Qrup-401 İxtisas-Təhsildə sosial psixoloji xidmət Fakultə



Yüklə 31,96 Kb.
səhifə3/3
tarix16.12.2023
ölçüsü31,96 Kb.
#181020
1   2   3
Əliyev Ramil

Təbii gediş və proqnoz
Simptomlar, adətən, travmatik hadisənin birinci ayında yaranır, çox az hallarda simptomların meydana çıxmasında aylarla, hətta illərlə gecikmə müşahidə oluna bilər. Travmatik hadisənin ilkin ay və ya illərində PTSP təbii davamlı sağalma göstərə bilər. Həmçinin ilk vaxtlarda xəstəlik simptomları inkişaf edən zərərçəkənlərin çox böyük qismində belə növbəti illər ərzində təbii sağalma müşahidə olunur. Bununla yanaşı, başlanğıcda xəstəlik simptomları meydana çıxan fərdlərin 1/3-də növbəti 3 il ərzində bu simptomlar qalır və onlarda maddə (narkotik, psixoaktiv, alkoqol) sui-istifadəsi kimi ikincili problemlər yarada bilər. Bu vəziyyət travmatik hadisənin hansı dövründə müalicə təklif olunmalı və spontan sağalma baş verməyən şəxslər necə müəyyən olunmalıdırlar kimi suallar doğurur. Bu suallar travmadan sonra ilkin müdaxilə və PTSP üçün skrininq bölmələrində cavablandırılmışdır. Travmadan sonrakı ilk 2-4 həftə boyunca kəskin PTSP əlamətlərinin olması müalicənin başlanılması üçün vacib göstəricilərdən biridir. Bununla yanaşı qeyd etmək lazımdır ki, travmadan sonrakı ilk 1 həftəyə qədər olan müddətdə simptomatikanın ağırlığı xronik PTSP üçün göstərici sayıla bilməz. Dəlillər sübut edir ki, PTSP-dən əziyyət çəkənlərdə travmatik hadisədən keçən vaxt müalicənin effektivliyini azaltmır.

Təbii fəlakətlər
Fəlakətlər baş verdiyi cəmiyyətin böyük hissəsinə təsir göstərən geniş miqyaslı hadisələrdir. Onlar yanğın, zəlzələ kimi qısamüddətli ola və ya subasma, quraqlıq kimi uzun müddət kəsiyini əhatə edə bilər. Fəlakətlər zamanı travma ilə üzləşmə fəlakətin növündən və 17 fərdin hadisə ilə nə dərəcədə yaxından üzləşməsindən asılıdır. Fəlakətlər zamanı yardım planının ən tez-tez rast gəlinən səhvlərindən biri odur ki, adətən, yardım hadisədən sonrakı ilkin müddətə hesablanır. Halbuki aparılan araşdırmalar göstərir ki, hadisə baş verdikdən sonrakı 2 il ərzində professional müdaxiləyə ehtiyac kəskin şəkildə yüksələn xətlə inkişaf edir. Erkən dövrdə müdaxilələr yalnız əhalinin sosial təminatının bərpası tədbirləri ilə yanaşı aparıla bilər. Bu zaman zərərçəkən qrupun kiçik bir hissəsində KSP inkişaf edə bilər. Adətən, təbii fəlakətlər ilə əhalinin psixiatrik xidmətə müraciəti arasında uzun vaxt fasiləsi olur. Bu zaman yaranmış disstress özünü ailədaxili konfliktlərin yaranması, psixotrop maddə asılılığı və insanlararası münasibətlərdə problemlərdə büruzə verir. PTSP ilə yanaşı depressiya, psixotrop maddə asılılığı, somatoform və uyğunlaşma pozuntularına da rast gəlinə bilər. PTSP-li pasiyentlərin xüsusi şikayəti oxşar hadisənin yenidən baş vermə təhlükəsinə qarşı keçirdikləri təşviş hissi olur. Əgər PTSP şübhəsi varsa, yüksək-risk qrupuna aid fərdlər PTSP Anketi və KAPŞ diaqnostik vasitələri ilə müayinə olunmalıdırlar. Müdaxilələr zamanı nəzərə alınmalı faktorlar: Əksər zərərçəkənlərin potensial olaraq uzun müddət ərzində müalicəyə ehtiyacları olur. Bu cür zərərçəkən qrup insanlar üçün sübuta əsaslanan PTSP müalicələrinin olması çox vacibdir. Əsasən də periferik regionlarda müvafiq ixtisaslı müdaxilənin yetərsizliyi müşahidə olunur. Bir ailənin bir neçə üzvü eyni zamanda eyni problemdən əziyyət çəkə bilər. Şübhəsiz bu, müşahidə olunan simptomatikaya da təsir edir, məsələn, əgər ər və arvad eyni zamanda əziyyət çəkirlərsə bu zaman aparılan müdaxilədə mövcud münasibət nəzərə alınmalıdır. PTSP-dən əziyyət çəkən əksər şəxslər hadisədən sonra maddi və sosial itkilərə məruz qalırlar. Düşdükləri yeni vəziyyətin onlara baş vermiş travmatik hadisəni daim yada salan faktorların olması müalicəni olduqca mürəkkəbləşdirə bilər.


Ədəbiyyat
1. Posttravmatik stress pozuntusunun diaqnostika və müalicəsi üzrə klinik protokol (2-ci nəşr, yenilənmiş). Bakı, 2021. – 28 səh.
2.Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı: 10-cu baxış. - I cild. - Cenevrə, Ümumdünya Səhiyyə Təşkilati, 2002. – 47s
Yüklə 31,96 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin