Qazmada texnoloji MƏhlullar- qisa konspekt əlavə materialların kitabxanada olan kitablardan istifadə etməli



Yüklə 169,82 Kb.
səhifə10/12
tarix19.05.2023
ölçüsü169,82 Kb.
#117709
1   ...   4   5   6   7   8   9   10   11   12
C fakepathKONSPEKT-QAZMADA TEXNOLOJ M HLULLAR

1,95-2,00

2,10-2,15

2,20

Dizel yanacağı, t

0,55-0,62

0,45-0,50

0,45-0,46

0,42-0,44

0,38-0,40

0,37-0,39

0,35-0,36

2,20

Yüksək oksigenli bitum, t

0,11-0,20

0,09-0,11

0,085

0,02

0,07-0,08

0,07-0,08

0,06-0,07

0,06

Sönmüş əhəng, t

0,25-0,35

0,25-0,30

0,25-0,30

0,23-0,28

0,21-0,23

0,17-0,20

0,15-0,17

0,13-0,15

Barit, t

-

0,22-0,28

0,42-0,45

0,80-0,82

0,90-0,95

1.15-1.30

1,30-1,35

1.37

Sulfanol, %

1.0-1,5

1,0-1,5

1,5-1,7

1,7-2,0

2,0

2,2-2,5

2,5-3,0

3,0

СМАД, %

-

-

-

-

0,5

1,0

1,0-1,2

1.5-2,0

Neft , %

-

-

-

-

1,0-1,5

2,0-3,0

2,0-5,0

2,0-5,0



Silikat qazıma məhlulu. Bu məhlulun əsasını suda həll olmuş maye şüşə təşkil edir. Bu növ məhlullarda gil islanmır. Bu səbəbdən silikat qazıma məhlulları tez şişən və tökülən süxurları qazan zaman istifadə olunur. Silikat – duzlu qazıma məhlulunun tərkibi aşağıdakı kimi olur:
Maye şüşə (məhlulun sıxlığı 1,25 q/sm3), kq......600-700
Gil, kq:
Yüksk kolloidli.........................................................20-40
Orta kolloidli............................................................60-80
Xörək duzu, kq........................................................80-110
Su, l........................................................................300-500

Alınan məhlulun sıxlığı 1,45 q/sm3, normal özlülüyü və aşağı statiki sürüşmə gərginliyi (SSG) olur. Bu növ məhlulun suverməsi böyük olur və onun azaldılması üçün kimyəvi reagentlərdən istifadə etmirlər. Az su verməyə malik olan məhlulun lazım olduğu halda natrium silikatın (3-5%) miqdarını azaltmaq lazımdır və məhlula УШР, KMЦ və s.reagentlər qatışdırılır.




İstiliyə davamlı qazıma məhlul
Quyu lüləsindəki yüksək temperaturun təsirindən qazıma məhlulunda bərpa olunan və bərpa olunmayan dəyişikliklər baş verir. Məhlulun bərpa olunmamasının səbəbi stabilizator – kimyəvi reagentin termiki dağılması və gil hissəciklərinin dispersləşməsi nəticəsində olur. Belə halda suvermənin artması ilə bərabər məhlulun durulaşması baş verir. Temperaturun təsirindən bərpa olunan məhlullar soyudulduqda əvvəlki xüsusiyyətlərini bərpa edir.
Az minerallaşmış və kalili gillərdən hazırlanmış qazıma məhlulları УШР, КССБ, ФХЛС kimyəvi reagentlərlə işlənildikdə 120-1300C temperaturun təsirindən sonra bərpa oluna bilir.
Qazıma məhlullarının istiliyə davamlılığını artırmaq üçün onların tərkibinə 0,2-0,4% xrompik və ya bixromat əlavə etməklə onların 140-1500C mühitində normal işləməsi mümkün olur. Məhlulun tərkibinə bixromatla birlikdə qipan əlavə etməklə onun 2000C temperatrda işlənilməsi mümkün olur.


Kalsiumlu qazıma məhlulu
Kalsiumli qazıma məhlulundan istifadə etməklə quyu lüləsindəki gil və slansların hidrotasiyaya uğrayaraq şişmələrinin qarşısını almaq olur. Qazıma məhluluna kalsium əlavə etməklə kalsiumun kationları şişməyə çox meyilli olan quyu divarlarındakı natrium əsaslı gillərdən natriumu çıxararaq kalsium əsaslı gillər yaradır. Bu səbəbdən quyu divarı möhkəmlənərək şişmir. Nəticədə quyu lüləsində hidratlaşma getmir. Qazıma məhlulunda kalsiumun 15%-li sudakı qatılığında gillərin şişməsi 50%-qədər azalır və qazılan süxurların məhlulda parçalanaraq həll olmasının qarşısı alınır ki, bu da qazıma məhlulunun özlülüyünün artmasına mane olur.
Qazıma məhlulunun filtratında kalsiumun miqdarı 350-1200 mq/litr saxlanıldıqda quyu lüləsində baş verən mürəkkəbləşmələr aradan qaldırılır. Məhlulda kalsium ionlarını (Ca++) artırmaq üçün onun içərisinə gips və yaxud sönmüş əhəng Ca(OH)2 əlavə edilir. Bu qayda ilə hazırlanan qazıma məhlulunun parametrlərini tənzimləmək üçün gipslə bərabər 2% KMЦ və 4% ФХЛС və yaxud KССБ məhlulu əlavə edilir. Gips və yaxud əhəngin yüksək miqdarda məhlula əlavə edilməsi məhlulun özlülük və SSG-ni artırır.



Yüklə 169,82 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin