Realogiyanin əsaslari. Dos. Zeynalova f



Yüklə 1,01 Mb.
səhifə18/19
tarix06.10.2019
ölçüsü1,01 Mb.
#29294
1   ...   11   12   13   14   15   16   17   18   19
Prezentatsiya-Microsoft-Office-PowerPoint

  Bərk sistemlərin yerdəyişmə xarakteristikaları   Adi şəraitdə kazein, kazeinat, koprisipitatların məhlulları və suspenziyaları, bəzi kəsmik məmulatları, pendir zərdabından alınan məhlulşəkilli zülal kütləsi və ərinmiş pendir kütləsi bərk halda ola bilər. Bu məhsulların yerdəyişmə xassələrini başlıca olaraq, gərginlik həddi və özlülük göstəriciləri ilə qiymətləndirirlər. Pendirlərin yerdəyişmə xassələri. Pendirlərin yerdəyışmə xarakteristikaları tədqiq olunarkən, daha çox nüfuzetmə və reoloji zondlama üsulları tətbiq olunur. Nüfuzetmə “Labor” (Macarıstan) və ya AP 4/1 (Almaniya) yarımavtomat cihazlarda həyata keçirilir. Nüfuzetmə göstəricilərində (1nüfuzetmə vahidi 1∙10–4m-ə bərabərdir) cihazın hərəkətli hissəsinin səmərəli kütləsinin təsiri altında konus və ya kürəşəkilli indentorun məhsula batırılma dərinliyini ölçürlər. Konusla nüfuzetmə göstəricisinin qiymətinə görə nüfuzetmə möhkəmliyini θт, Pa hesablayırlar. Rebinder düsturundan istifadə edərək yerdəyişmənin gərginlik həddini aşağıdakı düsturla tapmaq olar:


burada: Рmax, Рs, Рbaş, Рson – indentorun yeridilməsi zamanı müqavimət qüvvələri: maksimal; sabit axın sahəsində; huk deformasiyasının əvvəlində və sonunda, Н;

hd – РК, m ölçüsünə uyğun indentorun nüfuzetmə dərinliyi;

l – konusun hündürlüyü, m;

r – konus əsasının radiusu, m;

w – indentorun hərəkət sürəti, m/s;

Кα – konusun təpə bucağından asılı olan düzəliş;

MÖVZU 12 Süd məhsulların sıxılma xarakteristikaları   Plan:   1.Süd məhsulların sıxılma xüsusiyyətləri. 2.Müxtəlif materialların (pendir,kəsmik) məsaməliyininhesablanması. 3.Səthi xarakteristikalar. 4.Səthi gərilməyə təsir edən amillər. 5. Süd sənayesində emal prosesi zamanı və hazır məhsulun reoloji xassələrinin ölçülməsi.

где: vm – məhsulun ümumi məsaməliliyi, m3/m3; vqaz – məhsulun qaza görə məsaməliliyi, m3/m3; V, Vmaye, Vqaz – uyğun olaraq, maye, ya da qazla dolan bütün məhsulun və məsamələrin həcmi. Materialların məsaməliliyini tez-tez məsaməlilik əmsalı ilə εm xarakterizə edirlər, o da ümumi həcmi məsaməliliklə aşağıdakı kimi bağlıdır: Пористость материалов часто характеризуют также коэффициентом пористости который связан с общей объёмной пористостью соотношением:


Kəsmiyin və pendirin ümumi məsaməliliyini xarkterizə edən kəmiyyətlər cədvəl 6.1-də göstərilmişdir.

Məhsul

Rütubət, kq/kq

Ümumi

məsaməlilik, m3/m3

Məsaməlilik əmsalı

Yağlı kəsmik

0,70

0,73

2,76

Yağlı kəsmik

0,60

0,64

1,78

Pendirlər:

Uqliç


Holland

Rusiya


0,48

0,40


0,41

0,54

0,44


0,49

1,19

0,79


0,97

Pendir kütləsinin qaza görə məsaməliliyi məhsulun formalanma üsulundan asılıdır. Pendir kütləsində müxtəlif formalanma üsulları zamanı boşluqların həcmini xarakterizə edən kəmiyyətlər cədvəl göstərilmişdir.   Pendir kütləsinin müxtəlif üsullarla formalanması zamanı boşluqların faza həcmləri


Pendir kütləsinin xarakteristikaları

Qaza görə məsaməlilik, m3/m3

Qəlibə səpilərək yığılan dənəvər pendir kütləsi

0,170 – 0,210

Preslənmədən sonra

0,025 – 0,079

Zərdab qatı altında preslənmiş formalanmış pendir kütləsi

0,003 – 0,007

Vakuum üsulu tətbiq etməklə formalanmış və ya preslənmiş pendirlər

təzyiq, Pa:

34,5·103

8·103

0,008 – 0,038

0,002 – 0,004

Sıxılma xarakteristikalarından olan nisbi deformasiyanı ε, və həcmi sıxılma əmsalını β aşağıdakı düsturlar vasitəsilə müəyyən etmək olar:


burada: αε, а1, а2 – həndəsi və mexaniki amillərdən, məhsulun fiziki-kimyəvi halından, onun tərkibindən və ilkin xammalın xüsusiyyətlərindən asılı olan əmsallardır.

Δ рtəzyiq dəyişməsidir, Pа.

Pendirlərin sıxılma xassələrini sabit sürətlə onun silindrik və ya düzbucaqlı biroxlu sıxılması metodu ilə müəyyən edirlər. Bu zaman sıxılma göstəricisi kimi nümunənin hündürlüyünün onun sıxılmaya qədərki hündürlüyünə olan faiz nisbəti qəbul edilmişdir.

Səthi xarakteristikalar   Xam və üzsüz südün səthi gərilməsi α [N/m] temperatur artıqca azalır. Üzsüz südün səthi gərilməsi xam süddən çoxdur, belə ki, temperaturun artması ilə bu fərq azalır. Səthi gərilmənin qiymətinə onun homogenləşdirilməsi təsir edir. Pasterizə edilməmiş xam südün homogenləşmə təzyiqinin artması südün səthi gərilmə qiymətinin bir qədər azalmasına səbəb olur ki, bu da yalnız süddə yağ kürəciklərinin parçalanması ilə deyil, həm də zülal hissəciklərinin mexaniki zədələnməsi, yəni zülal-yağ aqreqatlarının hissəvi parçalanması ilə izah edilir. Qatılaşdırılmış südün səthi gərilməsi vakuum cihazının çıxışında bir qədər azdır, ancaq zaman keçdikcə bu qiymət artır və 2-3 saatdan sonra xam südə nisbətən çox olur.

  Süd sənayesində emal prosesi zamanı və hazır məhsulun reoloji xassələrinin ölçülməsi İstənilən texnoloji prosesdə hər hansı bir parametrə fasiləsiz nəzarət girişdə, çıxışda və aralıq fazalarda bu prosesin gedişini, onun sürətini, istiqamətlənməsini və sairəni elə həmin parametrlərin diskret laboratoriya nəzarətinə nisbətən daha dəqiq və obyektiv əks etdirir. Yeyinti sənayesində materialların reoloji xassələri üçün bu, xüsusilə zəruridir, çünki, burada emal edilən materiallar emal prosesində çox vaxt öz quruluşunu, kimyəvi tərkibini və s. əsaslı surətdə dəyişir. Bir qayda olaraq, reoloji xassələrin dəyişməsi emal olunan materialın kimyəvi, quruluş və digər çevrilmələri ilə sıx bağlı olur ki, bu, çevrilmələrin və prosesin özünün başlanğıcı, sonu, sürəti və istiqamətlənməsi haqqında mühakimə yürütməyə imkan verir. Bütün bu deyilənlərdən aydın olur ki, reoloji parametrlərə faziləsiz nəzarət yeyinti sahəsi üçün xüsusilə vacibdir. Buna görə də cihazların fasiləsiz reoloji nəzarət üçün işlənməsi aktual problemlərdən hesab olunur. Bu cihazların iki tipi ayırd edilir: I tip cihazlar boru xətlərində quraşdırılır və axında xassələrin ölçülməsinə xidmət edir; II tip cihazlar bilavasitə işçi vannada, maşında və ya aparatda quraşdırılır və qida materiallarının emalı prosesində reoloji xassələrin dəyişməsinə nəzarət edir.


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin