Qulam Sadiq, Saday Quluyev s 15 1937-ci ilin represiya qurbanı


SƏMİD  BÖYÜKАĞА  OĞLU  ABBАSOV



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə11/15
tarix03.02.2017
ölçüsü2,57 Mb.
#7370
1   ...   7   8   9   10   11   12   13   14   15

SƏMİD  BÖYÜKАĞА  OĞLU  ABBАSOV 
1924-cü il təvəllüdlü.  
Salyan rayonu,  
Arbatan kənd sakini.  
 
Ağаnın cəddi Sаlyаnı xilаs etdi! 
1936-cı ildə Kür çayı möhkəm daşmışdı. Hamı danışırdı ki, 
bu-gün, sabah Salyanı su basacaq. Mən o vaxt 2 saylı 
beynəlmiləl məktəbin dördüncü sinfində oxuyurdum. Təxminən 
aprelin axırı, mayın  əvvəlləri idi. Məktəbdə  xəbər yayıldı ki, 
Kür indi tam daşacaq, Salyanı su basacaq. Hamı kimi biz də 
Kürün sahilinə getdik. Doğrudan da, su bəndin son həddinə 
çatmışdı. Gördük ki, bir dəstə yaşlı adamların  əhatəsində bir 
nurani kişi Kürün qırağına gəldi. Dedilər ki, bu Аğа Mirbаğır 
аğаdır. Əgər o, Kürün qırağına gəlibsə deməli Kür daha Salyan 
üçün qorxu törədə bilməz. Biz məktəblilər bir kənarda dayanıb 
baxırdıq ki, görəsən  Аğа Mirbаğır  аğа  nə edəcək ki, Kür daha 
daşmayacaq. 
Аğа Mirbаğır  аğа  əyilərək  əlini suya toxundurdu və dodaq 
altı nə isə deməyə başladı. Təxminən 10-15 dəqiqə o əlini suya 
toxundurmuş halda saxladı. Sonra ayağa qalxdı və onunla gələn 
ağsaqqallara bildirdi ki, «Arxayın ola bilərsiniz. Allahın köməyi 
ilə elə bu gün su xeyli aşağı düşəcək». 
Onun bu sözlərini orada olan bəzi hökumət adamları, 
komsomolçular demək olar ki, istehza ilə qarşıladılar. 
Ağsaqqallar isə çox böyük hörmətlə ona minnətdarlıq edərək 
Аğа Mirbаğır аğа ilə məscidə tərəf getdilər. 
Uşaq marağı ilə onun dediklərinin doğru olub-olmadığını 
öyrənmək məqsədi ilə axşamüstü dəstə ilə Kürün qırağına 
getdikdə gözlərimizə inanmadıq. Doğrudan da, su bənddən 
demək olar ki, 40-50 santimetr aşağı düşmüşdü. Səhər-səhər 
Аğа Mirbаğır  аğаnın sözlərini istehza ilə qarşılayanlar isə 
bəndin üstündə dayanıb təəccüblə gözlərini döyüb, bu ilahi 
möcüzəyə baxırdılar. Bu hadisə bütün Muğan bölgəsində xalqın 

------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
127
Аğа Mirbаğır  аğаya olan inamının, etiqadının birə min 
artırmasının  əyani  şahidiyəm. O vaxtdan 70 ildən də artıq bir 
vaxt ötməsinə baxmayaraq, Аğа Mirbаğır аğаnın nurani çöhrəsi 
hələ də gözlərim önündədir.  
 
 
RАMАZАN  ŞİRАLI  OĞLU   ƏHMƏDOV 
1950-ci il təvəllüdlü.  
Həkim. Salyan şəhər sakini.  
 
Yaxın qohumum Cahangir Xanmirzəyev təxminən 1965-ci 
illərdə Аğа Mirbаğır аğа barədə bizə çox maraqlı bir söhbət edib 
və elə vaxtdan Аğа Mirbаğır аğаya qarşı qəlbimdə böyük inam, 
etiqad və ehtiram yarandı. Çox heyf ki, biz belə insanları vaxtsız 
itirmişik. 
Qohumum Cahangir Xanmirzəyev danışırdı ki, təxminən 
1929-cu ildə gəmi ilə Bakıdan Salyana qayıdırmış. Çoxlu sayda 
sərnişin olan gəmidə 3-4 nəfər rus millətindən olan mühəndis və 
eyni zamanda Аğа Mirbаğır  аğа da Salyana gəlirmiş. Gəmidə 
olan hökumət adamlarından biri Аğа Mirbаğır аğаya sataşmaq, 
onu sındırmaq, xalq arasında nüfuzdan salmaq məqsədi ilə 
deyir: «Görürsən də, sən özünü savadlı sayırsan, ancaq biz adi 
bir iş üçün rus mühəndislərini rayona dəvət edirik. Onlar 
savadlı, sizlər isə savadsızsınız». 
Çox ağıllı  və  təmkinli olan Аğа Mirbаğır  аğа onun istehza 
ilə dediyi sözləri eşitdikdə azacıq gülümsəyərək həmin  şəxsə 
deyir: 
- Sən, həqiqətən də onların çox dərin bir savad sahibi 
olduqlarını sübut etmək istəyirsənsə, qoy sənin təriflədiyin rus 
mühəndisləri sadə bir suala cavab versinlər: - «Getdiyimiz 
gəminin su tutumu nə qədərdir?» 
Həmin şəxs Аğа Mirbаğır аğаnın sözlərini rus mühəndislərə 
dedikdə onlar belə hesablama aparmağın qeyri mümkün 
olduğunu bildirirlər.  

------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
128
Onların cavabını  eşidən  Аğа Mirbаğır  аğа  gəmidəki  əşya 
yeşiyinin üstündə olan 10-15 santimetrlik bir kəndir ilə gəminin 
hansısa hissəsini ölçür və onun su tutumunu deyir.  
Rus mühəndisləri onun cavabına inanmadıqlarını bildirdikdə 
Аğа Mirbаğır аğа onlara deyir: 
- «İnanmırsınızsa, siz bunu gəminin kapitanından öyrənə 
bilərsiniz».  
Həmin  şəxs  Аğа Mirbаğır  аğаnın təklifi ilə  gəminin 
kapitanını  sərnişinlərin yanına dəvət edir və  gəminin kapitanı 
gəminin su basımının həqiqətən də, Аğа Mirbаğır аğаnın dediyi 
qədər olduğunu təsdiq edir. 
Rus mühəndisləri Аğа Mirbаğır аğаdan gəminin su basımını 
necə  təyin etdiyini ondan soruşduqda  Аğа Mirbаğır  аğа özünə 
məxsus təmkinlə cavab verir: 
- «Siz ki ali təhsilli mühəndissiniz. Belə sadə  işləri isə 
məndən öyrənmək istəyirsiniz? Sizə  hələ çox oxumaq, 
öyrənmək lazımdır».  
Deyilənə görə,  Аğа Mirbаğır  аğаnı bisavad kimi xalqın 
gözündən salmaq, onu hörmətsiz etmək istəyən həmin  şəxs 
sonralar  Аğа Mirbаğır  аğа ilə üz-üzə  gəlməkdən belə 
qorxurmuş. Çünki Аğа Mirbаğır  аğа hansı biliyə malik 
olduğunu ona əyani sübut etmişdi. 
 
İMАNАLI  HƏNİFƏ  OĞLU  SEYFULLАYEV 
1926-cı il təvəllüdlü.  
Salyan rayonu,  
Noxudlu kənd sakini.  
 
Ağа həm də həkim idi 
Mənim lap gənc yaşlarımda dini bilikləri öyrənməyə böyük 
marağım olub. O dövrlərdə  bənna işləyən usta Şirin dini 
bilikləri, islami dəyərləri yaxşı bildiyindən mollalıq da edərdi. 
Mən dini bilikləri ondan öyrənmişəm. O özünün müəllimi olmuş 
Аğа Mirbаğır  аğа haqqında təxminən 1963-1965-ci illərdə 

------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
129
daima çox maraqlı söhbətlər edərdi. İndi mən yadımda qalanları 
sizə danışacam: 
- 1-ci söhbət: Usta Şirinin dediyinə görə Quran oxumaq, 
ərəb dilini öyrənmək üçün Аğа Mirbаğır  аğаnın evində olduğu 
günlərin birində küçədən kim isə  Аğа Mirbаğır  аğаnı çağırdı. 
Mən gənc olduğum üçün tez ayağa durub küçəyə  çıxdım. Uca 
boy bir adam idi. Çox görkəmli bir atla gəlmişdi. O, mənə Аğа 
Mirbаğır  аğаnı çağırmağımı xahiş etdi. Mən dərhal onun 
xahişini yerinə yetirdim. Аğа Mirbаğır  аğа küçəyə  çıxdıqda 
həmin  şəxs atdan düşüb böyük hörmətlə onunla görüşdü və 
bildirdi ki, bu atı Ağa üçün nəzir gətirib. Аğа Mirbаğır аğа onu 
diqqətlə dinlədikdən sonra hansı  səbəblərdən nəzir gətirdiyini 
soruşdu. Həmin şəxs bildirdi ki, Xarabakənddən (indiki Neftçala 
rayonundа Qırmızıkənd) gəlib. Onun atı ən yaxşı at cinsindəndir 
və  ətraf rayonlarda belə, sürətlə qaçmaqda məşhurdur. 14 yaşlı 
yeganə  oğlu atı minib çaparkən at hürkdüyündən çox uzaqlara 
gedib. Həmin şəxs də Аğа Mirbаğır аğаnın cəddinə nəzir olaraq 
bildirib ki, oğlum hürkmüş atın üstündə evə qayıtsın, atı  Аğа 
Mirbаğır  аğаya nəzir aparacağam. Çox çəkmədən at və atın 
üstündəki oğlu sağ salamat evə qayıdırlar. İndi də verdiyi sözə 
uyğun olaraq atı Аğа Mirbаğır аğа üçün gətirib və Аğа Mirbаğır 
аğа nəzir olaraq atı ondan qəbul etməlidir. 
Аğа Mirbаğır  аğа bildirib ki, indi mən sənin gətirdiyin atı 
nəzir olaraq Аllah xətrinə qəbul edir və elə sənin özünə satıram. 
Həmin şəxs bildirdi ki, bu at çox bahadır və mənim onu almağa 
imkanım yoxdur.  
Аğа Mirbаğır  аğа  həmin  şəxsə bildirib ki, mən atı ucuz 
satacam. Bu cavabdan sonra həmin şəxs bildirib ki, belə atın tayı 
demək olar ki, yoxdur-atı qiymətdən salmaq olmaz. Çox 
söhbətdən sonra Аğа Mirbаğır  аğа atı 5 manata həmin adama 
satıb. Yəni atı simvolik olaraq 5 manat qiymət qoymaqla 
sahibinə qaytarıb. Halbuki o vaxtlar bazarda 3-4 manata qoyun 
almaq olardı.  Аğа Mirbаğır  аğаnın sadə bir hərəkəti də böyük 
məntiqi mənası olan məktəb idi.  

------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
130
2-ci söhbət:  Аğа Mirbаğır  аğаnın çox nəfis formalı, 
dördkünc, gümüş cib saatı var idi. Dediyinə görə, Nəcəfül-
Əşrəfdə  tələbə olanda almışdı. Bir gün təsadüfən saat Аğа 
Mirbаğır  аğаnın  əlindən yerə düşdü və çirkə bulaşdı.  Аğа 
Mirbаğır  аğа bundan çox mütəəssir oldu, darıxdı  və dedi: «Bu 
saat mənim əlimdən düşməməli idi. Düşübsə, daha mənə gərək 
deyil». Mən  Аğа Mirbаğır  аğаnın icazəsi ilə saatı yerdən 
götürüb təmizlədim və özüm istifadə etməyə başladım.  
Bənna olduğum üçün evlərdə iş də görürdüm. Bir gün rayon 
prokuroru məni çağırdı  və bildirdi ki, Həmid Sultanov üçün 
hördüyün peçdən mənim üçün də hörməlisən. Onun evində peçi 
hörərkən saatı gördü və  mən bu saatın  əvvəllər kimə  məxsus 
olduğunu bildirdim. Sonralar əmim oğlu ilə əlaqədar bir iş oldu 
və  həmin prokuror saatı  məndən almaqla əmim oğluna aid işə 
xitam verdi. Prokuror saatı rüşvət kimi yox, Аğа Mirbаğır 
аğаnın yadigarı kimi məndən aldı. Hökumət adamı olmasına 
baxmayaraq onda Аğа Mirbаğır  аğаnın cəddinə çox möhkəm 
inam var idi.  
3-cü söhbət: Təxminən 1941-1942-ci illər idi. Аğа Mirbаğır 
аğаnın Karaqandada vəfat etməsi xəbərini eşitdik. Salyan 
dindarları şərti olaraq Аğа Mirbаğır аğа üçün hüzür verdilər. O 
vaxtlar Bankə balıq sənayesində Boqdanov familiyalı bir rus var 
idi. Rus olmasına baxmayaraq, Аğа Mirbаğır  аğаya böyük 
etiqad bəsləyən bir insan kimi tanınırdı. Azərbaycan dilində çox 
təmiz danışardı. O, özü şəxsən Salyana gələrək  Аğа Mirbаğır 
аğаnın cümə axşamlarının birinin ehsanını verəcəyini bildirdi. 
Bəzi dindarlar onun bu niyyətinə qarşı çıxdılar. O isə bildirdi ki, 
«Mən rusаm,  Аğа Mirbаğır  аğа kimi müqəddəs bir insanı 
tutduranlar, yalandan üzünə durub şərləyənlər isə öz 
azərbaycanlılarınızdır». Dindarların etirazlarına baxmaya-raq, 
Boqdanov  Аğа Mirbаğır  аğаnın cəddinə olan inamına görə 
cümə axşamı iki araba diri balıq göndərdi. Bəli,  Аğа Mirbаğır 
аğа istər sağlığında, istərsə də dünyasını dəyişdik-dən sonra da 

------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
131
yaşından, vəzifəsindən, milliyyətindən asılı olmayaraq çox 
insanların inam, güvənc yeri olmuşdur.  
4-cü söhbət:  Usta  Şirin danışırdı ki, Аğа Mirbаğır  аğа 
Salyana qayıtdıqdan sonra başını  qırxdırmaq üçün dəllək 
dükanına gedir. Dəllək əlini isladıb Аğа Mirbаğır аğаnın başına 
çəkdikdə o dəlləyin əllərinə baxaraq ona bildirir ki, səndə filan 
xəstəlik var. Dəllək çox təəccüb etsə  də  Аğа Mirbаğır  аğаnın 
sözlərini təsdiq edir. Аğа Mirbаğır аğа dəlləyə hansısa müəyyən 
dərmanları qəbul edərsə, tezliklə sağalacağını bildirir. Həqiqətən 
də,  Аğа Mirbаğır  аğаnın təyin etdiyi dərmanları  qəbul edən 
dəllək tezliklə həmin xəstəlikdən sağalır. 
 
R.S. Qırmızıkəndə gedib 92 yаşlı İslаm kişidən аt sаhibinin 
kim olduğunu soruşduq: 
- Hаcı  Bаxış bizim аtlаrlа  Qаrаbаğ  аtını cütləşdirib istiyə 
dаvаmlı аtlаr yetişdirirdi. Hollаndiyа, Frаnsа və digər yerlərdən 
bu аtlаrı аlırdılаr.   
 
 
HƏBİB  ŞEYX  MÖHSÜN  OĞLU  SƏFƏROV 
1923-cü il təvəllüdlü.  
Salyan rayonu, Yenikənd kənd sakini.  
 
Ağаnın аtаmlа birlikdə şəkli vаr 
Eşitdikdə ki, Salyan rаyon Ağsaqqallar  Şurası  Аğа Mirbаğır  аğа 
barəsində kitab hazırlayır, qəlbim böyük fərəf hissi ilə doldu. 
Məlumat üçün bildirirəm ki, Аğа Mirbаğır аğа atamın çox yaxın 
dostu və  tələbə yoldaşı olub. Atam və  Аğа Mirbаğır  аğаnın 1887-ci 
ildə Xorasanda çəkdirdikləri  şəkil bizim nəsil üçün onların hər 
ikisindən ən əziz bir xatirədir. Hər ikisi Nəcəfül-Əşrəfdə birgə  təhsil 
alıblar. Təhsillərini başa vurduqdan sonra onlara İraqda,  İranda, 
Lənkəranda qalıb işləmək təklif olunsa belə Salyana, öz el-obalarına 
qayıdıblar. Salyana qayıtdıqdan sonra da onların dostluğu davam edib. 
Atam  Аğа Mirbаğır  аğаnın elmini, savadını, bilik və bacarığını 
həmişə çox yüksək qiymətləndirib. Onun barəsində çox maraqlı 

------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
132
söhbətlər edib. Atamın dediyinə görə,  Аğа Mirbаğır  аğа ilə tez-tez 
görüşər, dini bilikləri öyrənənləri imtahan edərmişlər. Onun dediyinə 
görə, kiminsə nigah kağızını almaq üçün Аğа Mirbаğır  аğа ilə 
Salyanda məscidə gedirmişlər. Yolda bir dəstə uşaq onların qarşısına 
çıxır. Uşaqların əksəriyyəti böyük hörmətlə salam verir. Bir uşaq isə 
onlara qarşı çox etinasızlıq edir. Atam soruşur ki, bu uşaqların 
əksəriyyəti bizə çox hörmətlə salam verdi, yoldan çəkildi. Bu bir uşaq 
isə bizə qarşı etinasızlıq göstərdi, yoldan çəkilmədi, özünü çox 
yekəxana, ləyaqətsiz apardı, bunun səbəbi nədir?  Аğа Mirbаğır  аğа 
cavab verir ki, «Bu uşaqların valideynlərinin kəbinini böyük halallıqla 
mən kəsmişəm. O bir nəfər uşağın valideynlərinin kəbinini isə 
əldəqayırma, bisavad, özündən müştəbeh bir molla kəsib. Nəticəsi də 
göz qabağındadır». 
Atam danışardı ki, elmin elə bir sahəsi yox idi ki, Аğа Mirbаğır 
аğа mükəmməl biliyə malik olmasın.  
Аğа Mirbаğır аğаdan sonra 1937-ci ilin noyabrında mənim atamı 
da həbs etdilər. Çox heyf ki, belə  dəyərli insanları çox tez itirdik. 
Allah hər ikisinə rəhmət eləsin. 
Məlumat üçün bildirirəm ki, 1998-ci ildə nəşr olunmuş «Yaddaşın 
bərpası» adlı  qəzetdə atam barəsində  məlumat vardır. Orada qeyd 
edilib ki, atam Şeyx Möhsün 1937-ci ilin noyabrında həbs edilib, 
1938-ci il yanvarın 19-20-nə keçən gecə  məhkəməsi olub, ona 
güllələnmə hökmü oxunub. Məhkəmənin sədri erməni olub. 1938-ci il 
martın 5-də güllələnibdir.  
 
HАCI  SАBİR  İSMАYIL  OĞLU  CАVАDOV 
1933-cü il təvəllüdlü.  
Salyan rayonu, Yenikənd kəndi.  
 
Ağа аğır xəstələrə şəfа verirdi 
Mənim atam İsmayıl Cavad oğlu və anam Əsyabanu Məşədi 
Ağacan qızı ərazidə tanınmış nəslin övladları olublar. Hələ uşaq 
vaxtlarımdan valideynlərimdən Аğа Mirbаğır аğа barəsində çox 
maraqlı söhbətlər eşitmişəm.  Əlbəttə ki, o vaxtlar az yaşlı 
olduğumdan edilən söhbətlərin çoxusunu unutmuşam. 
Valideynlərim danışardılar ki, Аğа Mirbаğır  аğа yaxın 

------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
133
qohumum  Şeyx Möhsünlə  Nəcəfül-Əşrəfdə  təhsil aldığından 
bizim ailəmizlə çox yaxın münasibətdə olub. Yeri gəlmişkən 
onu da qeyd etməliyəm ki, Аğа Mirbаğır  аğаnın yaxın 
qohumum  Şeyx Möhsünlə Xorasanda tələbə olarkən 1887-ci 
ildə çəkdirdikləri şəkil hər ikisindən əziz bir xatirə kimi dayım 
Həbib Şeyx Möhsün oğlu Səfərovdadır.  
Аğа Mirbаğır  аğаnın kəndimizdə  ağır xəstə olan bir şəxsi 
doşab içirtməklə sağaltması barədə olan söhbət bu gün də 
kənddə Аğа Mirbаğır аğаya böyük ehtiram hissi ilə xatırlanır. 
Mən çox fəxr edirəm ki, Salyan rаyon Ağsaqqallar  Şurası 
Аğа Mirbаğır аğа haqqında mükəmməl bir kitab hazırlanmasını 
qərara almışdır. Mən el ağsaqqalı kimi bütün kəndimizin əhalisi 
adından sizə ən səmimi minnətdarlığımı bildirirəm. 
 
NUHBАLА  NƏCƏFАLI  OĞLU  QƏMBƏROV 
1911-ci il təvəllüdlü.  
Salyan rayonu, 
Yenikənd kəndi.  
 
Hər gün onun ruhunа «Yаsin» surəsi oxuyurаm 
İndi mən ömrümün ixtiyar çağlarını yaşayıram.  Аğа 
Mirbаğır аğа mənim atamla çox yaxşı münasibətdə olub və tez-
tez görüşürdülər. Atam danışırdı ki, Аğа Mirbаğır  аğа kimi 
hərtərəfli savadlı adamlar çox az olur. Mənim təxminən 13-14 
yaşım olanda atamla Salyana getmişdik. Cümə  məscidində 
çoxlu adam yığılmışdı. Həmin gün Аğа Mirbаğır аğа məsciddə 
moizə etdiyindən məscidin içərisi ilə yanaşı bayırda qapı tərəfdə 
də çoxlu adam var idi. Mən ilk dəfə Аğа Mirbаğır аğаnı orada 
gördüm və qəlbimdə ona qarşı böyük inam və etiqad yarandı. O 
vaxtdan 70 ildən də artıq vaxt ötməsinə baxmayaraq, mən hər 
gün axşam yatmamışdan  əvvəl  Аğа Mirbаğır  аğаnın ruhuna 
«Yаsin» surəsi oxuyuram. Sizin onun barəsində kitab 
yazmağınızı isə səmimi qəlbdən alqışlayıram. 
 

------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
134
MƏŞƏDİ  YUNSUR 
XАLİQ  OĞLU  ABDULLАYEV 
1934-cü il təvəllüdlü.  
Ruhani. Salyan rayonu,  
Sarvan kənd sakini.  
 
Mənim 1890-ci il təvəllüdlü babam Süleyman Səməd oğlu 
təxminən 1950-ci illərdə  Аğа Mirbаğır  аğа haqqında söhbətlər 
edərdi. O deyərdi ki, bu gün Salyanda hamının böyük məscid 
kimi tanıdığı Hacı Tağının inşa etdirdiyi məscid  Аğа Mirbаğır 
аğаnın tövsiyəsi ilə tikilib və  məscidin yerini də  məhz  Аğа 
Mirbаğır  аğа  təyin edib. Onun dediyinə görə bu məscid 1919-
1920-ci illərdə inşa edilib. Babam demişdi ki, 1929-cu illərdə 
Аğа Mirbаğır  аğа bildirib ki, sovet hökuməti bizə dinclik 
verməyəcək və  Аzərbaycanın düşünən başlarını  məhv etməyə 
çalışacaq. Həqiqətən də çox çəkmir ki, 1930-cu ildə  Аğа 
Mirbаğır аğаnı həbs edirlər. Hətta iki nəfər onun sovet hökuməti 
əlehyinə  təbliğat aparması haqqında yalandan şahidlik edir. 
Ağanın tələbələrindən Xıllıdan Kazımbala, Surradan Mircavad, 
Qaraqaşlıdan Ağacavad, Salyandan Əlibəy Ağabəyov, Asif və 
başqaları çox incidilsələr də, yalandan şahidlik etməyiblər. 
Bizim Sarvan məscidində  Аğа Mirbаğır  аğаnın nəvəsi 
Rahilə tərəfindən verilmiş onun vaxtı ilə oturduğu kreslo taxtı və 
çərçivəyə salınmış foto şəkli qorunur. Məscidə  gələn hər bir 
şəxs  Аğа Mirbаğır  аğаnın stulunu və  şəklini ziyarət etməyi 
özünə borc bilir. 
 
 

------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
135
HƏSƏNOV  DАVUD  ABDULHƏSƏN  OĞLU 
1919 cu il təvəllüdlü.  
Salyan rayonu,  
Şorsulu kənd sakini. Pedaqoq.  
 
Mən  Аğа Mirbаğır  аğаnı ilk dəfə 1929-cu ildə  kəndimizin 
ağsaqqalı  Məşədi Hümmətalı Hümmətovun vəfatının dördüncü 
günü atam üçün yemək aparanda görmüşəm. Belə ki, o vaxt ev 
sahibi hüzürə  gələnlərə yemək vermirdi. Hər kəs üçün evdən 
yemək gəlirdi.  Аğа Mirbаğır  аğа çox nurani görkəmli, 
əmmaməli,  əynində uzun ləbbadə  məclisdə oruc və namaz 
barədə söhbət edirdi. Mən uşaq olduğum üçün bir kənarda durub 
qulaq asırdım. Yazın ortaları olduğu üçün hava çox xoş idi. Аğа 
Mirbаğır аğа çox rəvan və məlahətli danışırdı. Hamı dərin sükut 
içində ona qulaq asırdı. O, molla deyildi, din xadimi idi, alim 
idi. Çünki molla kimi yox, sonralar institutda gördüyüm 
professorlar, alimlər kimi, mən deyərdim ki, onlardan dа çox-
çox yüksək səviyyədə danışırdı. Onun söhbətindən yadımda 
qalan o oldu ki, hamı daima halal zəhmətlə çalışmalı, xeyirxah 
olmalı  və gecə-gündüz oxuyub öyrənməlidir. Millətin tərəqqisi 
elmdədir. 
Аğа Mirbаğır аğаya qarşı hamıda böyük inam, etibar var idi. 
O, mollalıq etmirdi. Sadəcə olaraq o, məclisə  gələndə camaat 
ondan söhbət etməyini xahiş edirdi. 
Eyni kənddə yaşadığımızdan sonra dəfələrlə  Аğа Mirbаğır 
аğаnın mübarək üzünü görmək mənə qismət olubdur. O vaxtlar 
komsomolun, kommunistlərin çox güclü olduqları bir vaxtda, 
adamlara zorla Аllahın olmadığının təlqin etdikləri, bilet 
verdikləri vaxtda xalqda Аğа Mirbаğır аğаya qarşı ilahi bir sevgi 
var idi. Xalq ona müqəddəs varlıq kimi inanırdı.  
1935-ci ildə  mən Salyanda pedaqoji məktəbdə oxuyanda 
demək olardı ki, əksəriyyətimizin komsomolçu olmağımıza 
baxmayaraq,  Аğа Mirbаğır  аğа and yerimiz idi. Mən bir əsrə 
yaxın ömür yaşamışam və bu gün çox fəxr edirəm ki, ömrümün 

------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
136
sonunda Аğа Mirbаğır аğа haqqında söz demək mənə də qismət 
oldu. Deməli, yaşamağa dəyərmiş.  
 
AĞАYEV  MİRBÖYÜKАĞА  SEYİDАĞА  OĞLU 
El ağsaqqalı. Neftçala rayonu,  
Qaraymanlı kənd sakini.  
  
Аğа Nərimаn Nərimаnovu xilаs edir 
Mən o vaxtlar kəndimizdə yaşayan  Şeyx  İslamdan  Аğа 
Mirbаğır  аğа haqqında çox söhbətlər eşitmişəm.  Əsas yadımda 
qalan isə  Nəriman Nərimanovun Salyana gəlişi barədə olan 
söhbətdir. O, danışırdı ki, Sovet hökumətinin təzə qurulduğu 
illərdə  Nəriman Nərimanov  əhali ilə görüşmək üçün Salyana 
gəlir və hansı məqamdasa allahsızlığı təbliğ edən söhbət aparır. 
Belə hal çox dindar olan Salyan əhalisinin qəzəbinə səbəb olur 
və  Nəriman Nərimanovu Salyanda döymək istəyirlər.  Аğа 
Mirbаğır  аğа  vəziyyəti belə gördükdə  Nəriman Nərimanovun 
həm azərbaycanlı, həm də qonaq olduğunu nəzərə alaraq 
əsəbləşən  əhalini sakitləşdirmək üçün əbasını  Nəriman 
Nərimanovun çiyninə atır.  Аğа Mirbаğır  аğаnın  əbasını 
Nəriman Nərimanovun çiynində görən əhali Аğа Mirbаğır аğаya 
böyük hörmət  əlaməti olaraq sakitləşirlər. Danışırdılar ki, 
sonralar Nəriman Nərimanov özü bu söhbəti çox danışıb 
deyərmiş ki, Salyanda Аğа Mirbаğır  аğаnın təkcə  əbası bizim 
bir çox dövlət xadimlərindən hörmətli və nüfuzludur.  
 
 

------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
137
MƏMMƏD  MUSА  OĞLU  ƏLİYEV 
1925-ci il təvəllüdlü.  
Neftçala rayonu,  
Bankə qəsəbəsinin sakini.  
 
Bütün Neftçаlаlılаr Ağаyа inаm bəsləyirlər 
 Neftçala rayonunun elə bir yaşayış  məntəqəsi olmaz ki, 
orada öz dövrünün dahi şəxsiyyəti olmuş  Аğа Mirbаğır  аğа 
dərin hörmətlə xatırlanmasın. Kür çayı boyu kəndlərin  əhalisi 
isə Аğа Mirbаğır аğаnı öz nəsillərinin xilaskarı sayırlar. 1918-ci 
ildə erməni terrorçu dəstələri Аğа Mirbаğır аğаnın dəvət etdiyi 
türk qoşunu və ərazidən təşkil etdiyi könüllülər tərəfindən məhv 
edilmişdir. Həmin dövrdən 80 ildən də artıq bir vaxt ötməsinə 
baxmayaraq,  Аğа Mirbаğır  аğаnın  şücaəti bütün məclislərdə 
böyük minnətdarlıq hissi ilə xatırlanır. Eyni zamanda xalq 
böyük  şəxsiyyətin təyin etdiyi dini ayinlərə, xüsusən də  əza 
məclislərində ehsanın  əzа  məclisinin 4-cü günü verilməsinə 
dəqiq  əməl edir. Böyük dini bilici alim, filosof olan Аğа 
Mirbаğır аğа bunun Həzrəti Peyğəmbərimizin əmisinin şəhadəti 
ilə  sıx  əlaqəli olduğunu mənəvi dəyərlərə  əsaslandıraraq elmi 
sürətdə sübut etmişdir. Belə ki, döyüşdə  şəhid olan Həzrəti 
Peyğəmbərimizin  əmisi Həmzə  şühədanın cəsədini döyüş 
meydаnındаn götürməyə imkan olmur və  cəsəd üç gün 
meydanında qalır. Məhz 4-cü gün Həmzeyi  şühədanın cəsədi 
döyüş meydanından götürülərək dəfn olunur. Həzrəti 
Peyğəmbərimizin bununla əlaqədar dediklərini  əsas götürərək 
Аğа Mirbаğır аğа ehsanın əza məclisinin 4-cü günü verilməsini 
tövsiyə etmiş və buna bu gün də əməl edilir. 
Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin