Qış semestr imtahan larına start verilib 20 yanvar faciƏSİ tariXİMİZİn qürur səHİFƏSİDİR



Yüklə 10,61 Mb.
Pdf görüntüsü
səhifə24/24
tarix02.01.2022
ölçüsü10,61 Mb.
#1927
1   ...   16   17   18   19   20   21   22   23   24
Qəhvə dözümlülüyü 

əhəmiyyətli dərəcədə artırır

İtlərin peyvəndlənməsi insanlarda quduzluğun qarşısının 

alınmasında ən ucuz müalicə üsuludur

Azərbaycanda,

  xüsusən 

cənub bölgələrində 

anadangəlmə ürək 

qüsurları ilə doğulan 

uşaqların sayı artıb.

B

u  barədə  Azərbaycan 



Tibb 

Universitetinin 

(ATU) Tədris Cərrahiyyə 

Klinikasının angioqrafiya la-

boratoriyasının  müdiri,  in-

vaziv  kardioloq  Qalib  İma-

nov  universitetin  mətbuat 

xidmətinə 

müsahibəsində 

məlumat verib. 

Onun  sözlərinə  görə,  ürək-

damar  xəstəliklərinin  sayı 

təkcə  Azərbaycanda  deyil, 

dünyanın  bütün  ölkələrində 

artır.  Ürək  xəstələrinin  dünya-

da  qəbul  olunmuş  statistikası 

var. Bu statistikaya uyğun ola-

raq,  Azərbaycanda  da  onko-

loji  xəstəliklərlə  bərabər,  ürək 

xəstəlikləri də çox yayılıb. Ürək 

xəstəliklərindən  ölənlərin  sayı 

şiş  xəstəliklərindən  dünyasını 

dəyişənlərlə  müqayisədə  iki-

üç  dəfə  çoxdur.  Ürək-damar 

xəstəlikləri  hələ  də  dünyada 

ən çox ölümə və əlilliyə səbəb 

olan  xəstəlikdir.  Ürək-damar 

xəstəlikləri  ilə  bağlı  klinika-

ya  müraciətlər  çox  olur:  həm 

böyüklər, həm də uşaqlar ara-

sında bu xəstəliyə rast gəlinir.

Q.İmanov bildirib ki, böyüklər 

əsasən  arterial  hipertoni-

ya,  ürəyin  işemik  xəstəliyi  ilə 

bağlı  müraciət  edirlər.  Uşaqla-

ra  isə  daha  çox  anadangəlmə 

ürək  qüsurları  diaqnozu  qo-

yulur. 


Avropa 

ölkələrində 

ürəyin  işemik  xəstəliyi  ge-

niş 


yayılıb. 

Müalicəsində 

müəyyən  irəliləyişlər  olsa  da, 

statistikaya  görə,  hələ  ki,  bu 

xəstəlikdən  əziyyət  çəkənlərin 

sayı  həddindən  artıq  çoxdur. 

Anadangəlmə  ürək  qüsurla-

rı  xəstəliyi  inkişaf  etməmiş 

ölkələrdə  daha  çox  yayı-

lıb. Avropada, Amerika kimi 

ölkələrdə isə demək olar ki, 

bu xəstəliyə rast gəlinmir.

Kardioloq  diqqətə  çatdırıb 

ki, anadangəlmə ürək qüsu-

ru prenatal dövrdə, yəni ana 

bətnində  erkən  həftələrdə 

artıq  aşkar  olunur.  Körpə 

dünyaya 


gələn 

kimi 


əməliyyatla  aradan  qaldırılır. 

Əgər ağır qüsurdursa, hamiləlik 

yarımçıq  dayandırılır.  Beləliklə, 

anadangəlmə  ürək  xəstəliyi 

ilə  doğulmuş  uşaqların  sayı 

azalmış  olur.  Xarici  ölkələrdə 

anadangəlmə ürək xəstəliklərini 

əməliyyat edən mərkəzlərin ol-

duğunu  deyən  kardioloq  qeyd 

edib  ki,  ora  daha  çox  Şərq 

ölkələrindən,  inkişaf  etməmiş 

ölkələrdən  xəstələr  gəlirlər. 

“Azərbaycanda, xüsusən cənub 

bölgələrində 

anadangəlmə 

ürək  xəstəlikləri  ilə  doğulan 

uşaqların  sayı  daha  çoxdur”- 

deyə  əlavə  edib.  Səbəbinin  də 

həmin  bölgələrdə  qohum  ev-

liliyinin  daha  çox  olmasından 

irəli  gəldiyini  bildirərək  de-

yib:  “Bizdə  prenatal,  yəni  ana 

bətnində  müayinələr  artıq  5 

ildir aparılır. Bu haqda insanla-

rın  maarifləndirilməsi  vacibdir. 

Çünki  çox  adamın  bu  barədə 

məlumatı yoxdur. Bir çox gine-

koloqlarımız artıq bunu bilir və 

hansı xəstələrin transfetal exo-

kardioqrafiya  göstərişi  varsa, 

yönləndirirlər  kardioloqa.  Biz 

də xəstəni müayinə edirik, onda 

bu qüsur varsa və yüngül hesab 

ediriksə, bu haqda onun ailəsinə 

bildiririk. Əməliyyat vasitəsi ilə 

hər  şey  öz  yoluna  düşür.  Yox 

əgər  ağır  qüsurdursa,  ailə  ilə 

məsləhətləşib, valideynlərin ra-

zılığı  ilə  hamiləliyi  sonlandırı-

rıq. Lakin elə qüsurlar da aşkar 

olunur  ki,  heç  bir  əməliyyata 

ehtiyac  olmadan  problem  həll 

olunur. Hazırda invaziv kardio-

logiyada da bir çox əməliyyatlar 

qapalı yolla həyata keçirilir”. 

Həkim  diqqətə  çatdırıb  ki, 

qulaqcıqlar  arası  çəpər  defek-

tinin  bağlanması,  qapaqlar-

da  olan  daralmaların  aradan 

qaldırılması  kimi  xəstəliklərin 

əməliyyatları  qapalı  yolla  ke-

çirilir.  Qeyd  edib  ki,  bunlar 

əvvəllər  açıq,  ağır  əməliyyatla 

aradan qaldırılırdı, indi isə qa-

palı yolla bir damardan iynə ilə 

girməklə,  bütün  bu  problemi 

həll  etmək  olar.  Əməliyyatdan 

sonra xəstədə heç bir çapıq, iz 

qalmır.  Bu  əməliyyatların  artıq 

9 ilə yaxındır ki, Azərbaycanda 

həyata  keçirildiyini  söyləyib: 

“İstifadə  olunan  aparatlar  ba-

halı olduğu üçün əməliyyatların 

sayı  çox  deyil.  Çünki  qapa-

lı  əməliyyat  açıq  əməliyyatdan 

daha  baha  başa  gəlir.  Onun 

sözlərinə  görə,  sığorta  sistemi 

tam  qurulandan  sonra  bu  cür 

xəstələrdə qapalı yolla müalicə 

riskinin, əməliyyat ağırlaşmala-

rının qarşısı alınacaq”.

Azərbaycanda  ürək  xəstələ-

rində aktual problem lərdən da-

nışan kardioloq nəzərə çatdırıb 

ki,  ən  aktual  problem  arterial 

hipertoniyadır.  Yüksək  təzyiqi 

olan  və  diabet  xəstələrin  sayı 

əvvəlki  illərlə  müqayisədə  ar-

tır.  Q.İmanov  qeyd  edib  ki, 

ürək  xəstəliklərinin  yaranma-

sına  səbəb  əsasən  düzgün  qi-

dalanmamaq,  oturaq  həyat 

tərzidir. Zərərli vərdişlər də bu 

xəstəliklərin  yaranma  riskini 



çoxaldır.

Anadangəlmə ürək qüsurları ilə 

doğulan uşaqların sayı artıb

Yüklə 10,61 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin