Əziz gənclər, sağlam həyat tərzinizi təmin etmək üçün özünüzdə
aşağıdakı cəhətləri mütləq formalaşdırmalısınız:
Unutmayın ki, xırda bir uğurun sevinci böyük nailiyyətlərə təkan verir.
Özünü yaxşı hiss edirsənsə, bu, sağlamlıqdır.
Heç yerin ağrımırsa, bu, sağlamlıqdır.
Həyatda sevinməyinə heç nə mane olmursa, bu, sağlamlıqdır.
Səhər yuxudan xoş əhvali-ruhiyyə ilə oyanırsansa, bu, sağlamlıqdır.
Özünə
güvənmək
Müsbət nəticələr
əldə edəcəyinə
inanmaq
Yaşadığına görə
hər gün sevinc
duymaq
Rejimlə çalışmaq
və istirahət etmək
Nailiyyətlərə
sevinmək
Zərərli
vərdiş lərdən
uzaq olmaq
Rejimlə və sani-
tariya qaydalarına
uyğun qidalanmaq
Uğursuzluqlara
nikbinliklə
yanaşmaq
Layih
ə
176
Cəmiyyətdə gənc nəslin sağlam yetişməsinə mane olan problemlərin siya-
hısında siqaretçəkmə, narkomaniya və spirtli içkilərin istifadəsi kimi zərərli vər-
dişlər daha geniş yer tutur. Siqaretin insan orqanizminə nə qədər ziyan vur du-
ğunu siqaret çəkənlər çəkməyənlərdən daha yaxşı bilir. Ömrünü siqaret
çək məklə, spirtli içki və narkotik maddələr qəbul etməklə keçirmək öz sağlam-
lığınıza külüng çalmaq deməkdir.
Gənclərın zərərli vərdişlərə qurşanması bir tərəfdən onların zehni inkşafını
zəifl ədir, digər tərəfdən isə idmana, təhsilə, zəhmətə olan həvəsini söndürür.
Sağlam böyüməyiniz, hərtərəfli inkişaf etmiş bir şəxsiyyət kimi yetişməyiniz
üçün özünüzdə erkən yaşlardan sağlam həyat tərzinə uyğun vərdişlər forma-
laşdır malısınız. Bu məqsədlə məktəblərdə fəaliyyət göstərən idman dərnəklə-
rində (bölmələrində), Uşaq-Gənclər İdman Məktəblərində maraqlarınız üzrə
idmanla məşğul olmalısınız. Günə səhər gimnastikası ilə başlamalı, günün müx-
təlif vaxtlarında kross qaçışları həyata keçirməlisiniz.
M
maraqlı
Spirtli içkiləri çox qədim zamanlardan “əqlin oğrusu” adlandırmışlar. Məşhur riya
ziyyatçı Pifaqor spirtli içki aludəçiliyini “Sərxoşluq ağılsızlığın məşqidir” sözləri ilə
xarakterizə etmişdir.
Layih
ə
177
Təbii sərvətlərdən düzgün istifadə qaydalarını öyrənmək də sizin sağlam
ruhlu, sağlam düşüncəli – bir sözlə, fiziki və mənəvi cəhətdən yetkin vətəndaş
kimi tərbiyə edilmənizə kömək edər.
Müəllim-şagird kollektivinin maraqlı oyun formasında birgə təşkil etdiyi təd-
birlər, əlamətdar təqvim günlərinə həsr edilmiş spartakiadalar sağlam həyat
tərzinizin formalaşmasında mühüm rol oynayır.
X
31 Dekabr – Dünya Azər baycanlılarının Həmrəyliyi Gününə həsr edil-
miş siniflərarası estafet yarış larının;
X
5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr edilmiş silsilə idman
təd bir lərinın;
X
7 Aprel – Ümumdünya Sağlamlıq Gününün;
X
Tədris ilinin başa çatması münasibətilə hərbi idman bayramının keçiril-
mə si nin əsas məqsədi insan orqanizmi üçün çox vacib olan sağ lamlığı
möh kəm ləndirməyə maraq yarat maqdır.
Ümumdünya Sağlamlıq Günü təşkil olunan “Sağlam həyat tərzi nədir?”,
“Ekologiya və insan sağlamlığı” və s. mövzularda viktorinalarda, dəyirmi masa-
larda fəal işti rak etmək təkcə fiziki cəhətdən deyil, həm də mənəvi cəhətdən
sağlam bir vətəndaş kimi formalaşmağınızda mühüm rol oynayır.
Mobil telefonlar, kompüterlər və oturaq həyat tərzi sağlamlığınıza mənfi
təsir edir.
Layih
ə
178
Əziz gənclər, sizin sağlam həyat tərzinizi formalaşdırmaq ailənizin, hər bir
vətəndaşın və təhsil işçisinin borcudur. Bu işdə siz də onlara yardımçı olun.
Unutmayın, güclü dövlətlər sağlam düşüncəli, savadlı, yüksək intellektli və və-
tən pər vər gənclər hesabına inkişaf edir.
Dostları ilə paylaş: |