R b a y c a n X z r d n z g m


Bakı qran-prisini 187 ölkədə



Yüklə 24,14 Mb.
Pdf görüntüsü
səhifə53/55
tarix02.01.2022
ölçüsü24,14 Mb.
#2201
1   ...   47   48   49   50   51   52   53   54   55
Bakı qran-prisini 187 ölkədə  

500 milyon tamaşaçı izləyib

Yarım  milyard  tamaşaçı  auditoriyası  ilə 

dünyada  ən  çox  izlənilən  idman  turnirlərin-

dən  olan  Formula-1  yarışının  keçirilməsinin 

Bakıya  həvalə  olunması  Azərbaycanın  bey-

nəlxalq  idman  aləmində  qazandığı  nüfuzun 

göstəricisi hesab edilə bilər. Ölkəmiz birinci 

Avropa Oyunlarından sonra Formula-1 kimi 

mühüm yarışı da yüksək səviyyədə təşkil etdi 

və bu mütəxəssislər, eləcə də pilotların özləri 

tərəfindən yüksək qiymətləndirildi. 

Formula-1 azarkeşlərinin, habelə turistlə-

rin ölkəmizə rahat gələ bilməsi üçün müva-

fiq  prosedur  sadələşdirildi  və  bununla  bağlı 

Azərbaycan Prezidenti İlham Əliyev bir neçə 

sərəncam imzaladı. Dövlətimizin başçısı Av-

ropa  Qran-prisinə  hazırlıq  işlərini  də  daim 

nəzarətdə  saxlayırdı.  Azərbaycan  Prezidenti 

İlham  Əliyev  ilə  görüşdə  Berni  Ekklstoun 

Bakıda  gördüyü  inkişaf  proseslərinin  onda 

dərin təəssürat yaratdığını, bu tədbirin Bakı-

da  keçirilməsinin Azərbaycanda  gedən  inki-

şaf prosesləri ilə bağlı məlumatların dünyada 

yayılması işinə xidmət edəcəyini bildirmişdi.

Təbii  ki,  mötəbər  yarışlar  ölkəmizin 

sürətli inkişafını, Azərbaycan xalqının zəngin 

mənəvi  dəyərlərini,  qonaqpərvərliyini  bütün 

dünyaya nümayiş etdirmək baxımından misil-

siz imkandır. Bu baxımdan dünyanın müxtəlif 

ölkələrindən minlərlə Formula-1 azarkeşinin 

ölkəmizə gəlməsi, həmçinin yarışı işıqlandır-

maq üçün 160-dək əcnəbi jurnalistin Bakıya 

ezam olunması, ümumilikdə Qran-prini tele-

viziya  vasitəsilə  187  ölkədə  500  milyon  ta-

maşaçının  izləməsi Azərbaycanın  təbliğində 

mühüm rol oynadı.




Yüklə 24,14 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin