QƏRƏNFİl dünyamin qizi mətbuat-miLLİ HƏMRƏYLİYƏ gedən yolumuz



Yüklə 1,11 Mb.
səhifə9/14
tarix02.12.2016
ölçüsü1,11 Mb.
#674
1   ...   6   7   8   9   10   11   12   13   14

Qısa tanışlıq. Musayev Qlman İsabala oğlu (Qılman İlkin). 1914- il 11 apreldə Bakının Mərdəkan kəndində dünyaya göz açıb. 1932-ci ildə indiki N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin ədəbiyyat fakültəsinə daxil olub. 1936-cı ildə Universiteti bitirib Bakı Dövlət Universitetində müəllim kimi fəaliyyətə başlayıb. Müxtəlif illərdəAzərbaycan jurnalına rəhbərlik edib. “Uşaqgəncnəşr” və “Azərnəşr” nəşriyyatlarının direktoru işləyib (1966-1971).

Qırmızı Əmək bayrağı”, “İkinci dərəcəli Böyük Vətən müharibəsi” ordeni və Qafqaz Xalqları Ali Dini Şurasının “Paklıq mükafatına layiq görülüb. “Qalada üsyan”, “Şimal küləyi”, “Hədiyyə”, “Dağlı məhəlləsi”, “Dəniz qapısı”, “Bakı və bakılılar”, “Köhnə Bakını tanıyırsanmı?”, “Kicik hekayələr” adlı kitabların müəllifi idi. “Yenilməz batalyon, “Kölkələr sürünür”, bədii filimlərinə və bir neçə televiziya filimlərinə ssenari yazıb.



Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, “Xalq Yazıçısı” Qlman İlkin 6 noyabr 2009-cu ildə dünyasını dəyişib.

Jurnalistlik, publisistik fəaliyyətimlə bağlı 30-ilə yaxındır ki, müxtəlif peşə sahibləri ilə görüşmüşəm, söhbətləşmişəm, o cümlədən yazıçılarla da, şairlərlə də. Lakin, Əzizə Cəfərzadə, İsmayıl Şıxlı və Qlman İlkin qədər sadə, səmimi, ad-san, orden-medal xiffəti çəkməyən, yalnız qəlbinin hökmü ilə xalqı üçün yazıb-yaradan, hər bir intiriqalardan uzaq qələm əhli ilə rastlaşmadım. Qəbirləri nurla dolsun, hər üçü ilə bir neçə dəfə görüşüb müsahibə almışam, uzun-uzadı söhbət etmişəm amma bircə kəlmə kimdənsə, nədənsə giley-güzar eşitmədim. Lakin təəssüf ki, dəfələrlə fəxri adlarla, evlərlə, maşınlarla, yüksək vəzifələrlə mükafatlandırılan bəzi yazarlarımızdan bir neçə dəfə kiley-güzar eşitdim, Sovet dövründə də, ondan sonra da...).

***

...1984-cü ilin sonları idi. Jurnalistika fakültəsində oxuyurdum. Yazıçı Qılman İlkinin 70 yaşı tamam olmuşdu. Müəllimlərimdən birinin təklifi ilə ilk dəfə olaraq Qılman müəllimlə görüşüb fakültəmizdə çıxan “Jurnalist” qəzetinə material hazırlamalı oldum. Söhbətimiz fəxri adlardan, mükafatlardan düşəndə Qılman müəllim özünəməxsus sakit, səmimi bir tərzdə dedi ki: “Qızım hər kəsə ən böyük mükafatı Tanrı verir. Ağıllı, tərbiyəli, savadlı övlad, sağlam orqanizim və sevdiyin peşə ilə məşğul olmaq Tanrının sənə bəxş etdiyi ən böyük mükafatdır. Şükürlər olsun ki, bunların üçü də məndə var...”.



Doğrusunu deyim ki, düz otuz il bundan əvvəl Qılman müəllim bu sözləri söyləyəndə mənə çox qəribə gəldi və etraf edim ki, o zaman buna inanmadım da... Amma bu günlərdə tələbələrimdən biri yaxınlaşıb deyəndə ki, “müəllimə eşitdim yubileyiniz olub. Yaradıcılığınızın 30 illik fəaliyyəti necə mükafatlandırıldı?”. Qılman müəllimin sözlərini xatırladım və ona haqq qazandırdım. Çünki, Ulu Tanrı mənə də bu üç xoşbəxtliyi bəxş edib”.

***


Hər dəfə Qılman müəllimlə söhbət edəndə məndə belə bir fikir yaranırdı ki, Qılman müəllim sanki bu dünyanın adamı deyil. İnsanlığa ucalıq gətirən mənəvi-əxlaqi kamilliy onun həyat devizi idi. Onun üçün bir ailəsi, bir də yaradıcılıq dünyası var idi. Calışırdı ki, birini digərinə qurban verməsin (vermədi də). Özü üçün yox, elə onlar üçün yaşadı Qılman müəllim. Hətta Bakının ən isti günlərində belə istirahətə getməzdi, ailəsini sanatoriyaya qoyub özü qayıdırdı işinə. Əsl yazı-pozu adamı idi. Evində çox zəngin bir kitabxana-arxiv yaradıb. Bu kitabxanada 20-ci yüzilliyin əvvəllərində çap olunan qəzet və jurnallardan nüsxələr, maraqlı və çox dəyərli sənədlər, materiallar ona övladları qədər əziz idi. Odur ki, istər evdə, istər işdə hər zaman yazı masasının arxasında idi Qılman müəllim.

Axırıncı dəfə Qılman müəllimlə görüşəndə yaşı 90-ı kecmişdi. Amma qocalmışdısa da zehni üstündə idi, gözləri də görürdü. Yalnız son vaxtlar ayaqlarından şikayətlənirdi. Qəribə idi, qocalsa da üzündə o qədər də qırışlar hiss edilmirdi və ürəyə yatımlı bir nur var idi üz-gözündə. Səmimiyyət, zəhmət, alicənablılığ qanına-canına hopmuşdu onun. Bu bəlkə də ondan irəli gəlirdi ki, Qılman müəllim təpədən-dırnağa milli hislərlə, duyğularla, yaşayan, yazıb-yaradan bir sənətkar idi.

Bir ədib kimi şəxsiyyət və zaman anlamına hər an həssaslıqla yanaşıb. Onun düşüncələrinə əsasən insan, ictimai münasibətlər əhatəsində formalaşsa da, onda kökdən, nəsildən gəlmə əxlaq, tərbiyə keyfiyyətləri, adət-ənənələrlə bağlı bir sifət olur. Şərait, zaman və məkan dəyişsə də, insanlıq qanunları, əsil-nəcabətlə bağlı əlamətlər dəyişməməlidir. Odur ki, Qılman müəllim əslinə-nəslinə bağlı bir yazıçı idi.

Mənsub olduğu xalqın tarixini dərindən bilən, həmin tarixlə fəxr edən bir salnaməçi də oldu, Qılman müəllim. Dünyaya göz açdığı Bakının tarixini, dünənini yaşatmaq, bəyan etmək üçün “Bakı və bakılılar”, “Köhnə Bakını tanıyırsanmı?” adlı kitabları bəxş etdi oxucularına. Lakin arxiv materialları ilə zəngin əhatə edilən bu əsərlər çox gərkin zəhmətin bahasına başa gəlmişdi. Ədibin bu tarixi əsərlərini səciyyələndirən əsas cəhətlərdən biri onun müraciət etdiyi tarixi dövrü bütün təfərrüratı ilə canlandıra bilmək məharətindən irəli gəlirdi. Çünki hadisələri görən, yaşayan yazıçı onları yalnız quru fakt və sənədlərin işığında təqdim etmir, ona can və ruh verir, özünün yazıçılıq manerası ilə dövrün mənzərəsini yarada bilirdi.

“Bakı və bakılılar” əsərində Bakının qədim tarixindən, neft sənayesinin inkişafından və bu inkişafın xalqın mədəni həyatına təsirindən çox geniş bəhs edən yazıçı, bakılıların özünəməxsus adət-ənənələrini də unutmamış onlarla da yeri gəldikcə oxucusunu hali edirdi. Bu əsəri oxuduqca sanki köhnə Bakını qarış-qarış gəzirsən, onun qoynynda baş verən hər bir hadisənin tamaşacısına cevrilirsən.

1937-ci il də 23 yaşı olan Qılman müəllim pedaqoji fəaliyyətlə məşğul olurmuş. Belə dəhşətli bir odun-alovun icindən kecən gənc Böyük Vətən müharibəsində artıq pedaqoji fəaliyyətlə yanaşı yaradıcılıqla da məşğul idi. Bu zaman İrana ezam olunan Qılman müəllim orada jurnalist kimi çalışıd və kicik hekayələrini yazıd.

20-ci yüzilliyin əvvəllərində baş verən o mürəkkəb, ziddiyyətli hadisələrin çanlı şahidi olan bu gənc ədib əsərlərində bütün gördüklərini, eşitdiklərini, yaşadıqlarını “çanlandıraraq” onları yaşatdı gənc nəsillər üçün. Ona görə də ədəbiyyatımızda həm də mahir salnaməçilərdən biri kimi tanındı. Odur ki, yazıçının ədəbi-bədii irsi zənginliyi, əhatəliyi, və çoxcəhətliliyi ilə də diqqət çəkməkdədir.

Sonralar nəsrə doğru meyillənən Q.İlkinin nəsrində o zaman Azərbaycanda baş verən ən mürəkkəb, keşməkeşli hadisələr bədii təcəssümünü tapıb. Müəllifin istər nəsir əsərlərində, istərsə də televiziya ssenarilərində kamil insanı sosial-psixoloji münasibətlər içərsində axtaran, daha çox müasir problemlərə meyl edən, obyektiv və prinsipal mövqey uğrunda mübarizə aparan bir obraz kimi görürük. “Qalada üsyan”, “Dağlı məhəlləsi” əsərləri sənətkarlıq, dil-üslub baxımından 1960-80-ci illər ədəbiyyatımızın orijinal əsərlərindən idi.

Q.İlkini oxucularına sevdirən amillər icərisində biri də heç şübhəsiz ki, əsərlərinin dili-üslubudur. Yazıçı dilinin gözəlliyini, təsir gücünü sadəliyində, xalqa yaxınlığında görən, xalq dilinin zəngin xəzinəsinə bələd olan nasirlərdən idi. Bu nəsr dili özünün əlvanlığı, axıcılığı, təmizliyi, aydınlığı, sadəliyi ilə diqqəti cəlb edirdi.

...İki gün öncə Azərbaycan Dövlət Dram Teatrında görkəmli ədibin 100 illiyinə həsr edilən yubiley gecəsi kecirildi. Digər yubileylərdə çox canfəşanlıq göstərən bəzi məmurlar və vəzifəli şəxslər qalsın bir yana heç yazarlarımızın da çoxunu orada görmədim. Bəlkə ona görə ki, Qılman müəllimin nə vəzifəli övladı var, nə də qohum-qardaşı. Sadə bir universitetdə (BDU), sadə bir müəllim işləyən oğlu var... Belə yerdə dahi Mirzə Cəlil gözəl deyib ha “Axı biz niyə beləyik?”.

“Kaspi” qəzeti, 2014

İNSANLARIN QORXDUĞU SƏS...

...Qapı döyülür.



  • Aman Allah, görəsən kimdir, yoxsa onlardır?

....Oxuduqlarıma və eşitdiklərimə görə 30-40-cı illər də insanların ən qorxduğu səs, qapı səsləri olub. Geçələr döyülən qapı səsləri... O, qapı səsləri ki, bir evi, bir ocağı, bir obanı yox, böyük bir məmləkətimizi viran qoydu. Haqq icində haqqsızlığa dücar olaraq, gecənin o qaranlıq vədəsində döyülən qapılar illərlə qaranlıqlara dücar oludu...

O, qapıları döyənlər YADlarmı idi. Təəssüf ki, yox! O, YADlar, sapı özümüzdən olan baltaların hesabına döyürdü qapıları gecənin o vədəsi! Nənəmin sözü olmasın “urus nə bilirdi, mənim elimdə-obamda kim nə işlə məşğul olur”. Yoxsa, Azərbaycan DTK-nin Sumbatovları, Mikoyanları, Avanesyanları, Qalstyanları belə can-fəşanlıqla bu xalqdan köhnə qisasını ala bilməzdi ki? Əbəs yerə deməyiblər ha “ağacı qurd icindən yeyər”.

Əgər statistik məlumatlara inansaq, guya “1934-cü il yanvar ayının 1-dən 1939-cü il yanvar ayının 1-nə kimi Azərbaycanda XDİ-nin komisarlığında 27458 nəfər insan repressiyaya məruz qalıb”.

... 28 yanvar 1937-ci il. Gecə saat 3-radələri. Bayırda çovğunlu bir qış gecəsi idi. Hənəfi Zeynallının qapısı döyülür. Azərbaycanın görkəmli gənc ədəbiyyatşünas alimi, publisisti, istedadlı ədəbi-tənqidcisi, ziyalısı Hənəfi Zeynallı Dövlət Təhlükəsizlik İdarəsi IV şöbəsinin müstəntiqi Şer tərəfindən həbs edilir.

Bu cağrılmamış “qonaq”ların hay-küyünə uşaqlarda oyanır. Onlar anaları Səyyarəyə sığınaraq yazıq-yazıq, qorxu icində ətrafda baş verənlərə tamaşa edirdilər. Hənəfi heç olmasa son dəfə onları bağrına basmaq istədi. Bir addım onlara tərəf atmaq istərkən “qonaq”lardan birinin bağırtısına özü də uşaqlarda diksindi. “Olmaz, aparın” -deyə o yanındakılara əmr verdi.

Səyyarə 7 yaşlı oğlu Əzimi (bəzi mənbələrdə adı Azər də göstərilir) və 3 yaşlı qızı Zemfiranı bağrına basaraq göz yaşları tökürdü. Gözləri önündə zülmətli, sonu görünməyən uçurumlar, görünürdü. Qorxurdu, ağlamağa, hay-küy salmağa da... Sanki donmuşdu, buz heykələ dönmüşdü. Çünki onları sonra “xalq düşməni”nin ailəsi kimi daha dəhşətlər gözləyirdi.

Amma, Səyyarə hələ “xoşbəxt” idi ki, övladları heç olmasa onun qoynunda idi. Onları bağrına basa bilirdi. Deməli hələ “xoşbəxtdir”. Lakin bu “xoşbəxtlik” uzun sürmədi...

SSRİ Ali Məhkəməsinin 12 oktyabr 1937-ci il tarixində Bakı şəhərində keçirilən 15-dəqiqəlik Səyyar Hərbi Kollegiyasının qapalı məhkəmə iclasında Hənəfi (bəzi arxiv sənədlərində onun adı səhv olaraq Hənifə yazılıb) Baba oğlu Zeynallı Azərbaycan SSR cinayət məcəlləsinin 64, 69, 70, 73-cü maddələri ilə təqsirli bilinib güllələnməyə məhkum edilir.

Güllələnmədən cəmi üç gün sonra yenə də gecənin bir vədəsi Səyyarə gelin qapısı döyüldü. Bu dəfə isə onu həbs etməyə gəlmişdilər.

Yarı yuxlu olan üç yaşlı Zemfira anasının qoynuna sarılaraq ağlayırdı. Sanki duymuşdu ki, bu cəlladlar atası kimi, anasını da gedər-gəlməzə aparırlar. Cəlladlardan biri əsəbi halda uşağı ananın qucağından alaraq yerə qoyub, Səyyarəni qapıya tərəf itələdi.

-Ana, biz tək qorxuruq axı deyə oğlunun onun dalınca qışqırması Səyyarənin bütün vücudunu sarsıtdı. Körpəsinin titrək dodaqlarından qopan bu yalvarıcı səs ananın ürəyini dağladı. O, uşaqlarının üzünə baxdı. Onların gözlərində dəhşətli bir qorxu gördü...

O, kecə Səyyarə hər şeyə nifrət elədi. İnsana da, insanlığa da... Həyat dondu onun üçün. Bütün sadəti məhv oldu, ucub-daxıldı o müdhiş gecədə. Yalvarmaq istədi bu cəlladlara, heç olmasa övladlarını bu qaranlıq gecədə kimsəyə tapşırmaq üçün imdad diləmək istədi. Amma danışa bilmədi. Sanki dili-ağzı qurumuşdu. Onu hıçqırıqlar boğurdu. Fırtınalı dənizdə ümidi üzülmüş sükançı kimi başı hərlənir, gözlərinə qaranlıq çökürdü. Çöldə hava soyuq olsa da ona elə gəldi ki, bütün bədəni od icində yanır, havasızlıqdan boğulur, ölür. Addım atmaq istəsə də ayaqları gilidləndi. Səyyarə canl ölüyə dönmüşdü. Onu sürüyüb maşına atdılar. Artıq Səyyarənin huşu özündə deyildi. Ona görə də uşaqlarının “ana, ana, biz qorxuruq axı, bizi qoyub ketmə”- deməsini, ağlamasını nə görür, nə də eşidirdi... Gözlərini acanda özünü çirkab, yarı qaranlıq, soyuq həbsxana divarları arasında gördü...

VIII şöbənin rəisi, təhlükəsizlik leytenantı Koqanın təqdimatı ilə XDİK-in müavini, təhlükəsizlik mayoru Borşevin təsdiqinə verilmiş 28.01.1937-ci il tarixli arayışda göstərilir ki, Azərbaycan SSR XDİK tərəfindən əksinqilabçı, terrorçu, vətən xaini, ziyankar, SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının Səyyar Sessiyasının I dərəcəli məhkum edilmiş Hənəfi Baba oğlu Zeynallının bir həyat yoldaşı kimi SSRİ MİK-nin 4 iyul 1934-cü il tarixli qərarına əsasən Şərifova –Zeynallı Səyyarə Səttar qızı həbs edilsin.

Səyyarəni həbs edərkən 1806 saylı orderə əsasən əmlakı müsadirə edilərək dövlət hesabına keçirilir övladları isə Şüvəlanda yerləşən 1 saylı uşaq evinə verilir.

Bakıdakı ümumi həbsxanalardan birində saxlanılan Səyyarəni SSRİ XDİK yanında Xüsusi Müşavirəsinin 9 dekabr 1937-ci il tarixli qərarına əsasən 8 il müddətinə azadlıqdan məhrum edərək Qazaxstanın Karlaqa (Karakanda düşərgəsinə) sürgün edirlər.

***


14 il Səyyarə hər gecə övladlarının həsrəti ilə səhərləri göz yaşları ilə açır. Hər gecə Hənifini və uşaqlarını yuxuda görən Səyyarəyə elə gəlirdi ki, elə həyatı da bir yuxudur. Çünki, canidildən sovetlərə qulluq edən ömür-gün yoldaşına qarşı hökumətin niyə belə etməsi ona çox qaranlıq idi. Səyyarə ali təhsili bir qadın idi. Ətrafda baş verənlərdən az-çox hali olsa da, ailəsinin başına gələn bu hadisələrdən lap çaş-baş qalmışdı. Odur ki, bu haqsızlıqlar haqqında M.C.Bağırova məktub yazmaq, onu bu işlərdən hale etmək ümidilə qapıda dayanan növbəcidən kağız qələm istədi və məqsədini ona bildirdi. Növbəcinin şaqqanaq cəkib gülməsi ona qəribə gəldi. Çünki Səyyarə inana bilmirdi ki, onun ərini elə M.Bağırova sui-qəsddə günahlandırırlar, inanmırdı ki, Azərbaycan ziyasını məhv edən elə onun ümid bağladığı cəllad və onun tör-tökülüntüləri, dili bir, dini bir olan “həmvətənliləri” idi. Hər yerdən, hər şeydən ümidi üzülən, xəbərsiz olan, təmiz, məsum, zavalı qadın “cəzasını” cəkirdi...

Bu cəza 1945-ci ildə bitsə də ona Qazaxstandan çıxmağa 1946-cı ildə icazə verlər. Amma Bakıda övladlarının yanında qalmasına icazə verilmir. Məcburi olaraq Zaqatala rayonuna göndərilir. Zaqatalada əvvəl çay sovxozunda, sonra isə çay sovxozunun baxçasında tibb bacısı işləyən Səyyarə 1946-cı ildən 1951-ci ilə kimi, 14 il övladlarının qovuşacaq günün həsrəti ilə “yaşayır”.

1952-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Nəzər Heydərova ümid dolu bir məktub imzalayan ana övladlarına qovuşmasında ona kömək olmasını dilədi. Amma aylar sonra məktubuna yox cavabı alır. Bu dəfə SSRİ dövlət Təhlükəsizlik Nazirliyinə müraciət edərək məhkumluğunun üzərindən götürülməsini xahiş edir. SSRİ XDİK yanında Xüsusi Müşavirə 6 avqust 1952-ci il tarixli 50 saylı qərara əsasən onun xahişini rədd edir.

Səyyarəyə yenə də gözləmək qalır. Həbslərdə, sürgünlərdə hər cür rəzalətlərə, haqsızlıqlara dücar olunan bu qadın üçün onsuz da həyatda yaşamaq arzusu, istəyi yox idi. Hafizəsinin ən dərin bucağında belə yaşamaq sevgisi qalmamışdı. O, istəyi, o sevgini sadətətini sevimli ömür-gün yoldaşı Hənəfini itirən, əziz evladlarından zorla ayrılan günü itirmişdi. Sadət onun üçün qeyri-adi, əlçatmaz, ünyetməz qədər uzaq idi. O, “yaşamaq” uğrunda mübarizə aparmırdı. Heç buna heyi də qalmamışdı. Onun yeganə bir arzusu var idi övladlarını görsün, onlara qovuşsun və onları başa salsın ki, onların valideyinləri cinayətkar deyil, yüzlərlə, minlərlə Azərbaycan ziyalısı kimi haqsızlığın qurbanıdır. Ona görə də yenidən dəfələrlə müraciətlər etdi. Yalnız bu müraciətlərə 1956-cı ildə müsbət cavab ala bildi. Belə ki, 7 fevral 1956-cı il Azərbaycan SSR Ali Məhkəməsinin və SSRİ Ali Məhkəməsi Səyyarə Zeynallıya və 30 mart 1957-ci il tarixli qərarları ilə isə Hənəfi Zeynallıya işlərində cinayət tərkibi olmadığı üçün bəraət verilir və Səyyarə ana övladlarına qovuşa bilir.

Fikir verin cinayət tərkibi olmadığıl üçün bəraət verilir. Bütün 37-ci il qurbanlarına 56-cı ildən sonra bəraət verildi. Bəs cinaət olmadığı halda haqsız olaraq nə qədər ailələr başsız qaldı, ocaqların cırağı söndürüldü, evlər viranə edildi. Mərkəz antiinsani, antibəşəri bir faciəni bu xalqın başına acdıqdan sonra biz yenə də illərlə “böyük qardaşı”mıza sədaqətlə qulluq etdik. Görən bu qulluğu ağıllamı etmişik, ya ...

“İşıq” jurnalı, N-4 2014



ƏHMƏDBƏY AĞAOĞLU

SƏRBƏST İNSANLAR ÖLKƏSİ”NİN SAKİNİ İDİ

Hər dəfə Əhməd bəy Ağaoğlu haqqında yazanda və ya danışanda yadıma rəhmətlik sevimli müəllimim, filologiya elmləri doktoru, professor, millət vəkili Şamil Qurbanovun sözü düşür. O, deyirdi ki: “Deyilənə görə Əhməd bəy bir az dəli-dolu adam olub. Mənə elə gəlir ki, elə o “Difai”ni başdan-ayağa, türkçü, millətçi, vətənpərvər, millətsevər olan belə dəli-dolu adam yarada bilərdi. Həm sözü, həm silahı ilə xalqını qoruyan Əhməd bəy “Difai”ni yaratmaqla böyük bir imperiyaya sübut etdi ki, bu xalq elə-belə xalq deyil ha... Onun oğulları var ki, yeri gələndə gözünü qırpmadan canını milləti, xalqı yolunda qurban verər. Əhməd bəy on il böyük bir imperiyanı, çar idarəsini dəhşət və qorxu içində saxlayan “Difai”ni yaratmaqla Azərbaycanda “yeni milliyyətçi ruhlu insanların çoxalmasına təkan verdi”.

Mənə elə gəlir ki, ölkəmizdə ilk siyasi partiya qurucusu və milli mənafelərin qoruyucusu kimi Azərbaycan türklərini erməni təcavüzündən qoruyan Əhməd bəy ömrü boyu heç nə yazmasaydı belə, elə “Difai”ni yaratmaqla yenə də xalqın qəlbində öz sevgisini qazanmış olardı.

Şamil müəllimin “dəli-dolu” adlandırdığı Əhməd bəyi görkəmli tədqiqatçı alim Əziz Mirəhmədov “aşkarca bəxti gətirməyən” ədib adlandırırdı.

İllər kecdi... Bu “dəli-dolu” və “bəxti gətirməyən” adam haqqında oxuduqca ondakı səmimi millətpərvərliyə, dönməz iradəyə, məmləkət sevgisinə heyrət etdim. “Həqiqi məhəbbət və sevgi həyatın və ömrün ədəbi mayası, yaşamağın mənasıdır. Milli məhəbbət və ümumxalq sevinci yetkinliyin, cəsarət və fədakarlığın rəmzi, əlamətidir”-deyənlər heç yanılmayıb. Əhməd bəyi də milli məhəbbət, milli qürur hər cür fədakarlığa aparmışdır. Ömrünün çox yarısını vətənindən uzaqda kecirən Əhməd bəy vətənpərvərliyi, millətsevərliyilə çoxlarına bir nümunə idi. Onun amal dostu Mirzə Bala Məhəmmədzadə yazırdı ki: “Əhməd Ağaoğlu təpədən dırnağa qədər bir azəri türkü olaraq yaşamış, düşünmüş və söyləmişdi. Hətta ölüncəyə qədər şivəsini belə düzəltməmişdir”.

Əhməd bəy 1909-cu ildə vətəni tərk etməyə məcbur olsa da bütün varlığı ilə doğma yurduna, onun tarixinə, gələcək taleyinə bağlı bir mücahid olub. Özünə ikinci vətən saydığı Türkiyədə daha böyük əzimlə, qətiyyətlə, gecəli-gündüzlü, qibtəedici bir səylə calışıb. Türk dünyasının bir parcası olan Azərbaycanın varlığını, mövcudluğunu, maddi və mənəvi dəyərlərini bütün dünyaya bəyan etmək üçün son nəfəsinə kimi mübarizə aparıb-Əhməd bəy.

O,1903-cü ildə “Kaspi” qəzetində yazırdı: “Millətçilik hörmətə layiq, möhtəşəm bir hadisədir. O, xalqın həyatında labüddür. Məncə, bəşəriyyətin təkamülü tarixində insan qəlbinin dindən sonra ikinci böyük məbədi millətçilikdir. Millətçilik, tarix boyu misilsiz hünərlər qaynağı olmuş və olacaqdır deyə düşünməkdəyəm”-deyən Əhməd bəy o zaman nə qədər haqlı idi. Çünki, yanında “Türk millətindənəm, İslam ümmətindənəm, Azərbaycan məmləkətindənəm!” deyən amal dostu Əli bəy var idi.

... Bilgə Kağanın (673-732) çox ulu və gözəl bir kəlamı var. O deyirdi ki: “Ey Türk oğuz bəyləri! Türk xalqı, eşidin! Üstdən göy çökmədikcə, altdan yer dəlinməyincə, bil ki, Türk ulusu, Türk yurdu, Türk dövləti, Türk törəsi pozulmaz. Su kimi axıtdığın qanına, dağlar kimi yığdığın sümüyünə layiq ol! Ey ölməz türk ulusu, özünə dön!”.

...Bu gün o dünənə dönməyə, özümüz olmağa nə qədər böyük ehtiyacımız var! Dünənindən qoparaq, daha çox Avropa adət-ənənəsinə meyl edən böyük Türk gəncliyi! Hələ 1888-ci ildə Parisdə Sarbon Universitetində oxuyan Əhməd bəy illər sonra xatirələrində yazırdı ki: “Təkərlərin hər dönüşü ilə (...) mənə can və ruh vermiş olan insanlardan bir az daha uzaqlaşırdım. Yalnız müddətən deyil, mənən də...”. Ey Azərbaycan gənci! Bu mənən uzaqlaşmamaq üçün xalqımızı, millətimizi, vətənimizi Əhməd bəy kimi qeyrətlə, vicdanla, cəsarətlə sevək! Heş olmasa indən belə bunu edək. Çünki uzun illər "mərifət, istedad, və xalqa xidmətinin ölçüsünə görə böyük mütəfəkkir-ədibdən çox-çox aşağı pillədə duranlar” belə ona qarşı ittihamlar, təhqirlər söyləməkdən utanmayıb, cəkinməyib.

Bu böyük şəxsiyyətin xalqı, vətəni üçün gördüyü işlərə kölgə salmağa cəhd edilib, onun adı və fəaliyyəti onun haqqında danışmağa belə haqqı çatmayanlar tərəfindən mənfi çalarlarla hallandırılıb. Hansı ki, onların heç biri Əhməd bəy Ağaoğlu kimi mükəmməl təhsil almamış, enisiklopedik bilik qazanmamışdır. Və heç biri mütəfəkkir alim, kəsərli qələm sahibi kimi dünya miqyasında tanınmayıb, dünya ədəbiyyatını və mədəniyyətini onun qədər bilməyib, dünya mətbuatında çap edilməyib. Bəs görən hansı savadla Ağaoğlunu bu şəklidə tənqid, təhqir edərək ünvanına “pantürkist”, “panislamist”, “burjua yazarı” deməklə iftiralar yağdırmaqla və ya kitablardan, əsərlərdən adını sildirməklə bu “bədbəxt”lər dərk etmirdilərmi ki, kitabdan ad silmək olar, amma tarixdən yox. Üzeyir bəy demiş: “o qara pərdəni tariximiz üzərinə örtməklə iş bitəcəkmi düşünürdülər?” Əbəs cidd-cəhddir. Çünki, tarix elə tarix olaraq qalır. Zamanın və tarixin gərdişi gec-tez hər şeyi faş edir. Necə ki, Əhməd bəy özü deyirdi: “tarix bir hökmü-rəbbaidir-ilahidir”.

Amma onu da qeyd edim ki, Əhməd bəyi gözü götürməyən “qələmdaş”larımız hələ sovetlərdən çox əvvəl də olub. Belələrinin cavabını Üzeyir bəy yaxşı verib: “...Əhməd bəy o adam deyilmi ki, camaatımızın ən müşkül və qorxulu bir halında, yəni erməni-müsəlman facieyi-mənhusəsində mərd-mərdanə döşünü gərib qılıncdan kəskin və müəssi (təsirli) qələmilə üzərimizə olan hücumları dəf ediyordu? Və bu yolda onun bir nəfər də olsun köməkçisi yox idi. Əcəba, bunu “zənburçular” bilmiyorlarmı?”

Hələ 1892-ci ildə İngiltərə kraliçası Viktoriya adına elmi cəmiyyətin dəvəti ilə londonda keçirilən Beynəlxalq şərqşünaslar konqresinə dəvət alan və orada çıxış edən bu müsəlman gənci çoxlarını heyrətə salmışdır. Məruzə Kembric universitetində ingilis və fransız dillərinə tərcümə edilərək çap olunur. Beynəlxaq mütəxəssislər tərəfindən maraqla qarşılanan bu tədqiqata görə İran şahı Ağaoğlunun şərəfinə böyük ziyafət verərək ailəsinin uzun illər “uğur üzüyü” kimi əzizlədiyi çox qiymətli üzüyü ona bağışlayır. Ağaoğlu isə bu uğurlarla kifayətlənərək qalmır.

Xalqını, vətənini onun gələcək sadətini düşünən Ağaoğlu müəllimi Renanın “Sən dünya miqyaslı bir alim olmaq keyfiyyətlərinə malik insansan. Ölkənə getmə, Şərq səni yeyər” fikrinin əlehinə çıxaraq “Şərqdə oxumuş adamlara ehtiyac var. Sizdən öyrəndiklərimi məmləkətimin vətəndaşlarına öyrədəcəyəm” deyə üz tutur vətəninə.

Bütün bunları həyata kecirmək üçün yalnız pedaqoji fəaliyyətin azlığını dərk edən Əhməd bəy ölkəsində mətbu sözünə nail olmaq fikrinə düşür və jurnalistika onun fəaliyyətində aparıcı mövqeyə çevrilir. Çünki o hələ Parisdə universitetdə oxuyarkən fransız qəzetləri ilə əməkdaşlıq etmiş və mətbuatın nəyə qadir olduğunu görmüşdü. Bu məqsədlə 1894-cü ildə gənc Əhməd bəy “Məşriq” adlı qəzet çap etmək arzusu ilə icazə almaq üçün Peterburq senzura komitəsinə ərizə ilə müraciət edir. Təbii hökumət onun bu arzusununun əlehinə çıxır. “3 yanvar 1884-cü ildə komitə ümumiyyətlə Azərbaycan dilində qəzet və jurnal nəşrini büsbütün arzuolunmaz sayıb cənab Ağayevin ərizəsini rədd etməyi” lazım bilir.

Lakin, bu inadkar Əhməd bəyi heç də ruhdan salmır. Ağaoğlu da hökumətin “lazım bilmədiyi” bu məsələdə “özünün lazım bildiyini” secir. Rus dilini mükəmməl bilən Əhməd bəy üz tutur rus dilində fəaliyyətdə olan “Kavkaz” və “Kaspi” qəzetlərinə. Çar hökumətinin öz dilində ona etraz edərək, xalqının arzu və istəkləri uğrunda bir hüquqşünas, siyasətçi, redaktor, jurnalist, publisist, müəllim kimi mübarizəyə başlayır.

20-ci yüz illiyin əvvəlləri Əhməd bəy üçün ana dilli qəzet yaratmaq arzusu ilə başlayır. Bu arzu “Həyat”ın, “İrşad”ın, “Tərəqqi”nin doğuşu ilə reallaşdı. Əhməd bəy indi öz xalqına öz dilində demək istədiklərinə qismən də olsa nail oldu. Bu inadkar qələm sahibini daha məsuliyyətli olmağa sövq edirdi. “Həyat”ın məqsədi “həyatı mənayi-həqiqəsinə xidmətdir” söyləyən Ağaoğlu “İrşad”da bu xidmətin yolunu oxucusuna göstərdi.

“...Mən sənə heç vaxt xidmət etməyəcəyəm. Sən azadlığın düşmənisən. Mən sənə kölə olmayacağam...” söyləyən Əhməd bəy bu köləlikdən xalqını da azad etmək üçün hər şeyini qurban verdi. Vətənindən, əzizlərindən uzaq düşdü, hər çür cətinliklərə sinə gərdi. Amma amalından dönmədi. Ömrünün sonuna kimi xalqı, milləti, onun azadlığı uğrunda mücadilə apardı. Azadlıq eşqi, zülmə nifrət -bu idi Əhməd bəyin inadkarlığı, “dəli-doluluğu”. Sözün əsl mənasında bir qərbçi-maarifçi, amma təpədən-dırnağa millətpərvər olan Əhməd bəy belə bir şəxsiyyət olub.

“Sərbəst insanlar ölkəsində”ki əsərində arzuladığı kimi “fikir təmizliyi, söz təmizliyi, hərəkət təmizliyi” amalı olub Əhməd bəyin. Yüksək ailə tərbiyəsi görmüş, Peterburq və Fransa universitet təhsilinə yiyələnmiş Əhməd bəy həm Qərbli, həm Şərqli idi. O, Qərbin təhsilini, Şərqin saf, təmiz mənəviyyatına qurban verməmiş, böyük bir türk oğlu olaraq qalmış. O, Paris milli kitabxanalarında, Britaniya muzeylərində gördüklərini öz doğma yurdunda da görmək arzusu ilə calışıb. Bütün bunlar Əhməd bəyi milli azadlıq hərəkatının təsiri ilə mükəmməl milli intibah və milli azadlıq konsepsiyasına gətirib çıxarıb.

Bu zaman Əhməd bəy yazırdı: “Sol tərəfə gedən yol azadlıq yoludur. Sol tərəfi tutdum, səhərə qədər yol getdim. Şəfəq sökülərkən bir qalanın önündə idim. Qalanın qapısı üstündə qırmızı xətlə yazılı bu lövhəni oxudum: Sərbəst insanlar ölkəsi”.

Ağaoğlu da həm şəxsi həyatında, həm də yaradıcılığında arzuladığı sərbəst ölkənin, sərbəst vətəndaşı olmuşdur. Milli intibah arzuları ilə yaşayan Ağaoğlu arzularını həyata kecirmək üçün nadanlarla mübarizədə bir az “dəli-dolu” idi. Təqiblərə, sürgünlərə, həbslərə baxmayaraq (“Difai”ni yaratdıqdan sonra bu təqiblər daha təhlükəli bir vəziyyət alıb) neçə düşünüb elə yazıb, neçə istəyib elə hərəkət edib. Deyilənə görə bu dünyadan köç edəndə də nəcib, fədakar bir insan kimi gedib.

Sovetlər dövründə Əhməd bəyi daha çox millətçiliydə günahlandıranların çoxları bəyəm bilmirdilər ki: “millətçiliy olmasaydı, bir çox xalqlar hələ də yadların zülmü altında inləməkdə” idilər. Biz özümüz də 1918-ci ildə istiqlalımızın qələbəsi üçün Ağaoğlulara, Əlibəylərə, Məhəmmədəminlərə, Əli Mərdan bəylərə, Üzeyir bəylərə və daha neçə-neçə amal sahiblərinə borclu deyilikmi?!

Əhməd bəyə “özünə ehtiram tələb etməklə bərabər, başqalarının milli duyğu və düşüncələrinə də hörmət bəsləmək həqiqi millətçi üçün vacib şərtdir” söyləməklə nə qədər haqqlı idi. O,“Difai”ni yaradarkən onun proqramının əsas maddəsinin şərhini belə verirdi: “Firqəmizin məqsədi Qafqaziya xalqları arasında səmimi qardaşlıq və birlik yaratmaqdır”. Amma bu birliyin yaranmasını istəməyən çar hökuməti tarixən bunun əlehinə olub. Çünki xalqların azadlığı və müstəqilliyi ona əl vermirdi.

Çox düz deyirlər ki: “zindanda olana azadlıq, qaranlıqda olana işıq gərəkdir”. Əhməd bəy mübarizə apardığı zaman xalqımız bütövlüklə cahalətin girdabında boğularaq işığa doğru can atırdı...

...İşıqlı günlər nəsibimiz olsun ki, Əhməd bəyin ruhu şad olsun!

Hörmətli gənc oxucu! Çox istərdim ki, Əhməd bəyin “Bakı hadisələri haqqında həqiqət” adlı məqaləsini oxuyasan. Çünki bu məqalə sənə bir daha sübut edəcək ki, ermənilər tarixən sənin xoş gününün-güzaranının əlehinə olublar. Tarixən sənin yurduna göz dikiblər və bunlara nail olmaq üçün hər zaman ən cirkin işlərə, qırğınlara, təğribatlara əl ataraq müsəlman qanını axıtmaqdan həzz alıblar. Ey gənclik dünənini bilməlisən ki, sabahına doğru istiqamət götürə biləsən. Dostunu, daşmənini tanımalısan ki, varlığını qoruyub saxlaya biləsən. Ona görə də bu məqaləni mütləq oxu. Oxu və düşün! Düşün ki, vətənini, xalqını qorumaq üçün hər an hazır olasan.



Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin