Rabil Mehtiyev Fəlsəfə



Yüklə 0,74 Mb.
səhifə17/56
tarix06.09.2023
ölçüsü0,74 Mb.
#141717
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   56
mehtiyev (1) (2)

Cordano Brunonun timsalında (1548-1600) İntibah döv­rünün fəlsəfəsi kulminasiya nöqtəsinə yüksəlmişdir. Be­lə ki, Bruno xristian dini ehkamlarına və sxolastik fəl­sə­fəyə qarşı olmuşdur. O “Səbəb, prinsip və vahid haq­qın­da”, “Sonsuzluq, kainat və dünyalar haqqında” adlı əsər­lərində maddi aləmin əbədiliyi problemlərini önə çə­kir və dünyanın yeni materialist nəzəriyyəsini irəli sür­müş­dür. Bruno qeyd edirdi ki, idrakın məqsədi hadi­sə­lərin mahiyyətinə varmaq, təbiətin qanunauy­ğun­luq­ları­nı anlamaqdır.
İntibah dövrü bəzi sosial təlimlərin, o cümlədən Tomas Mor (1479-1555) və Tommazo Kampanella (1568-1639)­ tərəfindən irəli sürülən ideyalar ilə tarixə düş­müş­dür. Utopiya (yunancadan tərcümədə mövcud olmayan yer), xəyali cəmiyyət mənasındadır. Utopiyanın adətən mövcud cəmiyyətin tənqidi, mövcud ictimai sosial qay­da­lardan, quruluşdan narazılıq ifadə etmək üçün işlə­di­lir. Tomas Mor “Utopiya” əsərində xəyali bir cəmiyyət təs­vir edir ki, burada təzyiqə, haqsızlığa yer yoxdur.
T. Kampanella “Günəş Şəhəri” əsərində sosial ədalət prinsipinə əsaslanaraq ideal cəmiyyət quran insanlardan bəhs edir. Onun fikrincə, bütün ədalətsizlikləri törədən xüsusi mülkiyyətdir.
Erazm Rotterdamlı (1469-1536) “Axmaqlığın tərifi” əsərində orta əsrlərin sxolastikasını tənqid edirdi. Bib­li­yanın insan tərəfindən yazılması fikrini irəli sürürdü və qeyd edirdi ki, dini mətnlər köhnəldiyi üçün yeniləri ilə əvəz olunmalıdır. O dini tolerantlığın tərəfdarı olmuş­dur. Belə bir fikri məşhurdur ki, xəstə adamı öldürmək­dənsə, müalicə etmək daha yaxşıdır. E. Rotterdamlı kil­sə­nin insanlara xristian dininə uyğun yaşamaq üçün kö­mək etməli olduğunu əsaslandırırdı. O hesab edirdi ki, insan yalnız tərbiyə vasitəsilə insan ola bilir, başqa sözlə heç kim sosial mənada insan kimi doğulmur, buna həyatı boyu əldə etdiyi keyfiyyətlər sayəsində nail olur.
Qalileo Qaliley (1564-1642) eksperimental metodun əsasını qoymuşdur. Onun fikrincə, din və elm bir ola bil­məz, bir-birindən ayrı götürülməlidir. Rasionalist möv­qe­də dayanan Qalileyin fikrincə, insan idrakı sonsuz deyil və həqiqəti tam görə bilməz. Bununla belə, insan dərk­et­məyə can atmalı, təbiətin qanunlarını öyrənməlidir.
O köhnəliyə qarşı olmuş, elmin təcrübiliyini artır­maq­la praktiki nəticələrə nail olmağı əsas hesab etmişdir.
İntibah dövrü mədəniyyəti insanın mahiyyətinin öy­rə­nilməsi üçün antik fəlsəfəyə istinad edirdi. Məhz buna görə də bu fəlsəfə Avropa fəlsəfəsinin yenidən dirçəl­mə­si, təntənəsi kimi xarakterizə olunur. Bu dövr fəlsəfəsi or­ta əsrlər üçün dominant olan dini fəlsəfədən humanizm ideyalarının daşıyıcısı olmaqla, habelə gerçək həyata bağ­lı olması ilə fərqlənirdi.
Mövzu 6.
Yeni dövr fəlsəfəsi

Elmdə orta əsrlərdən sonra başlanan dövrü «Yeni dövr» adlandırırlar. Belə ki, dövlət uzun müddət kilsənin əlin­də olan səlahiyyətləri nəzarətə aldı ki, bu da nəticə etibarilə dini dünyagörüşündən təbiətin elmi anlamına keçidi təmin etdi.


Bu dövrdə elmin inkişafı fəlsəfənin məzmunca trans­for­masiyasna, bir az da dəqiqləşdirsək idrakı ön plana çı­xa­rmışdı. Bu keyfiyyət dəyişmələrini nə zəruri edirdi? Şüb­həsiz ki, ilk növbədə Avropanın siyasi-iqtisadi hə­ya­tın­da baş verən dəyişikliklər. Bura daxil idi : a) Feo­da­lizm­dən kapitalizmə keçiddə müşayət olunan prob­lem­lər; b) Qitədə yeni dövlət forması olaraq respublikaların ya­ranması; c) Almaniyada reformasiya, Niderlandda bur­jua inqilabı, İngiltərədə iqtisadi sahədə inqilab yarada bi­ləcək yeniliklərin baş verməsi və sair. Təbiidir ki, fəlsəfi fi­kir cəmiyyətdəki bu köklü dəyişiklikərin nəzəri ümu­mi­ləş­dirməsinə cavab verməli idi. Bu baxımdan Yeni dövr fəl­səfəsinin sosial sifarişdən yarandığını söyləmək müm­kün­dür.
Yeni dövr fəlsəfəsinin görkəmli nümayəndəsi olan in­gi­lis filosofu Frensis Bekon (1561–1626) empirizm me­to­du­nun banisi olmaqla həm də müasir induktiv metodun yaradcısı hesab olunur.
«Yeni orqanon», «Ləyaqət və elmin inkişafı haq­qın­da» əsərlərində Bekon elmi biliklərin, kəşflərin köməyi ilə təbiət qüvvələrinə üstün gəlməyi təbliğ edirdi. Bekon «ikili həqiqət», yəni əql həqiqəti və etiqad həqiqəti ara­sın­da tərəddüd etmişdir.
O özündən əvvəlki filosofların yalnız nəzəriyyə ilə məş­ğul olduqlarını, insanlara real bilik verə bil­mə­dik­lə­ri­ni iddia edirdi. Bekon anqlosakson ruh daşıyıcısı kimi praq­matikliyin tərəfdarı idi və qeyd edirdi ki, fəlsəfə hə­qi­qətə çatmaq kimi mücərrəd axtarışlarla deyil, insanlara əməli tövsiyyələr verməklə məşğul olmalıdır. Hesab edir­di ki, insanın təkamülü yalnız təbiət üzərində hökm­ran­lı­ğı təmin etdikdən sonra mümkün ola bilər.
Onun fəlsəfə üçün böyük xidməti idrakın induktiv metodunu elmi dövriyəyə gətirməsidir. İnduktiv metodu əsas götürməklə Bekon deduktiv metodu qəbul etmirdi. Be­kon elmi tədqiqatlarda riyaziyyatın və hipotezlərin rolunu deyil, empirik, yəni təcrübi tədqiqatlara üstünlük vermişdir. Bütövlükdə Bekonun təlimində fəlsəfənin tən­qi­di funksiyası daha qabarıq nəzərə çarpır.
F.Bekonun əsərlərində müxtəlif mövzulara münasibət var ki, bu da onun sonrakı dövr filosofları üçün isti­qa­mət­verici mütəfəkkir kimi məşhurlaşmasını təmin et­miş­dir. Buna dair ən parlaq nümunə Böyük Britaniyada Kral akademiyasının yaranmasını göstərmək olar. Belə ki, F. Bekon “Yeni Atlantida” əsərində utopik bir adada yaşa­yı­şı təsvir edir və göstərir ki, burada siyasətçilər deyil, alimlər hökmranlıq edirlər. Onun əsərindəki bu fikri əsas tutaraq bir sıra elm mərkəzləri yaradıldı ki, bunlardan biri də Kral akademiyası idi.
F. Bekona görə, elmi bilik əldə etməyin üç yolu var: “hörümçək yolu”, “qarışqa yolu” və “arı yolu”.

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin