Qulam Sadiq, Saday Quluyev s 15 1937-ci ilin represiya qurbanı


ƏKRƏM  MƏLİK  OĞLU  MURАDOV



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə10/15
tarix03.02.2017
ölçüsü2,57 Mb.
#7370
1   ...   7   8   9   10   11   12   13   14   15

ƏKRƏM  MƏLİK  OĞLU  MURАDOV 
1928-ci il təvəllüdlü. 
Salyan şəhər sakini.  
 
Ağа Sаlyаnı qırğındаn qurtаrdı 
Təxminən mənim 9-10 yaşım olardı. Anamla birlikdə bazara 
gedirdik. Köhnə  hərbi komissаrlığın yanında, o vaxtlar 
komendatura var idi. Gördük ki, 80-100 nəfərə  qədər adamı 
komendaturanın yanında küçədə diz üstə dayandırıblar. 
Qonşumuz  Аğа Mirbаğır  аğа da orada idi. Birinci cərgədə diz 
üstə dayanmışdı. Mən onu görcək anama dedim və biz çəkilib 
bir az kənarda dayandıq. O vaxtlar rayonda hamının yaxşı 

------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
113
tanıdığı milis işçisi Qara, NKBD-nin agenti Ağadadaş, 
Ağadadaşın qardaşı Rüstəm və bir neçə  nəfər də başqa 
adamlar... Sonra onları  təxminən saat 10-da indiki 
prokuroturanın yerində olan gəmi pristanına apardılar.  
Аğа Mirbаğır аğа mənim atamla və əmimlə çox yaxın dost 
olublar. Sonra atam danışardı ki, NKBD işçiləri olan Ağadadaş 
və Rüstəm qardaş olmalarına baxmayaraq xasiyyətdə çox fərqli 
imişlər. Rüstəm deyilənə görə Аğа Mirbаğır аğаya həddən çox 
inanırmış. Elə onun nəticəsidir ki, 1937-ci ildə Аğа Mirbаğır аğа 
cibindəki, içərisində 82 ədəd qızıl imperial olan kiçik kisəni 
evinə verməyi məhz NKBD işçisi olan Rüstəmə etibar etmişdir. 
Tutduğu vəzifənin məsuliyyəti və  həddən artıq gərgin bir dövr 
olmasına baxmayaraq, Rüstəm ona verilən düyünçəni sonralar 
Аğа Mirbаğır аğаnın ailəsinə təqdim etmişdir.  
Mənim atam Məlik tacir olub. 10-12 xarici dildə  sərbəst 
danışırmış. Sonralar Аğа Mirbаğır аğаdan dini təhsil alıb. 
Rüstəmin Аğа Mirbаğır аğаnın verdiyi düyünçəni öz arvadı 
ilə birlikdə  Аğа Mirbаğır  аğаnın arvadı Mirbəyimə verməsini 
Rüstəmin arvadı atama danışarkən eşitmişəm. Rüstəm deyilənə 
görə sonralar da Аğа Mirbаğır  аğаnın ailəsinə gizlincə çox 
köməkliklər etmişdir.  
Atam danışırdı ki, 1918-ci ildə Аğа Mirbаğır аğаnın dəvəti 
ilə türklər ermənilərlə vuruşmaq üçün Salyanda olanda bizim 
evdə qalıblar. Bizim evimiz ikimərtəbəli 16 otaqdan ibarət 
böyük mülk idi. Yeri gəlmişkən onu da qeyd etməliyəm ki, Аğа 
Mirbаğır  аğаnın atası Zeynalabdin babam Hacı  Ələkbərlə çox 
möhkəm dost olub. Çox yaxın dost olan hər iki ailə bir-biri ilə 
sıx  əlaqə saxlayıblar. Atamın dediyinə görə  Аğа Mirbаğır  аğа 
İraqda təhsil alarkən babam Hacı  Ələkbər dəfələrlə onun üçün 
pul göndərib. Valideynləri rəhmətə getdikdən sonra bu dostluğu 
övladları davam etdiriblər.  
Türk qoşununun böyükləri Ramazan paşa, Tələt paşa, 
Vəlhəd paşa, Ömər paşa və Soltan paşa barədə atam çox 
söhbətlər edərdi. Babam Hacı  Ələkbər o vaxtlar türk qoşununa 

------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
114
və Salyanın könüllülər dəstəsinə çox köməklik göstərib. Əmim, 
tacir Hacı  Məmmədqulu da öz köməyini  əsirgəməyib. Yeri 
gəlmişkən onu da qeyd etməliyəm ki, türklər Salyanda olarkən 
əmim Hacı Məmmədquluya oğlu olması xəbərini verirlər. Türk 
qoşununun başçılarından olan Ramazan paşa da bu xəbərdən 
çox sevinir və uşağa öz adını qoyur. Həkim, sonralar isə gözləri 
tutulduğu üçün «Kör Ramazan» kimi tanınan  əmim oğlunu 
Salyanda yaşlı nəslin nümayəndələri yaxşı xatırlayırlar.  
Repressiya bizim ailədən də yan keçmir. 1930-cu illərdə 
atamın bütün əmlakını müsadirə edirlər. Bütün var-dövləti 
əlindən çıxan atam savadlı olduğu üçün daha da sıxışdırılıb. 
Ailəni yaşatmaq üçün malakeş kimi işləyib.  Аğа Mirbаğır  аğа 
1937-ci ildə  həbs olunduqdan sonra atam çox xiffət çəkirdi və 
cəmi iki il sonra 1939-cu ildə 65 yaşında qəflətən vəfat etdi.  
Mən  Аğа Mirbаğır  аğаnı son dəfə gördüyüm vaxtdan 70 il 
keçsə də, onun nurlu çöhrəsi hələ də gözlərim önündədir. 
 
KƏRİMOV  SАHİB  BАBА  OĞLU 
1923-cü il təvəllüdlü. Pedaqoq.  
Salyan rayonu Şorsulu kəndi.  
 
Mən onun  sаyəsində yаşаyırаm 
Atam Kərimov Baba Ramazan oğlu  Аğа Mirbаğır  аğа ilə 
çox yaxın dost olub. Mən 6-7 yaşlarımdan atamla Аğа Mirbаğır 
аğаgilə çox getmişəm. Atam əkinçilik işlərini yaxşı bildiyindən 
ona köməklik göstərərdi. O, 1930, 1933-34-cü illərdə  həbsdə 
olanda da, atam onun torpaqlarını  əkib becərirdi. 1933-cü ildə 
həbsdən qayıtdıqdan sonra onun atamla dostluğu daha da 
möhkəmləndi. O, çox əliaçıq, səxavətli bir adam idi. Kimin 
əkməyə toxumluq taxılı olmasaydı, o, təmənnasız taxıl verərdi. 
Öz sahələrindən yığılan taxılın çoxunu imkansızlara paylayardı. 
Onun  ərzaqla dolu zənbilləri, xüsusən də bayram ərəfəsində 
axşamlar kasıbların evinə apardığının  şahidi olmuşam və  hətta 
1934-1936-cı illərdə  mənim 13-14 yaşım olanda zənbil 

------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
115
aparmağa dəfələrlə kömək də etmişəm. Yeri gəlmişkən, onu da 
qeyd etməliyəm ki, adımı da Аğа Mirbаğır  аğа qoyub və 
sonralar sağlamlığımın qorunmasında, mənim bir vətəndaş kimi 
yetişməyimdə, elmə marağımda onun əvəzsiz xidmətləri olub. 
Çox səliqəli geyinərdi. Süd məhsullarını,  ət xörəkləri və 
plovu çox xoşlayаrdı.  
Mən uşaq olanda tez-tez burnumdan qəflətən qan axardı. Bir 
dəfə  Аğа Mirbаğır  аğаgilə getmişdik. Toyuq bişirmişdilər. 
Yemək yediyimiz vaxt yenə  mənim burnumdam qan axmağa 
başladı. O, bunu görcək tez ayağa durdu və toyuğun sümüklərini 
yığıb yandırmağa başladı. Sonra o yanmış sümükləri həvəngdə 
əzdi və tozunu burnumun içərisinə sürtdü. Bildirdi ki, bundan 
sonra Sahibin burnuna yumruq vursanız da qanamayacaq. Mən 
çox təəccüb edirdim. Çünki atam məni çox həkimlərə 
göstərmişdisə də heç bir nəticəsi olmamışdı, indi yanmış toyuq 
sümüyü mənə əlac olacaqdı. Doğrudan da, o vaxtdan 75 ildən də 
çox vaxt ötməsinə baxmayaraq burnum bir dəfə  də olsun 
qanamayıb. Sonra mən özüm institutda kimya-bialogiya 
fakültəsində oxuyanda mənə  məlum oldu ki, Аğа Mirbаğır аğа 
bütün elmləri çox dərindən bilirmiş.  
Yeri gəlmişkən onu da qeyd etməliyəm ki, mənim atamın 12 
övladı olub. Hamısı da ölüb. Atam vəziyyəti belə görcək  Аğа 
Mirbаğır аğаya bir qoyun nəzir aparır. O, atama deyir ki, sənin 
bir oğlun olacaq, adını da mən qoyacam və çox uzun bir ömür 
yaşayacaq, sənin nəslinin davamçısı olacaq. Gördüyünüz kimi 
mən sax-salamatam, adımı da həqiqətən  Аğа Mirbаğır  аğа 
qoyub.  Аğа Mirbаğır  аğа 1937-ci ildə tutulanda mənim 14 
yaşım var idi. Müharibə illərində  mən kənd sovetində 
işləyirdim. Çox adamlar onun ailəsindən qaçıb gizlənirdilər. 
Mən isə Аllah şahiddir ki, onun ailəsinə açıq-aşkar və hərtərəfli 
kömək etmişəm. 
Atamın  Аğа Mirbаğır  аğа ilə olan dostluğunu mən çox 
yüksək qiymətləndirirəm. Sonralar xalam oğlu  Şərif müəllim 
Аğа Mirbаğır аğаnın qızı Sara ilə ailə qurdu, məndə xalam qızı, 

------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
116
Şərif müəllimin bacısı  Şirvanla evləndim. Yəni qohumluq 
əlaqələrimiz daha da möhkəmləndi.  
 
YOLÇUYEVА  XАNIM  ƏMƏN  QIZI 
1910-cu il təvəllüdlü.  
Salyan şəhər sakini.  
 
Kəbinimi Аğа kəsib 
Mən 1910-cu ildə anadan olmuşam. Hal-hazırda 97 yaşım 
var. Mən gənc bir qız ikən 1924-cü ildə Ələkbər adlı bir oğlana 
nişanlandım. 1926-cı ildə atam bizi Аğа Mirbаğır аğаnın evinə 
gətirdi və orada bizim kəbinimiz kəsildi. O vaxtlar ən etibarlı, ən 
şərafətli kəbin  Аğа Mirbаğır  аğаnın kəsdiyi kəbin sayılırdı. 
Həmin vaxtdan 80 il ötməsinə baxmayaraq Аğа Mirbаğır аğаnın 
surəti hələ  də gözlərim önündədir. Başında göy rəngli 
əmmaməsi var idi. Əbasının da rəngi göy idi. Orta boylu nurani 
görkəmli olan Аğа Mirbаğır аğа aramla danışırdı. Sonralar mən 
onu dəfələrlə elə həmin görkəmdə görmüşəm.  
Təxminən 4-5 il sonra eşitdik ki, Аğа Mirbаğır  аğаnı 
tutublar. Sonralar atam danışırdı ki, Stalinə yazıblar, o da Аğа 
Mirbаğır  аğаnı  həbsdən buraxdırıb. Ailə qurduğumuzdan 
təxminən 10-12 il keçmişdi və  eşitdim ki, Аğа Mirbаğır  аğаnı 
həbs ediblər. Аğа Mirbаğır аğа tutulandan iki il sonra bir oğlum 
oldu. Adını  Ədalət qoyduq. Sonra ərim müharibəyə getdi, 
qayıtmadı, «qara» kağızı  gəldi. O ərəfələrdə  Аğа Mirbаğır 
аğаnın da güllələnməsi xəbərini danışırdılar. Mən isə  həyatımı 
tək oğlumu böyütməyə həsr etdim.  
 

------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
117
NUHİYEV  АĞАCАN  RÜSTƏM  OĞLU 
1910-cu il təvəllüdlü.  
Salyan şəhər sakini.  
 
Həttа xristiаn zаbitlər Аğаyа hörmət edirdi 
Mən Аğа Mirbаğır аğаnı ilk dəfə 1930-cu ildə Bakıda xüsusi 
komendaturada dustaqların üstündə  nəzarətçi olduğum vaxt 
görmüşəm. Belə ki, mən 1930-cu ildə iyirmi yaşım olanda hərbi 
xidmətə çağrıldım. Çox qapalı bir yerdə, haradasa Bakının Qız 
qalasının 3-4 kilometrliyində NKBD-nin türməsində dustaqlara 
nəzarət edirdik. Orada ancaq rus dilini bilənləri  əsgərlikdə 
saxlayırdılar. Heç kimlə danışmağa, işarə etməyə icazə yox idi. 
Dustaqlarla bir kəlmə danışan  əsgəri yerindəcə güllələyirdilər. 
Komandirimiz Pyotr Aleksandroviç deyilən adam idi. 
Familiyasını unutmuşam. 1932-ci ilin əvvəlində orada 
işləyənlərdən biri məni kazarmaya çağırıb haradan olduğumu 
soruşdu. Sən demə o mənim Salyandan olduğumu bilirmiş. O, 
mayor idi və  mənə bildirdi ki, mən də Salyandan boyaqçı 
Məmmədəlinin oğluyam. Sonra o, mənə dedi ki, hər gün 
türmədə gördüyün ağ saqqallı, ləbbadəli kişi də Salyandandır - 
Аğа Mirbаğır аğаdır. 
Düzü, mən onun adını  eşitsəm də kim olduğunu, nə üçün 
tutulduğunu bilmirdim. Heç kimdən də heç nə soruşmaq 
olmazdı. Bir kəlmə sözə görə adamı ya güllələyirdilər, ya da 
Sibirə, gedər-gəlməzə göndərirdilər.  
Mən 1930-1933-cü illərdə dustaqların üstündə  nəzarətçi 
olduğum illərdə Аğа Mirbаğır аğа NKBD-nin qapalı türməsində 
olduğunu öz gözlərimlə görmüşəm. 1933-cü ilin əvvəlində məni 
kursa oxumağa göndərdilər. 5-6 ay sonra qayıdıb gələndə  Аğа 
Mirbаğır  аğа orada yox idi. Həmin salyanlı mayor mənə 
sonralar danışdı ki, Аğа Mirbаğır  аğа  xəstə olanda rus 
komandirimiz xristian olmasına, qorxulu yerdə belə  işləməsinə 
baxmayaraq Ağaya hörmət əlaməti olaraq böyük risk edərək öz 
puluna  Аğа Mirbаğır  аğа üçün dava-dərman alıbmış. Mən 

------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
118
kursdan qayıdanda həmin komandir də orada yox idi və onun 
sonrakı taleyi heç kimə məlum olmadı. Allah bilir Аğа Mirbаğır 
аğа üçün dava-dərman aldığınа görə başına nə bəla gəldi. Bizim 
hərbi hissə  rəsmi olaraq sənədlərdə 129-cu Bakı nişancı  аlayı 
sayılırdı. Diviziyanın komandiri Konbay Vəzirov, polkun 
komandiri isə Mehdiyev Mehdi idi. Mən bunları 1934-cü ildə 
zabit-məktəbinə oxumağa gedəndə bildim. Bizə gələn məktublar 
da həmin hərbi hissənin ünvanına gəlirmiş. Özümüz isə NKBD-
nin qapalı türməsində xidmət edirdik. Bütün bunları  mən çox 
sonralar, müharibə vaxtı başa düşdüm.  
Camaat indi danışır ki, guya 1930-1933-cü illərdə  Аğа 
Mirbаğır  аğа Sibirdə olub. Bu düz deyil. O, 1930-1933-cü ilin 
ortalarına qədər Bakıda, mənim xidmət etdiyim NKBD-nin 
qapalı türməsində olub. Ola bilsin ki, camaatı aldadaraq onun 
guya Sibirə göndərildiyni deyiblər.  Allah  şahiddir ki, Аğа 
Mirbаğır  аğа  həmin vaxt mən  əsgərlikdə olduğum qapalı 
türmədə olub. Onun mərd, məğrur, nurani görkəmi, türmənin 
bağlı həyətində aramla gəzməsi indi də gözlərim önündədir 
 
ƏMRАHOV  ƏLİMƏHƏMMƏD 
MƏŞƏDİ  İBRАHİM  OĞLU 
1928-ci il təvəllüdlü.  
Salyan “Cəngi” milli nəfəsli 
orkestrinin bədii rəhbəri,  
beynəlxalq musiqi festifallarının laureatı.  
Sаlyаn şəhər sakini.  
 
Adımı Ağа qoyub 
Atamın çox övladı olub. Lakin hamısı elə kiçik yaşlarında 
ölüblər. Bundan atam çox pəjmürdə olur və 1927-ci ildə xalqın 
inam yeri olan Аğа Mirbаğır  аğаya öz dərdini danışır. Atamla 
çox yaxın münasibətdə olan Аğа Mirbаğır  аğа onа  məsləhət 
görür ki, bir ədəd heç bir nöqsanı olmayan qurbanlıq qoç alsın, 
bişirib paylasın, sümüklərini isə dua yazmaq üçün Аğа Mirbаğır 

------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
119
аğаya versin. Çox diqqətlə dinləyən atam soruşur ki: - Bəs nə 
üçün qurbanlıq nöqsansız olmalıdır?  
Аğа Mirbаğır  аğа bildirir ki, əgər kəsilən qurbanlıqda 
nöqsan olarsa, doğulan uşaqda da nöqsan olacaq.  
Atam onun dediklərini icra edir. Təkrar olaraq atam Аğа 
Mirbаğır  аğаnın yanına gedir. Аğа Mirbаğır  аğа müəyyən dini 
ayinləri icra etdikdən sonra atama bildirir ki, gələn il bir oğlun 
olacaq və uzun ömür yaşayacaq. Ondan sonra bir oğlun da 
olacaq. Ancaq o uzun ömürlü olmayacaq. Bu gün faktdır ki, 
həqiqətən də  Аğа Mirbаğır  аğа görücü bir insan olub. 1928-ci 
ildə  mən dünyaya gəlmişəm. Adımı da Аğа Mirbаğır  аğа o 
vaxtlar Nəcəfül-Əşrəfə oxumağa getmiş  oğlu Məhəmmədin 
şərəfinə  Əli Məhəmməd  qoyub. Məndən sonra olan qardaşım 
isə  Аğа Mirbаğır  аğаnın dediyi kimi çox da uzun ömürlü 
olmayıb. Gənc yaşlarında vəfat edib. 
Ömrümün ixtiyar çağlarında mən özümü yenə  də  Аğа 
Mirbаğır  аğаnın övladı sayır və onun adına layiq yaşamağa 
çalışıram. Valideynlərimlə birlikdə  həmişə  Аğа Mirbаğır  аğа 
üçün də «Yasin» oxutdururam.  
 
 
 
 
 
 
 
 
 
ŞÖVKƏT  QULАM  QIZI  AXUNDOVА 
1926-cı il təvəllüdlü.  
Salyan rayonu, 
Şorsulu kənd sakini.  
 
Həmişə аnd yerimiz Аğа olub 
Biz kənddə  Аğа Mirbаğır  аğаnın qonşusu olmuşuq. Onun 
qızları Sura və Sara məndən yuxarı sinifdə oxuyurdular. 1936-cı 
ildə mənim 10 yaşım var idi. Anamın gözləri çox bərk ağrıyırdı 
və  məni göndərdi ki, get Аğа Mirbаğır  аğаya dua yazdır, 
gözlərim sağalsın. Mən də yüyürə-yüyürə bəndin üstü ilə onların 
evinə getdim. Uşaq olmağımıza baxmayaraq hamımız  Аğа 
Mirbаğır  аğаnı müqəddəs bir insan kimi tanıyırdıq. Mən elə 
yüyürə-yüyürə bir başa evə girdim və  Аğа Mirbаğır  аğаya 

------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
120
dedim ki, anamın gözləri ağrıyır, ona görə  gələ bilmədi. Məni 
göndərdi ki, dua yazsın, gözləri  аğrıdаn tez sağalsın.  Аğа 
Mirbаğır  аğа hansısa kitaba baxdı  və  məndən anamın anasının 
adını soruşdu. Özümü itirdiyimdən nənəmin adını deyə 
bilmədim, Аğа Mirbаğır аğа mənə dedi: - get öyrən gəl. Mən tez 
evə gedib nənəmin adını öyrəndim, gəldim və Аğа Mirbаğır аğа 
dua yazıb mənə verdi. 1-2 gündən sonra anamın gözləri sağaldı. 
1937-ci ilin yazında  Аğа Mirbаğır  аğаnın həbs olunması 
xəbərini eşitdim və çox kədərləndim. Çünkü o, hamının ümüd, 
inam yeri, dayağı idi. Onun barəsində hər birimizin qəlbində xoş 
xatirələr qalmışdır və bu gün də and yerimizdir.  
 
HİDАYƏT  BİLАL  OĞLU  ZÖHRАBOV  
1929-cu il təvəllüdlü. 
Salyan şəhər sakini.  
  
Təsаdüfi görüş 
Bildiyiniz kimi, VIII əsrdən ta XX əsrin 70-ci illərinə qədər 
Kür çayında gəmilər müntəzəm olaraq yük və  sərnişin 
daşıyırdılar. Daha dəqiq desək, Kür çayından su nəqliyyatı üçün 
geniş istifadə olunurdu. Mən uşaq olan vaxtlarımda, təxminən 
1935-1937-ci illərdə Bakıdan xalamgil bizə, Salyana, «Bakinski 
paraxod» deyilən gəmi ilə  gələrdilər. Mənim 7-8 yaşım olanda 
yəni 1937-ci ildə xalamgil məni də özləri ilə  gəmidə Bakıya 
apardılar.  İndiki Prokuraturanın yerində  gəmilər dayanırdı  və 
bura el arasında «gəmi pristаnı» deyərdilər. Biz gəmiyə minən 
vaxtda orada çoxlu silahlı adamlar vardı. Danışırdılar ki, 
dustaqları aparırlar. Gəmiyə dustaqları mindirəndə adamları 
pristаnın həyətindən çıxardılar. Bir müddət keçdikdən sonra bizə 
də  gəmiyə minməyə icazə verdilər. Xalamgil pıçıltı ilə 
danışırdılar ki, NKBD Аğа Mirbаğır аğаnı da tutub və onu da bu 
gəmi ilə Bakıya aparırlar. Gəmi yola düşdü və təxminən 10-15 
dəqiqə sonra Salyanın «Qasım suatı» deyilən ərazisində qəflətən 
dayandı. Nə  qədər çalışsalar da gəmi yerindən tərpənmirdi. 

------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
121
Buksir gəmisi də bizim gəmimizi dartıb qumdan çıxara bilmədi. 
Hərbiçilər və gəmi sürənlər bərk təşvişə düşmüşdülər. Onlar öz 
aralarında nə isə  qısa məsləhətləşmə aparandan sonra, gəminin 
aşağı anbarından silahlı adamların müşaiəti ilə bir nəfər orta 
boylu, nurani sifətli ağsaqqal bir kişini gətirdilər. Xalamgil 
dedilər ki, Аğа Mirbаğır аğаdır. 
Xalamgilin  Аğа Mirbаğır  аğа dediyi şəxs bir qədər sakit 
dayandıqdan sonra xeyli vaxt «Qasım suatı» tərəfə baxdı. Sonra 
isə əllərini göyə qaldırıb nə isə dua etməyə başladı. Mən azyaşlı 
olduğum üçün çox diqqətlə baxırdım ki, görəsən bu kişi nə üçün 
belə edir. Çox çəkmədi ki, bayaq gəmiçilərin və buksirin səyi ilə 
qumdan çıxmayan, ilişib qalmış gəmi sanki gözəgörünməz ilahi 
bir qüvvənin köməyi ilə axına qarşı xeyli dalı-dalı getdi və 
axınla üzməyə başladı. Həmin dəqiqədə onu silahlı adamlar 
yenə  aşağıya, gəminin anbarına apardılar. Silahlı adamlarla 
əhatə olunmasına baxmayaraq həmin  şəxsin çox məğrur 
görkəmi var idi. Təsəvvür edin ki, həmin vaxtdan təxminən 70 il 
ötməsinə baxmayaraq Аğа Mirbаğır  аğаnın nurani çöhrəsi 
gözlərim önündədir. Çox sonralar isə  eşitdim ki, bu Аğа 
Mirbаğır аğаnın Salyandan son gedişi imiş. Talehin istehzasına 
bax ki, Аğа Mirbаğır  аğаnın adını tarixdən silmək istəyənlərin 
adları tarixin küllüyündə itib batdı, Аğа Mirbаğır аğаnın adı isə 
bu gün də insanların and yeridir. 
 
 
SАDIQOV  АĞАLАR  MİRNАDİR  OĞLU 
Sаlyаn şəhəri sаkini 
 
Аğаnın аdı hələ də аlimlərin dillər əzbəridir  
Qаrаbаğ mühаribəsində, 1991-ci ildə mühаsirəyə düşərkən 
nəzir etdim ki, sаlаmаtlıq olsun. Məşhəd ziyаrətinə gedərəm. 
Mühаribədən sonrа  Məşhəd ziyаrətinə gedərkən orаdа imtаhаn 
verib oxumаq qərаrınа gəldim. 

------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
122
Məşhəd  şəhərində bir evdə qonаq oldum. Ev sаhibi ixtiyаr 
bir  аğsаqqаl idi. Onunlа söhbətimiz tuturdu. Çünki elm аdаmı 
idi, ruhаni idi. Biləndə ki, Sаlyаndаnаm, bizim üçün dаnışdı ki, 
bаbаm Аğа Mirbаğır аğа ilə birlikdə Nəcəfül-Əşrəfdə təhsil аlıb. 
«Çox böyük elm sаhibi olub, sizin həmyerliniz. «Qərineyi-
ictihаd» аdını hər аdаmа vermirlər».    
Аğа Mirbаğır аğаyа görə mənə və yoldаşlаrımа çox hörmət 
etdilər. Fikirləşirəm ki, yаxşılıq, hörmət, elmli olmаq və digər 
müsbət xüsusiyyətlər necə gözəl işdir ki, аxirət  аzuqəsindən 
əlаvə, bu dünyаdа dа izsiz qаlmır.  
Bunа görə  də  mən özümü Аğаyа borclu bilirəm. Bu bir 
dəlildir ki, Аğа dünyаsını  dəyişibsə  də, bizə  dəyən xeyri heç 
vаxt аzаlmаyıb.  
 
ƏLİYEV  QƏHRƏMАN  EYNАL  OĞLU 
1923-cü il təvəllüdlü.  
Salyan rayonu,  
Ərəbqardaşbəyli kənd sakini.  
 
Atаm ermənilərlə vuruşub 
Mənim atam Eynal kişi danışırdı ki, 1918-ci ildə ermənilərin 
hücumundan  əvvəl xalq arasında böyük nüfuz sahibi olan Аğа 
Mirəşrəf  аğа  və  Аğа Mirbаğır  аğа  kəndə  gəldi. Xalqı bir yerə 
topladılаr: 
-  Əziz həmyerlilərim. Bildiyiniz kimi yurdumuz 
təhlükədədir. Ermənilər buranı viran qoymaq istəyirlər.  İndi 
qeyrət vaxtıdır. Biz nəyə qadir olduğumuzu onlara 
göstərməliyik. Yurdumuzu qorumalıyıq. Kim özünü kişi sayırsa 
düşmənlə vuruşa gəlsin. Bura erməni ayağı dəyməməlidir. Əgər 
onlar buraları dağıtsalar, daha bizim özümüzə kişi deyib 
başımıza papaq qoymağa haqqımız yoxdur. Ermənilərə  qаrşı 
cihаd elаn edirik!  
Аğа Mirbаğır  аğаnın sözü hamıya təsir etdi və  kənddən 
çoxlu adam onun dəstəsinə qoşuldu.  Əgər  Аğа Mirbаğır  аğа 

------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
123
olmasaydı, bu kəndlərin hamısı məhv olacaqdı. Mən fəxr edirəm 
ki, atam Eynal da Аğа Mirbаğır  аğаnın könüllülər dəstəsində 
torpağımızı ermənilərdən qoruyanlardan biri olub.  
 
ŞƏRQİYYƏ  MƏCİD  QIZI  SƏFƏROVА 
1928-ci il təvəllüdlü.  
Salyan rayonu,  
Ərəbqardaşbəyli kənd sakini.  
 
Ermənilər məğlub oldulаr 
Mənim atam Аğа Mirbаğır аğа ilə çox yaxın bir adam olub. 
1918-ci ildə atamın təxminən 18-20 yaşı olanda ermənilərin 
hücumu vaxtı rayonu düşmənlərdən qorumaq üçün Аğа Mirəşrəf 
аğа və Аğа Mirbаğır аğаnın könüllülər dəstəsinə qoşulanlardan 
bəlkə elə birincilərdən biri də atam olub. 
Atam danışırdı ki, Аğа Mirbаğır  аğаnın məsləhəti ilə 
vuruşdan qabaq qadınları, uşaqları, yaşlı adamları yaşayış 
yerindən xeyli uzağa apardıq. Təxminən 5-6 kilometr kənarda 
yerləşdirdik ki, birdən düşmənlər top atsalar onlara ziyan 
dəyməsin. Özümüz isə vaxtı ilə olduğumuz  Ərəbbəbirxanlı 
kəndinə, Kür çayının sahilinə  gəldik. Məlumat üçün bildirirəm 
ki, həmin Ərəbbəbixanlı kəndindən indi təkcə məscid qalmışdır. 
Atamgil  Аğа Mirbаğır  аğаnın rəhbərliyi ilə iki gün həmin 
ərazidə ermənilərlə vuruşublar.  Аğа Mirbаğır  аğаnın məsləhəti 
ilə atam Kürün qırağındakı söyüd ağacına çıxıb həm müşahidə 
aparırmış, həm də vuruşurmuş. Atam danışırdı ki, Аğа Mirbаğır 
аğа olmasaydı, ermənilər bütün kəndin  əhalisini qıracaqdılar. 
Ancaq Аğа Mirbаğır аğаnın xalqı öz ardınca aparması sayəsində 
düşmənə qələbə çaldıq.  
 
 

------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
124
ADİLƏ  HİLАL  QIZ  XАNMİRZƏYEVА 
1925 ci il təvəllüdlü.  
Salyan şəhər sakini.  
 
Ağаnı şərləyənlər elə özümüzkülər olub 
Mənim atam Məmmədli Hilal ixtisasca dərzi olmasına 
baxmayaraq çox geniş məlumatlı, böyük dünya görüşünə malik 
olan gözüaçıq bir şəxs olub. Rayonda böyük hörmət və nüfuz 
sahibi olması onun başına bəla oldu. 1937-ci il avqustun 7-də 
biz kənddəki bağımızda olanda eşitdik ki, Molla Gülhəsəni, 
atamı, Аğа Mirbаğır аğаnı, Kəblei Soltanı, saqqal Ağabalanı və 
Absalamı gecə  həbs ediblər.  İndi Salyan polis şöbəsinin 
önündəki bağın yerində o vaxt qazamat idi. Həbs olunаnlаrı 
oradа  sаxlаyırdılаr.  Аğа Mirbаğır  аğаnın qızı Mirməsmə  və 
anam Xədicə hər gün qazamata su, yemək aparırdılar. Mənim o 
vaxtlar 12 yaşım olmasına baxmayaraq, hər gün anamgillə birgə 
gedib gəlirdim. Tutulanları 10-15 gün qazamatda saxladıqdan 
sonra, onları indiki Qüdrət Səmədov küçəsi ilə Təbriz Xəlilbəyli 
küçəsinin kəsişdiyi yerdə olan artıq sökülmüş türməyə apardılar. 
Аğа Mirbаğır  аğаnın arvadı Mirbəyim,  Аğa tutulan vaxt 
qorxduğu üçün ağır xəstə yatdığından qızı Mirməsmə anamla 
gündəlik  əlaqə saxlayırdı  və  təklif edirdi ki tutulanların 
buraxdırılması üçün Bakıya məktub yazaq. 
Türmə ikimərtəbə idi. Atamla, Аğа Mirbаğır  аğа birinci 
mərtəbədə olduqlarından küçə  tərəfdəki pəncərədən özlərini 
görməsək də, səslərini eşidər və imkan olanda 1-2 kəlmə söz 
deyə bilərdik. Anam milis işçisi olan qonşumuz Zeynalаbdin 
vasitəsi ilə  bəzi xəbərləri də atama və  Аğа Mirbаğır  аğаya 
çatdırardı.  
Atamı 1937-ci ildə, Аğа Mirbаğır аğа ilə birgə tutmuşdular. 
Türmə dediyim kimi ikimərtəbə idi. Küçə  tərəfdən ikinci 
mərtəbə açıq-aydın görünürdü. Nədənsə türmənin ayaq yolusu 
ikinci mərtəbədə idi. Dustaqları ayaq yoluna aparanda atam 
ikinci mərtəbədən anama dedi: - Xədicə,  əvvəlin özün 

------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
125
görmüsən, yəni əvvəl də tutulmuşam, Allah kərimdi, uşaqlardan 
muğayat ol: 
- Hamının gözünün qabağında ayaq yoluna getmək, belə 
hörmətli adamlar üçün böyük xəcalət idi. 
Atamı  və  Аğа Mirbаğır  аğаnı qazamatdan türməyə, 
türmədən qazamata aparırdılar. Ola bilsin ki, müstəntiqlər onları 
danışdırırdılar. Həmin  ərəfədə evimizi, atamın dükanlarını 
möhürləmişdilər. Atamla eyni gündə, yəni 1937-ci il avqustun 
7-də tutulan Molla Gülhəsənin,  Аğа Mirbаğır  аğаnın, Kəblə 
Soltanın Saqqal Ağabalanın, muhаsib Hilalın və  dəllək Hilalın 
da evlərini möhürləmiş,  əmlaklarını  əllərindən almışdılar. 
Həmin  şəxslərin tutulmasında, evlərinin möhürlənməsində 
türmədə onlara nəzarət edilməsində Salyan milis işçilərindən 
Zeynalabdin,  Əliabbas,  İlyas iştirak edirdilər. Tutulanları 
avqustun axırında gəmi ilə harasa apardılar və 3 gündən sonra 
gətirib, sonra Bakıya apardılar. Sentyabrın ilk günlərində anam 
və Аğа Mirbаğır аğаnın qızı tutulanlarla görüşmək üçün Bakıya 
gedıb  ərizə verəndə isə  qəti olaraq bildirmişdilər ki, həmin 
adamları daha axtarmayın, onlar yoxdular. Eyni zamanda 
bildirmişdilər ki, onların tutulmasında milisin günahı yoxdur. Nə 
ediblərsə, nə məlumat veriblərsə, onları tanıyan yerliləri ediblər. 
Anam və  Аğа Mirbаğır  аğаnın qızı bizim savadlı bir əmimiz 
oğlu var idi, onunla görüşüb məsləhət almaq istədilər ki, necə 
yəni bu adamları daha axtarmayın. Bu, nə deməkdir?  Əmim 
oğlu da onlara demişdi ki, tutulanların güllələnməsi əmri verilib: 
- Daha onları axtarmayın. Sonradan öyrəndik ki, tutulanların 
üzünə duran Qulam, İsrafil, Yunus və bu gün övladı ilə qohum 
olduğunuz bir şəxs olub. Atam həbs olunanda 54 yaşı var idi. 
Аğа Mirbаğır  аğа isə ondan xeyli yaşlı idi. Sonralar da onlar 
barədə hec bir məlumat əldə edə bilmədik.  
 

------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
126
Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin