QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə40/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   36   37   38   39   40   41   42   43   ...   1096
ALTERNATİV ENERGETİKA  – enerjinin ənənəvi (kömür, neft, 

qaz) olmayan günəş, külək, qabarma-çəkilmə geotermal və s. 

mənbələrdən alınması. 

ALVAR  – çılpaq və ya yuxa torpaq qatı ilə örtülü əhəngdaşından 

ibarət meşəsiz sahə. 



AMENSALİZM (lat. mensa – süfrə, masa) – A.-də iki növ birlikdə 

yaşadıqda birinin təsirindən digəri zərər çəkir, növün biri isə nə ziyan, 

nə  də xeyir görür. Belə qarşılıqlı  əlaqə forması  ən çox bitkilərdə 

müşahidə edilir. Məsələn: fıstıq meşəsi altında bitən işıqsevər ot bitkiləri 

ağacların güclü kölgəsi altında sıxıntı keçirərək məhv olmağa doğru ge-

dir, lakin bu «qonşuluğun» fıstıq ağacı üçün fərqi yoxdur. 



AMFİBİONTLAR  – həm quruda, həm də suda yaşamağa 

uyğunlaşan orqanizmlər. Bitkilər arasında (bəzi yosunlar, oxyarpaq, su 

qaymaqçiçəyi), heyvanlar arasında (amfibin) A.var. 

AMFİBİYALAR – onurğalı heyvanlar sinfi. Suda-quruda 

yaşayanlar. 




Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin