Qış semestr imtahan larına start verilib 20 yanvar faciƏSİ tariXİMİZİn qürur səHİFƏSİDİR



Yüklə 10,61 Mb.
Pdf görüntüsü
səhifə15/24
tarix02.01.2022
ölçüsü10,61 Mb.
#1927
1   ...   11   12   13   14   15   16   17   18   ...   24
ATU-nun REKTORLUĞU 

VƏ HƏMKARLAR İTTİFAQI 

KOMİTƏSİ

ATU-nun ağız və üz-çənə 

cərrahiyyəsi kafedrasının müdiri, 

tibb elmləri doktoru, professor Çin-

giz Rəhim oğlu Rəhimov ömrünün 

60-cı ilinə qədəm qoyur.

Professor Ç.Rəhimov 1956-cı il 

yanvar ayının 6-da Bakı şəhərində 

həkim ailəsində anadan olub. 

Atası akademik Rəhim Rəhimov 

Azərbaycan səhiyyəsinin tanınmış 

simalarından, həmçinin dünyanın 

bir çox ölkələrində elmi əsərləri ilə 

tanınan ziyalılarımızdandır. Anası 

Şükufə xanım Elmi Tədqiqat Göz 

Xəstəlikləri İnstitutunun aparıcı 

mütəxəssislərindən biri olmuşdur. 

Professor Çingiz Rəhimov belə bir 

ailədə böyüməklə həm tələbəlik 

illərində, həm də universitetdən 

sonrakı dövrdə praktiki fəaliyyətlə 

yanaşı elmə böyük həvəs göstərmişdir. 

Elə bu həvəslə də təyinatı üzrə 

Naxçıvan şəhərində cərrah stoma-

toloq işləyən Çingiz müəllim elmi 

fəaliyyət üçün o dövrdə dünyanın 

aparıcı onkoloji elmi mərkəzlərindən 

hesab olunan Ümumittifaq Onkoloji 

Elmi Mərkəzinin baş-boyun şişləri 

ixtisası üzrə aspiranturasına daxil 

olmuşdur. Aspiranturanı  1984–cü 

ildə müvəffəqiyyətlə bitirərək disser-

tasiya müdafiə etmiş və tibb elmləri 

namizədi alimlik dərəcəsini almışdır. 

Çingiz müəllim özünə qarşı çox 

tələbkar və daim öz üzərində çalıan bir 

mütəxəssisdir. Bu məqsədlə də o, elmi 

fəaliyyətini davam etdirmiş və 1992-

ci ildə Moskva şəhərində doktorluq 

dissertasiyasını müdafiə etmiş və tibb 

elmləri doktoru alimlik dərəcəsini 

almışdır. 

  Ölkəmizin müstəqilliyinin ilk 

illərində Çingiz müəllim Vətənini

xalqını sevən bir vətənpərvər kimi 

öz elmi-ictimai-pedaqoji fəaliyyətini 

müstəqil, doğma Azərbaycanla 

bağlamış, ATU-nun ağız və üz-çənə 

cərrahiyyəsi kafedrasında professor 

olaraq çalışmağa bağlamışdır. Bu illər 

ərzində professor Çingiz Rəhimov 

Azərbaycan səhiyyəsi, eləcə də ağız 

və üz-çənə cərrahiyyəsi üzrə bir çox 

yeniliklərə imza atmışdır. Dəfələrlə 

dünyanın bir çox ölkələrində 

mötəbər konfranslarda Azərbaycanı 

layiqincə təmsil etmişdir. Qeyd 

edə bilərik ki, Azərbaycan ağız və 

üz-çənə cərrahiyyəsinin bugünkü 

dinamik inkişafı, beynəlxalq 

səviyyəyə  uyğun olması məhz Çin-

giz müəllimin böyük əməyi, gənc 

kadrların yetişdirilməsində sərf et-

diyi təmənnasız zəhmətin hesabına 

olmuşdur. Çingiz müəllimin rəhbərliyi 

altında 10 elmlər namizədi dərəcəsi 

müdafiə edilmişdir. Hal hazırda da 

onun rəhbərliyi ilə kafedrada 5 tibb 

üzrə fəlsəfə doktoru və 1 tibb elmlər 

doktoru işi yerinə yetirilməkdədir. 

Çingiz müəllimi kollektivə, tələbələrə, 

yetirmələrinə sevdirən ən əsas 

xüsusiyyətlərindən biri də tələbkarlığı 

ilə yanaşı sadəliyi, gülərüzlüyü və 

yüksək mədəni keyfiyyətlərə malık 

olmasıdır. Kollektivə rəhbərlik etdiyi 

müddətdə hər kəs Çingiz müəllimi 

özünə yaxın məsləhətçi və dost 

qəbul etmişdir. Elə bu səbəbdən də 

Çingiz müəllim çox nadir hallarda 

öz otağında tək olur və əksər vaxt-

larda onu kafedranın əməkdaşları 

əhatə edir. Bu da səmimiliyin yüksək 

göstəricisidir.

 Anadan olmasının 60 illiyi 

münasibəti ilə sevimli və hörmətli 

Çingiz müəllimimizi səmimi qəlbdən 

təbrik edir, ona həmişə gümrah və ca-

van görünməyi, cansağlığı, yeni-yeni 

uğurlara imza atmağı arzulayıram.

 


Yüklə 10,61 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin