Qasim haciyev


IV FƏSİL     BƏRDƏNİN MADDİ



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə8/12
tarix03.02.2017
ölçüsü1,62 Mb.
#7295
1   ...   4   5   6   7   8   9   10   11   12

IV FƏSİL 
 
 BƏRDƏNİN MADDİ  
VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİ 
 
 
4.1. Maddi mədəniyyət.  
 
Tarixi tədqiqatların  əsas vəzifələrindən biri xalqın maddi 
və  mənəvi nailiyyətlərinin öyrənilməsidir. Yuxarıda qeyd et-
diyimiz kimi, qədim Kür-Araz mədəniyyətinin bünövrəsi 
üzərində inkişaf etmiş yaşayışın yüksək səviyyəli nəticələri, 
inkişaf nəticəsində yaranmış  sənətkarlıq sahələri və insanların 
yaratdığı maddi mədəniyyət nümunələri – memarlıq abidələri, 
məişət qurğuları, alət və avdanlıqları  Bərdənin maddi 
mədəniyyət tarixinin faktiki  əsasdır (54, s.263-304; 322, s.7-
21). 
Mənbələrdə adı çəkilən ilk orta əsr tikililərinin heç birinin 
dövrümüzə qədər gəlib çatmaması təəssüf doğurur. Lakin az-çox 
məlum olan yazılı  mənbə materialları, arxeoloji qazıntılarla 
öyrənilən qala və digər tikinti bünövrələri və tikinti materialları, 
həmçinin öz formasını xeyli dərəcədə saxlamış orta əsrlərə aid 
yerüstü abidələr mədəniyyət tarixinin öyrənilməsində mühüm 
əhəmiyyət kəsb edir (53; 109; 154, s.55-85; 234, s.277; 235, 
s.14; 271, s.41; 322, s.3-25; 325, s.112; 346). 

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
157
Qeyd etmək lazımdır ki, qazıntı təbəqələrindən çoxlu miq-
darda müxtəlif növ tikinti materialları – müxtəlif ölçülərdə 
bişmiş kərpic (149; 150; 151; 322) və kirəmit (dam örtüyü) (56; 
152; 325) tapılmışdır. Bərdədə vaxtilə xüsusi tikinti materialları 
istehsal edən sənət ocaqları  şəhərin tikinti-memarlıq cəhətdən 
inkişaf etməsinə səbəb olmuşdur (149; 150; 151; 322). 
Maddi mədəniyyətin  əsas amillərindən biri şəhərsalma 
mədəniyyəti – şəhərin bünövrəsinin qoyulması  və tikinti-
quruculuq işləridir. Yazılı mənbələrdə Bərdə şəhərinin salınması 
və  bərpası haqqında müəyyən qədər məlumat varsa (136, k.1, 
f.8; 8; 126; 173; 267; 373, s.116) da, onlar şəhərin tarixini 
hərtərəfli və kompleks şəkildə öyrənməyə imkan vermir. 
Yuxarıda bəhs etdiyimiz arxeoloji materiallar Bərdənin qədim 
və erkən orta əsrlər dövründəki şəhər həyatını, daha dəqiq desək, 
şəhərlilərin ictimai mühitini, məişət  şəraitini  əks etdirirsə, 
tikintilər qədim və erkən orta əsr  şəhərlərinin  şəhərsalma 
xüsusiyyətlərinin, tarixi dövrünün öyrənilməsində mühüm rol 
oynayır. 
Arxeoloji qazıntılar zamanı  aşkar edilmiş maddi nümu-
nələr müəyyən dövrlərdə  Bərdənin mədəniyyəti və incəsənəti 
haqqında fikir söyləməyə imkan verir. Həmin nümunələr həm 
sənətkarlıq məhsulları, həm də incəsənət nümunələri kimi Bərdə 
əhalisinin maddi və mənəvi mədəniyyəti baxımından mənbə ro-
lunu oynayır (9; 54; 149; 150; 151; 152; 154; 234; 242; 322; 
324; 325). 
Arxeoloji qazıntılar zamanı  aşkar edilmiş daşdan ibarət 
olan tikinti materialları daha böyük maraq doğurur. Aşağı 
hissələri kvadrat, yuxarısı isə dairəvi və köbərli quruluşlu, 
müəyyən həndəsi və  nəbati təsvirli naxışı olan daş sütun 
altlıqları, üzərində qazma üsulu ilə  həndəsi və  nəbati naxışlar 
vurulmuş kapitellər (sütun başlıqları) antik və ilk orta əsrlərə aid 
olan mədəni təbəqədən aşkar edilmiş  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
158
nümunələr olub, şəhərin qədim tikinti mədəniyyəti haqqında fi-
kir söyləməyə imkan verir (9; 149; 322). Həmin kapitellərdən 
biri oricinallığı ilə daha çox seçilir. O, kvadrat şəkillidir, üst 
hissəsində qoç başı təsvir edilmişdir (321; 322). 
Həmin tikinti materialları qazıntı  təbəqəsinin müxtəlif 
dərinliklərindən tapılmış, hər birinin dövrü  həm qazıntının stra-
tiqrafik təbəqələrinə, həm də numizmatik əşyalara  əsasən 
müəyyənləşdirilmişdir (149; 150; 151). Bərdədən aşkar edilmiş 
həmin kapitel və sütun altlıqlarının oxşarları digər  şəhər tipli 
arxeoloji abidələrdən də tapılmışdır. Onların antik dövr şəhər 
tikintilərinin  əsas atributlarından biri olduğu qeyd edilmişdir 
(206). 
1970-ci ildə Bərdə şəhərində aparılmış arxeoloji qazıntılar 
zamanı uzunluğu 11 metr, eni 6 metr olan, içəri hissəsində 
sütunları daş  və  kərpiclə tikilmiş, qalın divarlı  məbəd aşkar 
edilmişdir ki, həmin məbəd həm tikinti üslubuna, həm də 
dövrünə görə maraq doğurur. Arxeoloqların fikrincə, həmin 
məbəd VIII əsrə qədər yaxşı vəziyyətdə olmuş, vaxtilə içərisində 
yanğın baş verdiyindən qismən dağılmışdır (226). Həmin abidə 
M.Kalankatlının «Albaniya tarixi»ndə» qeyd etdiyi, Cavanşirin 
Bərdədə iki il müddətinə (tikdirdiyi) məbəd ola bilərdi (136, k.2, 
f.26; 15, s.111). 
Həmin məbədin oxşarları Azərbaycanın digər şəhərlərində 
də  aşkar edilmişdir ki, bunlar da dövrün ictimai tikililəri 
haqqında bəzi ümumi nəticələr çıxarmağa imkan verir (50; 172; 
235; 236). Tədqiqatlar göstərir ki, xristianlığın Albaniyada rəsmi 
dövlət dini kimi qəbul edildiyi vaxtdan (IV əsrin  əvvəlləri) 
etibarən məişət arxitekturası  cəhətdən yeni formalar meydana 
çıxmışdır. IV-VII əsrlər tikinti mədəniyyəti xristian arxitekturası 
tipində yaradılmışdır (107; 236; 299). Xristian abidələri ilə indi 
«Ermənistan»  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
159
adlandırılan  ərazinin xristian abidələrinin oxşarlığından istifadə 
edən bir çox erməni «tarixçiləri» (uzun müddət Sovetlər 
dövründəki xristian tərəfkeşliyindən istifadə edərək) bütün Al-
ban xristian abidələrini «erməni abidələri» kimi qələmə verməyə 
çalışmış, hətta, guya qədim mənbələrdən istifadə edərək, Kür və 
Araz çayları arasındakı  ərazilərə aid «özəlləşdirmə» 
konsepsiyası yaratmış və bu ərazilərin «əzəli erməni torpaqları» 
olduğunu «sübut etməyə» çalışmışlar (təəssüf ki, indi əli qələm 
tutan hər bir erməni təbliğatçısı Qarabağın hər bir qarşına, 
daşına, ağacına o qədər uydurmalar yazıblar ki, onların adlarını 
belə burada sadalamağa lüzum yoxdur). Halbuki ermənilər 
nəinki Kür-Araz ovalığında, hətta Qafqazda belə, heç vaxt  
kompakt  şəkildə  məskun olmamışlar. Ona görə  də onların 
yaratdıqları «tarixi»in uydurma olmasına heç bir şübhə yoxdur. 
Azərbaycanın tarixi torpaqları olan Albaniya ərazisində 
meydana çıxmış  şəhərlər də Azərbaycana və onun yerli 
sakinlərinə  məxsus olmuş, antik dövrdə bütpərəstlik və 
atəşpərəstlik, ilk orta əsrin  əvvəlki yüzilliklərində xristianlıq 
dövrünə uyğun olan memarlıq üslublarında tikililər 
yaradılmışdır (51, s.83; 236, s.164; 297, s.8). 
Bərdə  şəhərinin  ərazisində  və  ətraflarında, o cümlədən 
«Şortəpə» abidəsində müxtəlif vaxtlarda (9; 149; 150; 151; 152; 
242; 322; 324; 325) aparılmış arxeoloji qazıntılar zamanı aşkar 
edilmiş maddi mədəniyyət qalıqları – üzərində həndəsi və nəbati 
təsvirlər olan şirli saxsı qablar, metal və  şüşə  əşyalar, müxtəlif 
materialdan düzəldilmiş qliptik, torevtik məmulat bu cəhətdən 
böyük əhəmiyyətə malikdir (242; 322, s.4-25; 324; 325). Həmin 
materiallar içərisində  bədii tərtibatı ilə diqqəti cəlb edən 
nümunələr vardır. Onlardan biri, üzərində musiqi aləti və çalğıçı 
qadın təsviri olan piyalədir ki, onun antik dövrə aid olduğu bildi-
rilir  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
160
(242,  şək.2). Küp qəbirdən aşkar edilmiş  qızıl, gümüş, mis və 
şüşə  bəzək  əşyaları, həmin  əşyalarla birlikdə tapılmış kiçik 
qadın heykəli də maraqlı nümunələrdir (96). Antik dövr 
təbəqəsindən aşkar edilmiş, qadın sifətinin incə cizgiləri və 
saçının yüksək zövq və ustalıqla həkk olunmuş heykəlcikdən 
bəzək əşyası və bəlkə də dini inam rəmzi kimi istifadə edildiyi 
güman olunur. M.M.Hüseynov hətta, həmin təsviri Nizami 
Gəncəvinin bədii qəhrəmanı olan Bərdə hökmdarına bənzədərək 
«İlahə Nüşabə» adlandırmışdır (96). 
Bundan başqa, Bərdənin qazıntı  təbəqələrindən üzərində 
yazı  və xüsusi işarələr olan daş bütlər aşkar edilmişdir ki, 
onların müxtəlif dövrlərə  və müxtəlif ölçülərə aid olması, 
mənsubiyyəti və  şəhərlilərin ictimai həyatında yeri barədə 
tədqiqatçılar tərəfindən  ətraflı  məlumat verilmişdir (235; 321; 
322). Həmin bütlərin antik və ilk orta əsrlər dövründə daha çox 
yayıldığı da məlumdur (235). 
Bərdənin müxtəlif yerlərində aparılmış qazıntı  işləri 
zamanı xeyli kirkirə (56; 155; 322), su dəyirmanı daşları (155) 
və digər daş alətlər (9; 149; 150; 151) aşkar edilmişdir ki, bu 
nümunələr həmin dövr üçün səciyyəvi ictimai və məişət əşyaları 
olmaqla, tarix üçün maddi mədəniyyət materiallarıdır. 
Bərdədən arxeoloji qazıntılar zamanı  aşkar edilmiş çoxlu 
miqdarda, müxtəlif formalı gil və metal çıraqlar içərisində yu-
mru gövdəli, üzəri naxışlı, üç ayaqlı gil şamdanlar böyük maraq 
doğurur (234). 
Bundan 
əlavə, həmin qazıntı sahəsinin bütün 
təbəqələrindən müxtəlif ölçülü təndirlər, ocaqlar və digər məişət 
qurğuları aşkar edilmişdir (9; 149; 150; 151; 152; 154; 322). 
Arxeoloji qazıntı  işləri ilə  əlaqədar olaraq, aşkar edilmiş 
qəbir abidələrinin tədqiqi göstərir ki, Bərdədə müxtəlif formalı 
dəfn adətləri də mövcud olmuşdur. Bunu  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
161
Bərdə ərazisində tapılmış küp (35; 96; 242; 325), daş qutu (144; 
234) və torpaq qəbirlər sübut edir (9; 149, s.8). 
Beləliklə, Bərdədən aşkar edilmiş hər bir arxeoloji materi-
al, başqa sözlə maddi mədəniyyət nümunəsi olan irili-xırdalı 
bütün  əşyalar – tikinti materialları, məişət  əşyaları, süfrə qab-
qacaqları, bəzək əşyaları hər biri həm özünün istehsal olunması 
baxımından, həm də onların üzərindəki müxtəlif qliptik, teoref-
tik təsvirlərin, naxışların həkk olunması baxımından bərdəlilərin 
həyatında özünə yer tutan qədim mədəniyyətin xarakterik 
cəhətləri, səviyyəsi, inkişaf xüsusiyyətlərinin təcəssümüdür. 
VIII  əsrdən etibarən orta əsrlərə aid olan xristian tipli ti-
kinti üslubunun inkişafı dayanmış,  şəhərin plan quruluşu və 
evlərin xarici görünüşü müsəlman dünyasının yeni şəhərsalma 
üslublarına uyğun olaraq davam etdirilmişdir (215, s. 16). 
Müsəlmanlıq dövrünün, islam dininin tələblərinə uyğun 
olan yeni tipli tikintilərin meydana çıxması əvvəllər formalaşmış 
memarlıq ənənələrinin inkişaf etməsinə maneçilik törətməmişdir 
(3, s.18;  27, s.8; 296, s.62). 
IX  əsrdə  Bərdədə  əzəmətli memarlıq kompleksləri – icti-
mai, dini və yaşayış tikililəri yaradılmış və o, möhtəşəm şəhərə 
çevrilmişdir. Bunu həm yazılı mənbələr, həm də arxeoloji mate-
riallar sübut edir (154; 8; 149; 150; 151; 173; 322). Bərdə 
şəhərində  aparılmış arxeoloji qazıntılar zamanı  aşkar edilmiş 
müxtəlif növlü və formalı  əşyalar orta əsrlər dövrünün maddi 
mədəniyyətini bir daha səciyyələndirir (136; 309; 322). Bərdədə 
aparılmış arxeoloji tədqiqatlar zamanı  aşkar edilmiş bir və 
ikimərtəbəli binanın (322, s.12) və çoxotaqlı bina 
komlekslərinin bünövrələri (322, s.9, 12-13), üzəri naxışlı 
kapitellər (322, s.18-20), daş sütun altlıqları (322, s.18), bişmiş 
kərpiclə döşənmiş küçə (322, s.5), tünglərlə çəkilmiş su təchizatı 
xətti (322, s.5), şirli və  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
162
şirsiz dulus, metal və  şüşə  məmulatları, bəzək  əşyaları, daş 
bütlər (235; 322, s.20) və s. orta əsr Bərdəsinin maddi 
mədəniyyət nümunələridir (149; 150; 151; 152; 154; 322). 
Bərdədə IX-XI əsrlərə aid olan təbəqədən bişmiş kərpic və  
saxsı tünglərlə inşa edilmiş su təchizatı xətti də memarlıq sənəti 
incəliyi ilə yaradılmış qurğulardır.  İçərisi və yanları bişmiş 
kərpiclə hörülmüş  həmin su xətti planlı bölgülərlə xüsusi 
suayırıcı və sudurulducu hovuzlarla təchiz edilmişdir (280; 322). 
Bərdədə arxeoloji abidələrlə yanaşı, dövrümüzə  qədər öz 
quruluşunu saxlamış yerüstü tarixi abidələr də mövcuddur ki, 
bunların da əksəriyyəti X əsrdən sonrakı dövrə aiddir. Tərtər 
çayı üzərindəki körpülər, «Bərdə» türbəsi, «Axsadan baba» 
türbəsi, «İmamzadə» məscid kompleksi, şəhərin orta əsrlərin 
memarlıq üslublarını özündə əks etdirən mədəniyyət abidələridir 
(107; 116; 227; 322; 329). 
Həmin abidələr N.Xanıkov (329), B.Dorn (256), 
V.Sısoyev tərəfindən qeydə alınmış (355), Y.İ.Paxomov (329; 
330), son dövrlərdə isə M.S.Nemətova (139), A.B.Nuriyev 
(322),  Ə.ŞHaqverdiyev (90), Q.Ə.Hacıyev (54), tərəfindən 
tədqiq və təsvir edilmişdir. Bərdənin yerüstü abidələri haqqında 
məqalələr və kitablar nəşr edilmiş, həmin abidələrin ümumi 
görünüşləri  şəkillər vasitəsilə oxuculara təqdim olunmuşdur 
(136; 322; 329). 
Həmin abidələr içərisində daha çox maraq doğuranı 1322-
ci ildə Əhməd ibn-Əyyub əl-Hafiz Naxçıvani tərəfindən tikilmiş 
Bərdə türbəsidir. 
Arran memarlıq məktəbinin xüsusiyyətlərini özündə b-
irləşdirən həmin türbə, orta əsrlər dövründə yerli tikinti 
mədəniyyəti ilə  bərabər, Bərdənin Naxçıvan kimi qədim 
mədəniyyət və incəsənət mərkəzi ilə  əlaqəsini də özündə  əks 
etdirir (54; 136; 261; 271; 322; 329). 

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
163
Abidə yeraltı  sərdabədən, bayır diametri 10 m., 
hündürlüyü 13,5 m., dairəvi, silindirşəkilli gövdədən ibarət, üst 
hissəsində konusvari künbəzi olan məqbərədir. 
Müxtəlif daş  və  kərpiclərlə naxış vurulmuş  məqbərənin 
divarlarının yuxarı hissəsində 35 sm enində, üzəri kufi xətti ilə 
yazılmış  kəmərşəkilli zolaq vardır. Həmin yazı bişmiş  kərpiclə 
tikilmiş «Allah» sözünün təkrarıdır (329). Təəssüf ki, qopub 
töküldüyüdən həmin yazıların lap az bir hissəsi qalmışdır. 
Y.İ.Paxomov XX əsrin  əvvəllərində abidənin həm xaricində, 
həm də daxilində  həkk edilmiş  həmin yazıları  oxumuş  və 
izahını vermişdir (329). 
Bərdənin abidələri xalqın adət-ənənələrini, maddi, mənəvi 
həyatını  əks etdirən tikililərdir. Son dövrlərdə xeyirxah 
adamların təşəbbüsü ilə  həmin abidələr qismən bərpa edilmiş, 
ətrafları abadlaşdırılmış,  əsl ziyarətgaha, mədəni-kütləvi 
tədbirlər məskəninə çevrilmişdir. Belə tarixi əhəmiyyətli 
abidələrin qorunub saxlanması, təbliğ edilməsi vətəninin tarixi 
ilə fəxr edən hər bir insanın mənəvi borcudur. 
Yeri gəlmişkən, Bərdə  şəhərində yaxın vaxtlaradək öz 
quruluşunu müəyyən qədər saxlamış, lakin sonralar tamamilə 
dağılmış «Torpaq qala» haqqında məlumat vermək yerinə 
düşərdi. O, xalq arasında «Nüşabə qalası» kimi tanınmışdır. Çiy 
kərpic və çay daşları ilə tikilmiş, enli divarlı bu qala düz kvadrat 
şəkilli, tərəfləri 115 metr olub, şərqə doğru 25 dərəcə meylli 
şəkildə tikilmişdir. Qalanın 4-5 m hündürlükdə divarı, divarların 
küncləri və ortalarında divar ilə eyni hündürlükdə, daxili diame-
tri 9,5 m olan fasadlar – dairəvi yarımbürclərləri olmuşdur. Qapı 
cənub-qərb divarının bürcündə yerləşirdi. Tədqiqat aparılmadan 
həmin qalanı son dövrlərə aid edən müəlliflərdən (B.Dorn, 
V.Sısoev, Y.Paxomov) (256; 329; 355) fərqli olaraq, XX əsrin  
70-ci illərində həmin qalada arxeoloji qazıntı işləri  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
164
aparmış arxeoloqlar (R.B.Göyüşov, A.B.Nuriyev) qala 
divarlarının bünövrəsinin ilk orta əsrlərdən  əvvəl qoyulduğunu 
bildirirlər. Həmin qapıların qarşısında, təxminən 15 metr aralıda 
ayrıca türbə tikilmişdir ki, həmin türbə yuxarıda bəhs etdiyimiz 
(XIV  əsr),  Əhməd ibn Əyyub  əl-Hafiz Naçıvani tərəfindən 
tikilmiş «Bərdə» məqbərəsidir (329,s.86). Türbənin qaladan çox 
sonralar tikildiyi şübhəsizdir (234). 
Orta  əsrlərdə  Tərtər çayı üzərində tikilmiş  körpülər də 
dövrünün qiymətli tikilisi, Bərdənin memarlıq, başqa sözlə 
mədəniyyət abidəsidir. Körpülərdən biri 15 tağlıdır (X-XI əsrlər) 
və xalq arasında «Qarı körpüsü» adlandırılır. Təəssüf ki, həmin 
körpünün xeyli hissəsi tamamilə dağılmışdır. Digər körpü isə 
Tərtər çayının nisbətən dar hissəsində salınmış 12 tağlı (XIII-
XIV əsrdə tikilmiş) körpüdür (54; 90; 261). 
Bundan  əlavə, Bərdə  şəhərinin bir çox yerlərində yalnız 
bünövrəsi və müəyyən hissələri salamat qalmış xeyli abidə  də 
qeydə alınmışdır ki, onlar da dəyərli maddi-mədəniyyət 
nümunələridir (3; 261; 321; 322). «Axsadan baba» türbəsi, 
«Güloğullar» türbəsi  bu qəbildəndir. 
Bərdə XIX əsrin əvvəllərində ətraf yaşayış məntəqələrinin 
əhalisinin dini mərasimlər keçirdiyi mərkəzə çevrilmişdi. Dini 
sitayiş məqsədli tikililər müxtəlif səbəblərdən dağılsa da onların 
salamat qalanları ziyarətgah kimi fəaliyyət göstərirdi. Həmin 
tikintilər indi də mühavizə olunmaqdadır. Bu abidələrdən biri 
XIX  əsrdə (1868-ci il) Kərbəlayi Səfxan Qarabaği tərəfindən 
tikilmiş qoşa minarəli  Şeyx  İbrahimin «İmamzadə» məscididir. 
Qeyd etmək lazımdır ki, Bərdə  şəhərindəki bir kümbəzli dörd 
minarəli həmin məscid müəyyən xüsusiyyətlərinə görə  Şimali 
Azərbaycanda nadir məscid kompleksidir. Bu məscid 
Buxaradakı «Çar minar» adlı abidə ilə, həmçinin  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
165
Kərbəlayi Səfxanın XIX əsrin sonlarında tikdiyi Ağdam Cümə 
məscidi ilə də oxşarlıq təşkil edir (110). Bişmiş kərpiclə yüksək 
memarlıq üslubunda tikilmiş, «Məscid  İmamzadə», «Bərdə 
İmamzadə  məscidi», «İmamzadə  İbrahim» adlandırılan bu 
məscid indi də dini mərasimlərin keçirildiyi mərkəz, həmçinin 
qiymətli tarix və mədəniyyət abidəsidir. 
Bərdədə yerləşən Bəhmən Mirzə türbəsi də XIX əsrə 
məxsus abidədir. Bəhmən Mirzə 1811-ci ildə anadan olmuş, 
müxtəlif ölkələrdə yüksək təhsil almış  və yaradıcılıqla məşğul 
olmuşdur. Onun «Şükürnameyi-Şahənşah» və «Təzkireyi-
Məhəmmədşah əsərləri məlumdur. Bəhmən Mirzə Bəhaüddövlə 
(1811-1884) Fətəli şahın (Babaxanın) nəvəsi, naibüssəltənə Ab-
bas Mirzənin isə oğlu idi. O, 1834-cü ildə Tehran, 1835-ci ildə 
Əcəmi-İraq, 1836-cı ildə Kaşan, 1841-ci ildə Yəzd, 1842-ci ildə 
Azərbaycan əyalətinin hakimi olmuşdur. 1848-ci ildə İranda baş 
vermiş saray fitnə-fəsadı onun rus  səfarətxanasına pənah 
aparması ilə nəticələnmişdi. 
O,  İranda, Rusiyada və Gürcüstanda (Tiflisdə) yaşamış, 
Şimali Azərbaycana köçərək  əvvəl Bərdədə, sonra Şuşada bir 
müddət yaşadıqdan sonra – 1884-cü ildə  vəfat etmiş, öz 
vəsiyyətinə görə özü sağ ikən Bərdədə «İmamzadə» məscidinin 
yaxınlığında tikdirdiyi məqbərədə dəfn edilmişdir (155; 167). 
Şəhərdə gündəlik tələbat malları  və  kənd təsərrüfatı 
məhsullarının ticarəti ilə bağlı gündəlik bazarlardan başqa 
«həftəbazarı», yəni həftənin bir günü fəaliyyət göstərən bazarın 
təşkili səciyyəvi hal almışdı. Bunlar müxtəlif  əmtəələrin, eləcə 
də bütün növlərdən olan mal-qara və davarların, minik və qoşqu 
heyvanlarının alınıb-satıldığı iri «mal bazarı» adlanan bazardan 
ibarət olmuşdur. Bərdə  təbii-coğrafi cəhətdən  əlverişli  ərazidə 
təsərrüfatın güclü  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
166
inkişafı  zəminində inkişaf etmiş, eyni zamanda sıx ticarət 
əlaqələrinə malik olmuş  və  sənətkarlıq mərkəzi kimi də 
məşhurlaşmışdır. Bərdədən arxeoloji qazıntı  işləri zamanı 
müxtəlif ölkələrin pullarlı, eləcə  də  Şuşada XVIII-XIX əsrin 
əvvəlində kəsilmiş gümüş pullar da aşkar edilmişdir. 
Azərbaycanın Qarabağ bölgəsi XIX əsrdə xalçaçılığın 
mərkəzlərindən biri idi. Rəng çalarları və naxışlarının orcinallığı 
ilə seçilən, bədii və texnoloyi xüsusiyyətlərinə görə üstün olan 
Qarabağ xalça növünün bu gün də dünya şöhrətli olması həmin 
mədəniyyət ənənəsinin öz təsirini saxlaması ilə şərtlənir. 
XVIII-XIX əsrdə Bərdədə palaz, kilim və xalı toxuculuğu 
xüsusi yer tutmuşdur. Bərdənin maddi mədəniyyətini əks etdirən 
dekarativ incəsənət növləri arasında aparıcı yer tutan xalçaçılıq 
məhsulları – xovlu (xalça, xalı, gəbə) və xovsuz (palaz, kilim, 
cecim, sumağı, zili) xalçalar geniş yayılmışdır. Bərdədənın xov-
lu xalçaları naxışlarının incəliyi və  rənglərin zənginliyi ilə 
fərqlənirdi. Qarabağda toxunmuş suyetli kompazisiyalı xovsuz 
xalçalar Azərbaycan xalçalarının ən gözəl nümunələrindəndir. 
Bərdə xalçaları öz şöhrətini günümüzədək saxlamışdır. 
Qarabağ qrupuna daxil olan Ağcabədi,  Şuşa Cəbrayıl xalçaları 
ilə bərabər Bərdə xalçaları adları və naxışları ilə seçilir. 
Bərdədə xalçaçılıq sənətinin  ənənələri bu gün də davam 
etdirilməkdədir. Xalq arasında yayılmış  xırda  əl toxuculuq 
sənəti də mövcud olmuşdur k, bu barədə etnoqrafik tədqiqatlarla 
ətraflı məlumat vermək olar. 
Tədqiqat nəticələri göstərir ki, Bərdə  şəhərinin maddi 
mədəniyyəti qədim və  zəngin  əsaslara söykənir. Qaynaqlarda 
göstərilmiş, arxeoloji qazıntılar vasitəsi ilə tədqiq edilmiş və et-
noqrafik cəhətdən öyrənilmiş maddi mədəniyyət  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
167
şəhərin ümumi tarixinin mühüm bir sahəsinin öyrənilməsini 
təmin edir. 
Beləliklə, tədqiqat Bərdəni qədim maddi mədəniyyət 
üzərində meydana gəlib formalaşmış, antik, ilk və inkişaf etmiş 
orta  əsrlər dövründə müəyyən inkişaf yolu keçmiş,  şəhər 
mədəniyyətinin mühüm xüsusiyyətlərini – şəhərsalma 
mədəniyyətini,  şəhər  əhalisinin  məişət səviyyəsini, sənət 
növlərinin yaranması  və genişlənməsini, incəsənət və 
mədəniyyətin  əlaqəli  şəkildə inkişaf prosesini özündə  əks 
etdirən şəhər kimi göstərir. 
 
 
4.2. Mənəvi  mədəniyyət. 
 
Tədqiqatlar göstərir ki, Albaniya dövlətinin mövcud 
olduğu dövrdə alban əlifbası, alban yazısı kimi mənəvi 
mədəniyyət abidələri yaranmışdır. Zaman-zaman müxtəlif 
maneçlərin törənməsinə, müxtəlif ünsürlər tərəfindən böhtanlar 
atılmasına baxmayaraq həmin abidələr xalqımızın tarixi 
abidələri olaraq mənsub olduğu xalqın adı ilə bağlı  şəkildə 
xatırlanmaqdadır. Erməni mənbələri üzrə  tədqiqatçı alim, 
albanşünas Tofiq Məmmədov qeyd edir ki, yazılı mənbələr Qaf-
qaz Albaniyasının dili və yazısı haqqında şübhə edilməz sübut-
lar saxlamışdır (296, s.100). Tarixçi alim əlavə edir ki, «V əsrin 
başlanğıcında, Alban çarı Arsvagenin hakimiyyəti dövründə al-
ban əlifbası yazıda işlənməyə başladı» (296, s.100). Göründüyü 
kimi, bu mənəvi mədəniyyət abidələrinin yaranması və istifadə 
edilməsi Bərdə  şəhərinin, Albaniyanın məlum müddətdə 
paytaxtı olması ilə  əlaqədar olaraq, mədəni həyatı ilə bağlı 
olmuşdur. Albaniya dövlətinin ictimai-siyasi tarixində xüsusi 
yeri olan hökmdarlar (II Vaçe, III Vaçaqan, katolikos Viro, 
hökümdar Cavanşir) həm dini, həm də dünyəvi biliklərin  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
168
inkişafına xidmət edən tədbirlər həyata keçirməklə, Bərdə 
şəhərinin elm, təhsil, mədəniyyət mərkəzi kimi formalaşmasında 
böyük xidmətlər göstərmişlər (136; 236; 296; 313; 352). V əsrdə 
Alban hökmdarları  əyan uşaqlarına təhsil vermək, bilik 
öyrətmək üçün məktəblər açmışdılar (136; 223; 15, s. 57; 313). 
Mənbədə göstərilir ki, III Vaçaqan (487-510) təhsil vermək üçün 
müəllimlər topladı, kahinlərin və digər təbəqədən olanların 
uşaqlarını  həmin məktəblərə  cəlb etdirdi (136, k.1, f.25; 296, 
s.100). 
M.Kalankatlı  Bərdədə yaradılmış  məktəblər və  təhsil 
şəraiti haqqında maraqlı  məlumat verərək yazır ki, «Vaçaqan 
əmr etdi ki, cadugərlərin, sehrbazların, bütpərəst kahinlərin, 
ağlayanların uşaqlarını yığıb məktəbə göndərsinlər və orada on-
lara dini ayinləri öyrətsinlər. O, oğlan uşaqlarına  əmr etdi ki, 
hamı birlikdə onun Rustak kəndinə toplansın, onlar üçün təqaüd 
ayırıb məktəb müdiri təyin etdi və xristianlığı öyrənməyi onlara 
əmr etdi. O, kəndlərə gələndə, tez-tez məktəblərə gedər, sehrbaz 
və bütpərəst kahinlərin uşaqlarını öz ətrafına toplayar, onu əhatə 
edən camaatın içərisində  bəziləri  əllərində kitab, başqaları isə 
yazı lövhəsi tutub dayananlara əmr edərdi ki, ucadan bir-birinə 
oxusunlar və belə hallarda o qədər sevinərdi ki, böyük bir xəzinə 
tapsa idi, o qədər sevinə bilməzdi» (136, k.1, f.25). 
III Vaçaqanın dövründə (VI əsrdə) Bərdədə ölkənin ilk 
yazılı qanunlarından biri olan «Alban kilsə qanunları» qəbul 
edildi (136, k.1, f.32). Albaniyada xristianlığın geniş  təbliğ 
edilməsi üçün ölkəyə  gətirilmiş dini kitablar alban dilinə 
tərcümə edildi, alban əlifbası ilə yazıldı (165; 223; 236, s.162; 
296, s.100, 116). Məşhur yunan şairi Homerin «İliada» və Ver-
gilinin «Eneida» əsərləri də Alban dilinə  tərcümə edildi (127, 
s.104; 165, s.18). Təəssüf ki, alban dilində olan həmin 
yazılardan heç biri gəlib bizə çatmamışdır.  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
169
Albaniyanın ali katolikosu Viro Bərdənin mənəvi mədəniyyət 
tarixində mühüm yer tutmuş bir mütəfəkkirdir (136, k.2, f.14; 
15, s.47; 218; 296, s.116-143). Onun xarici dilləri bilməsi, elmə, 
biliyə xidmət edən işlərlə  məşğul olması, səlis, aydın nitqə, 
fəlsəfi biliyə yiyələnməsi və digər elmi biliklərdən xəbərdar 
olması «Albaniya tarixi» əsərində xüsusi qeyd edilir (136, k.2, 
f.14). Azərbaycan tarixinin qədim dövrünün öyrənilməsində  ən 
mötəbər və qiymətli yazılı  mənbə olan, tariximizin böyük bir 
dövrünü (I-X əsrləri)  əhatə edən «Albaniya tarixi» qiymətli 
maddi və mənəvi abidədir. Həmin əsərin qiyməti bir də ondadır 
ki, onun müəllifi Bərdədə  və onun yaxın  ətrafında yaşamış, 
Bərdənin ictimai-iqtisadi və  mədəni tarixi haqqında dəyərli 
məlumatları  qələmə almışdır. Həmin  əsər vaxtilə alban dilində 
yazılmış, sonra erməni dilinə və başqa dillərə tərcümə edilmişdir 
(136, s.7-12; 296, s.26; 313). 
Tədqiqatçıların yazdıqlarına görə, «Albaniya tarixi»nin al-
ban dilində olan nüsxəsi itmişdir. Onun bizə  gəlib çatmış 
nüsxəsi başqa dillərə  tərcümə nümunələridir (136, s.7-11; 15, 
s.7;  223; 296, s.28; 313; 384). 
Bunlardan başqa, alban kilsəsinin, alban kilsə 
məclislərinin – V əsr (488-ci il) Aquen və VIII əsr (705-ci il) 
Bərdə  yığıncağının kanonik qərarlarını da Alban tarixi-ədəbi 
ənənələrinin nümunələri sırasına daxil etmək»lə  mənəvi tarix 
nümunələrinin məzmununun geniş olduğunu görə bilərik (296, 
s.23). 
Mənbələrin verdiyi məlumatlara görə, Bərdədə Alban ka-
tolikosu Nersesin zəngin kitabxanası olmuşdur (136, k.3, f.1). 
Bir qədər əvvəldə qeyd etdiyimiz kimi, erməni qriqoryan təriqəti 
tərəfdarlarının və katolikosluğunun satqınlığı ilə cəzalandırılmış 
alban katolikosu Nersesin kitabları  Tərtər çayına atdırılıb 
tamamilə məhv edildiyi  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
170
üçün onların bu gün heç bir nümunəsinə rast gəlmək mümkün 
deyil (136, k.3, f.1; 15, s.94; 236; 126). 
Bərdə şəhərinin mənəvi mədəniyyət tarixinə qızıl hərflərlə 
yazılmalı Cavanşirin hakimiyyəti dövrüdür. Cavanşir təhsilin, 
elmin və mədəniyyətin inkişafına xüsusi fikir verirdi (136, k.3, 
f.28; 295, s.42; 219; 296, s.100). Bərdə Albaniyanın mədəniyyət 
mərkəzi, onun mənəvi dünyasının ocağı idi. Alban katolikosluğu 
Bərdəyə köçürüldükdən sonra Albaniyanın bütün vilayətlərində 
yerləşən ruhanilər və digər rütbəli din xadimləri vaxtaşırı oraya 
toplaşaraq, müəyyən dini və digər mənəvi problemləri həll 
etməklə məşğul olurdular (136, k.1, f.33; 236, s.162). 
Mənbələrin verdiyi məlumata görə, həmin dövrdə (ilk orta 
əsrlərdə) Albaniyada xeyli xristian kilsəsi fəaliyyət göstərirdi. 
Bununla  əlaqədar olaraq, dini qanunların icrasına və  təbliğinə 
nəzarət və rəhbərlik Bərdədə təşkil edilirdi (236, s.143). 
Tədqiqatçıların bu barədə göstərdikləri fakt və  dəlilləri 
nəzərdən keçirərək belə bir nəticəyə  gəlmək olar ki, xristianlıq 
Albaniyanın mənəvi mədəniyyət tarixində bir mərhələ  təşkil 
etmiş, onun ictimai və iqtisadi həyatında olduğu kimi mədəni 
həyatında da müəyyən rol oynamışdır (236, s.142; 296, s.116-
142). 
Bərdədə yaşamış  və Albaniya hökmdarı Cavanşirin 
ölümünə  ağı üslubunda şer həsr etmiş Davdaq alban dilində 
yazmış ilk şairlərdən hesab edilir (136, k.2, f.37). Davdaq 
Cavanşirin bütün həyat və fəaliyyətini tərənnüm etməklə, onun 
ölümünə  kədər hissi ilə «akroşer» üslubunda qəsidə  həsr 
etmişdir (136, k.2, f.36). Şerdəki fikir ardıcıllığı, məntiqi məna, 
bədii fikir kamilliyi onun peşəkar  şair tərəfindən yazıldığını 
göstərir (136, k.2, f.36). 
Bizə «Albaniya tarixi» vasitəsilə gəlib çatmış 31 bənddən 
ibarət olan həmin şer haqqında öz fikrini bildirən  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
171
M.Kalankatlı onun xalqın dilində uzun müddət dolaşdığını qeyd 
edir (136, k.2, f.37). 
Beləliklə, Bərdə 
şəhərinin maddi mədəniyyət 
nümunələrinin, yazılı  mənbə materiallarının tədqiqi göstərir ki, 
qədim bünövrə üzərində  təməl tapmış  mədəniyyət mədəni 
inkişafın iki xarakterik xüsusiyyəti ilə özünü göstərmişdir. 
Qədim maddi mədəniyyətə malik olan xalq mənəvi 
mədəniyyətin yaranması  və inkişafında xüsusi imkanlara sahib 
olmuş, bu mərhələlərin dinamik inkişafı ilə müşayət edilən 
mədəni səviyyə yaratmşdır. Bərdənin ilk orta əsrlərdə paytaxt 
şəhərə çevrilməsi,  inkişaf etmiş orta əsrlərdə çiçəklənmə dövrü 
keçirməsi  şəhərin mədəniyyətinin kompleks şəkildə  tərəqqi 
etməsini  şərtləndirmişdir. Torpaq, insan, şüur, fiziki və  mənəvi 
qüvvə buna əsas zəmin olmuşdur. 
İslam dininin qəbul edilməsi Azərbaycanda yeni bir 
mərhələnin başlanğıcını qoydu. Çox keçmədən Albaniyada o 
cümlədən ölkənin paytaxtı  Bərdə  şəhərində keçmiş dini 
ibadətlərə son qoyuldu. Yeni və mütərəqqi din olan islamın 
qanunları bütün dinləri üstələdi. 
Hər bir xalqın sitayiş etdiyi dinlərə  məxsus olan 
(yəhudilik, xristianlıq  və s.) məbədlərə toxunmadan islamın 
yayılması üçün geniş şərait yaradıldı (174, s.38; 236, s.163). 
Mənbələrdə bildirilir ki, islam dininin geniş yayıldığı bir 
dövrdə Azərbaycanın bir çox şəhərlərində olduğu kimi, Bərdə 
şəhərində  də müsəlman məscidləri ilə yanaşı alban xristian 
kilsələri də görünürdü (34, s.57). 
Bir daha qeyd etmək lazımdır:  İslamın yayılması üçün 
yerlərdə müxtəlif üsullar və qaydalar müəyyənləşdirilmişdi ki, 
burada onlara rəğbətlə yanaşmaq tələb olunurdu. Kitabı olan 
başqa dinlərə qarşı zorakılıq göstərilmirdi. M.Kalankatlı bildirir 
ki, Bərdədə müsəlmanlıq dövründə  də müxtəlif dinlərə xidmət 
edənlər var idi (136, k.3, f.18). 

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
172
Xilafət hökmranlığı möhkəmləndikcə  Bərdədə elmi və 
bədii kitablar, ümumiyyətlə bütün əsərlər ərəb dilində yazılmağa 
başlandı. Xristian məktəblərini müsəlman mədrəsələri əvəz etdi. 
Bərdədə  və onun ətraflarında məscid kompleksləri tikildi. Şərq 
ölkələrində olduğu kimi, şəhər yeni üslubda yenidən qurulmağa 
başlandı (193; 215, s.16; 328, s.26). 
Bərdənin Xilafətin  şimal vilayətinin mərkəzinə çevrilməsi 
onun inkişafına səbəb oldu. Şəhərin sənətkarlıq və ticarət 
mərkəzi kimi böyüməsi,  əhalisinin artması  və yerli biliklərlə 
müsəlmanlığın gətirdiyi yeni elmi biliklərin qovuşması 
cəmiyyətin elmə, biliyə yiyələnməsi üçün geniş meydan açdı. 
Yeni mədəni mühit yarandı. Ərəb dilində yazıb-yaratmış bir çox 
alimlər, şair və yazıçılar, ictimai xadimlər meydana çıxdı (127, 
s.9; 128, s.7; 129, s.75; 174, s.73). 
Xilafətin genişlənməsi və inkişaf etməsi ilə  əlaqədar ola-
raq ictimai, siyasi məsələlərin həll edilməsində yeni elmi 
biliklərin meydana çıxmasına zərurət yaranırdı. Quran, sünnə, 
icma və qiyas müsəlman hüququnun əsasını təşkil edirdi (127, s. 
16; 327, s.9).  Həmin dövrdə «Bərdəi» təxəllüsü ilə tanınmış 
onlarla mütəfəkkir yetişdi, onların adı, şəxsiyyəti və yaradıcılığı 
haqqında məlumatlar tarixə çevrildi (127; 128; 129; 174, s.139; 
179, s.8; 327). Təəssüf ki, onların  əsərlərinin çoxu müxtəlif 
səbəblərdən itmiş, bizə gəlib çatmamışdır. 
Həmin alimlərin  əksəriyyətinin Bərdədə  fəaliyyəti barədə 
məlumat da yox dərəcəsindədir. Sübuta ehtiyacı olmayan bir 
məsələdir ki, erməni mənşəli «tarixçilərin»  əksəriyyəti öz 
xalqının «tarixini» yazmaqla bərabər, mümkün qədər bizim 
tariximizə aid olan məlumatlar üzərində  də «düzəlişlər» 
aparmışlar (136, s.7-13; 15, s.7-9; 296, s.6-27). 

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
173
Azərbaycanda ictimai mühitin dəyişməsi mənəvi 
mədəniyyətdə də öz əksini tapırdı. Siyasi vəziyyətdən irəli gələn 
məşəqqətlərə baxmayaraq iqtisadiyyat tərəqqi etmiş, elm, 
ədəbiyyat və incəsənət yüksək inkişaf mərhələsi keçmişdi. 
Həmin dövrdə müsəlman ölkələrində dini elmlərə üstünlük 
verilsə də, fəlsəfə, məntiq, riyaziyyat, astronomiya, musiqi və s. 
elmlərin tədrisinə də diqqət yetirilirdi. Elm öyrənmək istəyənlər 
Şərqin mədəniyyət mərkəzlərinə gedir, orada görkəmli 
mütəfəkkirlərdən təhsil alırdılar. Orta əsr mənbələrində onların 
adları, təhsili, yaradıcılığı, nüfuzlu müəllimləri və  şagirdləri 
haqqında məlumat verilir (127, s.17; 170, s.51). Onların 
sırasında Bərdədən olan bir çox görkəmli elm, ədəbiyyat və 
mədəniyyət xadimlərindən bəhs edilir. 
İlk mənbələrdə «Hənəfilik» cərəyanının Azərbaycandakı 
nümayəndələrindən  olmuş    Əbu Səid  Əhməd ibn Hüseyn 
Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin