Rabil Mehtiyev Fəlsəfə



Yüklə 0,74 Mb.
səhifə25/56
tarix06.09.2023
ölçüsü0,74 Mb.
#141717
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   56
mehtiyev (1) (2)

Devid Yumun (1711-1776) fəlsəfəsinin əsas xüsusiy­yət­ləri empirizm və aqnostisizmin nümayəndəsi olması, in­gilis maarifçilik fəlsəfəsinə mənsubluğu ilə bağlı idi. Yumun məşhur fikri budur ki, insan heç vaxt səbəb və nə­ticənin qarşılıqlı nisbətini müəyyənləşdirə bilmir. Belə ki, Yumun fikrincə, səbəbdən yaranan nəticənin öz növ­bə­sində hansısa bir səbəbə kauzallıq edəcəyini biz yalnız dü­şüncəmizə əsasən iqrar edirik. Buna görə də Devid Yu­mu skeptiklər sırasına aid edirlər. Əsas əsərləri “İnsan təbiəti haqqında” və “İnsan idrakı haqqında” trak­tat­larıdır.
O empirik metod vasitəsilə fəlsəfənin insanı öyrən­mə­li olduğunu deyirdi. O insanın təbiəti haqqında elmin digər elmlərdən, məsələn fizikadan, riyaziyyatdan daha vacib olduğunu deyirdi. Belə ki, başqa elmlər, insanın tə­biə­tindən asılıdırlar. Bizim biliklərimizin mənbəyi təc­rü­bə­dir. Lakin təcrübədən əldə edilənlər də ehtimali xa­rak­ter daşıyır və son hədd hesab oluna bilməz. Bizim duy­duq­larımız, bizim təəssüratlarımız obyektiv reallığa bi­zim necə yanaşdığımızın nəticəsidir və heç kim deyə bil­məz ki, biz reallığın bizə verdiyini dərk edirik. Yuma gö­rə insan özü cəmiyyətə can atır, onun üzvü olmaq istəyir. Çünki tənha qalmaq qorxusu məşəqqət verir. Qohumluq, yaxın münasibətlərin yaranması da bu cür qorxudan irəli gəlir. O sosial inkişafdan danışmış, qeyd etmişdir ki, cə­miy­yətdə asılılıqların meydana gəlməsi istehsal olunan nemətlərin artması, kimlərinsə bu vasitələrə sahiblənmək arzusu ilə yaranır.
Corc Berkli (1685-1753) bildirirdi ki, biz yalnız ayrı-ay­rı əşyaları dərk edirik. Bizim dərketmə imkanımız duy­ğu­larımızın yekunudur. Subyektiv idealizm mövqeyində dayanan alimə görə, əşyaların dadı, isti ya soyuqluğu bi­zim hiss üzvlərimizin onları necə qəbul etməsi ilə mü­əy­yənləşir. Dünyanın yalnız bizim hiss üzvlərimizin qəbul edə biləcəyi sərhədlərə məhdudlaşmadığını qeyd edirdi.
Şarl Lui Monteskye (1689-1755) cəmiyyətin yaran­ma­sı və inkişafını təbii faktorlann əsasında izah etməyə ça­lı­şır­dı. Əsas əsəri «Qanunun ruhu haqqında»dır. O hesab edirdi ki, ictimai harmoniya və rasional qayda o zaman yaranır ki, dövlət tərəfindən verilən qanunlar xalqın ru­hu, həyat meyarları və adətləri ilə həmahəng olur. Mon­teskye qanunları insanın təbii mahiyyətindən doğan təbii və qanunvericilər tərəfindən yaradılan pozitiv qanunlar olaraq iki hissəyə ayırırdı.
Ş.Monteskyenin siyasi-hüquqi nəzəriyyəsinin əsas möv­zusu azadlıqdır. Azadlığı təmin etmək üçün isə əda­lət­li qanunlar və dövlətçiliyin mükəmməl olması tələb olu­nur. Monteskyenin hakimiyyətin qollara ayrılması nə­zə­riyyəsi bu gün də aktualdır. O, qanunverici, icraedici və məhkəmə hakimiyyətinin bölünməsi nəzəriyyəsini irə­­li sürmüşdü.

Mövzu 7.


Orta əsrlər Şərq fəlsəfəsi




Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin