Qasim haciyev



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə7/12
tarix03.02.2017
ölçüsü1,62 Mb.
#7295
1   2   3   4   5   6   7   8   9   ...   12

 
 
3.5. Bərdə şəhərinin  yenidən dirçəlməsi və sonrakı ta-
rixi (XII-XIX əsrlər). 
 
XII  əsrin birinci yarısından etibarən Bərdə Azərbaycan 
Atabəyləri dövlətinin təkibində idi (14, s.15; 180; 132, s.250; 
263, s.18). Belə ki, 1136-cı ildə Səlcuq sultanı Məsud  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
132
Arranı iqta kimi atabəy  Şəmsəddin Eldənizə bağışlamışdı. 
İqamətgahı  Bərdədə yerləşən Eldəniz tezliklə yerli əmirləri öz 
tərəfinə  çəkdi, özü də sultana xidmət asılılığından çıxdı. O, 
tədricən bütün Azərbaycana yiyələndi (4, s.140; 14, s.44; 132, 
s.250; 180; 182, s.144; 301). 
Azərbaycan Atabəylərinin ilk iqamətgahlarından biri 
olmuş Bərdənin şəhər siması bərpa edildi. Şəmsəddin Eldənizin 
iqamətgahı on ilə qədər (1136-1146) Bərdədə yerləşdi (14, s.15). 
Arxeoloji qazıntılar zamanı Atabəylərə  məxsus olan 
sikkələrin və digər  əşyaların aşkar edilməsi göstərir ki, Bərdə 
həmin dövrdə  həqiqətən  şəhər kimi varlığını saxlamış  və  hətta 
orada sikkə də zərb edilmişdir (322, s.220; 366). 
Atabəylər dövlətinin paytaxtı Naxçıvana köçürüldükdən 
sonra Bərdə  şəhərinin həyatı  əsrin  əvvəllərinədək adi qaydada 
davam etdi. Lakin monqolların hücumu hər şeyi alt-üst elədi (8, 
s.137-145; 180; 284, s.167; 365, s.28). Gəncəli Kirakos yazır ki, 
İberlər taciklər üzərində qələbəsini təntənə ilə qeyd edən zaman 
(1220-ci il) yaxşı silahlanmış, çoxsaylı  dəstələrdən ibarət olan 
qoşun gözlənilmədən gəldi, Dərbənd qapılarından keçərək, 
güclü həmlə etməklə Albaniya ölkəsini dağıtdı,  İberiyaya və 
digər yerlərə hücum etdi (8, s.137-145). Yol boyu rast 
gəldiklərinin hamısını  qılıncdan keçirdilər. Adamları da, 
heyvanları da, hətta itləri də öldürürdülər. Onlar atlardan başqa 
heç nəyə, qiymətli geyimlərə, digər əmlaka məhəl qoymurdular. 
Onlar tezliklə Tiflis şəhərinə yaxınlaşdılar, ancaq Albaniya 
ölkəsinə qayıdaraq Mokok şəhərinin  ərazisində yerləşdilər… 
Onlar iki şəhər: Beyləqanla Bərdə arasındakı bataqlıq və meşəlik 
yerlərdən keçərək, Beqamec adlanan yerlərdən cəsarətli hücum-
lar etdilər və çoxlu sayda vilayətləri dağıtdılar (284, s.117). 

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
133
Fəzlullah Rəşidəddinin məlumatı: «Ölkələr tutulan zaman 
çoxlu əhalisi olan böyük şəhərlərdə elə qırğın olmuşdu ki, tək-
tük adam sağ qalmışdı. Bəlx, Marağa,  Ərdəbil, Bərdə, Gəncə, 
Bağdad … və bu şəhərlərə aid olan vilayətlərin çoxu buna misal 
ola bilər» (5, s.281-282; 365, s.28). 
Monqolların birinci yürüşü başa çatan kimi şimaldan 
qıpçaqların hücumu başlandı (1221-ci ildə) (8, s.145; 100, s.21; 
217, s.183; 365, s.31). 
Gəncəli Kirakosun yuxarıda verdiyi məlumatdan fərqli 
olaraq,  əl-Əsir bu barədə bildirir: «qıpçaqlar Bərdəyə 
yollandılar, onlar oradan Küşxərəyə müraciət etmişdilər ki, 
gürcülərə qarşı birlikdə hərəkət etmək və onlardan qisas almaq 
üçün gürcülərin üstünə gəlsinlər» (100, s.88). Mənbənin verdiyi 
məlumata görə, onlar razılığa gələ bilmədilər. Qıpçaqlar 
Bərdəni, onun ətrafındakı  şəhər və  kəndləri qarət edib geriyə 
qayıtdılar (8, s.137-143; 100, s.89). 
Yaranmış imkandan istifadə edən gürcülər də Azərbayanın 
şəhərlərinə talançı basqınlar etdilər.  Əl-Əsir gürcülərin 
Azərbaycana basqınlarından bəhs edərək yazır: «1222-ci ilin 
ramazan (fevral) ayında gürcülər öz ölkələrindən Arran ölkəsinə 
hərəkət etdilər və Beyləqan  şəhərinə  gəldilər. Qıpçaqlar 
getdikdən sonra, xilas ola bilmiş sakinlər geriyə qayıdıb şəhərin 
dağıdılmış divarlarını mümkün olduğu qədər  bərpa etdilər.  Bu 
zaman gürcülər gəlib  şəhərə girdilər və ona sahib oldular» (8, 
s.149-150; 100, s.148; 359, s.89). 
XIII əsr müəllifi ən-Nəsəvinin yazdığına görə, 1225-ci ildə 
Xarəzmşah Məhəmmədin oğlu Cəlaləddin  əmir Urxanın 
rəhbərliyi altında Arrana qoşun göndərdi. Onlar Gəncəni və 
onunla birlikdə  Bərdəni, Beyləqanı,  Şəmkiri istila etdilər (8, 
s.150; 48, s.22; 190, s.163; 217, s.184; 341,  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
134
s.69). Ölkənin çox yerində, eləcə  də  Gəncə  və Qarabağda 
Cəlalilərə qarşı  gərgin mübarizə başlandı. Lakin, Cəlalilər 
Azərbaycan Atabəyləri hakimiyyətinə son qoydular (4, s.150; 8, 
s.150-152; 217). 
Bu hadisələr Azərbaycanın, o cümlədən Qarabağ 
bölgəsinin həm ictimai-siyasi, həm də iqtisadi həyatına ağır 
zərbə vurdu. 
1231-ci ildə monqollar yenidən Azərbaycana yürüş etdilər. 
1239-cu ildən etibarən Azərbaycan və bütün Cənubi Qafqaz 
monqol xanları tərəfindən idarə olunmağa başladı. 
Monqol imperiyası dağıldıqdan sonra ayrı-ayrı dövlətlər 
meydana gəldi. Azərbaycanda paytaxtı Marağa olan Hülakülər 
dövləti (1256-ci ildə) yarandı. Azərbaycan bütünlüklə  həmin 
dövlətin tərkibinə qatıldı (8, s.156-160; 100, s.154; 156, s.45-53; 
341, s.99). 1259-cu ildə Hülakü xanın  əmri ilə, Arqunun 
başçılığı altında monqol ordusu bir neçə şəhərlə bərabər, Bərdə 
şəhərini də tutub Hülakülərə tabe etdi (48, s.24; 341, s.99; 365). 
XIII  əsrin  əvvəllərində başlanmış monqol hücumları böyük 
dağıntı və itkilərlə müşayət edilsə də sonralar şəhərlərin iqtisadi 
həyatının kəskin surətdə dəyişməsi ilə nəticələndi. Hülakülər iri 
feodalların hakimiyyətini ləğv edib bütün şəhərləri öz əllərinə 
aldılar və bir siyasi hakimiyyət altında birləşdirərək yeni 
inkişafın bünövrəsini qoydular. Bu, yeni bazarların açılmasına, 
mübadilə  şərtlərinin dəyişilməsinə, pul təsərrüfatı sahəsinin 
genişlənməsinə və s. gətirib çıxartdı (329, s.82). Bütün bunlar öz 
əksini şəhərlərin, o cümlədən Bərdənin inkişafında tapdı. Həmin 
dövrdə  şəhərin canlanmasını arxeoloji qazıntılar zamanı 
Bərdədən aşkar edilmiş pulların çoxluğu sübut edir (149; 150; 
151; 152; 154; 332; 333; 335; 349). 

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
135
1318-ci ildə  Qızıl Orda xanı Özbək Dərbənddən keçərək 
Kürə  qədər gəldi,  İsen-Qutluğu Arranı qarət etməyə göndərdi. 
Beyləqana yığılmış monqol qoşununun gəlməsi təhlükəsi 
Özbəyi mal-qara və atları  yığaraq, geri qayıtmağa məcbur etdi 
(156, s.45; 217, s.184; 365, s.24). 
Azərbaycan uzun müdət Qızıl Orda ilə Hülakülər arasında 
döyüş meydanı oldu (159; 160). 
Kürlə Araz çayları arasındakı  ərazi  əmir Çobana qarşı 
üsyanın mərkəzinə çevrildi. Üsyançılar bütün Qarabağ ərazisini 
ələ aldılar (160; 188, s.43). 
1320-ci ildə Qarabağ  əslən qızılordalı  nəcabətindən olan, 
burada özünə müstəqil dövlət qurmaq istəyən Asxir-oğlan 
(Özbəyin qardaşı) tərəfindən zəbt edilsə də, onun bu təşəbbüsü 
sonadək baş tutmadı: göndərilmiş 10 min nəfərlik qoşun onun 
qüvvələrini darmadağın edib özünü də öldürdü (5, s.84; 160; 
188, s.44). 
Çobani feodallarının zülmündən azad olmağa can atan 
Azərbaycan  əhalisi və bir sıra yerli feodallar Qazi Məhiyəddin 
Bərdəi və  Şirvanşah Kavusun (1345-1372) başçılığı ilə  Qızıl 
Orda xanı Canı bəyi Azərbaycana dəvət etdilər. Canı bəy 1357-
ci ildə Azərbaycana gəldi və yerli feodalların köməyilə 
hakimiyyəti ələ aldı. Çobani əmiri Məlik Əşrəf edam edildi (5, 
s.328; 33; 159; 160; 178, s.217; 240, s.125). 
Azərbaycana Teymurun gəlişi və teymurilər dövrü Bərdə 
tarixində  də öz izini qoymuşdur. XIV əsrdə Naxçıvanı, Karsı, 
Tiflisi, Şəkini fəth etmiş Teymur Qarabağa daxil olmuşdu (178, 
s.27-30). 
Nizaməddin  Şaminin yazdığına görə,  Əmir Teymur Hin-
distandan döndükdən sonra Azərbaycana gələrək, Gürcüstan 
üzərinə hücuma hazırlıq işləri görmək və  qışı keçirmək üçün 
Qarabağda məskən salmışdı. Müəllif yazır: «Qış mövsümü başa 
çataraq ilk baharın qoxusu gəlməyə  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
136
başladı … ordunu təftiş edib piyadalara at və bütün əsgərə ülufə 
və yemək paylayaraq, Georginin vilayətinə (gürcü çarı VII 
Georgi) doğru yürüşə başladı. Bərdəyə gəldilər, səhrada çadırlar 
qurdular. Oradan Gürcüstan sərhədlərinə  gəlincəyə  qədər 
ovlandılar» (145, s.19). Mənbədə Teymurun Gürcüstanda 
qələbəsindən sonra Qarabağa qayıdaraq orada qışlamasından 
danışılır, lakin bundan sonra Bərdənin adı daha çəkilmir (145, 
s.21, 31). 
Teymurun Qarabağa gəlişi ilə bağlı olayları Mirxond 
aşağıdakı kimi təsvir edir: «… yaz gələn kimi, 789-cu (miladi 
1389 – cu il)  ilin əvvəlində (dünya fatehi əlahəzrət Xaqan 
(Teymur) çiçəklənən yer olan Bərdə  şəhərinə  gəldi. Bu vaxt 
əlahəzrətə  xəbər çatdı ki, Toxtamış xan xəyanət qapısında 
vicdansızlıq ağacı  əkib; bu fikri təsdiq edən odur ki, bir qrup 
döyüşçü onu Kürün sahilində görüb …» (5, s.358; 48, s.25; 
312). 
Mənbə  və  tədqiqatlarda bildirilir ki, Toxtamış 
Azərbaycanı işğal etmək üçün vaxtaşırı hücmlar edirdi. 1387-ci 
ilin yazında Teymur Bərdəyə tərəf yollandı. Toxtamışın ordusu 
da Dərbənd tərəfdən Azərbaycan sərhədlərini keçməyə təşəbbüs 
göstərdi və Kür çayına gəlib çatdı. Teymur tələsmədən İbrahimə 
kömək edərək öz əmirlərinin başçılığı altında Toxtamışa qarşı 
qoşun göndərdi. Bir müddət keçdikdən sonra, o, öz oğlu 
Miranşahın rəisliyi altında yeni hücum təşkil etdi (188, s.387). 
Teymurla Toxtamışın arasında gedən vuruşmaların nəticəsində 
ölkədə xeyli dağıntılar baş verdi. Zeynəddin Qəzvini Teymurun 
hücumu haqqında xəbər verir ki, onlar Marağanın və  Təbrizin 
axırına çıxdılar, güclü qırğın törətdilər, Mərənd və Naxçıvan 
vilayətlərini dağıtdılar.  Əhər yolu ilə  hərəkət edərək, Qarabağa 
gəldilər və bu vilayətdən 200 minə  qədər adamı  əsir apardılar 
(156, s.67; 178, s.50). 

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
137
Teymurun Azərbaycana hücumu zamanı  Bərdə  şəhəri də 
dağıdıldı (178, s.27-30). Tədqiqatçıların qənaətinə görə, Teymu-
run (1333-1405) Gürcüstana hücumları zamanı (1402-1403) fa-
tehin qoşunu Bərdə – Gəncə – Şəmkir yolu ilə  hərəkət etmək 
üçün Ağdamdan – Bərdə – Yevlax istiqamətində getmiş, oradan 
Gəncəyə keçmişdi (48, s.25). 
Teymur Gürcüstanla sülh bağlayandan sonra Səmərqəndə 
getmək üçün geri qayıdarkən Azərbaycandan keçdi (8; 188, 
s.393). Bu zaman Azərbaycan digər vilayətlərlə birlikdə 
Miranşahın oğlu Mirzə Ömər tərəfindən idarə olunurdu. 
Teymurun ölümündən (1405-ci il) sonra onun vərəsələri 
arasında daxili çəkişmələr başlandı (8; 188, s.393; 312). 
Bu dövrdə
 
Qafqaz və Kiçik Asiyada yayılmış  oğuz 
tayfalarının bir qrupu qaramanlılar Kiçik Asiyada və digər 
yerlərdə kalonlar yaratmaqda mühüm rol oynayırdılar. Bu 
tayfanın cəsur nümayəndələrindən biri XV əsrdə  Gəncə  və 
Bərdənin hakimi olmuş Əmir Yar Əhməd Qaraman idi (22, s.32; 
336, s.163). 
XV  əsrdə Azərbaycan, həmçinin Qarabağ, teymurilərlə 
qaraqoyunluluların müharibə meydanına çevrildi. Azərbaycanda 
teymurilərə qarşı vuruşmuş Qaramanlı tayfasının başçısı  əmir 
Yar Əhməd bir müddət Bərdə və Gəncə şəhərlərini zəbt edib, bu 
şəhərləri idarə etməyə başladı, lakin o, tezliklə teymuri Baysun-
qur tərəfindən məğlub edildi (1433 – cü ildə) (45, s.110; 48, 
s.25; 309, s.23). 
Mirxond məlumat verir ki, «Yar Əhməd  və Qaraman 
oğulları Gəncə və Bərdədən olan böyük ordu halında birləşdilər. 
Digər sərdarlar, ölkə şahları və xeyli hakimlər, əmir Qara Yusif, 
o sıradan Hacı  Cəfər Təbrizli, Gürcüstan səfiri Baqrat və 
digərləri Qarabağa gəldilər. … Hər tərəfdən  əmirin 
iqamətgahına axışıb gəlir, onunla əlaqələri yaxşılaşdırmağa 
çalışırdılar. Yaz gələndə Teymur Qarabağdan  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
138
çıxıb Təbrizə getdi. Onun sərkərdələri bütün əyalətlərə yayılaraq 
öz hakimiyyətlərini qurmaqla məşğul oldular» (312, s.50). 
Mirxond həmin dövrün hadisələri barədə bildirir: 
«Qaramanlı  əmirliyinə  məlumat verdilər ki, Yar Əhməd 
Qaramanlı açıq şəkildə qiyam qaldırıb və əmirlər arasında xəbər 
yayıb ki, Mirzə Baysunqur vəzifəsindən kənarlaşdırılmalıdır» 
(312, s.50). Yar Əhməd bir müddət  Şahzadənin qoşununa 
müqavimət göstərsə  də, nəhayət, Mirzə Baysunqura təslim 
olmağa məcbur oldu (312, s.50). 
Yaranmış siyasi vəziyyətdən istifadə edərək bir çox 
vilayətlərin hakimləri, o cümlədən  Şirvanşah  İbrahim, xalq 
kütlələrinə arxalanaraq öz hakimiyyətlərinin müstəqilliyi 
uğrunda mübarizəyə qalxdılar  (188, s.393). 
Qısa bir müddətdə  İbrahim  Şirvanın müstəqilliyini bərpa 
etdi (203). Teymurilər bu vəziyyətlə razılaşmalı oldular. 
Şirvanın müstəqilliyini də tanıdılar. Belə  vəziyyətdə bir sıra 
vilayətlərdə, o cümlədən  Şəki hakimi, gürcü çarı, eləcə  də 
cənubi Azərbaycan feodalları kimi feodal hakimlər meydana 
çıxdı. Azərbaycanda, həmçinin Cənubi Qafqazda feodal 
hakimlər sırasında şirvanşah mühüm yer tuturdu. Teymuri Ömər 
Şirvanı özünə birləşdirmək istəyirdi. Ömərə qarşı Ərdəbil haki-
mi əmir Bestam Cəyir üsyan hazırladı. Ömər bundan xəbər tutan 
kimi onu zindana salmaq əmrini verdi. Bestam cənubi 
Azərbaycandan Qarabağa keçərək Şirvanşah İbrahimin yanında 
sığınacaq tapdı.  İbrahim, Ömərlə mübarizədən qaçmağın 
mümkün olmayacağını bilsə  də, Bestamı öz yanında saxladı. 
Tarixçilər qeyd edir ki, İbrahim Bestamla birlikdə  hərəkət 
edərək Kürü keçdilər və  Bərdədə dayandılar (188, s.393; 312). 
Yaranmış vəziyyətdən istifadə edərək şirvanşah Arranın bir neçə 
şəhərini zəbt etdi. Bestamın  Şirvana gəlişi  İbrahimlə Ömər 
arasında qarşılıqlı əlaqəni gərginləşdirdi. Ömər Şirvanşahdan  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
139
əmir Bestamı verməsini tələb etdi. Bu təklif İbrahim tərəfindən 
rədd edildi. İbrahim öz etirazını onunla əsaslandırdı ki, «yaydır, 
indi istirahət lazımdır, qışda isə Ömər Qarabağa qışlamağa gələn 
zaman  əmir Bestam onun ordusuna veriləcəkdir» (188, s.393; 
156; 312). 
Bu hərəkətlər  Şirvanşah  İbrahimlə Ömər arasında 
müharibənin başlaması üçün bəhanə oldu. Onların arasında Kür 
çayının hər iki sahilində gedən vuruşmalar uzun müddət davam 
etdi. Bu döyüşlər zamanı Qarabağın şəhər və kəndləri, həmçinin 
Bərdə xeyli zərər çəkdi (188, s.394; 312). 
XV  əsrdə Azərbaycan  ərazisində üç böyük dövlət – 
Şirvanşahlar, Qaraqoyunlu və Ağqoyunlu dövlətləri mövcud idi. 
Qaraqoyunlu və  Ağqoyunlu  ərazisi Azərbaycanın cənubunu və 
şimalda Kür çayına qədər Gəncə  və  Şəmkiri  əhatə edirdi (141, 
s.5; 304, s.31). 
Azərbaycanın cənubi-şərqində yerləşən Qaraqoyunlu 
dövləti ilə onun qərbində yerləşən Ağqoyunlu dövlətləri 
arasında gərgin mübarizə gedirdi. Vaxtilə atasına qarşı üsyan 
etdiyinə görə üç dəfə  həbs edilmiş  Həsənəli qaraqoyunlu 
Cahanşahın ölümündən sonra qoşun toplamağa başladı. Lakin 
tezliklə Uzun Həsən tərəfindən  əzilən bu şahzadə  əvvəlcə 
Bərdəyə qaçdı, oradan da artıq hücumla Ərdəbilə  gəlib çatan 
teymuri Sultan Əbu Səidə pənah gətirdi (45, s.102; 156). 
Cahanşahın öldürülməsi ilə araya düşən qarışıqlıqdan 
istifadə edən Uzun Həsən dərhal böyük oğlu Sultan Xəlili 
Təbrizə yolladı  və bununla da Azərbaycan taxtına sahibləndi. 
Ancaq bu zaman Sultan Əbu Səidin Azərbaycana hücumu baş 
verdi və Uzun Həsən oğluna Təbrizdən çıxmağı  əmr etdi (45, 
s.103; 156). 
Qara Yusifin ölümündən sonra da Qaraqoyüunlularla 
Ağqoyunluların müharibəsi davam etdi. Qaraqoyunlu  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
140
əmirləri arasında gərgin mübarizədən istifadə edən teymuri Sul-
tan Şahrux 1420-ci ilin dekabrında Arazı keçib Qarabağa daxil 
oldu. I Xəlulillah qardaşı Mənuçöhr və Azərbaycan əmirləri ilə 
birlikdə onun yanına gəldi. O, teymuri Şahruxun nəvəsi ilə 
evlənməklə bu ittifaqı daha da möhkəmləndirdi. Lakin 
Azərbaycanda  Şahruxun mövqeyi möhkəm deyildi. Çünki, bir 
tərəfdən, Qara Yusifin varisləri, digər tərəfdən, Gəncə və Bərdə 
hakimləri ona qarşı ciddi mübarizəyə başlamışdılar (45, s.110-
136; 48; 141, s.96-98). 
1436-cı ildə  Şahrux hakimiyyəti Cahanşaha verdi. 
Əbubəkr Tehrani «Kitabi diyarbəkriyyə»  əsərində bildirir: 
«1447-ci ilin axırlarında İskəndər ibn Qara Yusifin oğlu Əlvənd 
yağı olub öz hörmətli  əmisi Cahanşah Mirzəyə qarşı üsyan 
qaldırdı, Kürdüstandakı  Ərbili tutdu. Cahanşah Mirzə onu dəf 
etmək üçın  Əmir Rüstəm Tərxanı hücuma göndərdi. Qoşun 
oraya çatan kimi hər iki tərəf arasında böyük qırğın oldu, 
Əlvənd məğlubiyyətə  uğradı. Qarət olunmuş  və  əhvalı  pərişan 
halda Cahangir Mirzənin yanına getdi. Cahanşah Mirzə elçi 
göndərib  Əlvəndi Cahangir Mirzədən tələb etdi” (22, s.108). 
Cahangir Mirzənin rədd cavabından sonra Cahanşah Mirzə qışı 
Gəncə  və  Bərdədə keçirdi. Üç ildən sonra Ərzincana Osman 
bəyin oğlu Mahmud bəyin üzərinə qoşun göndərdi (22, s.108). 
Əbubəkr Tehrani daxili çəkişmələrin sonrakı gedişini şərh 
edərək bildirir ki, Ərəbşah bu hücumlar zamanı Gəncə və Bərdə 
tərəfə çəkildi (22, s.131). 
Əbubəkr Tehrani Sahibqranın Azərbaycana yollanması və 
Həsənəlinin qüvvələrinin məhv olmasından bəhs edərək bildirir 
ki, «Həsənəli naxələf bir övlad kimi atasının var-dövlətini quma-
ra qoydu, lüt-üryan, rüsvay və  pərişan halda qaçdı, arvad-
uşağından ayrı düşüb mülkünü və malını itirdi. O, düşərgədən 
Bərdəyə qaçdı. Cahanşahın ölümündən  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
141
sonra həmin vilayətin hakimi olmuş Piri Qaramaninin övladları 
(əvvəlcə) onu Sahibqranın hüzuruna göndərmək istədilər (lakin) 
sonra bu fikirdən daşınıb ona imkan verdilər ki, Ərdəbilə getsin 
və böyük şeyxlərin (Səfəviyyə təriqətinin banisi Şeyx Səfiəddin 
İshaq nəzərdə tutulur) hüzuruna pənah aparsın. İki aydan sonra 
o, möminliyin pənahı olan şeyx ilə birlikdə Sultan Əbu Səid 
Mirzənin hüzuruna getdi» (22, s.244, 249-250). 
Əs-Samani «Tarixnamə»  əsərində Teymuri Sultan 
Şahruxun Əmiran şaha yazdığı məktubu şərh edərək bildirir ki, 
«… Qoy o (Xəlil Mirzə – Q.H), Beyləqan, Bərdə kimi ən 
çiçəklənən vilayətin torpaqları  və Trabzona qədər ölkələrlə, 
kifayətlənsin və oraya yola düşsün, Mavarannəhr ölkəsini isə 
əmirzadə Pirməhəmməd Bahadura qoysun …» (288, II, 60). 
XV  əsrin axırlarında daxili çəkişmələr Ağqoyunlu 
dövlətini zəiflətdi. Ruzbixan Xunci «Tarix-i alam-ara-yi Əmini» 
əsərində bildirir ki, 1486-cı ilin avqustunda «Xəlil bəy Sufi 
Şiraz darğası  vəzifəsindən geri çağırıldı  və  əmir Müzəffər  əd-
Din Mənsur Pornək vali və hökmdar sifətilə Şiraza yola düşdü. 
Xəlil bu vəzifədən ona görə qovuldu ki, o, isti bölgənin 
ərazilərinə və Caruna (Hörmüz adası) dəfələrlə hücum etdiyinə 
görə, ondan saraya daimi olaraq şikayətlər göndərilirdi. Xəlil, 
hətta, Hindistanı (Hindi) da işğal etməyi nəzərdə tutmuşdu və bu 
məqsədlə gah gəmi düzəltdirir, gah da Fars (körfəzi – müəllif) 
sahillərində istehkam inşa etdirirdi. … Həmin vaxt Gürcüstan
Gəncə  və  Bərdə vilayətləri (vəch-i xuriş) padşahzadə 
Bəysunqura təhkim edilmişdi» (364, s.70). Azərbaycanın başqa 
əraziləri kimi Bərdə  də  əldən-ələ keçən hakimiyyətlərin acı 
nəticələrinə tab gətirməli olurdu. 
Ruzbixan Xunci Şeyx Heydərin hücumları zamanı  Bərdə 
ərazisindən keçməsi ilə əlaqədar olaraq həmin vilayətə  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
142
daxil olan yerlərin adını çəkir (364, s.86). O qeyd edir ki, Şeyx 
Heydərin göstərişi ilə Ərdəbildən çıxıb Arazı keçərək Qarabağa 
gələn ordu Bərdə vilayətinə daxil olan şəhər və qalaları tutaraq, 
məcburi vergi tələb edənlərlə mübarizə etmək qərarına gəlmişdi. 
Ruzbixan Xunci yazır: «O, Bərdə vilayətindəki Böyük Hakimin 
mülkü Caraberti (Çarpert) (Carabert Bərdə ilə  Gəncə arasında, 
Kürəkçay üzərində qaladır) (364, s.135) vilayətinə  gəldi, onu 
talan etdi və zimmilər cəmiyyətinin mülkiyyətini  əlindən aldı» 
(364, s.86). 
Hakimiyyət uğrunda çəkişmələr gedən zaman Uzun 
Həsənin nəvəsi Rüstəm Mirzə Naxçıvanda  Əlincə qalasına 
salınmışdı (45, s.110). 1492-ci ildə Əbih Sultan Rüstəm Mirzəni 
Əlincə qalasından xilas etdi. Hakimiyyət uğrunda mübarizə 
yenidən canlandı. 1492-ci il may ayının  əvvəllərində  Bərdə 
yaxınlığında Baysunqurun qoşunu Rüstəm Mirzənin qoşunu ilə 
döyüşə girdi. Döyüş Rüstəm Mirzənin qələbəsi ilə başa çatdı 
(45, s.110). Rüstəm 1492-ci ilin 28 mayında taxt üstündə 
mübarizəyə başladı (364, s.144). 1492-ci il mayın sonunda 
Təbrizdə Ağqoyunlu taxtına əyləşdi. Rüstəm Mirzə geniş torpaq 
sahələri – soyurqal paylamaqla özünə böyük rəğbət qazandı. 
Həsən bəy Rumlu bildirir ki, «yüz il ərzində Qaraqoyunlu və 
Ağqoyunlu padşahlarından heç biri Rüstəm Mirzə qədər soyur-
qal paylamamışdı. Məhz bu səxavəti sayəsində o, beş il (1492-
1497) Ağqoyunlu dövlətini idarə etdi» (45, s.110; 156; 315; 364, 
s.143). 
Rüstəm Mirzənin hakimiyyəti dövründə iri feodallar daha 
da gücləndilər və  mərkəzi hakimiyyətə qarşı  çıxdılar. 1492-ci 
ilin sonunda hakimiyyətdən devrilmiş Baysunqur babası Fərrux 
Yassarın köməkliyi ilə Bərdə ilə Gəncə arasında Rüstəmə qarşı 
döyüşə girdi, lakin məğlubiyyətə uğradı. Rüstəm Mirzə Şirvana 
daxil oldu, onu viran etdi.  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
143
Müttəfiqlər isə Qarabağa hücum etdilər. Rüstəm onlara qarşı 
mübarizədə Ərdəbil  şeyxi Heydərin oğlu Sultanəliyə arxalandı. 
Baysunqur və onun müttəfiqləri 1493-cü ildə Əhər yaxınlığında 
darmadağın edildi, özü isə öldürüldü (45, s.111- 314). 
Ruzbixan Xunci bildirir ki, «Rüstəm 897-ci il rəcəb ayının 
axırıncı günündə (miladi 1492-ci ilin mayın 28-də) taxta çıxdı. 
Beləliklə,  Şirvanşahlar Səfəvi Cüneyd və Heydərın ölümünə 
görə məsuliyyətli idilər, Rüstəm axırıncının uşaqlarını azad etdi 
və onları Ayba-sultanla birlikdə Baysunqura qarşı göndərdi. 
İkinci toqquşmada Baysunqur (898-ci il zülqədə ayının 
əvvəlində – 1493-cü il avqustun ikinci yarısında) Gəncə yaxud 
Bərdə yaxınlığında həlak oldu» (364, s.144). 
Gödək  Əhməd XV əsrin sonlarında Azərbaycana hücum 
etdi və hakimiyyəti  ələ aldı. Hüseynəli Tərxan Gödək  Əhmədi 
padşah elan etdi və onun adına pul kəsdirdi. Həmin pullar 
Bərdədə  kəsilirdi. Bu vaxt şəhərin iqtisadiyyatı da bir qədər 
dirçəldi (332, s. 28). 
Gödək Əhməd 1496-cı ildə Naxçıvan yaxınlığında Rüstəm 
Mirzəni də  məğlub etdi. O, Ağqoyunlu dövlətini 
möhkəmləndirməyə çalışırdı. Lakin qiyam qaldırmış feodallar 
onu öldürdülər. Onun istəyi həyata keçmədi (45, s.123; 141). 
Muradın  əmisi olan Yusifin oğlu  Əlvənd Mirzə isə 
Diyarbəkrə  gələrək dayıları Qasım bəy və Rüstəm bəyin 
köməyilə  Ağqoyunlu taxtı  uğrunda mübarizəyə hazırlaşdı (45, 
s.123; 141; 304). XV əsrin axırında iki güclü varis – Murad və 
onun  əmisi oğlu  Əlvənd arasında mübarizə  kəskinləşdi. Lakin 
bu çəkişmə çox çəkmədi. 1500-cü ildə bağlanmış sülhə görə, 
Ağqoyunlu torpaqları iki yerə bölündü. Diyarbəkr, 
Azərbaycanın Kürdən cənuba doğru olan hissəsi, Qarabağ  və 
Qərbi Azərbaycan ərazisi Əlvəndə,  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
144
Ərəb  İraqı, Fars və Kirman isə Murada çatdı. Bu parçalanma 
tezliklə Ağqoyunlu dövlətinin dağılmasına səbəb oldu (24, s.43; 
45, s.111-113). 
1501-ci ildə  Şah  İsmayılın başçılığı altında Səfəvilər 
dövləti yarandı  və  qısa müddət  ərzində Azərbaycan  ərazisi bu 
dövlət ətrafında birləşdirildi (24, s.33; 45, s.113; 261, s.26; 282, 
s.64). 
Səfəvilər 13 bəylərbəylikdən ibarət ayrı-ayrı inzibati qu-
rum yaratdı. Bunlardan bir də Qarabağ  bəylərbəyliyi idi. 
Qarabağ bəylərbəyliyinin ilk əmiri Şahverdi sultan təyin olundu. 
Qacar nəslindən olan Ziyadoğlu sülaləsi  Şahverdi xandan 
başlayaraq nəsilbənəsil Qarabağ  bəylərbəyliyində hökmranlıq 
etdi. Qarabağ  bəylərbəyliyinə  Şəmkir, Zəyəm, Tovuz, 
Şəmsəddinqulu, Qazax, Borçalı, Bərdə, Beyləqan, Yevlax, 
Ağdam və digər yerlər daxil idi (48, s.26; 49; 282, s.64). 
XVI  əsrdə Osmanlı dövlətinin hücumları zamanı Krım 
xanı Qazi Gəray dəfələrlə  Gəncə-Qarabağ  əyalətinə basqın 
edərək Gəncə ilə Bərdə ərazisini talan etdi (49, s.15; 112, s.256). 
Krım xanı  Məhəmməd Gəray Osman paşa ilə birlikdə Kürü 
keçərək Gəncə, Qarabağ  və Muğana hücum etdi. Lakin 
Qızılbaşların  Şirvana daxil olduğunu eşidib geri qayıtdı (7, 
s.209). 
Osmanlı-Krım ordusunun törətdiyi dağıntılar, talan-
qarətlər nəticəsində Azərbaycanda aclıq və taun baş qaldırdı (7, 
s.209). 
1580-1581-ci illərdə Qazı Gəray və Səfi Gərayın başçılığı 
ilə tatar ordusu daha iki dəfə hücum etdi. Sonuncu yürüş zamanı 
Peykər xan Qacarın rəhbərliyi altında qızılbaş  dəstəsi Krım 
tatarlarını Şabranla Şamaxı arasındakı ərazidə qarşıladı. Peykər 
xan onları ağır məğlubiyyətə uğratdı. Qazi Gəray əsr düşdü. An-
caq hərbi əməliyyatlar davam etdirildi (7, s.209). 

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
145
Krım tatarları Osmanlılara hakimiyyətlərini 
möhkəmləndirmək üçün çox mühüm köməklik göstərirdilər (7, 
s.209). 
XVI  əsrin sonlarında Osmanlıların hücumları gücləndi. 
Osmanlı sultanı III Muradın (1574-1594) vaxtında – 1578–ci 
ildə Mustafa paşa Azərbaycanı tutdu (8, s.245; 24; 48, s.26; 49). 
Sonra Qarabağ, o cümlədən Bərdə Osmanlıların  əlinə keçdi. 
Sultan qoşunları 1588-ci ildə  Məhəmməd xan Ziyad oğlu 
Qacarıın  əlində olan Qarabağı bütünlüklə  ələ keçirdi. 
Gürcüstandan keçib gələn Fərhad paşa Gəncə və Bərdəyə daxil 
oldu və Osmanlı  hərbi hissələrini burada yerləşdirdi. Osmanlı 
qoşunları  tərəfindən təqib edilən «Qacarlar» və  «İyirmidördlü» 
tayfaları Arazın cənub sahilinə geri çəkildilər (24, s.178). 
Osmanlı-Səfəvi münasibətlərini diqqətlə araşdıran Yaqub 
Mahmudov yazır: “Osmanlı imperiyası ilə Səfəvi arasında 12 ilə 
qədər davam edən yeni müharibə (1578-1590-cı illər) başlandı” 
(115, s.199). 
Bu müharibə nəticəsində bütün Azərbaycan  sultan III Mu-
rad tərəfindən tutuldu (24, s.179; 115, s.203). Əhalisinin çox 
böyük  əksəriyyəti yerli türk-müsəlmanlardan ibarət olan 
Qarabağ  əhalisi Səfəvi-Osmanlı qarşıdurması  nəticəsində 
bölgəni tərk etdi və bu səbəbdən də Qarabağda türk əhalisinin 
sayı, müvəqqəti də olsa, nəzərəçarpacaq dərəcədə azaldı. Bu 
zaman hakimiyyət dəyişikliyini düzgün qiymətləndirən 
Qarabağın xristian məlikləri boşalmış türk kəndlərini və 
torpaqlarını rüşvət və hədiyyələrlə ələ keçirdilər. Müasir erməni 
tarixşünaslığının Qarabağ  əhalisinin  əsrlər boyu ermənilərdən 
ibarət olması  və  hətta onların burada əksəriyyət təşkil etməsi 
haqqında uydurmaları Eçmiədzin keşişi İsrael Ori tərəfindən or-
taya  atılmış avantüranın nəticəsində yaranmışdır ki, onlar da 
həmin bu “faktlara” söykənir (49, s.19). 

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
146
Osmanlı-Səfəvi müharibələrinin yaratdığı  vəziyyət sonra-
lar erməni tarixinin «çiçəklənməsinə» xidmət etmişdir. XVII 
əsrdə baş vermiş hadisələrə öz münasibətini bildirən Arakel 
Təbrizlinin Sovetlər dövründə  nəşr olunmuş  əsərində göstərilir 
ki, I Şah Abbas nəhəng türk ordusunun hücumu ərəfəsində 
İrəvandan «hamını – xristianları, məhəmmədiləri və yəhudiləri» 
İrana köçürdü. Erməni tarixçiləri üçün bu da bir «fakta» 
çevrilmişdir  ki, guya Qərbi Azərbaycan vaxtilə ermənilərin 
doğma torpaqları olmuş  və onlar həmin vaxt «öz doğma 
torpaqlarından zorla köçürülmüşlər» (125, s.171,174, 182; 194, 
s.203; 231, s.104). Hansı ki, həmin dövrdə Qarabağda yaşayan 
erməni adlandırılanlar, eləcə də məliklərin özləri xristian alban-
lar idilər. Məlumdur ki, Qarabağa ermənilər XIX əsrdə İran və 
Türkiyədən köçürülmüşlər (116; 228; 299). 
Burada, yeri gəlmişkən, bir məsələyə  də toxunmaq 
lazımdır ki, ermənilərin bu dolaşıq eyhamlarına güya əks 
çıxmaq istəyən bəzi «tarixçilər» daha ciddi səhvə yol vermışlər. 
Belə ki, Gülüstan və Türkmənçay müqavilələrindən sonra 
Qarabağa köçürülənlər güya ermənilər deyil, vaxtilə  Səfəvilər 
dövründə  İrana, Türkiyəyə qovulmuş  və sonradan geri qayıdan 
alban mənşəli  əhali olduğu bildirilir. Bununla da Qarabağa 
ermənilərin XIX əsrdə köçrülməsi faktını  şübhə altında qoyur 
(298). 
Doğrudur Sovetlər dövrü tarixşünalığında Qarabağ 
məliklərinin erməni kimi tanıdılmasına edilən cəhdlər uzun 
müddət Azərbaycan tarixşünaslığında da öz əksini tapmışdı. 
Ona görə də bəzi əsərlərdə «erməni məlikləri» ifadəsi mexaniki 
olaraq təkrar edilmişdir. Ancaq nəzərə almaq lazımdır ki, bu 
barədə son dövrlərdə obyektiv tədqiqatlar aparılmış, bu 
məsələnin  əsl mahiyyəti və  məliklərin mənşəyi barədə maraqlı 
şərhlər verilmişdir (89; 228). 

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
147
Burada bir məsələyə xüsusi diqqət vermək lazımdır: 
Qarabağda bir çox yerli iri tayfalar mövcud idi ki, bunlar 
ölkənin siyasi həyatında mühüm rol oynayırdılar. Bu tayfalardan 
biri Qacarlar idi. Qarabağın XVI-XVIII əsr tarixində Qacarlar 
soyunun böyük rolu olmuşdur. Azərbaycan tarixşünaslığında 
Qacarların Qarabağa gəlmə oması barədə fikirlər mövcuddur. 
A.A.Bakıxanova görə, Cəlairi türklərindən olan Qacarlara 
məxsus 200 min ailə Hülakü xan dövründə  İrana və 
Azərbaycana köçürülmüşdür. Qacarların bir hissəsi Anadoluya 
və Suriyaya köçmüşdür. Əmir Teymur 50 minlik Qacar ailəsini 
Cənubi Qafqaza köçürmüş,  İrəvan, Gəncə  və Qarabağda 
yerləşdirmişdi (208, s.82,172). 
M.V.Baharlı bildirir ki, Cəlairi türklərindən olan Qacarlar 
ilk  əvvəl Kiçik Asiyada və Suriyada yerləşdi, sonra Teymur 
onları İrana köçürdü. Onlar Mərv, Mazandaran, həmçinin İrəvan 
və Qarabağ bölgələrində yerləşdirildi (120, s.48-49). 
Yuxarıda deyilənlərdən fərqli olaraq «Qızılbaşlar tarix-
i»nin müəllifi Qacarların mənşəyinə daha dəqiqliklə yanaşaraq 
onların qədimdən Gəncə və Bərdədə yaşadıqlarını, bir qisminin 
isə Şamdan gəldiyini bildirir (142, s.48). 
Qacarların Azərbaycan dövlətçiliyi tarixində yeri və rolu 
baxımından Azərbaycan Səfəvi dövlətinin yaranmasında aparıcı 
mövqedən çıxış edən Qacarlar soyundan olan Qara Piri bəyin 
(Şeyx Heydərin müridlərindən biri) fəaliyyətini dövrün 
qaynaqları bir daha təsdiq edir (377, 81-82). 
1547-ci ildə  Şirvanda  Əlqas Mirzənin başçılığı altında 
üsyan başlanan zaman Gürcüstan səfərindən Yevlağa qayıdan 
Şah Təhmasibin üsyançılara qarşı göndərdiyi 5 min nəfərlik 
Qızılbaş süvarilərinə oğlu İsmayıl Mirzənin  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
148
lələsi Göycə Sultan Qacar və Qarabağ bəylərbəyi Şahverdi Sul-
tan Ziyadoğlu Qacar rəhbərlik etmişdir (377, s.84-85). 
Tanınmış Qacar əmirlərindən biri Ziyadoğlu Şahverdi Sul-
tan öz ata yurdu Qarabağın valisi idi (142, s.49). 
F.Sümər bildirir ki, Osmanlıların işğalı zamanı Qarabağda 
Qacarlar, otuzikilər, qazaxlar, iyirmidördlü, qaramanlı  və digər 
tayfalar yaşayırdılar. Yeri gəlmişkən, Bərdədə həmin tayfaların 
adını daşıyan kəndlər indi də mövcuddur. Qarabağın Osmanlı 
idarəçiliyinə keçməsi nəticəsində Qacarların bir hissəsi Osmanlı 
hakimiyyəti altında qalmaq istəməyərək Arazın cənubundakı 
Səfəvi torpaqlarına köç etdilər (390, s.145; 142, s.50). 
Mənbələr və  tədqiqatlar Qarabağ  bəylərbəyliyini irsi ola-
raq Ziyadoğlu Qacar nəsli idarə etməsini təsdiq edir. Şahverdi 
Sultanın nəvəsi Xəlil xanın oğlu Məhəmməd xanın dövründə 
Ziyadoğlu nəsli Osmanlı ordusu tərəfindən təkcə  Şirvandan 
deyil, həm də Qarabağdan qovulmuşdu. Beləliklə, bütün Qacar-
lar Qarabağı tərk edərək Ərdəbil bölgəsində məskunlaşmışdılar 
(336, s.122-123; 142, s.50). 
Ziyadoğlu Qacarlar Qarabağın Osmanlı ordusu tərəfindən 
işğal edilməsi ilə uzun müddət barışmamışdılar (142, s.50). 
Qacarların artıq dövlət işlərindən kənarda qalmasını 
göstərən faktlar məlumdur. Vəzifədə  cəmi iki Qacar əmiri 
qalmışdır. Bu əmirlərdən biri Çuxur-Səd bəylərbəyi  Əmirgünə 
oğlu Təhmasibqulu xan, digəri Bərdə valisi Peykər xan idi ki, 
iyirmidördlü Peykər xan Şah Səfi dövründə  İbrahim xanın 
yerinə  təyin edilmişdi. Sonra isə  İbrahim xan da bu vəzifədən 
uzaqlaşdırılmışdı, - elçi kimi Bərdə valiliyindən  İstanbula 
göndərilmişdi. Hüseyin Əli bəy də  Şah Abbas dövründə 
tanınmış Qacarlardan biri idi (390, s.188). 

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
149
XVIII  əsrin  əvvəllərində Azərbaycan  ərazisi Rusiya və 
Osmanlı imperiyaları arasında gedən müharibələrin mərkəzində 
idi. Səfəvilər dövlətinin zəifləməsindən istifadə edən Rusiya 
ciddi «Qafqaz siyasəti» yeridirdi. I Pyotrun Azərbaycan neftinə 
və geostrateji mövqeyinə olan marağı Türkiyə ilə münaqişəyə 
gətirib çıxardı. Bu münaqişələr yerli xalqa ağır zülm və bəlalar 
verdi (102; 320). 
XVIII  əsrin  əvvəllərində  Şimali Qafqazlıların Qarabağa 
(Gəncə-Qarabağ əyalətinə) aramsız basqınları başlandı. 1712-ci 
il hücumu zamanı  Bərdədən Qazağa qədər olan düzənlik 
yerlərdəki yaşayış  məskənləri talandı, xeyli insan tələf oldu və 
əsir düşdü (8, s.245; 49, s.15; 259). Qarabağın dağlıq hissəsində 
yaşayan qeyri-müsəlmanlar (alban-xristianlar) hədiyyələr 
verərək əsirləri xilas etdi, müsəlmanlar isə əsir aparıldı, yaşayış 
məskənlərinin çoxu boş qaldı (49, s.14-17; 259, s.29-30). Bu 
səbəbdəndir ki, Bərdə nahiyəsində olan kəndlərin də bir çoxu 
mənbələrdə boş, sakinsiz kimi qeyd edilir (49, s.15). Alban 
soykökündən olan Yesai Həsən Calalın «Alban ölkəsinin qısa 
tarixi (1702-1722)» əsərində  məlumat verilir ki, 1721-ci ildə 
növbəti hücum zamanı dağıstanlılar Kür çayından Qarabağın 
dağlıq hissəsinə  qədər bütün kəndləri viran qoydular, əhalini 
soyub taladılar (259, s.29-31). 
Yesai Həsən Calal Şamaxının talan edilməsi haqqında 
məlumatının ardınca nəql edir ki, «bu şəhəri aldıqdan sonra 
Gəncə və İrəvan hakimləri bu barədə şaha etirazlarını bildirərək 
xəbər verdilər, özləri isə bütün orduları ilə hərəkət etdilər və Kür 
çayının sahilinə, Aqvan (Albaniya) şəhəri Bərdəyə  gəldilər. 
Bölgənin bütün hakimləri ilə  İrəvan xanı, bütün əyanlar ilə 
Gəncə xanı  və yerdə qalan 30 min nəfərlik qoşunla oraya 
toplaşdılar» (259, s.28). Mənbə  məlumatında deyilir: Şahın 
özünün və qoşununun başı Qəndəharda qarışdığından, şimaldan 
gələn bu hücumun  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
150
qarşısını almağa maraq göstərmədi. Kür çayını keçərək hücum 
edən basqınçılar əhalini Tərtər və Xaçın çayları boyunca Arsak 
dağlarına tərəf qovdular (259, s.29). Yığdıqları  qənimətləri və 
əsirləri toplayaraq Xaçınla Tərtər arasında düşərgə saldılar. 
Onların «Qarı körpüsü»ndən Bərdəyə hücum edəcəyini bilən 
əhali bütün tədbirləri görərək düşmənə ağır zərbələr vurduğuna 
görə, oradan tezliklə çıxıb getməyə məcbur oldular. Kürü təcili 
keçib topladıqları  qənimətləri və  əsirləri öz vilayətlərinə 
göndərdikdən sonra, özləri Gəncə üzərinə basqın etdilər (259, 
s.31). 
Səfəvi hakimiyyətinin zəifləməsindən istifadə edən Nadir 
xan  Əfşar hakimiyyəti  ələ keçirdi və  Səfəvilər dövründə olan 
torpaqları geri qaytarmaq yürüşlərinə başladı. Azərbaycan 
ərazisində yenidən hərbi əməliyyatlar başlandı. Səfəvi dövlətinin 
bərpasına tərəfdar olan feodallara qarşı mübarizə ilə əlaqədar II 
Təhmasib 1730 – cu ildə  Uğurlu xanı 700 nəfərlik dəstə ilə 
Gəncəyə göndərdi. O, Bərdə  və  Bərgüşadda 12 minlik ordu 
yığmağa nail oldu. Osmanlı  İbrahim paşaya qulluq edən Qara 
bəy də «iranlı  əsgər» ordusu ilə  Uğurlu xanla birləşdi (320, 
s.177). 
1733-cü il sentyabr ayının 26-da Bakıda rus 
komandanlığının dəftərxanasında Gəncədən olan şabranlı Hacı 
Məhəmməd aşağıdakıları danışmışdır: Guya o, Şamaxıda 
öyrənmişdir ki, Surxay və Krım xanı birlikdə 18 minlik ordu ilə 
Kürə tərəf hərəkət etmiş, oradan Surxay Şamaxıya qayıtmış, xan 
və onunla Surxayın naibi – Qara bəy körpü tikərək Kürdən keçib 
Cavaddan yuxarı yollanmışdır. Komandanlığı altında 6 min 
adam olan Gəncəli Əli paşa da bura gəlmışdir. Onlar birləşmiş 
halda Bərdəyə yola düşmüş, 3 günə  gəlib çatmış, sonra isə 
Qarabağdan keçib ərdəbililərin yay iqamətgahına gəlmışlər. Bu-
rada onlar öyrənmışlər ki, artıq iranlılar  Ərdəbili tərk etmişlər. 
Əli paşa tatar ordusunu yay iqamətgahında qoyub, türk dəstəsini  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
151
Ərdəbilə göndərmış, özü isə 700 nəfərlik dəstə ilə  Gəncəyə 
qayıtmışdır (320, s.193). 
Nadir xan Əfşar Səfəvilər sülaləsinin hakimiyyətinə son 
qoydu, keçmişdə  Səfəvi dövlətinin tərkibinə daxil olmuş 
əraziləri öz hakimiyyəti altına keçirmək üçün xeyli mübarizə 
apardı və buna nail oldu (320, s.193-195). 
Nadirin şah seçilməsi üçün Muğanda çağırılmış (1736 – cı 
ildə) yığıncaqda Muğan və  Bərdə  əhalisi Səfəvi sülaləsinin 
tərəfini saxlayaraq Əfşarlar soyundan olan Nadirin əleyhinə 
çıxdıqları üçün ciddi cəzalandırıldılar. Nadir şah  Əfşar 
Qarabağın yerli sakinlərindən olan Cavanşir, Otuzikilər və 
Kəbirli ellərini Xorasanın Sərəxs torpaqlarına köçürdü. O, 
məliklikləri (5 məliklik var idi) Gəncə xanının itaətindən 
çıxarıb, birbaşa şahlığın mərkəzinə tabe etdi (25; 133, s.30). 
Abbasqulu Ağa Bakıxanov Nadir şahın yürüşləri zamanı 
dəfələrlə Bərdəyə gələrək orada yerləşməsi barədə məlumat ve-
rir və qeyd edir ki, Nadir şah 1732-ci ilin mayında Azərbaycanın 
şimalına doğru hərəkət edərkən Bərdədən keçmişdi. Orada 
məğlub olduqdan sonra Bərdəyə qayıtmış, yenidən Dərbənd 
üzərinə yürüş etmişdi (125; 208, s.149). Abbasqulu Ağa 
Bakıxanov Nadir şahın Gürcüstanda apardığı döyüşdən geri 
çəkilərək Bərdəyə gəlməsindən bəhs edərək yazır: «Bundan so-
nra Nadir təcili olaraq Türkiyə  sərhəddindən qışlamaq üçün ən 
əlverişli yer olan Bərdəyə  gəldi» (208, s.149). O, Bərdədə bir 
müddət qalıb hazırlaşdıqdan sonra, 1743-cü ilin yanvarında 
Dərbənd üzərinə hücum etdi. Təbəristandan Dərbəndə qayıtmış 
Nadir  şah 5 dekabrda yenidən Bərdəyə  gəldi, atlara yem 
çatışmadığı üçün Bərdədən Kürün sol sahilinə keçərək  Ərəşdə 
düşərgə saldı (208, s.150). 
Mənbələrin məlumatına görə, Nadir şah Əfşar Azərbaycan 
ərazisinə dördüncü yürüşündə – Şəki üzərinə  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
152
hücum zamanı, «Gələsən-görəsən» qalası  uğrunda döyüşlərdə 
qoşununun bir hissəsini itirdikdən sonra geri qayıdaraq Bərdədə 
yerləşmişdi. O, imperiyanın mərkəzindən qüvvə  və  ərzaq 
gəlməsini gözləyərək oradan Dərbənd istiqamətində hücum 
təşkil etmişdi (25; 125; 133; 208). 
Nadir  şah  Əfşara qədər Qarabağı Ziyadoğlu nəslindən 
almağa cəhd göstərilməmişdir. Lakin 1736-cı ildə Nadir xanın 
çağırdığı Muğan qurultayından sonra Ziyadoğlu Qacar 
sülaləsinin həyatında siyasi baxımdan böyük dəyişikliklər baş 
verdi. Yuxarıda qeyd edildiyi kimi, Muğan qurultayında iştirak 
edən bəzi xanlar kimi II Uğurlu Xan Ziyadoğlu da Qırxlı Əfşar 
nəslindən olan sərkərdə Nadirin şahlıq üçün namizəd 
verilməsinin əleyhinə çıxaraq Səfəvilər sülaləsinin devrilməsinə 
qəti etiraz etdi. Nadir şah seçildikdən sonra Ziyadoğlular 
sülaləsinə ciddi zərbə vurdu. Nadir şah Ziyadoğlu nəslini 
zəiflətmək məqsədilə Qarabağın 5 məlikliyini və Mil-Qarabağ 
düzündəki tayfaları, eləcə  də  Zəngəzuru onun nəzarətindən 
çıxardı. Bütün bu torpaqlar Nadir şahın qardaşı Azərbaycan 
sipəhsaları İbrahim xana tabe edildi (133, s. 30; 320, s.195). 
Bu hadisə ilə bağlı Mirzə Adıgözəl bəy yazır: «Bunlar 
Muğan qurultayında gizlin və aşkar olaraq, son dərəcə çalışdılar 
ki, Səfəvilərdən başqa bir kimsə padşah olmasın … 
Ziyadoğlanları qədim bir ocaq və böyük bir dudman olduqlarına 
görə, Nadir şah onlara özgə bir cəza və başqa bir siyasəti rəva 
görmədi. Qazax və Borçalı ellərini öz xanları ilə  bərabər 
Gürcüstan  əmirlərinə tabe etdi. Cavanşir, Otuzikilər və 
Kəbirlilərdən ibarət olan Qarabağ elləri haqqında da icrası vacib 
olan fərman çıxdı ki, onları köçürüb Xorasanın Sərəxs 
torpaqlarına aparsınlar. Xəmsə  məliklərinə  də  əmir etdi ki, 
Gəncə xanlarının itaət zəncirini mənim möhkəm hökmüm 
vasitəsilə xas və avam camaatın boynundan kənar edin. 
Özünüzü tamamilə azad sayın… Beləliklə,  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
153
Gəncə xanlarının ixtiyarları tamamilə  əllərindən çıxdı. 
Səlahiyyətləri alındığından qol-qanadları  sındı  və çox pərişan 
oldular (133, s.30-31). 
B.İ.Dorn «Qafqaz və Xəzər dənizinin cənub sahilləri üzrə 
elmi səyahətə dair» hesabatında bildirir ki, Muğan (Cavad) 
yığıncağında Nadirin şah seçilməsi  əleyhinə  çıxdıqları üçün 
bərdəlilərdən intiqam almaq məqsədilə O, Bərdə  şəhərini 
tamamilə dağıtmaq haqqında göstəriş vermişdir (1744-cü ildə) 
(5, s.520; 256, s.18). B.Dornun verdiyi məlumata görə  Bərdə 
şəhəri Nadir şah tərəfindən tamamilə dağıdılmışdır (256, s.435). 
Y.A.Paxomov onunla razılaşmır və  Bərdə  şəhərinin XVIII əsr 
dağıntısından sonra tədricən tənəzzülə  uğradığını bildirir (329, 
s.86). 
Mirzə Adıgözəl bəyin məlumatına görə, Nadir şahın 
sarayında qalmaqdan ehtiyat edən, Sarıcalı soyundan olan 
Pənahəli bəy mühafizə olunmaq üçün Qarabağa gələrək orada 
yerləşmişdi. Pənahəli tezliklə xan olandan sonra Nadir şahın 
Qarabağdan məcburi köçürdüyü tayfaları geri qaytardı, çoxunu 
Bərdə ərazisində yerləşdirdi (133, s.32-33). 
1747-ci ildə Nadir şah  Əfşarın öldürülməsindən sonra 
Gəncə hakimi Hacı xan yerli feodallar tərəfindən qovuldu və 
Şahverdi xan gürcü qoşunlarının köməyi ilə  Gəncədəki  İran 
qornizonunu dağıdıb müstəqil Gəncə xanlığının  əsasını qoydu 
(1747-1760). 1749-1750-ci illərdə  Pənahəli xan hücum edərək 
Gəncə şəhərinin bir hissəsini tutsa da Şahverdi xan II İrakli və 
Teymurazı köməyə çağırdığı üçün Pənahəli xan bac alaraq geri 
dönməyə məcbur oldu (48, s.40). 
XVIII  əsrin birinci rübündən etibarən Azərbaycanda 
xanlıqların yaranması ilə  əlaqədar  şəhərlərin daxil olduğu yeni 
ərazi birliklərinin və dövlət qurumlarının inzibati quruluşunda 
dəyişikliklər baş verdi. Siyasi və iqtisadi əhəmiyyətini  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
154
itirmiş  Bərdə yalnız Qarabağ xanlığına  daxil olan kiçik bir 
şəhərə – ticarət və  mədəni  əlaqələr yolu üzərində    yaşayış 
məntəqəsinə çevrildi (329). Buna görə  də  Bərdə  şəhərinin adı 
tarix səhnəsində xeyli müddət görünmür. Bu səbəbdən 
Azərbaycana gəlmiş səyyahların qeydlərində Bərdənin adına rast 
gəlmirik. 
Bərdə XVIII əsrin sonlarında Qarabağ xanlığının  şimal 
ölkələri ilə  əlaqə yolunun üstündə mühüm məntəqə rolu 
oynayırdı. Bərdə həmin dövrdə poçt, tranzit xidmətləri göstərən, 
həmçinin sənətkarlıq və ticarət məşğuliyyəti olan şəhər idi. 
Qarabağ xanlığı  ərazisində mühüm daxili yolların Bərdədən 
kənar keçməsi şəhərin siyasi, ictimai-iqtisadi və mədəni həyatına 
mənfi təsir göstərirdi. Belə ki, Qarabağlı  İbrahimxəlil xan ilə 
Rus İmperatorunun səlahiyyətlisi Sisiyanov arasında imzalanmış 
Kürəkçay (1805-ci il) müqaviləsinin  şərtlərinə (362, 6-cı  bənd; 
228; 89) görə,  Şuşa-Gəncə  və  Şuşa-Cavad yolları 
genişləndirildi, hərəkət üçün əlverişli vəziyyətə salınaraq geniş 
istifadə edilməyə başlandı ki, həmin yolların da heç biri 
Bərdədən keçmirdi. 
Bu, Azərbaycanı  gələcəkdə bölüb parçalamaq üçün Rus 
imperiyasının «uzaqgörən» siyasi tədbirlərindən biri idi (300). 
Belə ki, Şimali Azərbaycanın  ən böyük bölgələrindən biri olan 
Qarabağı  gələcəkdə ayrıca bölgə kimi təcrid edə bilmək üçün 
onun qədim və zəngin tarixə malik olan mərkəzi şəhəri Bərdəni 
zəiflətmək, məhv etmək lazım idi ki, məlum olduğu kimi, buna 
da nail oldular. Həmin siyasətin davamı idi ki, sonralar Şuşa 
şəhərini “gözdən salmaq” üçün Xankəndini (Stepanakert 
adlandıraraq) Yuxarı Qarabağın mərkəzinə çevirdilər. Təkrar 
olsa da xatırlatmaq istərdik ki, bu siyasətin əsası orta əsrlərdən 
qoyulmuşdu. Bu planın həyata keçirilməsi Rusiya üçün də, İran 
üçün də  əlverişli idi. Bütün bunlar Rusiyanın kaloniya 
siyasətindən irəli gəlirdi. Göründüyü kimi, bu gün də  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
155
həmin siyasət davam etdirilir. Süni şəkildə yaradılmış Dağlıq 
Qarabağ problemi də, Rusiyanın müdafiə etdiyi Ermənistanın 
(143) Azərbaycana  ərazi iddiaları  və  işğalının mahiyyəti də, 
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini həll 
etməyin çətinliyi də bununla bağlıdır. 
XIX əsrin əvvəllərində Azərbaycan İranla Rusiya arasında 
bölüşdürüldü.  Şimali Azərbaycanın tərkibində  Bərdə  də 
Rusiyanın tabeliyinə keçdi. Gülüstan (1813-ci il) və 
Türkmənçay (1828-ci il) müqavilələrindən sonra Azərbaycanın 
şimal hissəsinə öz müstəmləkəsi kimi baxan Rusiya bu bölgənin 
təbii sərvətlərindən xammal kimi istifadə etməyə, sənaye 
mallarına tələbatını Rusiya istehsalı vasitəsilə ödəməyə başladı. 
Bu məqsədlə  də  Şimali Azərbaycanda, o cümlədən Bərdədə, 
sənaye müəssələrinin yaradılmasına «ehtiyac qalmadı». İqtisadi 
inkişafdan geri qalan Şimali Azərbaycanın digər  şəhərləri kimi 
Bərdə  də  nəinki inkişaf etmədi,  şəhər olaraq mövcudluğunu 
itirmək səviyyəsinə endi. 
Araşdırmalar həmin dövrə dair heç bir mənbədə Bərdənin 
adının  şəhərlər sırasında çəkilmədiyini göstərir. Tarixi 
ədəbiyyatda Bərdəyə aid məlumatlarda o, Cavanşir və  Şuşa 
qəzalarına daxil olan məntəqələr kimi qeyd edilir. Çox az hallar-
da isə Bərdənin indi böyük kəndərindən biri olan Lənbərənin adı 
çəkilir (208; 176, s.120-122; 319). 
XIX  əsrin sonlarında  Şimali Azərbaycanın umumi 
əhalisinin 25 %-ə  qədəri  şəhərlərdə, qalan 75 %-i kəndlərdə 
yaşayırdı. Həmin dövrin tarixinə dair məlumatlarda 200 mindən 
artıq  əhalisi olan bir şəhər – Bakı, 40-60 mindən artıq  əhalisi 
olan 3 şəhər – Gəncə, Nuxa (indiki Şəki) və Şuşa, 20-40 mindən 
artıq əhalisi olan iki məntəqə – Quba, Şamaxı, 5-20 mindən artıq 
əhalisi olan 12 məntəqə qeyd edilir ki, bunlardan biri də Bərdə 
idi. 

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
156
Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin