Qış semestr imtahan larına start verilib 20 yanvar faciƏSİ tariXİMİZİn qürur səHİFƏSİDİR


- Heç indiyədək imtahan dan 17-dən



Yüklə 10,61 Mb.
Pdf görüntüsü
səhifə11/24
tarix02.01.2022
ölçüsü10,61 Mb.
#1927
1   ...   7   8   9   10   11   12   13   14   ...   24
- Heç indiyədək imtahan dan 17-dən 

az bal toplayan tələbələr olubmu? 

- Bəli, var. İndiyədək 50-yə yaxın 

tələbə 17-dən az bal toplayıb.  

-Bəs müvəffəqiyyət qazanmayan 

tələbələrin gələcək taleyi necə olur? 

Onlar növbəti imtahana buraxılırmı? 

Ümumiyyətlə, mexanizm necədir?

- “Kredit sisteminin” Əsasnaməsinə 

görə,  imtahandan  uğur  qazanma-

yan  tələbələr  kəsildiyi  fənni  yenidən 

keçməli  və  yenidən  imtahanlara  qa-

tılmalıdır. 

Amma  tələbələrin  növbə ti  imta-

hana  qatılmaları  tələbənin  kəsildiyi 

fənnin statusundan asılıdır. Statusu-

na görə isə fənlər 3 qismə bölünür. 

a) məcburi və ardıcıl fənlərə, 

b) məcburi fənlərə

c) seçim fənlərinə;

Məsələn,  “Anatomiya  I”  məcburi 

və  ardıcıl  fənn  hesab  olunur.  Əgər 

tələbə bu fəndən kəsilirsə, o, “Anato-

miya II”ni  başlaya bilməz.

Tutaq ki, tarix fənni məcburi fənn 

hesab olunur. Fəlsəfə-iqtisadiyyat isə 

seçim fənləridir. Məsələn, tələbə əgər 

fəlsəfədən  imtahan  verib  kəsilirsə, 

növbəti dəfə o, imtahan vermək üçün 

iqtisadiyyat fənnini seçə bilər.

Tələbənin  həmçinin  belə  bir  ix-

tiyarı  da  var  ki,  “Anatomiya  I”  və 

“Anatomiya 

II”-yə 

girmədən  imtahanları-

nı  Yay  Məktəbində  verə 

bilərlər.  Bu,  artıq  onun 

istəyindən asılıdır.   

Amma  lazımdır  ki, 

nəzərdə  tutulmuş  vaxt-

da,  yəni  6  ildə  bütün 

borcları verib qurtarsın. 

Şahin 


müəllimdən 

həmçinin 

əcnəbi 

tələbələrin  imtahanları 

necə verməsinə aydınlıq 

gətirməsini  xahiş  etdik: 

“  Biz  bu  sistemə  yeni 

başladığımız  ili  əcnəbi  tələbələr  ya 

adətən az bal toplayır, ya da kütləvi 

şəkildə kəsilirdilər. Bu sistem yerinə 

oturduqdan  sonra  onlarda  kəsilmə 

ilə  bağlı  kəskin  azalmalar  müşahidə 

olunmağa  başladı.  Çünki  tələbələr 

gördülər ki, imtahan götürülən zaman 

heç bir subyektiv müdaxilə mümkün 

deyil. Hazırda əcnəbi tələbələrin qa-

zandığı  uğurlarla  bizim  tələbələrin 

uğurları    arasında  elə  bir  fərq  yox-

dur.  Təbii,  aralarında  kəsilənlər  də 

var.  Amma  onlar  artıq  yaxşı  bilirlər 

ki,  oxumaq,  hazırlaşmaq,  çalışmaq 

lazımdır”. 

Ş.Bayramov  imtahanın  gedi-

şi ilə bağlı texniki cəhətdən hazırlıq 

məsələsinə də aydınlıq gətirdi: “Tex-

niki cəhətdən etibarlı bir sistem qura 

bilmişik.  Bir  məqamı  qeyd  etmək 

istərdim:  İmtahana    başladığımız 

ilk  gün,  yəni  dekabrın  29-da  səhər 

tezdən  elektrik  enerjisi  kəsilmişdi. 

Amma bizdə heç bir problem olma-

dı.  Enerji  kəsilən  kimi  generatorlar 

işə düşdü və tələbələr normal şəkildə 

imtahan verdilər. Tələbələr heç ener-

jinin kəsilməsini belə hiss etmədilər. 

Hazırda kompyuterlərimiz hamısı saz 

vəziyyətdədir.  Hansısa  avadanlıq  la-

zım  olanda  rəhbərlik  anındaca  yar-

dım edir. 


Yüklə 10,61 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin