B. ƏSAS HĐSSƏ
I fəsil. Biomüxtəlifliyin vəziyyəti
1.1 Bitki genetik ehtiyatlarının əsas dəyəri
Azərbaycanda torpaq-iqlim şəraitinin son dərəcə rəngarəngliyi bitki genetik ehtiyatlarının çox
böyük zənginliyinin əmələ gəlməsinə səbəb olmuşdur. Burada ali bitkilərin 4500-dən çox növü qeydə
alınmışdır ki, onlardan da 237-i endemikdir. Onların içərisində elə bir növ tapmaq olmaz ki, mühüm
ə
həmiyyət kəsb etməsin. Təbii zənginlikdən bəhrələnməklə 10 min illik əkinçilik tarixində
mədəniləşdirilən və xalq seleksiyası yolu ilə yaradılan nümunələrin müxtəlifliyi xüsusi qeyd
edilməlidir. Burada tarixən dənli-taxıl (buğda, arpa, çovdar, vələmir və s.), dənli-paxlalı (noxud,
mərci, lərgə, lobya və s.), tərəvəz-bostan (pomidor, badımcan, qarpız, yemiş, boranı və s.), paxlalı-
yem (yonca, xaşa və s.), meyvə (alma, armud, ərik, alça, heyva, nar, əncir, badam, qoz, fındıq və s.),
üzüm, texniki bitkilər (pambıq, şəkər çuğunduru, tütün, biyan və s.) becərilmiş, əhalinin ərzaq və
digər məhsullara tələbatının ödənilməsində mühüm rol oynamışlar. Bu bitkilər indi də kənd təsərrüfatı
ə
kinlərinin əsas hissəsini təşkil edir. Eyni zamanda, əhali həmin bitkilərin yabanı əcdadlarından və bir
sıra digər yabanı bitkilərdən (yabanı bitən yemişan, itburnu, böyürtkən, quşüzümü, çaytikanı və s. kol
bitkiləri, kəklikotu, əməköməci, yarpız, gicitkən və s. ot bitkiləri, meşə ağac və kol bitkiləri) ərzaq,
dərman və təsərrüfat məqsədləri üçün istifadə edir. Otlaq və biçənəklərin, dağ çəmənliklərinin, meşə
11
talalarının zəngin bitki örtüyü heyvandarlığın inkişafına güclü təkan vermişdir. Ölkənin yarımsəhra
və quru çöllərinin əkinlərdən kənarda qalan hissəsi, alp və subalp çəmənlikləri, meşə zonalarının
kənarları otlaq kimi intensiv istifadə olunur. Lənkəran-Astara bölgəsində sitrus meyvələri, çay və
faraş tərəvəz, Kür-Araz zonasında quru subtropik meyvələr, pambıq, taxıl bitkiləri, üzüm, Gəncə-
Qazax bölgəsində üzüm, kartof, taxıl bitkiləri, Şəki-Zaqatala bölgəsində qərzəkli meyvələr, taxıl
bitkilıri, Quba-Xaçmaz bölgəsində gecyetişən tərəvəz, tumlu meyvə və taxıl bitkiləri, Abşeronda quru
subtropik meyvə bitkiləri, Naxçıvanda çəyirdəkli meyvə bitkiləri, üzüm, taxıl və yem bitkiləri kənd
təsərrüfatı sistemində əhəmiyyətli yer tutmaqla əhalinin ərzaq və digər məhsullarla təminatında,
fermerlərin gəlirlərinin formalaşmasında mühüm rol oynayır.
1.2 Növdaxili və növlərarası müxtəliflik
1.2.1. Kə nd tə sə rrüfatının ə sasını təş kil edə n bitki müxtə lifliyinin və ziyyə ti
Ölkədə dənli-taxıl, dənli-paxlalı bitkilərin müxtəlifliyində ciddi dəyişikliklər qeydə alınmasa
da, cüzi azalmalar müşahidə edilmişdir. Bu azalma ilk növbədə dənli-taxıl və paxlalı bitkilərin
yabanı müxtəlifliyinə, eləcə də vaxtilə geniş istifadə edilən qədim-yerli sortlara aid edilə bilər.
Müstəqillik dövründə Azərbaycan şəraitində ən çox becərilən taxıl bitkilərindən buğda sortlarının
müxtəlifliyinin illər üzrə kəskin dəyişilmələri son 2 ildə müəyyən qədər sabitləşmiş, əsasən Seleksiya
Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasında (SNSM DK) qeydiyyatdan keçmiş
və introduksiya olunmuş sortların becərilməsi ilə məhdudlaşmışdır. Burada əksər ex-situ
kolleksiyalarda olan müvafiq bitki nümunələrinin azalması müşahidə edilmişdir. Genetik Ehtiyatlar
Đ
nstitutunun (GEĐ) genefondu isə elmi mübadilə və ekspedisiyalar yolu ilə toplanma nəticəsində xeyli
zənginləşmişdir. Dənli taxıl və paxlalı bitkilərin əsas kolleksiyaları ET Əkinçilik Đnstitutunda (ETƏĐ)
(2490 nümunə), GEĐ-də (2272), Naxçıvan Bioresurslar Đnstitutunda (NBĐ) (843) toplanmışdır.
Azərbaycanda qırtıckimilər (Poaceae) fəsiləsinin 120 cinsinə, 454 növünə rast gəlinir,
bunlardan 25 növü mədəni halda becərilir. Bura qırtıckimilərin qədim əmələgəlmə mərkəzlərindən
biri sayılır. Burada buğda (Triticum L.) cinsinin 16 növü vardır. Onlardan bərk buğdanın (T.durum
Desf.
) 43 növ müxtəlifliyi mövcuddur. Ən geniş yayılanı: apulicum, hordeiforme, leucurum,
melanopus
bütün aran, dağətəyi və dağlıq rayonlarda beçərilir. Burada yumşaq buğdanın (T.aestivum
L
.) 87 növ müxtəlifliyi vardır. Daha geniş yayılanlar eritrospermum, ferrugineum, sezium,
barbarossa
, lutescens, milturum, albidum növləridir. Ex-situ kolleksiyalarda buğda bitkisinə aid 1862
nümunə mühafizə olunur.
12
Azərbaycanda arpanın ( Hordeum L.) 10 növünə rast gəlinir. Bunlardan 2-si (adi, çoxsıralı,
altısıralı arpa (H.vulgare L.) və ikisıralı arpa H. disticum L.) mədəni halda becərilir. Ex-situ
kolleksiyalarda arpa bitkisinə aid 297 nümunə mühafizə olunur.
Ölkədə covdarın (Secale L.) 5 növünə rast gəlinir. Bunlardan yalnız biri (əkin çovdarı S.cereale
L.
) mədənidir. Genefondda çovdarın 23 nümunəsi vardır.
Qarğıdalının (Zea) yalnız bir növü (sarıdənli) Z.mays L. yayılmışdır. Onun genefondda 549
nümunəsi vardır.
Çəltiyin (Oryza L.) 1 növü – O.sativa L. Şəki-Zaqatala bölgəsində, Kür-Araz düzənliyində və
Talışda becərilir. Bundan başqa, tritikale (genefondda 326 nümunə), sorqo (Sorghum L.), darı
(Panicum L.) və s. cinslər də ərazidə təbii halda yayılmışdır.
Azərbaycanda Fabaceae fəsiləsindən olan və əsasən ərzaq və yem məqsədi üçün istifadə olunan
paxlalı bitkilərin 400 növü yayılmışdır. Bunlardan noxud (Cicer L.), mərci (Lens L.), at paxlası
(Vicia faba L.), lobya (Phaseolus L.), göy noxud (Pisum), araxis (Arachis L.), lərgə (Lathyrus L.) və
b. cinslərin növləri qədim zamanlardan mədəniləşdirilmişdir, yabanı növləri isə bütün ölkə
ə
razilərində yayılmışdır. Genefondda noxudun 78, lobyanın 68, lərgənin 50, paxlanın 70 və s.
nümunəsi mühafizə olunur.
Florada itmək təhlükəsinə məruz qalan növlərin içərisində yem bitkiləri xüsusilə fərqlənirlər.
Bu bitkilərinin genefondu üzrə nümunə sayı ilə seçilən 2 kolleksiya mövcuddur (GEĐ – 373, ETYÇOĐ
– 189 nümunə). Paxlalı yem bitkilərindən ən çox yayılmış və istifadə olunan Medicago L.
(qarayonca) (genefondda 263 nümunə), Trifolium L. (üçyarpaq yonca) (121 nümunə), Melilotus
Adans.
(xəşənbül), Lotus L. (qurdotu) (17 nümunə), Onabrychis (xaşa) (29 nümunə), Faba Garten. və
s. cinslərin mədəni və yabanı növləri florada geniş yer tuturlar. Taxıl və paxlalılar fəsiləsindən olan
bitkilər təbii otlaq və biçənəklərdə də geniş yer tutur.
Ölkə üzrə tərəvəz-bostan bitkilərinin 200 növü bitir və bunun əksəriyyəti əhali tərəfindən
istifadə olunur. Onların içərisində Azərbaycanda yayılma areallarının genişliyinə, növlərin və
sortların sayına, qida, dərman və sənaye məqsədləri ilə istifadə miqyasına görə Solanaceae Hall.,
Brassicaceae Juss., Liliaceae Hall.
və Chenopodiaceae Less., Cucurbitaceae Hall., Asteraceae,
Portulacaceae Lindl., Lamiaceae
, Malvaceae Juss., Amaranthaceae R.Br. və s. fəsilələrindən olan
cinsləri xüsusi qeyd etmək olar. Tərəvəz-bostan bitkilərinin ölkədə mövcud olan əsas kolleksiyaları
(GEĐ – 337, ETTĐ – 578, AKTA – 118 nümunə) bu bitkilərin respublikada mövcud olan
müxtəlifliyini tam əhatə etmir. Əsas tərəvəz və bostan bitkilərinin yabanı müxtəlifliyinin azalma və
yerli sortların introduksiya sortları ilə əvəz olunması tendensiyalarını nəzərə alsaq, bu sahəyə diqqət
artırılması əsas prioritetlərdən biri olmalıdır.
13
Meyvə və giləmeyvə bitkilərinin zəngin biomüxtəlifliyi istifadə və faydalılıq baxımından çox
qiymətlidir. Əsas meyvə bitkilərinin və onların yabanı əcdadlarının müxtəlifliyi də tədricən azalır.
Müxtəlif səbəblərdən bəzi ənənəvi sortların unudulması, introduksiya sortlarının isə sayının və əkin
sahələrinin artması baş verir. O cümlədən, bir sıra növlər (məsələn, Naxçıvan MR-da Ficus carica L.,
Rheum ribes L., Pyrus raddeana Woronow, Pyrus medvedevii Rubtz., Sorbus persica Hedl.,
Crataegus tournefortii Griseb., Crataegus pontica C. Koch., Rosa arvensis Huds
. və s.) itmək
təhlükəsi ilə üzləşmişlər. Bu səbəbdən əsas meyvə, giləmeyvə və üzüm bitkilərinin GEĐ-də (cəmi
1199 nümunə), ET Bağçılıq və Subtropik Bitkilər Đnstitutunda (ETBSBĐ) (1519), NBĐ-də (166),
“Araz” Elm Đstehsalat Birliyində (“Araz” EĐB) (197), Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında
(AKTA) (57), ET Üzümçülük və Şərabçılıq Đnstitutunda (ETÜŞĐ) (310), Mərkəzi Nəbatat Bağında
(MNB) (120) və institutların regionlarda yerləşən genefond bağlarında, tarla kolleksiyalarında
toplanmış genefondunun dəyəri çox yüksəkdir.
Böyük Qafqazın cənub yamaclarında və Quba-Qusar regionunda yunan qozu (Juglans regia
L
.), fındıq (Corylus avellana L.), şabalıd (Castanea sativa Mill.), xurma (Diospyros kaki L.), xurma-
xırnik (Diospyros lotus L.), zoğal (Cornus mas L.), alça (Prunus divaricata Led.) və onlarca digər
növlər əhali tərəfindən ərzaq kimi istifadə olunur. Bu ərazilərdəki fermer təsərrüfatlarında bu növlərin
bir çox xalq seleksiyası sortları vardır. Ərazidə alma, armud, tut, əzgil, zoğal və s. bitkilərin
müxtəlifliyi geniş yayılmışdır.
Vaxtilə çaykənarı meşəliklərdə palıd, vələs və s. meşə bitkiləri ilə birgə yabanı və mədəni halda
bitən əzgil (Mespilus germanica L.), nar (Punica granatum L.), gilas (Cerasus avium (L.)Moench.),
gilənar (Cerasus vulgaris Mill.), üzüm (Vitis sp.div.) bitkiləri böyük ərazi tutduqları halda antropogen
təsirlər nəticəsində areallarının daralması müşahidə olunur. Talış regionunda böyürtkən, əncir, nar,
alça, itburnu, sitrus bitkiləri, Abşeronda üzüm, əncir, püstə (Pistacia vera L.), badam (Amygdalus
fenzliana Lipsky
), iydə (Elaeagnus angustifolia L., E.caspica Grossh.), tut (Morus alba L., M.nigra
L
.), heyva və nar bitkilərinin qiymətli sortları təbii halda bitir və ya fermerlərin təsərrüfatlarında,
bağlarda becərilir. Yabanı üzümün, moruğun, çiyələyin və digər giləmeyvə bitkilərinin bütün
respublikada yayılması məlumdur.
Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə vaxtilə zoğal, gilas, gilənar, nar, heyva (Cydonia
oblonga Mill
.), nar, əncir (Ficus carica L., F.hyrcana Grossh.), armud (Pyrus sp.), üzüm (məs.: Vitis
vinifera L
. və V.labrusca L.), və s. meyvə bitkiləri geniş yayılmaqla əhali tərəfindən istifadə edilirdi.
Texniki bitkilərdən pambıq (Gossypium L.), çay (Thea L.) və tütün (Tabacum L.) Azərbaycanda
qədimlərdən becərilməklə geniş sahə tutur. Son illərdə bu bitkilərin həm əkin sahələrinin və həm də
istifadə olunan sort tərkibinin azalması müşahidə olunsa da, onların kolleksiyaları (pambıq, tütün,
14
şə
kər çuğunduru və s.) zənginliyi ilə seçilir (GEI-nin pambıq kolleksiyası 1370, ETPI-nin pambıq
genefondu isə 670 nümunədən ibarətdir). Respublikada bu nümunələrin az bir qismi əkilir, lakin
genefond gələcəkdə seleksiya imkanlarının yaradılması baxımından qiymətlidir. Digər texniki
bitkilərlə bağlı GEĐ-nin Çuğundur kolleksiyasını (95 nümunə), AKTA-nın Texniki və efir yağlı
bitkilər kolleksiyasını (36) göstərmək olar.
1.2.2. Đkinci dərəcəli və ya az istifadə olunan bitki müxtəlifliyi
Təsərrüfat əhəmiyyəti yüksək olmayan və az istifadə olunan bitki müxtəlifliyinin vəziyyəti son
illərdə geniş araşdırmaların mövzusu olmamışdır. Dərman bitkilərinin, yabanı üzümün, çaytikanı
bitkisi kimi son illərdə şöhrət qazanmış bitkilərin müxtəlifliyinin öyrənilməsinə diqqət artırılmışdır.
Azərbaycanda 350-dən çox baltoplayıcı bitki növü qeydə alınsa da, bunların yalnız 200 növündən az
və ya çox dərəcədə istifadə edilir. Az istifadə olunan bitkilərdən xaşxaşı (Papaver L., Azərbaycanda
20 növünə rast gəlinir, bunlardan bir növ P.somniferum L. becərilir), bəzi aşılayıcı bitkilərdən Cotinus
coggria
L. – sarağan, Quercus sp.div. – palıd, Rhus coriaria L. – sumax, Carpinus sp.div. – vələsi,
boyaq bitkilərindən sarı rəng verən 65 növ, qırmızı rəng verən 30 növ, qara rəng verən 24 növ,
çəhrayı rəng verən 13 növ, göy rəng verən 25 növü, kauçuk və digər elastik maddələr verən
bitkilərdən Acer platanoides L. – ağcaqayın, Apocynum sibiricum Pall. – kəndir, Evonymus sp.div. –
gərməşov, Verruosus Scop. və s. bitkiləri misal göstərmək olar. Bu bitkilər ex-situ kolleksiyalarda ya
təmsil olunmamış, ya da çox cüzi təmsil olunmuşlar (MNB-də və Mərdəkan Dendrarisində bu
bitkilərin yerli və introduksiya nümunələrinə rast gəlmək olar). Təbii landşaftların sahəsinin
məhdudlaşması ilə bunların da ehtiyatları və növ müxtəlifliyi azalmaqdadır. Dərman bitkilərinin
istifadəsinin artması və mühafizə fəaliyyətinə diqqət verilməməsi nəticəsində onların müxtəlifliyi də
azalmaq təhlükəsi ilə üzləşmişdir. Qida kimi istifadə edilən bəzi ot və yabanı tərəvəz bitkilərinin
müxtəlifliyinin hədsiz otarılma səbəbindən azalması müşahidə edilir.
Ə
hali tərəfindən istifadə olunan, ancaq sənaye və satış əhəmiyyəti aşağı olan bitkilərdən
quşəppəyi ( Capsella bursa pastoris L.), suluf ( Echinochoa oryzoides Fr.), çaşır ( Prongos ferulaceae
Lindl.)
, baldırqan (Heracleum trachyloma L.), turşəng (Rumex-in növləri), kəvər (Capparis herbacea
L.)
, adi kaliş (Sorghum vulgare L.), sallaq quşdarısı (Milium effusum), cacıq (Chaerophyllum
caucasicum
) və b. bu kimi əvvəllər çox yayılmış bitkilərin müxtəlifliyi də azalmaq təhlükəsinə məruz
qalmaqdadır.
El adətlərində, bayatılarda, digər folklor nümunələrində, tarixi-etnoqrafik əsərlərdə bəzi
bitkilərin (dağdağan, üzərrik və s.) tərənnüm edilməsinə, bəzən isə müqəddəsləşdirilməsinə rast
gəlirik. Belə bitkilərin bəziləri bəzək, bəziləri məişət avadanlığı, bəziləri dərman, bəziləri isə
15
inamlarla bağlı müəyyən mərasimlərdə istifadə edilmək üçün (məsələn üzərlik yandırma adəti kimi)
toplanılır. Fermerlər onları sataraq müəyyən qazanc əldə edirlər.
1.2.3. Kənd təsərrüfatı bitkilərinin yabanı əcdadları və ərzaq məqsədilə istifadə olunan yabanı
bitki müxtəlifliyi
Mədəni bitkilərin yabanı əcdad və qohumlarının müxtəlifliyi tədricən azalmaqdadır.
Azərbayçanda buğdanın yabanı növləri aran, dağətəyi, və dağlıq rayonlarda yayılmışdır. Dağlıq və
dağətəyi zonalarda itmək təhlükəsi ilə üzləşmiş 3 yabanı buğda növü bitir: təkdənli buğda –
T.boeoticum
Boiss., ikidənli buğda – T.araraticum Yakubs. və b. Müəyyən edilmişdir ki, T.boeoticum
Boiss.
növünün ayrı-ayrı növmüxtəliflikləri Zəngilanda (dəniz səviyyəsindən 600-800 m yüksəklikdə)
Bəsitçay vadisində, Naxçıvanda Şərur və Ordubad bölgələrində, Cəbrayıl rayonu ərazisində
yayılmışdır. Azərbaycanda T.urartu növü də tapılmışdır. T.boeoticum Boiss. növündən divergensiya
etmiş T.monococcum növünün Yuxarı Qarabağ ərazilərində yayıldığı qeydə alınmışdır. T.araraticum
Ş
amaxıda 800 m, Ağsu aşırımında 350-700 m hündürlükdə aşkar edilmişdir. Bu növə Naxçıvanda da
rast gəlinir. Aegilops cinsinə aid 9 növ Azərbaycanda geniş yayılmışdır. Araşdırma zamanı bəzi
yerlərdə bu cinsin növlərinə 2000 m-dən bir qədər yuxarıda da rast gəlinmişdir. Ölkədə yabanı
arpanın 8 növü yayılmışdır: yabanı arpa (Hordeum spontaneum C. Koch.), göy arpa (H. glaucum
Steud
.), soğanaqlı arpa (H.bulbosum L.), bənövşəyi arpa (H.violaceum Boiss. et Huet.), çovdarvari
arpa (H.secalinum Schreb.), dovşan arpası (H.leporinum Link.). Çovdarın 4 yabanı növü yayılmışdır:
alaq-tarla çovdarı (S.segetale Roshev.), Vavilov çovdarı – (S.vavilovi Grossh.), Anadolu çovdarı
(S.anatolicum Boiss.), meşə çovdarı (S.sylvestre Host.). Azərbaycanda lərgənin 17, gülülün (Vicia L.)
40 yabanı növü yayılmışdır. Bundan başqa sorgonun 2, darının 3 yabanı növü (Panicum capillare L.,
P.dichotomiflorum M., P.sumatrens Roth ety Roem
) florada qalmaqdadır.
Cənub bölgəsində Medicago glutinosa Bieb., Eremurus spectabilis, Solanum sysimbrifolium
kimi növlər də təbii areallarını itirməkdədirlər.
Tərəvəz-bostan bitkilərinin yabanı əcdad və qohumları içərisində Physalis L. (2 yabanı növ),
Allium L
. (41 yabanı növdən 6-sı Azərbaycanın endemidir), Amaranthus L. (yabanı bitən 6 növ),
Rumex L
. (17 növ), Polygonum L. (27 növ), Calligonum L. (4 növ), Malva L. (10 növ), Alcea L. (8
növ), Mentha L. (Azərbaycanda 5 növü var, bunlardan 4-ü yabanıdır) daha geniş yayılmışdır.
Tərəvəz-bostan bitkilərinin yabanı növlərinin areallarının daralması faktları aşkara
çıxarılmışdır. Ən geniş yayılmış və istifadə olunan yabanı tərəvəz bitkiləri içərisində ərzaq
ə
həmiyyəti olan bir neçə bitki növünü də göstərmək olar. Bunlardan Əməköməci fəsiləsinə aid
ə
məköməci (Malva neglecta Wailler) bitkisinin yarpaq və zoğları müxtəlif xörəklərin
16
hazırlanmasında istifadə edilir. Kərəviz fəsiləsindən efir yağlı bitki olan baldırğanın ( Heracleum
asperum Bieb
.) özəyi soyulub yeyilir, duza qoyulur. Yolotu fəsiləsnə aid müalicəvi əhəmiyyətli
qırxbuğum və ya yolotunun (Polygonum alpestre C.A.Mey.) körpə zoğları və yarpaqlarından sıyıq,
kətə, plov və dovğa bişirilir, qurudulub saxlanılır. Gicitkən fəsiləsinə aid gicitkənin (Urtica dioica L.)
körpə zoğları, yarpaqları duzla ovulub yeyilir, ondan müxtəlif xörəklərin hazırlanmasında istifadə
edilir. Çoxillik, limon ətirli bitki olan dalamaz, melissanın (Melissa officinalis L.) körpə zoğ və
yarpaqları yığılıb reyhan kimi istafadə edilir. Ətriyyatda və tibbdə də istifadə edilir. Azərbaycanda
yabanı halda razyanə - boyana (Foeniculum vulgare Mill.), köküyumru soğanı (Allium rotundum L.),
qulançar (Asparaqus affcinalis L.), əvəlik (Rumex asetosa L.), qoyunqulağı (Silene L.), rəvənd
(Rheum undulatum L.), dağ nanəsi (Saturea montana L.), yarpız (istiot nanəsi – Menta piperitta L.),
çöl keşnişi (dişəvər – Antrhiscus cerafolium Hoffm.), təpə keşnişi (Bifora radians L.), yemlik və
onlarca digər tərəvəz bitkiləri əhali tərəfindən istifadə edilir.
Meşə massivlərində, çayların vadilərində və b. yerlərdə almanın (Malus L.) 40 müxtəlif yabanı
formasina rast gəlinir. Armudun (Pirus L.) 16 yabanı növündən P.eldarica Grossh. və P.vsevolodi
T.Heid
. endemdirlər. Heyvanın yabanı formalarına Xəzərsahili meşələrdə rast gəlinir, bu meşələrin
sahəsinin azalması onun müxtəlifliyinin azalmasına səbəb olmuşdur. Quşarmudu (Sorbus L.) 11 (5
növ Qafqaz üçün endemdir), yemişan (Grataegus L.) 9, gavalı 3, badam 2, gilənar 5, böyürtkən və
moruq (Rubus L.) 14, qarağat (Ribes L.) 2 yabanı növlə təmsil olunmuşdur. Bundan başqa yabanı
halda bitən əzgilə, göyəmə (Prunus spinosa L.), alçaya, nara, gilasa, itburnuya (Rosa sp.div.),
çaytikanıya (Hippophae rhamnoides L.), zoğala, üzümə (Vitis silvestris Gmel.), qərzəkli bitkilərə və
digər meyvə-giləmeyvə bitkilərinə respublikanın meşə və kolluqlarında, dağlıq və dağətəyi
rayonlarında rast gəlinir.
Naxçıvan ərazilərində biomüxtəlifliyin araşdırılması sayəsində buranın florasında əhəmiyyətli
yer tutan yabanı dənli bitkilərdən Avena ventricosa Bal. Ex Coss., Hordeum spontaneum C. Koch.,
Secale anatolicum Boiss., Triticum araraticum Jakubz., T.monococcum L., Secale vavilovii Grossh.
;
paxlalı bitkilərdən Onobrychis sp.div. (O.transcaucasica növünə həm yabanı halda rast gəlinir, həm
də mədəni halda becərilir) , Lens sp.div., Medicago sp.div., Trifolium sp.div.; soğanaqlı geofitlərdən
Allium leucanthum, Allium szovitsii
, Allium akaka Gmel. ex Schult., Allium mariae Bordz., Allium
leonidii Grossh
. kimi növlərə rast gəlinir. Onların da çoxu itmək təhlükəsindədir. Zuvand (Lerik)
ə
razisində Astragalus, Allium, Beta, Hordeum, Amygdalus; Dağlıq-Şirvan, Qəbələ-Oğuz, Lənkəran-
Astara ərazilərində Lactuca, Triticum kimi cinslərin növ müxtəlifliyində areal daralması müşahidə
edilmişdir. Təbii otlaqların bəzi faydalı bitkiləri, məsələn, Ammi visnaga (L.) Lam., Achillea nobilis
L., Inula helenium L., Digitalis nervosa Steud. et Hochst. ex Benth.
növləri də eyni təhlükə ilə
17
üzləşirlər. Botanika Đnstitutunun əməkdaşlarının Böyük Qafqazın cənub yamaclarında və Naxçıvan
MR ərazisində apardıqları araşdırmalara görə Dorema glabrum Fish. et C.A.Mey., Ferula oopoda
Bois., Ferula szowitsiana DC., Smyrniopsis aucheri Boiss., Grammosciadium platycarpum Boiss. et
C.A.Mey., Zeravschania pauciradiata (Tamamsch.) M.Pimen., Ferula persica Willd., Stenotaenia
macrocarpa Willd., Prongos acaulis (DC.) Bornm.
kimi aborigen növlər itmək təhlükəsindədirlər.
Ambroziya (Ambrosia artemisiifolia L.), sarı sarmaşıqlar (Cuscuta L.), sürünən kəkrə (cəhrayı)
(Acroptilon repens
DC.), tikanlı quşüzümü (Solanum rostratum Dun.) kimi adventik alaq otları
kənardan floraya düşmüş və yerli növləri sıxışdırırlar.
Respublika florasında rast gələn dərman və sənaye əhəmiyyətli bir çox yabanı bitkilər müxtəlif
iş adamları tərəfindən xarici ölkələrə aparılmaqda davam etdirilir. Bunlardan Glycyrrhiza glabra L.
(biyan), Urtica dioica L. (gicitkan), Betula sp.div. (toz ağacı cinsinə aid növlər) və s. göstərmək olar.
Bu bitkilərin də ciddi nəzarətə götürülməsi onların mühafizəsi baxımından çox vacibdir.
Dostları ilə paylaş: |