Qaydaları bundan sonra mətndə «Qaydalar»


  SIĞORTA TƏMĠNATINA DAXĠL OLMAYAN ZƏRƏR (ĠSTĠSNALAR)



Yüklə 420,04 Kb.
Pdf görüntüsü
səhifə12/28
tarix02.01.2022
ölçüsü420,04 Kb.
#1448
növüQaydalar
1   ...   8   9   10   11   12   13   14   15   ...   28
5  SIĞORTA TƏMĠNATINA DAXĠL OLMAYAN ZƏRƏR (ĠSTĠSNALAR) 

 

5.5 Bu qaydaların 3-cü maddəsində sadalanan hallar aşağıdakılar nəticəsində baş verərsə, sığorta 



hadisəsi sayılmır: 


Standard  Insurance                                         Səyahət Sığortasının Qaydaları                                                        

P a g e


 

 



 

5.5.1 sığortalının alkoqollu, narkotik və toksik sərxoşluğu; 

5.5.2 nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan Sığorta olunanın hər hansı bir nəqliyyat 

vasitəsini idarə etməsi; 

5.5.3  Sığorta  olunanın  nəqliyyat  vasitəsinin  idarə  edilməsini  spirtli  içkilərin,  narkotik  və  ya 

toksik  maddələrin  təsiri  altında  olan  və  ya  nəqliyyat  vasitəsini  idarə  etmək  hüququ  olmayan 

şəxsə həvalə etməsi; 

5.5.4 Sığorta olunanın bilərəkdən özünə cismani zərər yetirməsi, özünə qəsd etməsi və ya buna 

cəhd göstərməsi; 

5.5.5 epilepsiya xəstəliyi ilə bağlı qıc olma; 

5.5.6 müalicəvi manipulyasiyalar, yatrogen xarakterli xəsarət və zərərlər

5.5.7  müharibə  (elan  edilib-edilməməsindən  asılı  olmayaraq),  vətəndaş  müharibəsi,  hərbi 

əməliyyatlar və onların nəticələri, təcavüz, istila, işğal,  düşmənçilik  aktları, xarici  düşmənlərin 

aksiyaları,  inqilab,  ictimai  iğtişaşlar,  xalq  hərəkatı,  çevriliş,  silahlı  yolla  hakimiyyətin  qəsb 

edilməsi,  xalq  ixtişaşları,  tətil,  üsyan,  qiyam,  kütləvi  həyacanlar,  terror  aktları  və  onların 

nəticələri, sabotaj; 

5.5.8 nüvə partlayışı, radioaktiv və ya digər şüalanmaların təsiri; 

5.5.9 zəlzələ, sel, daşqın və digər təbii fəlakətlər və onların nəticələri, epidemiyalar, karantinlər, 

meteoroloji şərait; 

5.5.10  Sığortalının,  sığorta  olunanın  və/və  ya  maraqlı  üçüncü  şəxslərin  sığorta  hadisəsinin  baş 

verməsinə  yönəldilmiş hərəkətlər qəsdən və ya kobud ehtiyatsızlıqdan törətməsi; 

5.5.11  sığorta  müqaviləsində  başqa  hal  nəzərdə  tutulmayıbsa,  sığorta  olunan  tərəfindən 

törədilmiş  sığorta  hadisəsi  ilə  birbaşa  səbəb–nəticə  əlaqəsində  olan  hüquqa  zidd  hərəkətlər, 

həmçinin Sığorta olunanın cinayət törətməsi və ya buna cəhd göstərməsi

5.5.12  sığorta  müqaviləsində  başqa  hal  nəzərdə  tutulmayıbsa,  peşəkar  pilot  tərəfindən  idarə 

olunan  mülki  aviasiya  təyyarəsində  sərnişin  qismində  uçuşlar  istisna  olmaqla,  sığorta  olunanın 

özü tərəfindən idarə edilən uçuş aparatında uçuş; 

5.5.13 sığorta müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, sığorta olunanın mühərriksiz uçuş 

aparatlarında,  mühərrikli  planerlərdə,  superyüngül  uçuş  aparatlarında  uçuşu  və  həmçinin 

paraşutla tullanması; 

5.5.14  sığorta  müqaviləsində  başqa  hal  nəzərdə  tutulmayıbsa,  Sığorta  olunanın  məşqlərdə  və 

idman yarışlarında iştirakı ilə bağlı hər hansı idman növü ilə məşğul olması; 

5.5.15 Sığorta olunanın hər cür silahlı qüvvələrdə və qruplaşmalarında qulluq etməsi; 

5.5.16  əmək  vəzifələrini  yerinə  yetirərkən  (muzdlu  iş  qörərkən)  Sığorta  olunanın  təhlükəsizlik 

texnikası qaydalarına riayət etməməsi.  

5.5.17  sığorta  müqaviləsində  başqa  hal  nəzərdə  tutulmayıbsa,  Sığorta  olunanın  təhlükəli 

fəaliyyət növləri (o cümlədən, peşəkar  avtomobil nəqliyyatı sürücüsü, dağ mədənçisi, inşaatçı, 

elektrik quraşdırıcısı qismində) ilə məşğul olması; 

5.5.18 Sığortalının müalicə almaq məqsədi ilə həyata keçirilən səfəri. 

5.6  Tərəflərin  Sığorta  müqaviləsinə  əks  etdirilmiş  əlavə  razılığına  əsasən  5.5.7,  5.5.12-5.5.15, 

5.5.17 və 5.5.18-ci bəndlərində göstərilən hadisələr Sığortaçı tərəfindən müəyyən edilmiş artırıcı 

əmsallar tətbiq olunmaqla  sığorta hadisəsi kimi tanına bilər.  

5.7  Sığortaçı  səfərin  məqsədi  olan  müalicə  xərclərini  və  həmçinin  bu  müalicə  ilə  əlaqədər 

Sığortalının səhhətinin pisləşməsi və ölümü ilə bağlı xərcləri (o cümlədən repatriasiya xərclərini) 

heç bir halda ödəmir. 

 


Yüklə 420,04 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin