Qloballaşma istiqaməti götürən müasir dünyada hər bir ölkənin davamlı iqtisadi inkişafının


TƏDRIS YÖNÜMLÜ ETV-NIN TƏSNIFI PRINSIPLƏRI



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə17/59
tarix28.01.2023
ölçüsü1,9 Mb.
#81337
1   ...   13   14   15   16   17   18   19   20   ...   59
Təlim prosesində İKT-dən istifadə (Mühazirələr)

2. TƏDRIS YÖNÜMLÜ ETV-NIN TƏSNIFI PRINSIPLƏRI 
 
Tədris yonumlu ETV coxaspektli xarakter daşıyır. Bir tərəfdən yerinə yetirdiyi funksiyalara gorə 
o, tədris nəşridir, bu səbəbdən tədris kitablarının təsnifatı prinsiplərini özündə əks etdirməlidir. 
Digər tərəfdən onlar elektron nəşr kateqoriyasına aiddir və onlara elektron nəşrlərin təsnifatı 
prinsipini aid etmək olar. Ucuncu tərəfdən, yaradılma texnologiyasına gorə onlar proqram 
məhsuludur və onlara proqram məhsullarının təsnifatı prinsiplərini də tətbiq etmək olar. 
Ümumiyyətlə, bu meyarları nəzərə almaqla tədris yonumlu ETV-ləri aşağıdakı əlamətlərə gorə 
təsnif edə bilərik: 
- ETV-lərin təlimdə yerini və rolunu muəyyən edən funksional əlamətlərə gorə; 
- struktur quruluşlarına gorə; 
- mətnin təşkilinə (strukturuna) gorə; 
- təqdim edilən informasiyanın xarakterinə gorə; 
- şərh formasına gorə; 
- məqsədli təyinata gorə; 
- cap ekvivalentinin (analoqunun) movcudluğuna gorə; 
- əsas informasiyanın xarakterinə gorə; 
- yayım texnologiyasına gorə; 
- istifadəci və elektron nəşrin qarşılıqlı əlaqə xarakterinə gorə; 
Hazırda tədris nəşrləri sisteminin muəyyən tipoloji modeli yaranmışdır. Onlar tədris nəşrinin 
təlim prosesində yeri və əhəmiyyətini muəyyən edən funksional əlamət əsasında dord qrupa 


bolunurlər: proqram-metodik (tədris planı, tədris proqramı), tədris-metodik (metodik gostərişlər), 
oyrədici (dərslik, dərs vəsaiti, muhazirə konspektləri), koməkci (praktikumlar, muntəxabatlar və 
s.) tədris nəşrləri. Informasiya texnologiyaları bu təsnifata gorə beşinci qrup tədris nəşrini təşkil 
edə bilər: yoxlayıcı-nəzarətedici (testləşdirici proqramlar, verilənlər bazası). 
Elektron nəşrlər strukturuna gorə bir tomlu, coxtomlu və elektron seriya kimi təsnif 
edilir. 
Mətnin təşkilinə gorə tədris eklektron nəşrlər mononəşrlər və məcmuə kimi iki qrupa 
bolunur. 
Verilən informasiyanın xarakterinə gorə tədris nəşrləri tədris planı, tədris proqramı, 
metodik gostəriş, metodik rəhbərlik, təcrubə proqramı, muntəxəbat, dərslik, dərs vəsaiti və s. 
kimi təsnif olunur.
Materialın şərhinə gorə tədris materialları aşağıdakı kimi təsnif olunur: 
- konveksion tədris materialları (təlimin informativ funksiyasını həyata kecirir); 
- proqramlaşdırılmış tədris nəşrləri (muasir anlamda elektron nəşrlər); 
- problemli tədris nəşrləri (şagirdlərin məntiqi təfəkkurunun inkişafı məqsədi ilə tədris 
materialı problemli təlim nəzəriyyəsi əsasında şərh olunur, belə nəşrlər şagirdlərin 
idrak fəaliyyətini yuksəltməyə xidmət edir ); 
- kombinə edilmiş və ya universal tədris nəşri. 
Elektron kursun yaradılma prosesi əsasən uc mərhələyə bolünür: 
1.Kursun layihələndirilməsi. 
2.Kurs materiallarının hazırlanması. 
3.Materialların vahid proqram kompleksində birləşdirilməsi. 
Mətnin hazırlaması. Hipermətn və multimediyalıq prinsipi əsasında elektron kursun 
texnoloji ssenarisini yaratmağa başlayarkən nəzərə almaq lazımdır ki, multimediya kursdakı 
butun tədris informasiyası hipermətn prinsipinə gorə, məzmunca bir neçə səviyyədə təqdim edilə 
bilər. Tədris materialının xətti strukturlaşmasının (proqramlaşdırılmış təlimin xətti oyrədici 
proqramlarına uyğun) hipermətn formasında təqdimatı variantı belədir: Birinci səviyyə-əsas 
informasiya, ikinci səviyyə-izahat və əlavələr, ucuncu səviyyə - illustrativ material, dorduncu 
səviyyə-məlumat –sorğu materialı olmalıdır. Tədris materialının xətti strukturlaşmasının idrak 
fəaliyyətinin muxtəlif formalarına yonəlməsi təqdimatı daha səmərəli edir. Bu zaman birinci 
səviyyə - illustrativ-təsviri, ikinci səviyyə-reproduktiv, ucuncu səviyyə –yaradıcı-produktiv kimi 
təyin oluna bilər. 

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin