Aerasiya olunmuş
Emulsiyalı (su neftdə və tərsinə)
Ağırlaşdırılmış
Karbonatlı (təbaşir, əhəng)
Qazılan süxurların mineralları
PH göstəricisinə görə
Yüksək qələvili (>11,5)
Orta qələvili (8,5-11,5)
Zəif qələvili (7,0-8,5)
Neytral (7,0)
Turş (<7,0)
Kimyəvi işlənməsinə görə
Kimyəvi işlənmiş
Kimyəvi işlənməmiş
Hazırlanma qaydasına görə
Süni hazırlanmış
Təbii hazırlanmış (qazılan süxurdan)
Qazıma məhlulu – su Su – az lay təzyiqinə malik dəyanətli gil və digər süxurların qazılmasında istifadə olunur. Suyun özlülüyü və sıxlığı az olduğundan yaxşı süzülmə qabiliyyətinə malik olduğunda süxurların möhkəmliklərini azaldır. Su ilə quyuda yuma aparıldıqda baltanın gedişi 20-30%, qazımanın mexaniki sürəti 20-40% artır, hidravliki itkilər, baltanın sərfi, qazılan 1 metrin dəyəri azalır.
Məhsuldar horizont su ilə qazıldıqda onun tərkibinə səthi-aktiv maddələr (OП-10, sulfanol və s.) əlavə edilir. Sudan istifadə etməklə quyuların qazılamsı əlverişli olduğundan bundan geniş istifadə edilir.