R b a y c a n X z r d n z g m


A zərbaycan son illər iri miqyaslı



Yüklə 24,14 Mb.
Pdf görüntüsü
səhifə51/55
tarix02.01.2022
ölçüsü24,14 Mb.
#2201
1   ...   47   48   49   50   51   52   53   54   55
A

zərbaycan son illər iri miqyaslı 

tədbirlərə, o cümlədən mötəbər 

idman yarışlarına yüksək səviy-

yədə ev sahibliyi edir. Artıq dünyada idman 

ölkəsi kimi tanınan Azərbaycan “Bakı-

2015” ilk Avropa Oyunlarının əla təşkili ilə 

diqqəti bir daha özünə yönəltdi. Bütün bun-

lar dövlətimizin uğurlu idman siyasətindən 

xəbər verir. Avropa və dünya çempionatları, 

irimiqyaslı yarışlar mükəmməl təşkilatçı-

lıq, yerli idmançıların beynəlxalq arenada 

uğurlu çıxışı ölkəmizdə idmana göstərilən 

dövlət qayğısının bariz nümunəsidir.

formula-1 Avropa qran-prisi: 

mükəmməl təşkilatçılıq səviyyəsi

Azərbaycan  iyunun  17-19-da  daha  bir 

mötəbər idman yarışına ev sahibliyi etdi. Ba-

kıda  ilk  dəfə  Formula-1  Avropa  Qran-prisi 

təşkil olundu. Bu mövsümdə Formula-1 üzrə 

dünya  çempionatının  səkkizinci  mərhələ-

si olan Bakı yarışı çox maraqla gözlənilirdi. 

Yeni  mədəniyyət,  incəsənət,  adət-ənənə,  ən 

əsası  tras  sürət  sevən  azarkeşlərin  və  For-

mula-1  pilotlarının  diqqətini  çəkirdi.  Hamı 

dinamik inkişaf edən bu ölkəni canlı görmək 

arzusunda idi.

Yarışın  Azərbaycanda  təşkil  olunma-

sını  yüksək  qiymətləndirən  “Formula  One 

Management”in  prezidenti  Berni  Ekklstoun 

bu  barədə  danışarkən  deyib:  “Bakı  Şərq  və 

Qərb  mədəniyyətini  özündə  birləşdirən  uni-

kal  şəhərdir.  Formula-1  yarışlarında  şəhərin 

gözəlliyi,  tarixi  və  coğrafiyası  mühüm  amil 

hesab  olunur.  Biz  də  Bakının  tarixini  və 

gözəlliyini bütün dünyadakı Formula-1 azar-

keşlərinə nümayiş etdirmək qərarına gəldik”.

Yüksək təşkilatçılığın arxasında təbii ki, 

gərgin iş və hazırlıq dayanır. 6,006 kilometr-

lik trekin hazırlanması, təhlükəsizlik işlərinin 

təşkili, pit binasının və Paddok ərazisinin ti-

kintisi peşəkar komandanının uğurlu işi kimi 

qiymətləndirilə bilər.




Yüklə 24,14 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin