QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə1087/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   1083   1084   1085   1086   1087   1088   1089   1090   ...   1096
ZOOBENTOS, DİB FAUNASI – su hövzələrinin dibində  və ya 

qruntunda yaşayan heyvanların məcmusu. 



ZOOCOĞRAFİ FAUNİSTİK  ƏYALƏT  – vilayətə tabe olan 

zoocoğrafi rayonlaşdırma vahidi. 



ZOOCOĞRAFİ VİLAYƏTLƏR – Yer kürəsində heyvanların əsas 

coğrafi vilayətləri. 



ZOOCOĞRAFİYA, HEYVAN COĞRAFİYASI  – zoologiyanın 

bir bölməsi; Yer kürəsində heyvanların hazırda və keçmişdə coğrafi 

yayılmasını, bu yayılmanı müəyyən edən müasir və keçmiş tarixi 

amilləri, qanunauyğunluqları, həmçinin heyvanların ekoloji qruplarının 

coğrafi yayılmasını öyrənir. 

ZOOXORİYA  – meyvə  və toxumaların heyvanlar vasitəsilə 

yayılması. Z.-nın epizooxoriaya (meyvə və toxumların heyvanın bədən 

səthi ilə yayılması), endozooxoriya (heyvanların ekskrementi ilə 

yayılması) və sinzooxoriaya (Heyvanların meyvə  və toxumları ehtiyat 

məqsədilə toplanması ilə  əlaqələr yayılması) tipi müəyyən edilir. Bu-

nunla  əlaqədar bitkilər də epi-, endo-, və sinzooxorlara bölünür. Epi-

zooxor bitkilərin meyvə və toxumlarında qarmaq, tikan, selik yapışqan 

maddələr və s., endozoxor bitkilərin toxumu üzərində  ətli hissə olur. 

Heyvanlar belə meyvə və toxumları yeməklə yayırlar. Sinzooxoriyanın 

geniş yayılan forması və ya toxumların qarışqalar tərəfindən toplanması-

mirmekoxoriyadır. 

ZOOFABLAR  – heyvanların yeyilməsindən qorunmaq üçün 

müəyyən uyğunlaşmalara (tikanlı, acı, pis qoxulu, zəhərli və s.) malik 

olan bitkilər. 

ZOOFAQLAR – otyeyən heyvanlarla (fitofaqlar) və ya ətyeyənlərlə 

(zoofaqlar) qidalanan yırtıcı heyvanlar. Bitkilərdən bu qrupa cücülərlə 

qidalanan bitkilər aiddir. 


Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   1083   1084   1085   1086   1087   1088   1089   1090   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin