QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə39/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   35   36   37   38   39   40   41   42   ...   1096
ALLÜVİ  (yun. alluvio - gətirmə)  – daimi və müvəqqəti çayların 

çaydaşı, qum, çınqıl, gil və s.-dən ibarət topladığı çöküntülər. A-də bitki 

və heyvan qalıqları da olur. 

ALLÜVİAL OVALIQLAR (VƏ YA DÜZƏNLİKLƏR)  – çay 

çöküntülərindən  əmələ  gəlmiş düzənliklər. Lombardiya, Qanq, Böyük 

Çin və Kür-Araz ovalıqları  əsas etibarilə allüvial çöküntülərdən  əmələ 

gəlmişdir. 



ALP ZONASI – Dağlıq ölkələrdə hündürlük landşaft zonası olub 

meşə  və subalp zonalarından yuxarıda yerləşir. A.z.-nın bitki örtüyü 

alçaq temperatur, qısa vegetasiya dövrü şəraitində  əmələ  gəldiyi üçün 

gövdəsi qısa, boyu alçaq və yarpaqları  xırda olur. Alp bitki örtüyü 

Azərbaycanın Böyük və Kiçik Qafqaz dağlarında yayılıb yüksək qo-

ruyucu rol oynayır. Alp çəmənliklərindən yay otlaqları kimi istifadə edi-

lir. 

ALTERASİYA – ətraf mühitdə üzvi maddələri (qida, kağız, odun-

caq, dəri və s.) parçalanmaya (çürüməyə) yönələn fiziki, kimyəvi, biolo-

ji və b. təbii proseslər. A. nəticəsində elementar kimyəvi birləşmələr 

(üzvi maddələri təşkil edən) yenidən bioloji dövrana başlayır. 




Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin