Qaydaları bundan sonra mətndə «Qaydalar»


  Hava nəqliyyatı vasitəsinin reysinin ləngiməsi üzrə təminat



Yüklə 420,04 Kb.
Pdf görüntüsü
səhifə8/28
tarix02.01.2022
ölçüsü420,04 Kb.
#1448
növüQaydalar
1   ...   4   5   6   7   8   9   10   11   ...   28
4.4.   Hava nəqliyyatı vasitəsinin reysinin ləngiməsi üzrə təminat 

 

  Hazırkı  bölmənin  şərtlərinə  müvafiq  olaraq  Sığorta  olunanın  xarici  ölkəyə  səfər  etdiyi,  orada 

olduğu  və  ya  oradan  qayıtdığı  müddət  ərzində  istifadə  edəcəyi  hava  nəqliyyatı  vasitəsinin 

reysinin ləngiməsi üzrə sığorta təminatı verilir. 



 

4.4.1  Sığorta obyekti 

 

  Bu Qaydaların hazırkı bölməsinə müvafiq olaraq sığorta obyekti Sığorta olunanın xarici ölkəyə 



səfər etdiyi, orada olduğu və ya oradan qayıtdığı müddət ərzində istifadə edəcəyi hava nəqliyyatı 

vasitəsinin reysinin ləngiməsi ilə əlaqədar çəkdiyi xərclərinin əvəzinin ödənilməsi ilə bağlı olan, 

Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan əmlak mənafeləridir. 

 



Standard  Insurance                                         Səyahət Sığortasının Qaydaları                                                        

P a g e


 

 



 

4.4.2   Sığorta hadisəsi 

 

  Bu Qaydaların hazırkı bölməsinə müvafiq olaraq sığorta hadisəsi sığorta müddəti ərzində hava 



nəqliyyatı  vasitəsinin  reysinin  aşağıda  göstərilənlərin  nəticəsində  3  saatdan  çox  olan  müddətə 

ləngiməsi hadisəsidir: 

 

hava şəraitinin təsiri 



 

nəqliyyat şirkətinin və ya hava limanının işçilərinin tətil elan etməsi 



 

nəqliyyat  şirkətinin  təqsiri  üzündən,  o  cümlədən  nəqliyyat  vasitəsinin  texniki 



nasazlığı 

 



xarici  dövlətin  hökümət  orqanlarının,  yerli  özünüidarəetmə  orqanlarının,  hərbi 

qüvvələrinin, və yaxud siyasi təşkilatlarının siyasi və digər tədbirlərin görməsi 

 

 xarici dövlətin ərazisində baş verən ictimai ixtişaşlar. 



 

4.4.3  Sığorta məbləği və sığorta ödənişinin həyata keçirilməsi qaydası 

 

4.4.3.1  Sığorta  müqaviləsində  başqa  hal  nəzərdə  tutulmayıbsa,  hazırkı  bölmə  üzrə  Sığortaçının 



məsuliyyətinin maksimal limiti hər hadisə və sığorta müddəti ərzində baş verən bütün hadisələr 

üzrə, Sığortalının seçdiyi sığorta təminatının valyutasından asılı olaraq, cəmi 500 ABŞ dolları və 

ya 500 Avro məbləğini təşkil edir və sığorta ödənişi 3 saatdan çox olan ləngimənin hər saatına 

görə 15 ABŞ dolları və ya 15 Avro məbləğinin ödənilməsi yolu ilə həyata keçirilir (birinci 3 saat 

istisna olmaqla). 

4.4.3.2  Bu  Qaydaların  hazırkı  bölməsi  üzrə  sığorta  təminatı  Sığorta  olunan  əldə  etdiyi  biletin 

şərtlərinin tələblərinə müvafiq olaraq reysə qeydiyyatdan keçdikdən sonra qüvvəyə minir. 

4.4.3.3  Sığorta  ödənişi  yalnız  Sığorta  olunananın  nəqliyyat  şirkəti  və  ya  onun  nümayəndəsi 

(agenti)  tərəfindən  verilmiş,  ləngimənin  müddətini  və  səbəblərini  təsdiq  edən  sənədi(ləri) 

Sığortaçıya təqdim etməsi şərti ilə verilir. 

 


Yüklə 420,04 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin