R b a y c a n X z r d n z g m



Yüklə 24,14 Mb.
Pdf görüntüsü
səhifə48/55
tarix02.01.2022
ölçüsü24,14 Mb.
#2201
1   ...   44   45   46   47   48   49   50   51   ...   55
Rabil Kətanov

R

amazanda oruc məhz Allahın buyru-

ğunu yerinə yetirib Onun rizasını qa-

zanmaq üçün tutulur. Oruc tutmaq hər 

bir müsəlman üçün vacibdir, çünki oruc islamın 

beş fərzindən biridir. Ramazana əbəs yerə on bir 

ayın sultanı demirlər. Bütün müqəddəs kitablar

o cümlədən Qurani-şərif bu ayda nazil olmuşdur. 

Allahın sonuncu elçisi Məhəmməd salavatullaha 

peyğəmbərlik bu ayda verilmişdir. Müsəlmanlar 

Məkkəni bu ayda fəth etmişlər. Savab cəhətdən 

min aydan daha xeyirli olan Qədr gecəsi bu aya 

təsadüf edir.

İnsanlar islamdan əvvəl də oruc tutmuşlar, yəni 

Oruc islamın zühuru ilə başlamamışdır. Qurani-kə-

rimdə  deyilir:  “Ey  iman  gətirənlər!  Oruc  tutmaq 

sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə 

də  vacib  edildi  ki,  (bunun  vasitəsilə)  pis  əməllər-

dən  çəkinəsiniz!..  (Oruc  tutmaq)  sayı  müəyyən 

olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə 

və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa 

günlərdə  oruc  tutmalıdırlar.  Oruc  tutmağa  taqə-

ti olmayanlar isə (hər günün əvəzində) bir yoxsu-

lu  doyduracaq  qədər  fidyə  verməlidirlər.  Hər  kəs 

könüllü xeyir iş görərsə (həm oruc tutub, həm də 

fidyə verərsə), bu onun üçün daha yaxşı olar. Bil-

səniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!”. 

(Bəqərə,183-184).

Uca  Yaradan  möminlərə  oruc  tutmağı  buyur-

maqla onları pis əməllərdən çəkindirir. Oruc insan-

da,  hər  şeydən  əvvəl,  nəfsə  hakim  olmaq  vərdişi 

aşılayır, eləcə də səbir, iradə və təmkin tərbiyə edir. 

Ramazan ayında oruc tutmağı buyuran Tanrı insanı 

sınağa çəkir: varlı kasıbın sosial vəziyyətini anlayır, 

ona münasibətdə xeyirxah olmağın vacibliyini yadı-

na salır. Eyni zamanda orucun böyük əxlaqi-mənə-

vi, sosial əhəmiyyəti var. Hədisi-şərifdə deyilir ki, 

“oruc sipərdir”, yəni müsəlmanı pis əməllərdən qo-

ruyan gizli silahdır. 

Orucluq  ayında  möminlər  düşmənçiliyə, 

umu-küsüyə  son  qoymalı,  bir-birinə  münasibətdə 

mərhəmətli olmağı, bir-birini bağışlamağı bacarma-

lıdırlar. Allah-təala oruc tutmağı buyurmaqla bütün 

insanların  mehriban şəraitdə yaşamasının zərurili-

yini xatırladır. İlin bir ayı ərzində müsəlmanlar eyni 

cür  qidalanır,  eyni  cür  həyat  tərzi  keçirir,  nəfsini, 

şəhvətini  cilovlamaq  məcburiyyətində  qalırlar  ki, 

bu da hər bir insan, bütövlükdə cəmiyyət üçün ol-

duqca vacibdir.

Allah-təala  bəndəsinə  faydalı  olmayan  heç 

nəyi  əmr  etməz!  Orucda  böyük  ilahi  hikmət  var. 

Peyğəmbərimiz  Məhəmməd  salavatullah  buyur-

muşdur:  “Oruc  tutun  ki,  sağlam  olasınız!”  Qədim 

zamanlardan  oruc  insan  sağlamlığını  möhkəmlət-

mək, müxtəlif xəstəlikləri müalicə etmək üçün təbii 

vasitə kimi nəzərdən keçirilir. Hələ islamdan çox-

çox  əvvəl  böyük  mütəfəkkirlər  müəyyən  müddət 

ac qalmağı, yəni oruc tutmağı tövsiyə etmişlər. Elə 

müasir dövrdə də oruc vasitəsilə bir çox xəstəliklərə 

əlac  tapmaq  mümkün  olur.  Bu  gün  həkimlər  təs-

diqləyirlər ki, oruc tutmaq hamı üçün, hətta sağlam 

adamlar  üçün  həyati  zərurətdir.  İnsan  qida  qəbul 

edərkən, nəfəs alarkən həm də külli miqdarda toksin 

maddə  qəbul  edir.  Bu  zərərli  maddələri  bədəndən 

oruc  tutmaqla  kənarlaşdırmaq  mümkündür.  İnsan 

oruc tutarkən mədə, bağırsaqlar, qaraciyər və həzm 

prosesində iştirak edən digər orqanlar istirahət edir. 

Bu isə həzm sisteminin yaxşılaşmasına gətirib çıxa-

rır. Qan təmizlənir, beyin daha yaxşı işləyir. İnsanın 

cismində zəif, xəstə, yaxud zədələnmiş hüceyrələr 

yeniləri ilə əvəzlənir. Ümumiyyətlə, insan orqaniz-

minin elə bir üzvü yoxdur ki, orucun müsbət təsi-

rinə məruz qalmasın.

Qeyri-müsəlman  ölkələrində  aparılmış  və  on 

minlərlə xəstəni əhatə etmiş araşdırmalar sübut et-

mişdir ki, oruc bir çox digər xəstəliklərin, o cümlə-

dən yüksək qan təzyiqinin, qaraciyər, dəri xəstəlik-

lərinin, xüsusilə allergiya və xroniki ekzemanın və 

s. müalicəsinə kömək edir. Bundan başqa, oruc bir 

çox insanların əziyyət çəkdiyi köklükdən və onun 

doğurduğu  xəstəliklərdən  qurtulmaq  üçün  təsirli 

vasitədir.  Eyni  zamanda  oruc  pis  vərdişləri  (siqa-

retə, narkotik maddələrə bağlılıq və s.) tərgitməyə 

kömək edir.

Beləliklə, insan oruc tutmaqla həm ruhunu, həm 

də bədənini tərbiyə edir. Axı sağlam ruh yalnız sağ-

lam bədəndə olur!

Orucluq  ayı  başa  çatanda  isə  bütün  müsəlman 

dünyası  Ramazan  bayramını  qeyd  edir.  Hər  bir 

müsəlman  üçün  bir  ay  oruc  tutmaq  fərz  olduğu 

kimi, Ramazan bayramında fitrə zəkatı vermək də 

vacibdir. Hədisi-şərifdə deyilir ki, Allah bəndəsin-

dən  tələb  olunan  fitrə  verilməyənədək  Ramazan 

ayında tutulmuş oruc Yerlə göy arasında asılı qalır.

Müsəlman  fitrə  zəkatını  bəxş  etdiyi  nemətlərə 

görə Uca Yaradana şükür etmək, bayram günü ka-

sıbları sevindirmək, oruc vaxtı buraxılmış səhvlər-

dən təmizlənmək üçün verir. Fitrəni yalnız imkanlı 

müsəlmanlar çıxarmalıdırlar. Ailə sahibi ailənin hər 

bir üzvünün adından fitrə verməlidir.

Vaxtilə fitrə buğda, arpa, xurma, düyü, kişmiş 

və s. ərzaq məhsullarından adambaşına təxminən 3 

kiloqram həcmində ödənilirdi. Zaman keçdikcə ka-

sıblara və ehtiyacı olanlara münasibətdə göstərilən 

bu  xeyirxahlıq  başqa  formalar  da  almışdır.  İndi 

fitrəni  pul  şəklində  də  verirlər.  Əslində,  bu,  daha 

münasibdir.  Belə  ki,  fitrəni  pul  kimi  qəbul  edən 

şəxs onu öz ehtiyaclarına uyğun şəkildə xərcləmək 

imkanı əldə edir. Özü də fitrə yalnız halal maldan 

verilməlidir.

Fitrə bayram namazı başlayanadək çıxarılmalı-

dır. Əks təqdirdə, bu, fitrə hesab olunmur, adi sə-

dəqə sayılır. Fitrəni bayramdan bir-iki gün əvvəl də 

çıxarmaq olar.

Çıxarılan fitrə ilk növbədə ehtiyacı olan qohum-

lara,  qonşulara,  tanışlara,  eləcə  də  digər  insanlara 

verilir. Fitrə bir kasıbın azı birgünlük qida ehtiyacı-

nı ödəməlidir. İmkanlı müsəlmanlar daha çox fitrə 

çıxarıb savab qazanırlar. Özü də bir şəxsin fitrəsi bir 

kasıba da verilə bilər, bir neçə kasıb arasında da bö-

lünə bilər.

Ramazan bayramının fəzilətləri təkcə fitrə çıxar-

maqla  məhdudlaşmır.  Bayram  günlərində  müsəl-

man ailələrində şənlik əhval-ruhiyyəsi hökm sürür. 

Uşaqlara hədiyyələr verilir, qonşular, dostlar bir-bi-

rinə qonaq gedir, bayram sovqatları aparırlar. Qo-

hum-əqrəba bir yerə toplaşır, bayramı birlikdə qeyd 

edirlər. İncikliklər aradan qaldırılır, küsülülər barı-

şırlar.

Ramazan bayramı həm də müsəlmanların həm-

rəyliyini, birliyini, onların arasında qarşılıqlı anlaş-

manı  möhkəmlədən  mühüm  hadisədir.  Bayramın 

davam  etdiyi  günlərdə  insanlar  bir-birinə  qəlbən 

daha yaxın olur, bayram sevincini bölüşürlər.

Bütün  müsəlman  dünyasında  olduğu  kimi, 

etiqad azadlığı təmin edilən ölkəmizdə də Ramazan 

bayramı yüksək səviyyədə qeyd edilir. Bayram mü-

nasibətilə iki gün qeyri-iş günü elan edilir. 

Prezident  İlham  Əliyevin  qeyd  etdiyi  kimi, 

“Azərbaycan  müasir  dövlətdir,  dünyəvi  dövlətdir.  

Eyni  zamanda,  öz  milli  və  dini  ənənələrinə  sadiq 

olan dövlətdir. İslam dəyərləri bizim milli-mənəvi 

dəyərlərimizin  tərkib  hissəsidir  və  müqəddəs  Ra-

mazan  ayı  bütün  dövrlərdə  Azərbaycan  xalqının 

qəlbində  yaşamışdır.  Sadəcə  olaraq,  müstəqillik 

əldə etdikdən sonra bu bayram rəsmi bayram kimi 

qeyd edilir”.

Mübarək Ramazan ayında Tanrıya edilən dualar 

daha tez qəbul olunandır. Gəlin, işğal altında olan 

torpaqlarımızın düşmən tapdağından azad edilməsi, 

Azərbaycanımızın tərəqqisi, daha da qüdrətlənməsi 

üçün dua edək! Allah orucunuzu və müqəddəs ayda 

edəcəyiniz duaları qəbul eləsin! Amin!


Yüklə 24,14 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin