Đqtisadi və Sosial Đnkişaf Mərkəzi



Yüklə 287,26 Kb.
Pdf görüntüsü
səhifə1/3
tarix23.02.2017
ölçüsü287,26 Kb.
#9305
  1   2   3

 

 

 

 

    Đqtisadi və Sosial Đnkişaf Mərkəzi 

 

 



 

 

Azərbaycan Respublikasında Kənd Təsərrüfatı Đnkişafının 

Qiymətləndirilməsi və Təkliflər Üzrə 

Konsepsiya Layihəsi 

 

 

 



 

 

 



 

Đ

qtisadi və Sosial Đnkişaf Mərkəzi 



Dilarə Əliyeva 115, 

Bakı, Az1001, Azərbaycan 

Tel; (99412) 5970691 (99412) 4975684  

Fax (99412) 4975684 

Email; 

cesd.az@gmail.com



  

cesd@aztelekom.net

 

URL; 


www.cesd.az

 

 

 

 

BAKI  

Mart, 2010 

Kənd Təsərrüfatı Đnkişafının Qiymətləndirilməsi və Təkliflər Üzrə Konsepsiya Layihəsi 

 

İqtisadi və



 Sosial Đnkişaf Mərkəzi                       

www.cesd.az

 

2

 



 

 

 

 Giriş 

 

Azərbaycan  Respublikasında  qeyri-neft  sektorunun  inkişaf  etdirilməsi  əsas  prioritet  sahələrdən 



hesab edilir. Qeyri-neft sektorunun inkişaf etdirilməsi ölkədə dayanaqlı iqtisadi inkişafın əsasını 

formalaşdırmaqla yanaşı dövlət gəlirlərinin xarici faktorlardan asıllığını tamamılı aradan qaldıra 

bilər.  Bu  baxımdan  qeyri-neft  sektorunun  aparıcı  istiqaməti  kimi  aqrar  sektorun  inkişaf 

etdirilməsi və bu sektorun Ümumu Daxili Məhsulda (ÜDM) payının artırılması olduqca vacibdir. 

Azərbaycan  Respublikası  Prezidenti  cənab  Đlham  Əliyev  2009-cu  ildə  ölkəmizdə  kənd 

təsərrüfatınin  inkişafı  ilə  mühüm  addımların  atıldığını  və  bu  fəaliyyətin  bu  il  də  davam 

etdirilməsinin vacibliyi ilə bağlı bəyanat vermişdir. 

Neftlə zəngin ölkə kimi Azərbaycanda neft sektorunun inkişafi digər sahələrlə müqayisədə daha 

öndədir. Ölkə iqtisadiyyatında neft sektorunun üstünlüyü hiss edilən səviyyədədir.  Hal-hazırda 

ümumi ixracın  92% ni neft və neft məhsulları təşkil edir.  Dövlət büdcəsinin formalaşmasında 

isə neft gəlirlərinin payı 2003-cü ildəki 35 faizdən, yaxud 450 mln. manatdan, 2006-cı ildə 65 

faizə və ya 2,5 mlrd. manata çatıb. 2007-ci ildə büdcənin  61,3 faizi, 2008-ci ildə 68,3 faiz neft 

gəlirlərinin hesabına formalaşıb. Ötən il neft sektorundan birbaşa daxilolmalar 7595 mln. manat, 

o  cümlədən    2680  mln.  manat  neft  sektoru  üzrə  birbaşa  vergi  ödənişləri,  4915  mln.  manat 

ARDNF-nin  transfertlər  (büdcə  gəlirlərin  40,4  faizi)  olub.    2010-cu  ilin  büdcə  gəlirlərinin    74 

faizi  məhz  neft  sektoru  üzrə  ödənişlərin  hesabına  proqnozlaşdırılıb.  Bildirək  ki,  büdcənin  neft 

gəlirlərindən asılılığı  qeyri-neft  büdcə  kəsirinin artımına  səbəb  olub.  Belə  ki,  əgər  2007-ci  ildə 

dövlət büdcəsinin qeyri-neft büdcə kəsirinin qeyri-neft sektorunda formalaşan ÜDM-ə nisbəti 32 

faiz təşkil edirdisə, 2009-cu ildə həmin göstərici 42,5 faizə qədər yüksəlib. Göründüyü kimi, neft 

gəlirlərinin  büdcədəki,  ixracdakı,  ÜDM-in  formalaşmasındakı    dominant  rolu  qeyri-neft 

sektorunun inkişafını ertələyir.  

 

 



 

 

 



 

 

 



Kənd Təsərrüfatı Đnkişafının Qiymətləndirilməsi və Təkliflər Üzrə Konsepsiya Layihəsi 

 

İqtisadi və



 Sosial Đnkişaf Mərkəzi                       

www.cesd.az

 

3

 



 

Kənd təsərrüfatı rəqəmlərdə 

  

Azərbaycan  üçün  ən  mühüm  məqsədlərdən  biri  qısa  zaman  kəsiyində  iqtisadiyyatın  neftdən 

asılılığını  aradan  qaldırmaq  və  iqtisadi  inkişafın  kənd  yerlərinə  daha  çox  yayılmasını  təmin 

etməkdir.  Ölkə  iqtisadiyyatında  kənd  təsərrüfatı  neft  və  digər    sahələrdən  sonra  üçüncü  ən  iri 

sahə  hesab  olunur.  Son  illər  bu  sahənin  inkişafı  ilə  bağlı  böyük  həcmə  vəsaitlər  ayrılıb, 

proqramlar    təsdiq  edilib.  Hansıki  bu  tədbirlərə  regionların  sosial-iqtisadi  inkişafı  Dövlət 

Proqramında  nəzərdə  tutulmuş  tədbirlərin  həyata  keçirilməsi,  “Kənd  təsərrüfatı  məhsulları 

istehsalçılarına  dövlət  dəstəyi  haqqında”  Azərbaycan  Respublikası  Prezidentinin  2007-ci  il  23 

yanvar  tarixli  sərəncamına  uyğun  olaraq  kənd  təsərrüfatı  məhsulları  istehsalçılarının  məhsul 

istehsalı üçün istifadə etdikləri yanacağın, motor yağlarının və mineral gübrələrin dəyərinin orta 

hesabla  50  faizinin  dövlət  tərəfindən  ödənilməsi,  eləcə  də  buğda  istehsalçılarının  maddi 

marağının  artırılması  və  buğda  istehsalının  stimullaşdırılması  məqsədi  ilə  dövlət  büdcəsinin 

vəsaiti  hesabına  əkilən  hər  hektar  üçün  40  manat  yardımın  verilməsi,  məhsuldarlığa  təsir 

göstərən  reproduksiyalı  toxum  materialının  satışına  görə  hər  kq-a  30-40  faiz  əlavə  maliyyə 

vəsaitinin ayrılması, habelə həftənin altıncı və bazar günləri kənd təsərrüfatı məhsullarının satış 

yarmarkalarının təşkili daxildir.  

 

 Rəsmi  statistikaya  görə,  bütün  sadalanan  tədbirlər    2008-ci  ildə  kənd  təsərrüfatının  ümumi 



məhsulunun  2007-ci  ildəkinə  nisbətən  6,1  faiz,  o  cümlədən  bitkiçilik  məhsulları  üzrə  7,2  faiz, 

heyvandarlıq məhsullarının 4,1 faiz artmasını təmin edib.  2008-ci ildə qarğıdalı da daxil olmaqla 

904,7  min  hektar  sahədən  ilkin  çəkidə  -  2498,3  min  ton  taxıl  məhsulu  toplanıb,  hektarın  orta 

məhsuldarlığı 2007-ci ilə nisbətən 0,5 sentner artaraq 27,6 sentnerə yüksəlməsinə gətirib çıxarıb.  

 

Dövlət  Statistika  Komitəsinin  məlumatına  əsasən,  2008-ci  ildə  kənd  təsərrüfatına  yararlı  sahə 



4756.7 ha təşkil edib. ,Adambaşına  0.55 ha kənd təsərrüfatına  yararlı torpaq düşüb Əkin yeri 

1818.4  ha,  adambaşına  0.21  ha  olub.      Çoxillik  əkmələr  227.5  ,  biçənək  və  otlaqlar  2669.0  , 

meşələr 1038.8 ha olub. (Diaqram 1. (faizlə))

 

 



 

Kənd Təsərrüfatı Đnkişafının Qiymətləndirilməsi və Təkliflər Üzrə Konsepsiya Layihəsi 

 

İqtisadi və



 Sosial Đnkişaf Mərkəzi                       

www.cesd.az

 

4

 



 

 

Mənbə. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi, 2009 

 

 

Monitorinqlər  göstərir  ki,  neft  sektorunun  ÜDM-də  payının  artmasından  sonra  kənd 



təsərrüfatının ümumi daxili məhsulda payı azalıb. 1999-cu ildə kənd təsərrüfatının ÜDM-də payı 

18,2 faiz olduğu halda 2000-ci ildə bu rəqəm müvafiq olaraq  15.9 faiz, 2001-ci ildə 14.7 faiz, 

2002-ci ildə 13.8 faiz, 2003-də 12.3 faiz, 2004-cü ildə 10.8 faiz, 2005-ci ildə 8.6 faiz, 2006-cı 

ildə 6.7 faiz, 2007-ci ildə isə 5.5  faiz təşkil edib. 2008-ci ildə kənd və meşə təsərrüfatının ÜDM-

də payı 2167.0 milyon manat , yaxud 5.7  faiz olub. Yəni kəskin azalmadan sonra 2008-ci ildə 

ilk dəfə bu sektorun ÜDM-də payında kiçik də olsa artım müşahidə edilib. Đqtisadiyyatın sahələri 

üzrə  əsas  kapitala  yönəldilmiş  investisiyaların  tərkibində  kənd  təsərrüfatına  qolulan 

investisiyaların  həcmi  2007-2008-ci  illərdə  artıb.  2007-ci  ildə  bu  rəqəm  243.3  milyon  manat, 

2008-ci ildə 336.5 milyon manat olub. 

 

 

 

 

 

 

 


Kənd Təsərrüfatı Đnkişafının Qiymətləndirilməsi və Təkliflər Üzrə Konsepsiya Layihəsi 

 

İqtisadi və



 Sosial Đnkişaf Mərkəzi                       

www.cesd.az

 

5

 



 

Kənd təsərrüfatı ilə məşğul olanların sayı azalıb  

Rəqəmlərin  təhlili  kənd  təsərrüfatı  sahəsində  çalışanların  sayının  azaldığını  göstərir.  Belə  ki,  

2006-cı ildə bütün məşğul əhalinin 39,1%-i, kənd təsərrüfatı sektorunda işləyirdisə, 2008-ci ildə 

bu rəqəm Dövlət Statistika Komitəsinin məlumatına əsasən 38,3 faiz olub. Lakin kənd təsərrüfatı 

sektorunda  çalışanların  sayı    yenə  də    üstünlük  təşkil  edib.  2008-ci  ilə  bu  rəqəm  1553.1  nəfər 

olub. (Diaqram  2. ) 

 

 

 



Mənbə. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi, 2009 

Məlum  olduğu  kimi,  1995-ci  ildən    sonra  həyata  keçirilən  aqrar  islahatlar  nəticəsində  kənd 

təsərrüfatının sosial və sahəvi tərkibində əsaslı dəyişikliklər baş verib. Đri təsərrüfat formalarının 

ə

vəzində  müxtəlif  mənsubiyyətli  çoxsaylı  təsərrüfat  subyektləri  yaradılıb,  geniş  miqyaslı 



özəlləşdirmə  siyasətinə  uyğun  olaraq,  kənd  təsərrüfatına  yararlı  torpaq  sahələri,  mal-qara, 

istehsal və qeyri-istehsal obyektləri, kənd təsərrüfatı texnikası üzərində dövlət mülkiyyət forması 

fərdi (şəxsi) mülkiyyətlə əvəz edilib.  2008-ci ildə kənd təsərrüfatı müəssisələri və fərdi sahibkar 

təsərrüfatlarının sayı özəl təsərrüfat 2049, dövlət təsərrüfatı 259, fərdi sahibkar 2613 olub.2000-

ci ildə özəl təsərrüfatların sayı 2500 olub. (Cədvəl 1)  

 

 



 

Kənd Təsərrüfatı Đnkişafının Qiymətləndirilməsi və Təkliflər Üzrə Konsepsiya Layihəsi 

 

İqtisadi və



 Sosial Đnkişaf Mərkəzi                       

www.cesd.az

 

6

 



 

Kənd təsərrüfatı müəssisələri və fərdi sahibkarların təsərrüfatlarının sayı  

(ilin sonuna)  

İ

llər  

Сə

mi  

o cümlədən  

Fərdi  

sahibkarlar 

*

 

kolxozlar   sovxozlar 

özəl  

sair 

dövlət  

1990 


3014 

983 


820 

1211 



66 

1991 


3112 

1176 


752 

14 


1170 

95 


1992 

2755 


1196 

731 


134 

694 


320 

1993 


2635 

1096 


719 

140 


680 

440 


1994 

2406 


1125 

720 


117 

444 


815 

1995 


2487 

1119 


688 

315 


365 

1999 


1996 

2613 


982 

569 


746 

316 


4110 

1997 


2185 

345 


330 

1280 


230 

5671 


1998 

5605 


4847 



756 

3721 


1999 

3311 


2795 



514 

3613 


2000 

2910 


2500 



408 

3248 


2001 

2420 


2171 



247 

2604 


2002 

1984 


1663 



319 

2589 


2003 

2143 


1839 



302 

2607 


2004 

2241 


1937 



302 

2661 


2005 

2506 


2201 



303 

2681 


2006 

2518 


2242 



274 

2456 


2007 

2282 


2016 



264 

2488 


2008 

2310 


2049 



259 

2613 


 

Mənbə. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi, 2009 

 

 



Кə

nd  təsərrüfatı  bitkilərinin  əkin  sahələri  –  bütün  kənd  təsərrüfatı  kateqoriyaları  üzrə  dənli  və 

dənli paxlalılar üçün əkin sahələri 2008-ci ildə 897.0 ha olub. Bu da ötən dövrlərlə müqayisədə 

dənli və dənli paxlalılar əkin sahələrinin artması deməkdir. Belə ki, 2007-ci ildə bu rəqəm 739.6 

ha,  2006-cı  ildə  784.7  ha,  2005-ci  ildə  802.3ha  təşkil  edib.

 

Pambıq  əkin  sahələri  isə  müvafiq 



olaraq 2008-ci ildə 48.5  ha, 2007-ci ildə 75.6 ha, 2006-cı ildə 102.8 ha, 2005-ci ildə 112.4 ha 

olub


.  

Bütün kateqoriyalar üzrə kartof əkin sahələri isə ötən illər ərzində genişlənib. 1985-ci ildəki 24.8 

ha səviyyəsindən 2008-ci ildə 68.9 ha səviyyəsinə qalxıb.  Pəsmi məlumatlara görə, bu gün dənli 

və  dənli  paxlalıların  əkin  sahələrinin  35.0    hektarı,  pambıq  əkin  sahələrinin  3.3  hektarı,  kartof 



Kənd Təsərrüfatı Đnkişafının Qiymətləndirilməsi və Təkliflər Üzrə Konsepsiya Layihəsi 

 

İqtisadi və



 Sosial Đnkişaf Mərkəzi                       

www.cesd.az

 

7

 



 

ə

kin  sahələrinin  isə  0.2  hektarı    kənd  təsərrüfatı  müəssisələri  və  sair  təşkilatlarının 



sərəncamındadırКənd təsərrüfatı bitkilərinin əkin sahələri (Diaqram 3. (faizlə)) 

 

  



Mənbə. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi, 2009 

 

Onu da vurğulayaq ki,



 

fərdi sahibkarlar, ailə kəndli və ev təsərrüfatlarının sərəncamında 862.0 ha 

dənli və dənli paxlalıların əkin sahələri45.2 ha pambıq sahələri, 68.7 ha kartof sahəsi var. 

Taxılçılıq sektoruna diqqət idxalı azaltmayıb  

2007-ci ildə dünya bazarında taxılın qiymətinın  2-3 qat bahalaşması  Azərbaycan hökumətinin  

ölkədə taxılçılıqla bağlı müəyyən qərarlar qəbul etməsinə gətirib çıxardı.  Belə ki, 2007-ci ildə 

hökumət  taxıl  əkilən  hər  hektar  əkin  sahəsinə  görə  təsərrüfat  sahiblərinə  əlavə  40  manat 

subsidiya verməyə başladı (kənd təsərrüfatı sahələrinin hər hektarına 50 faizi dövlət büdcəsindən 

ödənilməklə 40 manat subsidiya verilirdi, buğda əkənlər isə 80 manat subsidiya alırdılar). Qeyd 

edək  ki,  2007-ci  ilə  kimi  ölkənin  buğda  ehtiyacının  60 faizə  qədəri idxal hesabına idi.  2007-ci 

ildə hökumət tərəfindən verilən qərarlar ona əsaslanırdı ki, bu qərarların icrasından sonra ölkənin 

buğda ehtiyacnın yalnız  20-25 faizə qədəri idxal hesabına təmin ediləcək. Lakin bir ildən sonra 

yəni 2008-ci il göstəriciləri göstərdi ki, əkin sahələrinin 203 min hektar artmasına baxmayaraq 

buğda idxalı 500 min tona qədər artıb. Azərbaycan 2007-ci ildə 1 milyon ton buğda və un idxal 


Kənd Təsərrüfatı Đnkişafının Qiymətləndirilməsi və Təkliflər Üzrə Konsepsiya Layihəsi 

 

İqtisadi və



 Sosial Đnkişaf Mərkəzi                       

www.cesd.az

 

8

 



 

etmişdisə, 2008-ci ildə bu rəaqəm  1,5 milyon ton oldu. Dövlət Gömrük Komitəsinin məlumatına 

görə  isə    2009-cu  ilin  birinci  rübündə  xaricdən  Azərbaycana  390  min  buğda  və  un  gətirilib. 

Hansıki,  2008-ci  ilin  anoloji  dövründə  həmin  rəqəm    257  min  ton  idi.  2009-cu  ilin  birinci 

rübünün  göstəricisi  2007-ci  ilin  eyni  dövrü  ilə  müqayisədə  57  min  ton,  yaxud  18  faiz  çoxdur. 

Yeri gəlmişkən, 2009-cu il ərzində ölkəyə   7556,9 min ABŞ dolları dəyərində   33178,6 ton un, 

194765,5 min ABŞ dolları dəyərində  931239,4 ton buğda  idxal olunub.   Bu da  müvafiq olaraq    

 2008-ci  ildə  netto  çəki  nisbəti  ilə  31,0  faiz,  buğda  idxalı  isə  71,1  faiz  artıb.(Dövlət  Gömrük 

Komitəsi). 2010-cu ilin yanvar ayında isə ölkəyə 14402,2 min ABŞ dolları dəyərində

    


71143,8 

ton buğda idxal edilib. 2009-cu ilin yanvarına neto çəki nisbəti ilə 83,9 % faiz çoxdur. 

Un    idxalı 

isə


       12,6  ton  olub. 

Göründüyü  kimi  hökümət  ölkədə  rekord  həcmdə  buğda  istehsal  edildiyini 

söylədiyi zamanda buğda və un idxalı artıb. 

 

Bütün  bunlara baxmayaraq  rəsmi  statistika   keçmış  MDB  ölkələri  üzrə Azərbaycanda  son  illər 



taxıl istehsalının  artdığını göstərir.  (Cədvəl 2. Cədvəl. 3) 

 

Тах

ıl istehsalı  

( təmizlənmədən sonrakı çəkidə, bütün təsərrüfat kateqoriyaları üzrə) 

   

2000  

2005  

2006  

2007  

2008 

Cəmi min, ton  

А

zərbaycan 



1509 

2077 


2032 

1965 


2446 

Ermənistan 

225 

396 


213 

453 


415 

Belarus 


4856 

6420 


5923 

7217 


9015 

Gürcüstan 

421 

703 


... 

... 


... 

Qazaxıstan 

11565 

13781 


16512 

20138 


15578 

Qırğızıstan 

1569 

1667 


1562 

1491 


1511 

Moldova 


1935 

2838 


2290 

902 


3160 

Rusiya 


65424 

77898 


78242 

81556 


108105 

Tacikistan 

543 

926 


904 

931 


808 

Türkmənistan 

1759 

3100


*

 

... 



... 

... 


Özbəkistan 

... 


6402 

... 


... 

... 


Ukrayna 

24459 


38016 

34258 


29295 

53264 


*

 payızlıq taxıl 

 

 

 



 

Kənd Təsərrüfatı Đnkişafının Qiymətləndirilməsi və Təkliflər Üzrə Konsepsiya Layihəsi 

 

İqtisadi və



 Sosial Đnkişaf Mərkəzi                       

www.cesd.az

 

9

 



 

 

   



2000  

2005  

2006  

2007  

2008 

Adambaşına, kq.  

А

zərbaycan  



187

*

 



190 

248


*

 

251 



239

*

 



243 

229


*

 

232 



282

*

 



286 

Ermənistan  

70 

123 


66 

140 


129 

Belarus  

485 

657 


609 

744 


931 

Gürcüstan  

90 

156 


... 

... 


... 

Qazaxıstan  

777 

910 


1079 

1301 


994 

Qırğızıstan  

319 

324 


301 

285 


286 

Moldova  

531 

789 


639 

252 


890 

Rusiya  


446 

544 


549 

574 


761 

Tacikistan  

88 

135 


129 

132 


111 

Türkmənistan  

333 

... 


... 

... 


... 

Özbəkistan  

... 

245 


... 

... 


... 

Ukrayna  

497 

807 


732 

630 


1152 

*

 Yuxarı Qarabağın erməni əhalisi daxil olmaqla 



  

Mənbə. MDB Statistika Komitəsi, 2009 

Onu  da  vurğulayaq  ki,  bu  il  taxıl  istehsalının  azalması  gözlənilir.  Belə  ki,  cari  ildə  

Azərbaycanda  payızlıq  taxıl  əkin  sahələri  ötən  illə  müqayisədə  16,5  faiz  azalıb.  2009-cu    ilin 

dekabr ayının  1-dək 776 min hektar sahədə taxıl əkilib.

 

Kənd Təsərrüfatı Nazirliyi azalmanı 



taxıl  satışında  fermerlərin  üzləşdiyi  problemlər  və  Maliyyə  Nazirliyi  tərəfindən  subsidiyaların 

vaxtında  verilməməsi  ilə  əlaqələndirir.  Bununla  belə  yığımda  havanın    əlverişli  keçməsindən 

asılı  olaraq    2010-cu  ildə  2,6,  2,7  milyon  ümumi  taxıl,  1,7-1,8  milyon  ton  buğda  istehsalı 

gözlənilir.  

 

Xatırladaq  ki,  ötən  il  təqribən  3  milyon  ton  taxıl  yığılıb  ki,  bunun  da  2  milyon  141  min  tonu 



buğda olub. Ekspertlər bildirir ki, bu il ümumi taxıl istehsalı 400 min ton, buğda istehsalı isə 340 

min ton az olacaq. Məhsulun azalması onun qiymətini artıra bilər 

 

Kartof istehsalında  artım qeydə alınıb. Belə ki, Azərbaycanda 2000-ci ildə kartof istehsalı 469 



min  ton,  2005-ci  ildə  1083  min  ton,  2006-cı  ildə  999  min  ton,  2007-ci  ildə  1037  min  ton  və 

2008-ci  ildə  isə  1077  min  ton  olmuşdur.MDB  üzrə  isə  2000-2008-ci  illərdə  ən  çöx  kartof 

istehsalı      Belarus,  Qazaxıstan,  Qırğızıstan,  Rusiya  və  Ukraynada  olub.  Azərbaycan  kartof 

istehsalına  görə  2007-ci  ilə  qədər  MDB-də  7-ci  yerdə  olub.  2008-də  Özbəkistanda  kartof 



Kənd Təsərrüfatı Đnkişafının Qiymətləndirilməsi və Təkliflər Üzrə Konsepsiya Layihəsi 

 

İqtisadi və



 Sosial Đnkişaf Mərkəzi                       

www.cesd.az

 

10

 



 

istehsalının  kəskin  azalması  Azərbaycanın  6-cı  sırada  yer  almasına  səbəb  olub.  (Cədvəl  4. 

Cədvəl 5 ) 

 

Kartof istehsalı (bütün təsərrüfat kateqoriyaları üzrə)  



   

2000  

2005  

2006  

2007  

2008 

Cəmi, min ton.  

Azərbaycan  

469 

1083 


999 

1037 


1077 

Ermənistan  

290 

564 


540 

584 


649 

Belarus  

8718 

8185 


8329 

8744 


8749 

Gürcüstan  

302 

432 


... 

... 


... 

Qazaxıstan  

1693 

2521 


2362 

2415 


2355 

Qırğızıstan  

1046 

1142 


1255 

1374 


1335 

Moldava  

330 

378 


377 

199 


270 

Rusiya  


29450 

28137 


28260 

27195 


28874 

Tacikistan  

303 

555 


574 

662 


649 

Türkmənistan  

89 

... 


... 

... 


... 

Özbəkistan  

731 

924 


1018 

1188 


... 

Ukrayna  

19838 

19462 


19467 

19102 


19545 

Yüklə 287,26 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin