Rbaycanda Ərzaq və K



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə5/8
tarix01.01.2017
ölçüsü0,75 Mb.
#4037
1   2   3   4   5   6   7   8

3.2.2. Kolleksiyalarda boşluqlar, onların tapılması yolları və doldurulması tədbirləri   

Bərpa üzrə 7 institutda (GEĐ, ETÜŞĐ, MNB,  “ARAZ” EĐB, ETBSBĐ, ETĐĐ, ETTĐ) 25 layihə 

icra  olunmuş  və  ya  icra  mərhələsindədir.  Bərpa  fəaliyyətinin  həyata  keçirilməsində  istifadə  oluna 

bilən təlimatlar üzrə 8 nəşr materialı dərc edilmişdir. Genefond materiallarında genetik dəyişkənliyin 

və  genetik  tamlığının  itməsinin  azalmasında  əsas  idarəetmə  tədbirləri  kimi  həyat  qabiliyyətinin 

vaxtında  yoxlanması,  nümunələrin  seçilməsində  müvafiq  metodlardan  istifadə  və  bərpa  edilmiş 

materialların  lazımi  emalı  kimi  fəaliyyətlər  daha  çox  istifadə  olunur.  Bərpa  üzrə  layihələrin 

ə

həmiyyətli hissəsi vegetativ çoxaldılan bitki genefondu və tərəvəz bitkiləri ilə bağlıdır. Bərpaolunma 



üzrə  layihələrin  əhatə  dairəsini  genişləndirməyə  ehtiyac  vardır.  Bu  işin  vahid  mərkəsdən 

koordinasiyasının  və  idarə  olunmasının  düzgün  təşkili,  sənədləşdirmə  və  qeydiyyat  işinin  lazımi 

səviyyədə aparılması həm bərpaya ehtiyacı olan nümunələrin vaxtında aşkarlanmasına, həm də digər 

təşkilatların ehtiyatlarından bərpaedilmə üçün istifadə imkanlarına əsaslanaraq külli miqdarda vəsaitə 

qənaət edilməsinə şərait yaradar. Regional və beynəlxalq təşkilatlardan ehtiyac duyulan dəstək isə, ilk 

növbədə, heyətin təlimı ilə, texniki və metodiki yardımlarla bağlıdır. 

 

3.2.3.  Planlı  və  məqsədyönlü  toplama  işinin  gücləndirilməsi  üzrə  tədqiqatlar,  prioritet  və 

ehtiyaclar  

 

Ölkədə  toplanma  üzrə  əsas  prioritet  mədəni  bitkilərin  yerli  qədim  xalq  seleksiya  sortlarının, 

yabanı  əcdadlarının  müxtəlif  ekotiplərinin  toplanmasıdır.  Đlk  növbədə  isə  itmək  təhlükəsində  olan, 

nadir novlər toplanılmalı, artırılmalı və davamlı mühafizəyə cəlb edilməlidir. Bu baxımdan in-situ və 

ex-situ  mühafizə  edilən  bitki  müxtəlifliyinin  vəziyyətinin  və  kolleksiyalarda  olan  boşluqların  daimi 

tədqiqi  toplanma  fəaliyyəti  ilə  sıx  əlaqədə  aparılmalıdır.  Bu  iş  ölkə  üzrə  vahid  mərkəzdən 

koordinasıya  olunarsa,  ekspedisiyalar  müvafiq  təşkilatların  birgə  səyi  ilə  keçirilərsə  daha  səmərəli 


 

35 


olar. Bunun üçün layihələr hazırlamaq və bu layihələrə yerli və xarici donorları, eləcə də beynəlxalq 

təşkilatların cəlb edilməsi məqsədəuyğun olardı.  

 

3.3 Ex-situ mühafizə üzrə tələbatların qiymətləndirilməsi 

 

Kolleksiyaların  beynəlxalq  və  regional  əməkdaşlıq  yolu  ilə  təkmilləşdirilməsi,  rüşeym 

plazmasının  idarə  olunmasının  yaxşılaşdırılması,  kolleksiyalarda  olan  boşluqların  doldurulması, 

mühafizə fəaliyyətinin baha başa gəlməsini nəzərə alaraq daimi maliyyələşdirmənin və tam təhlükəsiz 

duplikatlaşdırmanın  təmin  edilməsi  ex-situ  mühafizə  üzrə  əsas  tələbatlardır.  Mühafizə  üzrə 

tədqiqatların  genişləndirilməsi  və  dərinləşdirilməsi,  yeni  üsulların  axtarışı  və  tətbiqi  çox  vacibdir. 

Genefondun  vahid  mərkəzdən  koordinasiya  olunması  və  lazımi  mühafizəsi  üçün  qərarların  qəbul 

edilməsi  və  bu  iş  üçün  fondların  tapılması  vacibdir.  Eyni  zamanda,  institutlarda  işçi  kolleksiyalar 

üçün  müvafiq  şəraititn  yaradılması  vacibdir.  Đnstitutların  əksəriyyəti  tərəfindən  ex-situ  saxlanma 

fəaliyyətinin həyata keçirilməsində əsas maneələr kimi maliyyələşdirmənin, hazırlıqlı işçi personalın, 

gənc kadrların və təlimin çatışmazlığı göstərilmişdir. 

 

IV fəsil. Ehtiyatlardan istifadə 



4.1 Bitki Genetik Ehtiyatlarının bölüşdürülməsi 

BGE-nin  bölüşdürülməsi  üzrə  kifayət  qədər  dəqiq  mexanizmlər  və  hüquqi  baza  yox 

dərəcəsində olsa da, ex-situ kolleksiyalarda olan BGE-nin seleksiya programlarında istifadə edilməsi 

üzrə  mexanizmlər  mövcuddur.  Müvafiq  institutlarda  fəaliyyət  göstərən  hər  bir  seleksiyaçı  müəyyən 

işçi kollesiyasına malik olsa da, onun daim zənginləşdirilməsinə ehtiyac duyur. Seleksiya prossesində 

müəyyən  əlamətlərin  yaxşılaşdırılması  üçün  əlavə  nümunə  əldə  edilməsinə  ehtiyac  yarandıqda, 

seleksiyaçı  işlədiyi  institutda  və  ya  ölkədə  olan  digər  kolleksiyarlara  müraciət  edə  bilir.  Xaricdən 

nümunə gətirilməsi isə GEĐ-nin vasitəçiliyi ilə həyata keçirilir. Milli Genbankda orta və uzunmüddətli 

saxlanmada  və  Əkinçilik  Đnstitutunda  ortamüddətli  saxlama  üsulu  ilə  mühafizə  edilən  nümunələrin 

seleksiya  proqramlarına  cəlb  edilməsi  müvafiq  qaydada  hazırlanmış  müraciətlər  əsasında 

genbankların məsul rəhbərlərinin razılığı ilə həyata keçirilir. 

 

4.2 Bitki Genetik Ehtiyatlarının istifadəsi və istifadənin gücləndirilməsi 

4.2.1. Đstifadənin yaxşılaşdırılması tədbirləri 

Bitki  genetik  ehtiyatlarından  istifadə  edilməklə  əldə  edilən  seleksiya  nailiyyətlərinə  bu  yolla 

yaradılmış və rayonlaşdırılmış Nurlu – 99, Əzəmətli – 95  yumşaq buğda sortlarını misal göstərmək 

olar. Hazırda ölkə üzrə həmin buğda sortlarının ümumi əkin sahəsi 100 min hektarı keçmişdir.  



 

36 


Müstəqilliyin  ilk  illərində  BGE-nin  istifadəsi  sahəsində  əsas  çətinliklərdən  biri  düzgün 

sənədləşdirmə sisteminin, mühafizə edilən rüşeym plazması haqqında faydalı məlumatların olmaması 

idi.  Son  3  il  ərzində  bu  çatışmazlıq  aradan  qaldırılmışdır.  Əsas  maneələrdən  biri  də  tədqiqatçılar, 

seleksiyaçılar,  genbank  sahibləri  və  fermerlər  arasında  lazımi  əlaqələndirmənin  olmaması  idi.  Artıq 

bu istiqamətdə də son illərdə ciddi dirçəliş hiss olunur. GEĐ-nin yaradılması, Aqrar Elm Mərkəzinin 

institut  və  təşkilatları  ilə  fermerlər  arasında  əlaqələrin  gücləndirilməsi  sahəsində  icra  edilən 

layihələrin  artması,  dövlətin  bu  sahəyə  daha  çox  diqqət  göstərməsi  bu  dirçəlişi  şərtləndirən 

amillərdəndir.  

Hazırda  seleksiyaçıların  istifadəsi  üçün  baza  kolleksiyaları  mövcuddur,  lakin  bu 

kolleksiyalarda  nümunələrin  sayının,  coğrafi  əhatə  dairəsinin  və  s.  məhdudluğu  problem  yaradır. 

Milli  genbankın  yaradılması,  dünya  üzrə  genbanklarda  mühafizə  edilən  Azərbaycan  mənşəli 

nümunələrin  buraya  cəlb  edilməsi,  ekspedisiya  və  elmi  mübadilə  yolu  ilə  yeni  nümunələrin 

toplanması bu sahədə gələcək üçün böyük perspektivlər yaradır.  

Hal-hazırda təşkilatların seleksiya imkanları müxtəlifdir. Seleksiya fəaliyyəti ETƏĐ-da normal, 

digər  institutlarda  isə  qismən  aparılır.  Lakin  bütün  institutlarda  olan  mövcud  çatışmazlıqlar  (ilk 

növbədə  maliyyə,  texniki,  kadr)  tədqiqat  proqramlarının  tam  realizə  olunmasına  imkan  vermir. 

Heyvandarlıq mühüm sahə olduğundan, yem bitkilərinin yaxşılaşdırılması işlərinin gücləndirilməsinə 

böyük ehtiyac var.  

BGE-dən istifadənin gücləndirilməsi üçün seleksiya proqramlarının daha da yaxşılaşdırılması 

ilə yanaşı, təhsil və təlimin səviyyəsi və maddi-texniki bazanın genişləndirilməsi mühüm əhəmiyyətə 

malikdir. Bu istiqamətdə son illərdə həm ölkədəki imkanlar hesabına, həm də beynəlxalq təşkilatların 

dəstəyi ilə bir neçə treninq-kurs keçirilsə də, bu müntəzəm xarakter daşımamış, bir çox problemlər isə 

diqqətdən kənarda qalmışdır. Ona görə də bu problemlərin aradan qaldırılmasına, həm dövlət, həm də 

donor təşkilatlar tərəfindən investisiya qoyuluşuna böyük ehtiyac vardır. 

Az istifadə olunan bitkilər və növlər,  yerli sortlar,  yabanı bitkilər  yaxşılaşdırma və seleksiya 

fəaliyyətinə getdikcə daha çox cəlb olunur. Bir sıra yabanı tərəvəz bitkiləri içərisindən seçmə yolu ilə 

AKTA-da və ETTĐ-də yeni formaların seçilməsi və yeni sortların yaradılmasını misal göstərmək olar.  

 

4.2.2. Səciyyələndirmə və qiymətləndirmə 

Genetik  ehtiyatların  səmərəli  istifadəsini  təmin  etmək  üçün  genefondda  olan  nümunələrin 

qiymətləndirilərək  öyrənilməsi  başlıca  şərtdir.  Bu  öyrənilmə  ayrı-ayrı  bitkilər  üzrə  hazırlanmış 

beynəlxalq  deskriptorlar  əsasında  ümumi  biomorfoloji,  biokimyəvi,  fizioloji,  texnoloji  göstəricilərə, 

qiymətli təsərrüfat əlamətlərinə, biotik və abiotik amillərin stres təsirinəqarşı davamlılıq cəhətlərindən 


 

37 


düzgün  qiymətləndirmə  işinin  aparılmasını  nəzərdə  tutur.  BGE  qiymətləndirilən  zaman  müəyyən 

donor  əlamətlərə  malik  formalar  seçilir,  müəyyən  seleksiya  proqramlarında  istifadə  edilmək  üçün 

tövsiyə edilir.  

Respublikanın  müvafiq  institutlarının  əksəriyyətində  ex-situ  kolleksiyalarda  mövcud  olan 

nümunələrin adı çəkilən parametrlər üzrə öyrənilməsi həyata keçirilir. Ex-situ kolleksiyaları olan 12 

təşkilatın  hamısında  biomorfoloji  və  təsərrüfat-bioloji  əlamətlər  üzrə  qiymətləndirmə  aparılır. 

Biokimyəvi əlamətlərin öyrənilməsi əksər institutlarda mümkün olsa da, heç də bütün qrup bitkilərə 

aid  edilmir.  ETYÇOĐ-də,  MNB-də,  "ARAZ"  EĐB-də  yalnız  biomorfoloji  və  təsərrüfat-bioloji 

ə

lamətlər  üzrə  səciyyələndirmə  imkanları  vardır.  Bir  neçə  institut  (GEĐ  və  ETƏĐ  və  s.)  yuxarıda 



sadalanan  bütün  parametrlər  üzrə  mənəvi  cəhətdən  köhnəlmiş  avadanlıq  və  cihazlarla 

qiymətləndirməni çox çətinliklə aparırlar. GEĐ-də bu iş üçün xüsusi laboratoriyalar mövcud olsa da, 

avadanlıqlar  müasir  tələblərə  uyğun  olmadığından  tam  qiymətləndirilməyə  imkan  vermir.  Bu 

laboratoriyalarda, Milli Genbankda və tarla genbanklarında toplanmış bitki nümunələrinin hərtərəfli 

öyrənilməsi üçün işlər aparılır.  

Son 6 ildə rüşeym plazmasının səciyyələndirilməsi və ya qiymətləndirilməsi üzrə 60-a qədər 

proqram və layihə icra olunmuş və ya icra mərhələsindədir. Layihələrin analizi göstərir ki, müxtəlif 

təşkilatlarda  öyrənilmə  üzrə  müəyyən  təkrarlanmalara  yol  verilmişdir.  Təşkilatlar  arasında 

ə

laqələndirməni  gücləndirməklə  bu  təkrarlar  aradan  qaldırılmaqdadır.  Kolleksiyalarda  olan  bitki 



nümunələrinin  orta  hesabla  (ümumi  nümunə  sayına  görə)  70-75  %-i  morfoloji  əlamətlərinə  görə, 

təqribən  yarısı  təsərrüfat  əhəmiyyətli  əlamətlərə  görə,  20-25  %-i  biokimyəvi  əlamətlər  üzrə 

qiymətləndirilmiş,  15-20  %-i  abiotik,  30-35  %-i  biotik  stresslərə  qarşı  davamlılıq  üzrə  təsvir 

olunmuşdur.  Hələlik  heç  bir  institutda  molekulyar  markerlər  üzrə  qiymətləndirmə  işi  aparılmır. 

Đ

nformasiya sistemlərində səciyyələndirilmə məlumatları olan nümunələr təqribən 10% təşkil edir.  



Đ

stifadəyə  kömək  məqsədilə  əsas  kolleksiyaların  qiymətləndirilməsi  üzrə  başlıca  problem 

maddi-texniki  bazanın  çox  zəif  və  mənəvi  cəhətdən  köhnə  olması  ilə  əlaqədardır.  Tədqiqat  işlərini 

müasir  səviyyəyə  qaldırmaq  üçün  müvafiq  laboratoriya  avadanlq  və  cihazlarına,  reaktivlərlə  daimi 

təmin olunmaya, yüksək ixtisaslı kadrlara, yaxşı təlim görmüş texniki heyətə ehtiyac vardır.  

Səciyyələndirmə və qiymətləndirmə üzrə informasiya sistemi MMB əsasında yaradılır. Burada 

ayrı-ayrı  bitkilər  üzrə  məlumat  bazaları  yaradılır  və  bu  bazalarda  pasport  məlumatları  ilə  yanaşı, 

səciyyələndirmə  məlumatlarını  daxil  etmək  üçün  struktur  dəyişiklikləri  aparılır.  Sistem  tam  hazır 

olduqda, səciyyələndirmə məlumatlarının daxil edilməsi müvafiq bitkilər üzrə kuratorlara (hamilərə) 

həvalə ediləcək, bunun üçün təlimlər təşkil ediləcək və keçiriləcək.  

 


 

38 


4.2.3. Genetik ehtiyatlardan seleksiyada istifadə 

Son illərdə bitki seleksiyası, yaxşılaşdırma və genetik zənginləşmə üzrə 50-yə qədər proqram, 

layihə və fəaliyyət icra olunmuşdur. Aqrar Elm Mərkəzinin 7 institutunda son 5 ildə müvafiq bitkilər 

üzrə  12  proqram  üzrə  78  mövzuda  tədqiqat  işləri  aparılmışdır  ki,  bunun  da  böyük  hissəsi  bitki 

seleksiyası işlərinə aiddir. Ölkədə 9 zonada 60-a qədər bitkinin yaxşılaşdırılması üzrə seleksiya işləri 

aparılır.  

2001-2005-ci illərdə Müsabiqəli Qrantlar Proqramı çərçivəsində 52 layihə həyata keçirilmişdir 

ki, bunun da 32-si bitkiçilik və yemçilik sahəsinə aiddir. Layihələrdən 12-si dənli və ərzaq paxlaları, 

7-si  meyvə,  üzüm  və  çay,  7-si  tərəvəz  və  kartof,  3-ü  pambıq  və  3-ü  yem  bitkiləri  ilə  aparılmışdır. 

ETƏĐ-də buğda, qarğıdalı, çovdar, tritikale, araxis, tütün, mərci və noxud, GEĐ-də dənli-taxıl, paxlalı, 

pambıq, meyvə-giləmeyvə və s. bitkilər, AKTA-da armud, qarğıdalı və tərəvəz bitkiləri, ETBSBĐ-də 

19 meyvə bitkisi, ETTĐ-də bostan,   tərəvəz bitkiləri və kartof, ETPĐ-də pambıq, ETĐĐ-də tut bitkisi, 

ETYÇOĐ-də  yonca,  xaşa,  ETÜŞĐ-də  üzüm,  Naxçıvan  MR  “Araz”  EĐB-də  və  NBĐ-də  buğda,  arpa, 

alma, üzüm və s. üzrə genetik yaxşılaşdırma və zənginləşdirmə fəaliyyəti həyata keçirilmişdir.  

Đ

CARDA, CĐMMYT, ABŞ VDU və digər beynəlxalq təşkilatlar, xarici elm mərkəzləri ilə də 



bitki  seleksiyası,  sortların  yayılması  və  yaxşılaşdırılması  proqramları  üzrə    fermer  təsərrüfatlarında 

layihələr həyata keçirilmişdir. Bitki seleksiyası sahəsində tədqiqat işləri fermerlərin təklif və tələbləri 

nəzərə  alınmaqla  aparılır.  Aqrar  Elm  Mərkəzi  ilə  ĐCARDA  arasında  bağlanmış  müqavilə  əsasında, 

1998-ci  ildən  “Mərkəzi  Asiya  və  Cənubi  Qafqaz  ölkələrində  Kənd  Təsərrüfatının  Davamlı  Đnkişafı 

üzrə  Əməkdaşlıq  Proqramı”na  qoşulmuşdur.  Proqramda  CGĐAR  konsorsiumuna  daxil  olan  9 

beynəlxalq mərkəz, həmçinin 8 region ölkəsi iştirak edir. CĐMMĐT – Türkiyə  ĐCARDA əməkdaşlıq 

Proqramı  çərçivəsində  seleksiya  materiallarının  yerli  şəraitdə  qiymətləndirilməsi,  öyrınilməsi  və 

seleksiya işlərində istifadəsi sahəsində tədqiqatlar aparılır. ETBSBĐ – Đran Đslam Respublikasının ET 

Toxumçuluq  və  Bitki  Seleksiyası  Đnstitutu,  Türkiyənin  Atatürk  adına  Bağça  Kültürləri  Araşdırma 

Mərkəzi,  ABŞ  Oreqon  Dövlət  Universiteti  ilə  müxtəlif  meyvə  sortlarının  sınağı  və  seleksiyası  üzrə 

birgə  tədqiqatlar  icra  edir.  ETÜŞĐ  –  “Qafqaz  və  Qara  dəniz  hövzəsinin  şimal  zonasında  üzümün 

genetik ehtiyatlarının qorunub saxlanması” layihəsi üzrə ĐPGRĐ, Milan Universiteti və Gürcüstan ilə 

ə

məkdaşlıq  edir.  ETTĐ  –  Beynəlxalq  Tərəvəzçilik  Tədqiqatları  və  Đnkişafı  Mərkəzi  (AVRDC)  və 



Beynəlxalq Kartofçuluq Mərkəzi (CĐP) ilə, ETPĐ – Beynəlxalq ET Pambıqçılıq Đnstitutu (ĐNCANA) 

ilə,  ETĐĐ  –  Yaponiyanın  və  Bolqarıstanın  institutları  ilə  seleksiya  və  yaxşılaşdırma  tədqiqatlarında 

ə

məkdaşlıq edirlər. 



Bu fəaliyyətlərin genişləndirilməsi istiqamətində əsas maneə qeyri-qanuni yollarla mənşəyi və 

keyfiyyəti məlum olmayan xarici sortların həm ərzaq, həm də toxum kimi sürətlə ölkə bazarına çox 



 

39 


ucuz  qiymətə  daxil  olmasıdır.  Həm  bu  səbəbdən,  həm  də  yerli  sortların  keyfiyyətli  toxumları 

barəsində məlumatların kifayət qədər olmaması və baha başa gəlməsi onların daha geniş yayılmasına 

və  seleksiya  işlərinin  stimullaşdırılmasına  mane  olur.  Prosesə  nəzarət  elmi  institutlar  və  müvafiq 

təşkilatlarla  fermerlərin  birgə  fəaliyyəti  ilə  həyata  keçirilsə,  genetik  yaxşılaşdırmada  daha  ciddi 

uğurlar qazanmaq olar.  

Seleksiya proqramlarına kömək edən tədqiqat işləri intensiv aparılır.  

Yeni sortların  yaradılmasında klassik seleksiya  metodlarından (növdaxili, növlərarası – uzaq 

hibridləşmə) istifadə olunur. Bu zaman beynəlxalq mərkəzlərdən alınmış və yerli şəraitdə sınaqlardan 

uğurla keçmiş nümunələrin sort kimi qeydiyyata alınması praktikasından da istifadə olunur. 

Botanika  Đnstitutunun  “Məhsuldarlıq  proseslərinin  molekulyar-genetik  əsasları”  şöbəsində 

Akademik  C.Əliyevin  rəhbərliyi  altında  biotexnologiya,  gen  mühəndisliyi,  fotosintez,  molekulyar 

biologiya  və  s.  sahəsində  aparılan  tədqiqatlar  seleksiya  və  yaxşılaşdırma  işinə  öz  töhfəsini 

verməkdədir. Biotexnologiya sahəsində tədqiqatlar ETƏĐ-də və GEĐ-də da aparılır, bu sahədə maddi-

texniki  bazanın  möhkəmləndirilməsinə  və  kadr  hazırlığına  beynəlxalq  və  yerli  donor  təşkilatlardan 

dəstək göstərilməsinə ehtiyac vardır.  

Bitki  seleksiyasında  əsas  vəzifələr  və  prioritetlər  genetik  ehtiyatlardan  sistemli  istifadə 

sayəsində  yerli  sortların  yaxşılaşdırılması  yolu  ilə  Azərbaycanın  iqlim  və  torpaq  şəraitinə  uyğun, 

xəstəlik və zərərvericilərə qarşı davamlı, yüksək məhsuldar sort və formaların yaradılması, yayılması 

və bu  yolla ölkənin  ərzaq idxalından asılılığının qarşısını almaqdır. Bunun üçün ƏKTBGE-nin rolu 

danılmazdır.  Prioritetlərin  müəyyənləşdirilməsində  getdikcə  daha  çox  fermerlərin  rəyi  nəzərə  alınır. 

Fermerlər və müvafiq sahələr üzrə ekspertlər, bitkiçiliyin diversifikasiyasında əsas maneə kimi bazar 

– ticarət maneələrini və inhisarlaşmanı göstərirlər. 



 

4.2.4. Əkinçilik sistemlərində genetik zəifliyin azaldılması  

Ölkədə  aqrar  sahədə  islahatların  birinci  mərhələsi  zamanı  kənd  əhalisi  əvəzsiz  və  pulsuz 

torpaq  sahəsi  ilə  təmin  edilmişdir.  Lakin  onların  torpaq  sahəsi  çox  kiçik  olduğundan  əkinçilik 

sisteminin belə sahələrdə tam həcmdə həyata keçirilməsi qeyri-mümkün olur. Bu da genetik zəifliyə 

və  cırlaşmaya  gətirib  çıxarır.  Mükəmməl  və  elmi  əsaslı  toxumçuluq  sisteminin  yaradılması  genetik 

zəifliyin qarşısını almaq üçün ən yaxşı mübarizə vasitəsidir. Toxumçuluğun son mərhələləri fermerlər 

tərəfindən həyata keçirildiyindən bu prossesə nəzarət etmək mümkün olmur. Fermerlər patent sahibi 

ilə bu fəaliyyət növünə müqavilə bağlamaq istəmirlər.  

Bitki  sortlarının  yaxşılaşdırılmasında  xəstəlik  və  zərrvericilərə  qarşı  davamlılıq  məsələləri 

xüsusi  yer  tutur.  Seleksiya  proqramlarında  fitopotoloq  və  entomoloqlar  digər  mütəxəssislərlə  birgə 



 

40 


çalışırlar.  Xəstəliklərə  qarşı  davamlılığın  genetik  donorları  müəyyənləşdirilir,  infeksiya  fonları  və 

pitomnikləri  yaradılır.  Bu  sahədə  ĐCARDA,  CĐMMYT,  eləcə  də  Danimarka,  Đsveçrə,  Đran  və 

Gürcüstan mütəxəssisləri ilə əməkdaşlıq edilir. Virussuz meyvə tinglərinin əkin materialı Fransadan 

gətirilərək Quba Rayon Aqrar Elm Mərkəzində 1,6 ha sahədə calaqaltı anaclığı salınmışdır. 



 

4.3. Toxumçuluq sistemi və satış bazarları 

Azərbaycan  müstəqillik  əldə  etdikdən  sonrakı  ilk  illərdə  xaricdən  kənd  təsərrüfatı 

məhsullarının idxalı böyük vüsət almışdı. Bu isə bazarlarda yerli sortların sıxışdırılması ilə müşayət 

olunurdu.  Kəndli-fermer  təsərrüfatlarının  formalaşmağa  başladığı  bu  dövrdə  yüksək  keyfiyyətli  elit 

toxum istehsalı çox baha başa gəlirdi. Buna görə ölkəyə ərzaq kimi gətirilən məhsulların toxum kimi 

realizə  olunması  alıcılıq  qabiliyyəti  aşağı  olan  fermerlərin  xarici  sort  və  formalara  üstünlük 

vermələrinə  şərait  yaradırdı.  Fermerlərin  təcrübəsizliyi  və  kifayət  qədər  lazımi  biliklərə  malik 

olmamaları bu sahədə müsbət irəliləyişə imkan vermirdi. Belə vəziyyət əsasən bostan-tərəvəz, texniki 

və  dənli  bitkilərə  aiddir.  Burada  hələ  ki,  ciddi  dəyişikliyə  nail  olunmamışdır.  Azərbaycanda  bazar 

iqtisadiyyatına  uyğun,  rəqabət  qabiliyyətli  kifayət  qədər  yerli  ənənəvi  və  elmi  seleksiya  sort  və 

formaları  mövcuddur.  Bu  sortların  təbliği,  fermerlər  arasında  onların  becərilməsi  ilə  bağlı  metodiki 

vəsaitlərin yayılması, toxum və əkin materiallarının paylanması üzrə bir neçə kiçik həcmli layihələr 

icra  olunmuşdur  (burada  ilk  növbədə  ETƏĐ  və  GEĐ-ni  qeyd  etmək  lazımdır),  lakin  bunlar  yerli 

sortların satışı ilə bağlı ümumi vəziyyətdə ciddi dəyişikliklər yaranmasına səbəb olmamışdır. Yalnız 

meyvə  və  kartof  bitkiləti  üçün  həm  daxili  bazarların,  həm  də  ixrac  imkanlarının  inkişafı  haqqında 

danışmaq  olar.  Bir  sıra  meyvə  sortları  (məsələn,  Qızıl  Əhmədi  alma  sortu)  sərt  bazar  rəqabətində 

özlərini yaxşı hiss edirlər. Nar, xirnik, alma, armud, ərik, alça, üzüm və başqa meyvə və giləmeyvə 

bitkilərinin  yerli  sortları  ölkə  daxilində  öz  mövqelərini  qorumaqla  bərabər,  Rusiya,  Gürcüstan  və 

Türkiyə  bazarlarında  da  yaxşı  satılırlar.  Yerli  sortların  yayılması,  becərilməsi  və  satışı  ilə  bağlı  ən 

acınacaqlı vəziyyət bostan bitkiləri ilə bağlıdır. Đndi Azərbaycanın bazarlarında, demək olar ki, yalnız 

bir qarpız sortuna (Amerika mənşəli geni dəyişdirilmiş “Şaban” sortu) rast gəlmək olar. Onlarla yerli 

qarpız sortları isə unudulmaqdadır və yalnız bir neçə həvəskar fermer onları becərərək qoruyur. 2006-

cı ildə bazarlarda əsasən yerli yemiş sortlarının satılmasını müsbət tendensiyanın yaranmaqda olması 

kimi şərh etmək olar. Əksər Maraqlı Tərəflər yerli sortlar üçün bazarların inkişafı və yeni bazarların 

yaradılmasında  əsas  məhdudiyyətlər  kimi  maliyyə  mənbələrinin  və  təlim  görmüş  işçilərin 

çatışmazlığını,  respublikada  toxumçuluq  sisteminin  zəif  olmasını  və  bu  səbəbdən  də  yerli  sortların 

ə

kin materiallarının lazımi şəkildə və kifayət qədər olmamasını göstərmişlər. Son dövrlərdə hökumət 



tərəfindən  yerli  sortların  satışı  üçün  yeni  bazarların  yaradılmasına  cəhdlər  edilir.  Fermerlərin 

 

41 


məhsullarının  maneəsiz  olaraq  bazarlara  çatdırılması  ilə  bağlı  qəbul  edilmiş  qərarlar,  antiinhisar 

qanunları,  yeni satış  yarmarkalarının təşkili, qonşu ölkələrlə müvafiq razılaşmalar və digər tədbirlər 

müsbət nəticələr verir. Dövlət tərəfindən himayə olunan yeni elit toxumçuluq fermer təsərrüfatları və 

assosiasiyalarının  yaradılması  və  mövcud  olanlarının  inkişafı,  bu  işə  müvafiq  institutların 

potensialının  cəlb  edilməsi  daha  böyük  nailiyyətlər  əldə  etməyə  imkan  verərdi.  Eyni  zamanda 

“Toxumçuluq  haqqında”  Azərbaycan  Respublikasının  Qanununa  toxumçuluğun  maddi 

stimullaşdırılması  ilə  bağlı  əlavələr  (2005)  edilmişdir  ki,  bu  da  yaxın  gələcəkdə  bazarlara  yerli 

sortların daha çox çıxarılmasına ümid etməyə əsas verir. 

 

4.3.1. Toxum istehsalı və yayılması 

Toxumçuluq  sahəsində  qanunvericiliyin  beynəlxalq  standartlara  uyğunlaşdırılması  üçün  12 

adda  normativ  sənədlər  toplusu  hazırlanmışdır.  28  rayonda  78  özəl  toxumçuluq  qurumları 

yaradılmışdır.  2005-ci  ildə  dövlət  və  özəl  toxumçuluq  təsərrüfatlarında,  elmi-tədqiqat  institutlarının 

bölgə təcrübə təsərrüfatlarında 10 min tondan çox yüksək reproduksiyalı taxıl toxumu, 7 tona yaxın 

tərəvəz  toxumu,  10  min  tondan  çox  pambıq  toxumu,  65  mindən  artıq  meyvə  tingləri  yetişdirilərək 

kəndli sahibkarlara satılmışdır. 

Son illərdə toxum və digər əkin materiallarının istehsalı və paylanması ilə əlaqədar institutlar 

tərəfindən 27 layihə və fəaliyyət icra edilmişdir. Bu sahə üzrə ETƏĐ, GEĐ, “ARAZ” EĐB, ETTĐ, ETPĐ, 

ETBSBĐ, ETYÇOĐ, ETÜŞĐ, MNB, AKTA, ETĐĐ xüsusilə fəallıq göstərmişlər.  

Sortların qeydiyyatı və rayonlaşdırılması ilə bağlı məsələlər SNSMDK tərəfindən icra edilir. 

Rayonlaşdırılmasına  icazə  verilmiş  sortlar  Azərbaycan  Respublikası  üzrə  hər  bir  il  üçün 

rayonlaşdırılmış  kənd  təsərrüfatı  bitkilərinin  reyestrinə  daxil  edilir.  Müxtəlif  bitkilər  üçün  yeni 

sortların  toxumlarının  bazara  çıxarılmasının  təmin  edilməsində  əsas  maneələr  içərisində  satış  üçün 

toxumun  çatışmazlığı,  istehsalat  xərclərinin  yüksək  olması,  müvafiq  toxum  istehsalı  sistemlərinin 

olmamasına  daha  çox  rast  gəlinir.  Müasir  sortlar  əsasən  birillik  bitkilərdə  üstün  mövqe  tuturlar, 

çoxillik bitkilərdə isə əhali yerli sortlara üstünlük verir.  

Ölkədə  ilkin  toxumçuluq  (super  elit  və  elit)  100%  dovlətin  himayəsi  altında  elmi 

müəssisələrdə  həyata  keçirilir.  Qalan  toxumların  bir  hissəsi  aqrar  islahatdan  sonra  KTN-nin 

tabeçiliyinə  verilmiş  Dövlət  K/T  Đstehsalı  müəssisələri  tərəfindən  həyata  keçirilir.  Bununla  belə, 

toxumların  digər  sistemlər  tərəfindən  istehsalı  və  yayılmasına  nəzarət  mexanizmi  yoxdur.  Ölkədə 

yerli  və  az  istifadə  olunan  sortlar  üzrə  keyfiyyətli  toxum  istehsalı  üçün  stimul  azdır.  Toxumçuluq 

işinin  lazımi  şəkildə  inkişaf  etdirilməsi  maya  dəyərinin  yüksək  olması  səbəbindən  ləngiyir.  Đlk 


 

42 


növbədə  kənd  təsərrüfatı  texnikasının  və  mineral  gübrələrin  çatışmazlığı  və  həddən  artıq  baha  başa 

gəlməsi həm elmi araşdırmalara, həm də toxumçuluq işinə mənfi təsir göstərir.  

Bu  sahədə  daha  ciddi  islahatlara  və  dəstəyə  ehtiyac  var.  Bu  problemin  həllində  beynəlxalq 

miqyasda  toplanmış  təcrübənin  öyrənilməsi  faydalı  olardı.  Rayonlaşmış  sortların  orijinal,  elit  və 

reproduksiyalı  toxumçuluğunun  inkişaf  etdirilməsi  üçün  müasir  səviyyəli  toxumçuluq  sistemi 

yaradılmalı, onun maşın və avadanlıqlarla, toxum saxlanma anbarları ilə təchizatı təmin edilməli və 

çoxaltma  işində  toxumçuluğun  müasir  üsullarından  istifadə  edilməlidir.  Toxumçuluğun 

yaxşılaşdırılması  üçün  ilkin  toxumçuluqla  məşğul  olan  elmi  müəssisələrin  maddi-texniki  səviyyəsi 

müasir  dünya  standartlarına  çatdırılmaqla  100%  dövlət  himayəsi  olmalıdır.  Sonrakı  reproduksiyalı 

toxum istehsalında dövlət dəstəyi ilə nəzarət mexanizmi müəyyənləşdirilməli və həmin mexanizmin 

işləməsi  təmin  edilməlidir.  Əgər  dövlət  himayəsi  artarsa,  özəl  toxumçuluq  təsərrüfatları  inkişaf 

etdirilərsə, yeni yüksək məhsuldar sortlar hesabına ölkədə k/t məhsullarının istehsalını artırmaq olar.  



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin