Press-reliZ 06 Oktyabr 2011-ci IL Bakı, Azərbaycan


BAKIDA DÖYÜLƏN ƏCNƏBİ JURNALİSTLƏRLƏ BAĞLI İŞİN MƏHKƏMƏ İSTİNTAQI BAŞLADI



Yüklə 56 Kb.
səhifə3/5
tarix02.01.2022
ölçüsü56 Kb.
#1862
1   2   3   4   5
BAKIDA DÖYÜLƏN ƏCNƏBİ JURNALİSTLƏRLƏ BAĞLI İŞİN MƏHKƏMƏ İSTİNTAQI BAŞLADI

Bu gün (06 oktyabr) Yasamal rayon məhkəməsində  hakim Elçin Qurbanovun sədrliyi ilə  ABŞ vətəndaşı Amanda Erikson və Böyük Britaniya vətəndaşı Silya Devisin döyülməsi ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

  Məhkəmə prosesində Dövlət ittihamçısı Rizvan Sultanovun elan etdiyi ittiham aktına görə əcnəbi xanımlar iyunun 15-dən 16-na keçən gecə Bakının  Yasamal rayonu ərazisində naməlum şəxslərin hücumuna məruz qalıblar. Bu şəxslər qızların üzərinə hücum çəkib və heç bir izahat vermədən onları döyməyə başlayıblar. Qızlar ciddi zədələr alıblar.

     Təqsirləndirilənlər ittiham aktı üzrə özlərini təqsirli bilmədiklərini deyiblər. Onlar ifadələrində əcnəbi qızlarla tanış olmaq yox, içkili olduqlarına görə kömək etmək üçün yaxınlaşdıqlarını bildiriblər. Tutulan şəxslər əcnəbilərə heç bir xəsarət, zədə yetirmədiklərini, söyüş söymədiklərini  və sərxoş olmadıqlarını deyiblər. Onlar ilkin ibtidai istintaq zamanı verdikləri ifadələri təkzib ediblər.

Daha sonra zərərçəkmiş Silya Devis ifadə verib. O həbs olunanların dediklərinin düzgün olmadığını bildirib. Bu şəxslərin  onları itələyərək çantalarını yerə atdıqlarını və  təpiklədiklərini deyib, hadisə zamanı sərxoş olmadığını söyləyib.

Daha sonra Silya Devis tərcüməçinin düzgün tərcümə etmədiyini bildirərək etiraz edib. Buna görə hakim prosesi oktyabrın 13-dək təxirə salıb.

Qeyd edək ki, bu iş üzrə təqsirləndirilən Adil Tağızadə, Roman Həsənov, Vüsal Qurbanov və Nazim Hüseynov Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq), 127.1(qəsdən sağlamlığa az ağır zərər vurma)maddəsi ilə ittiham olunurlar.

Xatırladaq ki, iyunun 15-dən 16-na keçən gecə Bakının Yasamal rayonu ərazisində ABŞ vətəndaşı Amanda Erikson və Böyük Britaniya vətəndaşı Silviya Devis naməlum şəxslərin hücumuna məruz qalıb. Belə ki, hadisə axşam saat 00.15-20 radələrində Milli Dram Teatrının yaxınlığında baş verib. İdmançı bədən quruluşuna malik 4 nəfər kişi  xanımların üzərinə hücum çəkib və heç bir izahat vermədən onları döyməyə başlayıblar. Hadisədən əvvəl xanımlar bu şəxslərin  onları izlədiyini bildirmişdilər. Nəticədə xanımlar ciddi zədələr alıblar. RATİ əməkdaşı Silya Devisin sol qolu da sınıb.  Amanda   Erikson və Devis yerli QHT-lərlə (RATİ) əməkdaşlıq etməklə bərabər jurnalistlər və vətəndaş cəmiyyəti fəalları üçün treninqlər keçirirdilər. Amanda Erikson həmçinin “Vaşinqton post” və “Nyu-York tayms” qəzetləri ilə də əməkdaşlıq edir.

 “XURAL” QƏZETİNƏ QARŞI NÖVBƏTİ MƏHKƏMƏ İDDİASI İRƏLİ SÜRÜLÜB

Bu gün (06 oktyabr) Nərimanov rayon məhkəməsində hakim Sevinc Quliyevanın sədrliyi ilə “Baltika-Bakı” MMC-nin baş direktoru Adam Tlexurayın “Xural” qəzetinə qarşı iddiasına əsasən məhkəmənin hazırlıq iclası keçirilib. Qəzetin baş redaktoru Əvəz Zeynallı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna bildirib ki, əvvəllər də “Xural” qəzetinə qarşı iddialara baxaraq cərimə qərarı çıxarmış hakim Sevinc Quliyevanın qərəzli mövqeyi elə ilk iclasdan hiss olunmağa başlayıb. Belə ki, hazırlıq iclasının saat 10.30-a təyin olunması ilə bağlı redaksiyaya bildiriş daxil olsa da, həmin vaxt məhkəməyə gələn baş redaktora bildiriblər ki, hazırlıq iclası saat 9.30-da keçirilib və baxış təyin olunub. Baş redaktorun etirazından sonra isə yenidən hazırlıq iclası keçirilib. İclasda Əvəz Zeynallı hakimə və Nərimanov rayon məhkəməsinə etiraz edib, işə Yasamal rayon məhkəməsində baxılması ilə bağlı vəsatət verib. Hakim vəsatəti rədd edərək, növbəti iclası 31 oktyabr saat 10.30-a təyin edib.


Hüquqlarını Media Hüququ İnstitutunun vəkili Elçin Sadıqovun müdafiə etdiyini deyən Əvəz Zeynallı vurğulayıb ki, vəsatətin rədd olunması ilə bağlı qərardaddan apelyasiya şikayəti veriləcək.


Qeyd edək ki, iddiaçı “Xural” qəzetinin bir neçə sayında “Baltika-Bakı” MMC haqqında dərc olunmuş araşdırma məqalələrdə şərəf və ləyaqətinin alçaldıldığını, işgüzar nüfuzuna xələl gətirildiyini iddia edərək, qəzetin təkzib verməsini, 150 min manat cərimələnməsini istəyir.

P.S  Nota” qəzetİnİn çapına İmkan verİlməyİb

 Bu gün (06 oktyabr)“P.S Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəyli qəzetin sonuncu sayının işıq üzü görməməsi ilə bağlı Reportyorların Azadlıq və Təhlükəsizlik institutunun mətbuat mərkəzində  mətbuat konfransı keçirib.

Baş redaktor bildirib ki, bazar ertəsi günü “Çap evi” mətbəəsində həftəlik “P.S Nota” qəzetinin nəşri dayandırılıb və qəzetin çapının dayandırılmasına “yuxarı”lardan mətbəəyə gələn zəng səbəb olub.

Baş redaktorun fikrincə bu zəng  prezident  administrasiyasının şöbə rəisi Əli Həsənov tərəfindən olunub.  “Mən qəzetdə həmişə hakimiyyətin,  məmurların, İlham Əliyevin əleyhinə yazılar yazmışam. Hesab edirəm ki, qəzetin nəşrinin dayandırılması birbaşa yuxarıların göstərişidir”- deyə Əlibəyli  əlavə edib.

O deyib ki, qəzetin 04-10 oktyabr sayında “İlham Əliyev, dərhal istintaqa!” başlıqlı, kəskin tənqidlər üzərində qurulan məqalə çıxmalı idi. Jurnalistin dediyinə görə məhz bu məqalə nəşrin dayandırılmasına səbəb olub.

Sonda Sərdar Əlibəyli qəzetinin nəşrini dayandırmaq göstərişi verənlərə, onun bərpa edilməsinə mane olanlara üz tutaraq hakimiyyətin ünvanına sərt ismarıc səsləndirib. Onları “P.S Nota” qəzetinə qarşı təzyiqlərdən əl çəkməyə çağırıb.




Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin