Respirator Distress Sindromu Olan Vaxtından Əvvəl Doğulan Uşaqlarda Endotel Funksiyasının Qiymətləndirilməsi



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
tarix01.01.2017
ölçüsü0,64 Mb.
#4089

АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 71, №1, səh. 111-116 (2016)

 

111 



Respirator Distress Sindromu Olan Vaxtından Əvvəl Doğulan Uşaqlarda 

Endotel Funksiyasının Qiymətləndirilməsi 

 

S.A. Hüseynova  

 

Azərbaycan Tibb Universitetinin Neonatologiya kafedrası, Bakıxanov küç., 23, Bakı AZ1022, Azərbaycan; 

E-mail: sadi_0105@mail.ru 

 

Hazırkı tədqiqatın əsas məqsədi RDS ilə vaxtından əvvəl doğulan uşaqlarda damar endotelinin vazo-



requlyator, hüceyrəarası adheziya funksiyalarının və apoptoz prosesinin qiymətləndirilməsi olmuşdur. 

Araşdırma  1500  qramdan  aşağı  bədən  kütləsi ilə doğulan  54  uşaqda  həyata  keçirilmişdir. Onlardan 

RDS olan 26 uşaq əsas qrup, RDS olmayan 28 uşaq isə müqayisə qrupu kimi təsnif edilmişdir. Əsas 

qrupda vazodilatator NO konsentrasiyasının və onun əsas sintez mənbəyi olan eNOS aktivliyinin azal-

ması, vazokonstriktor endotelin-1 səviyyəsinin isə dəyişməməsi müşahidə edilmişdir. RDS olan uşaq-

larda apoptoz markeri olan Caspasae-9 göstəricisinin periferik qandakı səviyyəsi əhəmiyyətli dərəcədə 

azalmış, hüceyrəarası adheziya molekulu sİCAM-1 səviyyəsi isə həm neonatal dövrün ilk sutkalarında, 

həm də erkən neonatal dövrün sonunda müqayisə qrupuna nisbətən təqribən 2 dəfə yüksək olmuşdur. 

Tədqiqat göstərir ki, respirator distress zamanı vazokonstriksiya və hipoksik iltihabın davamlı olduğu 

hallarda apoptozun zəifləməsi baş verir.  

 

Açar sözlər: Vaxtından əvvəl doğulma, respirator distress, tənffüs pozğunluğu sindromu, endotel funksiyası, 

hüceyrəarası adheziya, apoptoz 

 

 



GİRİŞ  

 

Uşağın bətnxarici həyata adaptasiyası orqaniz-



min  morfofunksional  yetkinlik  dərəcəsindən  əhə-

miyyətli dərəcədə asılı olub, vaxtından əvvəl doğu-

lan  uşaqlarda  yetkin  uşaqlara  nisbətən  daha  gərgin 

və  fəsadlı  keçir  (Engle  et  all.,  2007;  Wang  at  all., 

2004).  Yenidoğulan  uşaqlarda  doğuşdan  sonra  or-

qanizmdə  baş  verən  bütün  patofizioloji  proseslərin 

gedişi  kardiorespirator  adaptasiyadan  əhəmiyyətli 

dərəcədə asılıdır (Шабалов, 2003). 



 

Vaxtından  əvvəl  doğulan  uşaqlarda  erkən  kar-

diorespirator adaptasiyanın gedişinə əhəmiyyətli də-

rəcədə təsir göstərən patoloji vəziyyətlərdən biri res-

pirator  distress  sindromdur  (RDS).  RDS-in  forma-

laşmasında surfaktant defisiti ilə yanaşı bir sıra çox-

saylı faktorlar mühüm rol oynayır ki, onlar arasında 

damar  endotelinin  vazorequlyator  funksiyası  əsas 

yerlərdən birini tutur (Tağıyev, 2007; Martin and Fa-

naroff,  2013).  Alveol-kapilyar  baryerinin  əsas  funk-

sional  həlqəsi  olan  damar  endotelinin  zədələnməsi 

vaxtından əvvəl doğulanlarda ventilyasiya-perfuziya 

nisbətinin  əhəmiyyətli  dərəcədə  dəyişməsinə  səbəb 

olur  (Levene  et  all.,  2009).  Endotel  disfunksiyası 

nəticəsində vazodilatator və vazo-konstriktor media-

torlar  arasındakı  balans  pozulur,  bu  isə  alveollarda 

kapilyar dövranının formalaşmasına  əhəmiyyətli də-

rəcədə təsir göstərir (Sarkar et al., 2007)   

Hazırkı tədqiqatın məqsədi RDS olan vaxtından 

əvvəl  doğulan  uşaqlarda  damar  endotelinin  vazore-

qulyator  funksiyası,  hüceyrəarası  adheziya  və  apop-

toz göstəricilərinin səviyyəsinin öyrənilməsi olmuşdur.  



MATERİAL VƏ METODLAR 

 

 Elmi  tədqiqat  işi  Azərbaycan  Respublikası 

Prezidenti Yanında Elmin İnkişafı Fondunun dəstə-

yi ilə reallaşan layihənin tərkib hissəsi olaraq pros-

pektiv həyata keçirilmişdir. Tədqiqata 2010-2013-ci 

illər ərzində Azərbaycan Tibb Universitetinin Neo-

natologiya kafedrasının tədris bazası olan Ş.Ələsgə-

rova  adına  5  saylı  doğum  evində  dünyaya  gəlmiş 

vaxtından  əvvəl  doğulan  uşaqlar  daxil  edilmişdir. 

RDS-in  daha  dərin  yarımçıq  doğulan  uşaqlarda 

yüksək  rastgəlmə  ehtimalını  nəzərə  alaraq,  hazırkı 

tədqiqata bədən kütləsi 1500 qramdan az doğulmuş 

54 uşaq daxil edilmişdir. Onlardan RDS olan 26 ye-

nidoğulan  əsas  tədqiqat  qrupu,  respirator  distress 

əlamətləri  olmayan  28  uşaq  isə  müqayisə  qrupu 

kimi təsnif edilmişdir. Hamiləlik və mamalıq anam-

nezinə  aid  olan  müayinələrin  göstəriciləri  doğum 

evində  xəstəlik  tarixindən  əldə  edilən  məlumatlar 

əsasında  retrospektiv,  doğuşa  və  yenidoğulmuşun 

müayinəsinə aid nəticələr isə prospektiv olaraq əldə 

olunmuşdur. Bətndaxili infeksiyası və anadangəlmə 

inkişaf  qüsurları  olan  uşaqlar  tədqiqata  daxil  edil-

məmişdir. Hər iki qrupa daxil olan uşaqların anala-

rında  mamalıq  və  hamiləlik  anamnezi  göstəriciləri 

fərqlənməmişdir. Vaxtından əvvəl doğulan uşaqlar-

da  RDS çox zaman sinir sisteminin perinatal zədə-

lənmələri  fonunda  rast  gəldiyindən  vazorequlyator, 

hüceyrəarası  adheziya  və  apoptoz  göstəricilərinin 

dəyişməsinin mərkəzi sinir sistemi (MSS) zədələn-

məsi və ya konkret RDS nəticəsində baş verməsini 

aydınlaşdırmaq  qeyri-mümkündür.  Buna  görə  də 


S.A. Hüseynova 

112


 

müvafiq göstəricilər yalnız yüngül hipoksik-işemik 

ensefalopatiya (HİE) olan uşaqlarda müşahidə edi-

lən RDS zamanı araşdırılmışdır. 

Damar  endotelinin  funksional  vəziyyətini  qiy-

mətləndirmək  üçün  tədqiqata  daxil  olan  uşaqların 

periferik  qan  nümunələrində  vazorequlyator  göstə-

ricilər olan endotelin-1, azot oksid (NO), endotelial 

azot oksid sintetaza (eNOS); hüceyrəarası adheziya 

molekulları - həll olan intersellülar adheziya mole-

kulu (sİCAM-1) və həll olan vas-kulyar sellülar ad-

heziya  molekulu  (sVCAM-1);  apoptoz  markeri 

Caspasae-9  səviyyəsi  təyin  edilmişdir.  Qan  nümu-

nələri  yenidoğulan  uşağın  həyatının  1-3-cü  və  5-7-

ci sutkalarında əldə edilmişdir. Qan zərdabında en-

dotelin-1,  NO,  eNOS,  sİCAM-1,  sVCAM-1  və 

Caspasae-9 konsentrasiyası standart ELİSA metodu 

ilə,  NO  səviyyəsi  isə  biokimyəvi  üsulla  total  nitrit 

və total nitrat arasındakı fərqin hesablanmasına əsas-

lanan biokimyəvi Griess metodu ilə müəyyənləşdiril-

mişdir. Həyatın ilk sutkalarında maddələr mübadilə-

sinin katabolik istiqamətlənməsini nəzərə alaraq, di-

gər azotlu birləşmələri qan zərdabından xaric etmək 

məqsədi  ilə  Griess  reaksiyasından  əvvəl  bütün  nü-

munələr 10.000 və daha kiçik molekulyar çəkü həddi 

olan filtrlər vasitəsilə ültrafiltrasiya edilmişdir.     

Tədqiqat  qruplarına  daxil  olan  uşaqlarda  mü-

vafiq göstəricilər arasında fərqin statistik dürüst-lü-

yü Styudentin t kriteriyasına və Wilkokkson Mann 

Uitni üsulları vasitəsilə müəyyənləşdirilmişdir. He-

sablamalar  SPSS  statistics  20  proqramı  vasitəsi  ilə 

həyata keçirilmişdir.  



 

 

NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ  

 

Hazırkı  tədqiqatda  RDS  olan  vaxtından  əvvəl 



doğulan uşaqlarda vazorequlyator göstəricilərin sə-

viyyəsində  bir  sıra  mühüm  dəyişikliklər  müəyyən 

edilmişdir (şəkil 1). Belə ki, respirator distress mü-

şahidə edilən yarımçıq doğulmuşlarda eNOS aktiv-

liyinin  əhəmiyyətli  dərəcədə  azalması  nəzərə  çarp-

mışdır. NO səviyyəsi həyatın ilk sutkalarında yük-

sək  olsa  da,  neonatal  dövrün  dinamikasında  əhə-

miyyətli dərəcədə azalaraq müqayisə qrupunun gös-

təricilərindən statistik dürüst aşağı olmuşdur. Bu is-

tiqamətdə  apardığımız  digər  bir  tədqiqatda  müəy-

yən  etmişik  ki,  RDS  olan  uşaqlardan  fərqli  olaraq, 

ağır  beyin  zədələnmələri  və  fetal  inkişafın  ləngi-

məsi  zamanı  eNOS  aktivliyinin  azalması  fonunda 

NO səviyyəsinin artır (Huseynova et all, 2015). En-

dotel  disfunksiyasının  eksperimental  modelini  təq-

dim edən alimlərin gəldiyi qənaətə görə, bu artımın 

əsas səbəbi qeyri-endotelial (neyronal və ya induk-

tiv)  azot  oksid  mənbələrinin  aktivləşməsidir  (Rafi-

kov et all, 2011; Dumont et all, 1999). Qeyri-endo-

telial  azot  oksid  mənbələrinin  fəaliyyətinin  yüksəl-

məsi  isə  əsasən  daha  ağır  dərəcəli  və  çox  zaman 

bətndaxili dövrdən başlayan neyronal zədələnmələr 

üçün  xarakterikdir.  RDS  formalaşmasında  isə  dölə 

qeyri-qənaətbəxş  bətndaxili  inkişaf  faktorlarının 

uzunmüddətli təsiri  çox  zaman  istisna  olunur  (Ша-

балов, 2003). Hesab olunur ki, uzunmüddətli xroniki 

hipokisya fonunda əksinə, surfaktant sintezi nisbətən 

sürətlənir  və  uşaqlarda  respirator  distressin  inkişaf 

ehtimalı aşağı düşür. Buna görə də RDS olan uşaq-

larda  ağır  beyin  zədələnmələrindən  fərqli  olaraq, 

eNOS  və  NO  səviyyələrinin  bir-birinə  proporsional 

azalması  onu  göstərir  ki,  respirator  distress  və  mor-

fofunksional  yetişməməzlik  fonunda  NO-nun  əsas 

sintez  mənbəyi  damar  endotelidir  (Szostak-We  and 

Szamotulska,  2011;  Varvarigo  2010;  Lyalla  et  all 

1996).  


Endotelin-1  göstəricisinin  periferik  qandakı 

konsentrasiyası RDS olan uşaqlarda müqayisə qru-

puna  nisbətən  dəyişməsə  də,  təbii  ki,  NO  səviyyə-

sinin azalması fonunda damar tonusunun requlyasi-

yasına  əhəmiyyətli  dərəcədə  təsir  göstərir.  Respi-

rator distress zamanı endotelin-1 təsirinin realizasi-

yası  ağciyərlərdə  və  damar  endotelində  olan  endo-

telin-1 reseptorlarının miqdarından və aktivlik dərə-

cəsindən, digər vazorequlyator markerlərin səviyyə-

sindən  asılıdır.  Hesab  olunur  ki,  onun  səviyyəsinin 

yüksəlməsi  çox  zaman  kompensator  xarakter  daşı-

yır (Perreault and Coceani, 2003).  

RDS  olan  vaxtından  əvvəl  doğulan  uşaqlarda 

hüceyrəarası  adheziya  göstəricilərinin  analizi  zama-

nı  müəyyən  edilmişdir  ki,  müqayisə  qrupuna  nis-

bətən  sVCAM-1  əhəmiyyətli  dərəcədə  fərqlən-mə-

miş, sİCAM-1 səviyyəsi isə həm ilk sutkalarda, həm 

də  neonatal  dövrün  dinamikasında  kəskin  artmışdır 

(şəkil  2).  Eksperimental  tədqiqatlarda  sübut  olun-

muşdur ki, adheziya molekullarının səviyyəsi iltihabi 

prosesin  gedişindən  və  ağırlıq  dərəcəsindən  asılı 

olaraq müxtəlif istiqamətlərdə dəyişə biliər (Wang et 

al., 2002). Hazırkı tədqiqatda leykositar adheziyanın 

sürətlənməsi göstərir ki, bətnxarici adaptasiyanın ge-

dişində  sVCAM-1  göstəricisinə  nisbətən  sİCAM-1 

səviyyəsinin  yüksəlməsi  hipoksik-işemik  iltihabın 

daha  həssas  markeri  kimi  qəbul  edilə  bilər.  Şəkil  2-

dən  görünür  ki,  hüceyrəarası  adheziyanın  sürətlən-

məsinə  paralel  olaraq  apoptoz  markeri  Caspasae-9 

səviyyəsi  RDS  zamanı  əhəmiyyətli  dərəcədə  azalır. 

Məlumdur  ki,  apoptozun  sürətlənməsi  çox  zaman 

perinatal  autorequlyasiyanın  tərkib  hissəsi  olaraq 

kompensator-qoruyucu xarakter daşıyır (Скворцова, 

2004;  Таболин  и  др.,  2004;  Таранушенко  и  др., 

2010).  Lakin  yuxarıda  qeyd  edildiyi  kimi,  hazırkı 

tədqiqata  yüngül  HİE  fonunda  RDS  olan  uşaqlar 

daxil edilmişdir və tədqiqatın nəticələri göstərmişdir 

ki,  hipoksiya-işemiyanın  davamlı  olduğu  hallarda 

hüceyrədaxili  energetik  resursların  tükənməsi  apop-

tozun da zəifləməsinə səbəb olur. 

Beləliklə, hazırkı araşdırmanın nəticələrini ye-

kunlaşdıraraq  belə  qənaətə  gəlmək  olar  ki,  endo-



Respirator Distress Sindromu Olan 

113 


telin  damar  tonusunu  tənzimləmə  funksiyası,  hü-

ceyrəarası adheziya sistemi və apoptoz yenidoğulan 

uşaqlarda  RDS-in  inkişafına  əhəmiyyətli  dərəcədə 

təsir  göstərərək,  perinatal  autorequlyasiya  mexa-

nizmlərinin  formalaşmasında  mühüm  rol  oynayır. 

Qeyd  etmək  lazımdır  ki,  hər  hansı  bir  qeyri-qə-

naətbəxş  faktorun  təsirindən  ilk  növbədə  damar 

endotelinin zədələnməsi baş verir. 

 

 



0

2

4



6

8

10



e

N

O

S

, I

U

/

m

l

 

*



0

10



20

30

40



50

60

70



80

N

O,

 m

m

o

l/

L

 

0



1

2

3



4

5

6



7

RDS olmayan

RDS olan

E

n

d

o

te

li

n

-1,

 p

g

/m

l

 

 



Şəkil 1. RDS zamanı damar endotelinin vazorequlyator göstəricilərinin səviyyəsi. Göy sütunlar 1-

3-cü sutkanın, qırmızı sütunlar isə 5-7-ci sutkanın göstəricisidir. *5-7-ci sutkanın göstəriciləri ilə 

olan fərqin, 

RDS olmayan uşaqların göstəriciləri ilə olan fərqin statistik dürüstlüyü. 



 

S.A. Hüseynova 

114


 

*

0



1000

2000


3000

4000


5000

6000


7000

8000


sVCA

M

-1,

 n

g

/m

l

 



0

200


400

600


800

1000


1200

sI

CAM

-1,

 n

g

/m

l

 

*



0

1



2

3

4



5

6

RDS olmayan



RDS olan

Casp

asae

-9,

 n

g

/m

l

 

 



Şəkil 2. RDS zamanı hüceyrəarası adheziya və apoptoz göstəricilərinin səviyyəsi. Göy sütunlar 

1-3-cü sutkanın, qırmızı sütunlar isə 5-7-ci sutkanın göstəricisidir. *5-7-ci sutkanın göstəriciləri 

ilə olan fərqin, 

RDS olmayan uşaqların göstəriciləri ilə olan fərqin statistik dürüstlüyü. 



 

  

Damar  endotelinin  zədələnməsi  onun  NO  sin-



tetik  və  adheziya  funksiyalarına  müxtəlif  dərəcədə 

təsir göstərir. Belə ki, RDS zamanı endotelial mən-

şəli  NO  sintezi  zəifləsiyi  halda  hüceyrəarası  ad-

heziya sürətlənir. Damar endotelinin vazorequlyator 

mediatorları  arasındakı  balansının  dəyişməsindən 

asılı olaraq apoptoz requlyasiya olunur ki, bu da di-

gər  perinatal  patologiyalar  kimi,  respirator  funk-

siyaların formalaşmasına əhəmiyyətli dərəcədə təsir 

göstərir. Aparılmış tədqiqatın nəticələri göstərir ki, 

vaxtından  əvvəl  doğulan  uşaqlarda  vazorequlyator 

balans, hüceyrəarası adheziya və apoptoz proseslə-

rinin  dərindən  araşdırılması  RDS-in  yeni  müalicə 

və  profilaktika  üsullarının  işlənib  hazırlanmasına 

böyük təkan verə bilər.  

     


Respirator Distress Sindromu Olan 

115 


ƏDƏBIYYAT 

 

Tağıyev N. (2007) Neonatologiya. Bakı: Çaşıoğlu, 

535 s.  


Скворцова  В.  (2004)  Нейропротективная  тера-

пия ишемического инсульта. Врач6: 26-32. 



Таболин В., Володин Н., Дегтярева М. (2004) 

Актуальные  вопросы  перинатальной  иммуно-

логии. Детская иммунология1: 1-14. 

Таранушенко  Т.,  Окунева  О.,  Демьянова  И. 

(2010) Уровни белков нейрональной и глиаль-

ной  природы  в  крови  новорожденных  при 

церебральной ишемии. Педиатрия, 1: 25-31. 



Шабалов  Н.  (2003)  Неонатология.  Санкт  Пе-

тербург: Специальная Литература, 494 с.  



Dumont  I.,  Hou  X.,  Hardy  P.,  Peri  K.,  Beau-

champ  M.,  Najarian  T.,  Molotchnikoff  S., 

Varma  D.,  Chemtob  S. (1999)  Developmental 

regulation  of  endothelial  nitric  oxide  synthase  in 

cerebral  vessels  of  newborn  pig  by  prostaglandin 

E2. J. Pharmacol. Exp. Ther., 291: 2627–2633. 



Engle  W.,  Tomashek  K.,  Wallman  C.  (2007) 

‘‘Late-preterm’’  infants:  a  population  at  risk.  



clinical report. Pediatrics, 120: 1390–1401.  

Huseynova S.Panakhova N., Orujova P., Hasa-

nov S., Guliyev M., Yagubova V. (2015) Altered 

endothelial  nitric  oxide  synthesis  in  preterm  and 

small for gestational age infants. Pediatrics İnter-

national, 2: 269-275. 

Levene  M.,  Tudehope  D.,  Sinha  S.  (2009) 

Essential  Neonatal  Medicine.  Fourth  edition. 

Blackwell Publishing, 326 p. 

Lyalla  F.,  Greera  A.,  Younga  A.,  Myattb  L. 

(1996)  Nitric  oxide  concentrations  are  increased 

in  the  feto-placental  circulation  in  intrauterine 

growth restriction. Placenta17: 165–168. 



Martin  R., Fanaroff  A.  (2013)  The  preterm  lung 

and  airway:  past,  present,  and  future.  Pediatr. 



Neonatal., 54: 228-34. 

Perreault T., Coceani F. (2003). Endothelin in the 

perinatal  circulation.  Canadian  Journal  of 



Physiology and Pharmacology81: 644-653. 

Rafikov  R.,  Fonseka  F.,  Kumar  S.,  Pardo  D., 

Darragh  C.,  Elms  S.,  Fulton  D.,  Stephen  M.  

(2011)  eNOS  activation  and  NO  function: 

Structural  motifs  responsible  for  the  posttransla-

tional  control of  endothelial  nitric  oxide  synthase 

activity. J. Endocrinol.210: 271–284. 

Sarkar  S.,  Dechert  R.,  Schumacher  R.,  Donn  S. 

(2007)  Is  refractory  hypotension  in  preterm  in-

fants  a  manifestation  of  early  ductal  shunt-

ing? Journal of Perinatology27: 353–358. 



Szostak-We  D.,  Szamotulska  K.  (2011)  Fetal 

development  and  risk  of  cardiovascular  diseases 

and  diabetes  type  2  in  adult  life.  Med.  Wieku 

Rozwoj15: 203–215. 

Varvarigou  A.  (2010)  Intrauterine  growth  res-

triction as a potential risk factor for disease onset 

in  adulthood.  J.  Pediatr.  Endocrinol.Metab,  23: 

215–224. 



Wang G., Deng H., Maier C., Sun G., Yenari M

(2002)  Mild  hypothermia  reduces  ICAM-1 

expression,  neutrophil  infiltration  and  microglia 

/monocyte  accumulation  following  experimental 

stroke. Neuroscience, 114: 1081–1090  

Wang  M.,  Dorer  D.,  Fleming  M.  (2004)  Clinical 

outcomes  of  near-term  infants.  Pediatrics,  114: 

372–6. 

 

 



 

Оценка Эндотелиальной Дисфункции У Недоношенных Новорожденных С Синдромом 

Дыхательных Расстройств 

 

C.А. Гусейнова  

 

Кафедра неонатологии Азербайджанского медицинского университета  

 

Основной задачей настоящего исследования явилась оценка вазорегуляции  сосудистого эндотелия, 

функций  межклеточной  адгезии  и  процессов  апоптоза.  На  основании  проведенного  исследования 

установлено,  что  в  период  новорожденности  при  респираторном  дистресс  синдроме  происходит 

снижение концентрации вазодилятатора NO и активности eNOS, являющегося основным источником 

его  синтеза  при  неменяющемся  уровне  вазоконстриктора  эндотелина-1.  У  новорожденных  с  СДР 

уровень маркера апоптоза   Caspasae-9 в образцах периферической крови был  достоверно снижен, а 

содержание молекулы межклеточной адгезии sİCAM, как в первые дни неонатального, так и в конце 

раннего  неонатального  периода  примерно  в  2  раза  превышало  показатели  группы  сравнения.  Нас-

тоящее  исследование  демонстрирует,  что  в  условиях  СДР  продолжительная  вазоконстрикция  и 

гипоксическое воспаление способствует угнетению апоптоза.   

 

Ключевые слова: Недоношенность, респираторный дистресс, синдром дыхательных расстройств, 



эндотелиальная дисфункция, межклеточная адгезия, апоптоз  

S.A. Hüseynova 

116


 

Estimation Of Endothelial Function In Preterm Infants With Respiratory Distress Syndrome 

 

S.A. Huseynova  

 

Departament of Neonatology, Azerbaijan Medical University  

 

The aim of the present study was to estimate vasoregulator and intercellular adhesion functions of vascular 

endothelium and apoptosis processes in preterm infants with respiratory distress syndrome. The research has 

been  performed  on  54  newborns  weighing  less  than  1,500  grams.  A  control  group  included  28  healthy 

children  and  a  main  group  included  26  newborns  with  RDS.  Vasodilator  NO  concentrations  and  the  main 

source  of  its  synthesis  –  eNOS  activity  were  observed  to  decrease,  while  no  change  in  the  vasoconstrictor 

endothelin-1 level occurred in the main group. The level of apoptosis marker – Caspasae-9 index decreased 

significantly, whereas the level of intercellular adhesion molecule - sICAM-1 increased approximately twice 

in  early  days  of  the  neonatal  period  as  well  as  at  the  end  of  early  neonatal  period  in  peripheral  blood  of 

infants  with  RDS.  According  to  the  results,  a  decrease  in  the  apoptosis  rate  occurred  in  the  cases  of  the 

persistent vasoconstriction and hypoxic inflammation. 

 

Key  words:  Preterm  birth,  respiratory  distress,  respiratory  injury,  endothelial  function,  intercellular 



adhesion, apoptosis 

 

 



 

 

 

 

 



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin