veber (1868-1958) özünün 1909-cu ildə yazdığı "Sənayenin yerləşməsi nəzəriyyəsi" adlı klassik tədqiqat işi ilə buraxmışdır. Nəzəriyyə görə sənayenin yerləşməsinin başlıca şərtlərindən əsası kimi də təbii sərvətlərin coğrafiyası amili dominantlıq təşkil edir [1.2]. Bu baxımdan dəyərləndirmələr göstərir ki yanacaq-enerji sərvətlərinin planetimizdə bölgüsü və yerləşməsi son dərəcə qeyri bərabərliyi ilə səciyyəvidir. Belə vəziyyət yer kürəsində müxtəlif iqlim, tektonik proseslərlə, geoloji dövrlərdə faydalı qazıntıların yaranma şərtləri və digər amillərlə bağlıdır. Yanacaq-enerji sərvətləri faktiki olaraq əsas təməl kimi inkişafa təsir edir. Bununla yanaşı, yanacaq-enerji sərvətləri bol olduğu ölkələrdə çox hallarda onlardan israfçılıqla istifadə olunur. Əks qütbdə isə ETT-nin geniş inkişafı nəticəsində resurslardan səmərəli istifadə yeni imkanları yaranmışdır. Yaponiyada, Cənubi Koreya, İtaliya və digər bu kimi ölkələrdə əldə edilmiş iqtisadi tərəqqi buna parlaq misaldır. Elmin nailiyyətlərinin tətbiqinin, innovasiya fəaliyyətinin genişlənməsinin sürətli inkişafı, xüsusəndə az enerji-tutumlu texnologiyaların yaranması, yeni enerji, xammal növlərinin mənimsənilməsi ənənəvi təbii ehtiyatlardan istifadənin xüsusi çəkisinin aşağı salır. Belə xüsusiyyət isə yalnız azsaylı ölkələrdə xasdır [3].


Beynəlxalq əmək bölgüsü sistemində bir qayda olaraq inkişaf etmiş ölkələr xammal resurslarının istehlakçısı, inkişaf etməkdə olan ölkələr isə onların istehsalçısı və ixracatçısı kimi çıxış edirlər. Bu da həmin ölkələrdə iqtisadi inkişafın səviyyəsi ilə yetərli şərtliliklə bağlılığı vardır. Misal olaraq qeyd etmək lazımdır ki, ABŞ özünə lazım olan mineral xammalın 15-20 faiz, Qərbi Avropa ölkələri 70 faizə qədərini, Yaponiya 90 faizdən çoxunu idxal edir [4].
Dünyada təbii ehtiyatlar balansı, onların müasir vəziyyəti və istifadə perspektivləri ayrı-ayrı mənbələrdə qismən müxtəlif verilir. Bir çox yüksək reytinqli beynəlxalq təşkilatlar, elmi idarələrin, analoji mətbu orqanların və hətta internet şəbəkəsinin məlumatlarında bu balansın ayrı-ayrı elementlərində müəyyən fərqlər müşahidə olunur. BMT-nin Dünya və Avropa bankının, iri maliyyə qruplarının və digər mötəbər təşkilatların hər il nəşr etdikləri hesabatlarda da bu fərq sezilməkdədi. Bununla belə, qeyd etmək lazımdır kı, neft iqtisadiyyatının statistikasına konfedisialıq xasdır. Bəzi göstəricilərin müasir, obyektiv mənzərisini müşahidə etmək çətinliklərlə müşayiət olunur. Belə ki, ayrı-ayrı iri neft inhisarları, neft hasil edən ölkələr müvafiq göstəriciləri nümayiş etdirməkdə o qədər də həvəsli deyirlər. Bir cəhəti də qeyd etmək zəruridir ki, təbii sərvətlər miqyaslı olmasına baxmayaraq əksərən tükənən xassəlidirlər. Buna görə də bəşəriyyət bu sərvətlərdən daha ekosivil və biçimli istifadəni əxz etməlidir [5-8].
Aşağıdakı cədvəldə dünyada təbii sərvətlərin səviyyəsi və onlardan istifadə müddətlərini xarakterizə edən şəkil verilmişdir:



Yüklə 133,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin