faizlik nəzarət edilə bilməyən iştirak payları ayrıca olaraq maliyyə vəziyyəti haqqında konsolidə edilmiş hesabatın kapital hissəsində göstərilir.
SUAL
Apple şirkətinin Pear şirkətinin 60 faizinə sahibdir. Apple şirkətinin $60 000, Pear şirkətinin isə $40 000 məbləğində debitor borcları vardır. Pear şirkəti Apple şirkətinə $10 000 borcludur.
Konsolidə edilmiş debitor borcları nə qədərdir?
A $74 000
B $84 000
C $90 000
D $100 000
Törəmə müəssisələr
Törəmə müəssisə digər müəssisə tərəfindən nəzarət edilən müəssisədir.
o Nəzarət. Müəssisənin faəliyyətlərindən mənfəət əldə edə bilmək üçün müəssisənin maliyyə
və əməliyyat siyasətini idarə etmək gücü
o Törəmə müəssisə. Digər (ana müəssisə kimi tanınan) müəssisə tərəfindən nəzarət edilən
müəssisə
o Ana müəssisə. Bir və ya daha çox törəmə müəssisəsi olan müəssisə
o Qrup. Ana müəssisə və onun bütün törəmə müəssisələri
o Konsolidə edilmiş maliyyə hesabatları. Müəssisələr qrupunun vahid mühasibat uçotu
subyekti kimi təqdim etdiyi maliyyə hesabatlarıdır.
o Nəzarət edilə bilməyən pay. Törəmə müəssisədə ana müəssisəyə birbaşa və ya
dolayısıyla aid olmayan kapital.
Ana müəssisənin nəzarəti həyata keçirdiyi məqamlar
Əgər ana müəssisə digər müəssisənin səsvermə gücünün (adi səhmlərinin) yarısından çoxuna (50 faizdən daha çox) sahib olarsa, nəzarət mövcud hesab olunur.
Bəs bu cür sahiblik kriteriyasının mövcud olmadığı vəziyyətlər haqda nə demək olar? ana
müəssisənin digər müəssisənin səsvermə gücünün yalnız 50 faizinə və daha az hissəsinə sahib olduğu zaman belə nəzarətin mövcud olduğu aşağıdakı halların siyahısını verir.
Ana müəssisə digər investorlarla razılıq əsasında səsvermə hüququnun 50 faizindən
çoxu üzərində səlahiyyətə malikdir
(b) Ana müəssisə nizamnamə və ya müqavilə əsasında müəssisənin maliyyə və əməliyyat