Plan: Böyük Britaniyanın coğrafi mövqeyi, dövlət quruluşu, əsas turizm mərkəzləri


Avstriyanın coğrafi mövqeyi və təbii iqlim şəraitinin turizmə təsiri



Yüklə 42,47 Kb.
səhifə9/10
tarix11.11.2022
ölçüsü42,47 Kb.
#68560
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10
qerbi avropa

Avstriyanın coğrafi mövqeyi və təbii iqlim şəraitinin turizmə təsiri

Avstriya cənubda İtaliya, cənubda və qərbdə İsveçrə, qərbdə Almaniya və Lixternşteynlə, şimalda Çexiya, şərqdə Macarıstan, şimal-şərqdə isə Slovakiya ilə həmsərhəddir.
Avstriya ərazisinin ¾ hissəsi bir-birinə paralel olan girintili-çıxıntılı dağ silsilələrindən və vadilərindən ibarətdir. Hazırda 1371m yüksəklikdə olan Brenner aşırımından keçən dəmiryolu Avstriyanı İtaliya ilə birləşdirir. Ən yüksək dağ zirvəsi Qrasqloknerə (3793m) dolanan spiral şəkilli şosse yolları ilə yay mövsümündə minlərlə avtomaşın tirist daşıyır. Çoxsaylı çaylar arasında Dunay gəmiçilik üçün yararlıdır.
Avstriyanın iqlimi Orta Avropa iqlimi kimi mülayim olsa da, ucqar şərq bölgələrinin iqlimi nisbətən kontinental və qurudur. Dağlar və dağ yamacları ərazinin yüksəkliyindən və yerli şəraitdən asılı olaraq mikroiqlimin müxtəlifliyi ilə seçilir.
Qruts, Lints, Zaltsburqdur. Vyana və Lints şəhərləri əsas çay limanıdır.
Avstriya federativ respublikadır. Aşağı və Yuxarı Avstriya, Burgenland, Ştiriya, Karintiya, Tirol, Zaltsburq, Fororlberq və inzibati baxımdan eyni statusa malik olan Vyana federal torpaqlardır. Dövlət başçısı federal prezidentdir. İcra hakimiyyəti Kanslerin əlindədir. Ali qanunverici orqan iki palatalı: Milli Şura (Aşağı palata) və Federal Şura (Bundesrat və ya Yuxarı palata) ibarət parlamentdir. Parlament tərəfindən Avstriyanın bitərəfliyi haqqında qanun qəbul olunduğu gün-26 oktyabr (1955)-Milli bayram kimi qeyd olunur.

  1. Vyana, Aşağı Avstriya, Burkenland turizm bölgələri

Vyana Avropa mədəniyyətinin iri mərkəzlərindən biri, intibah, barokko, rokoko üslubunda tikilmiş nadir memarlıq abidələri, çoxsaylı muzey, teatr və parklar şəhəridir. Vyananın tarixi memarlıq abidəsi Müqəddəs Stefan kilsəsi (XIV-XV) Avropanın ən gözəl qotika üslublu tikililərindən biridir. Hofburq sarayı Habsburqların qış iqamətgahı olmuşdur. Sarayın ən qədim hissəsi XIII əsrə aiddir. Şenbrunn sarayı isə Habsburqların yay iqamətgahı olub. Sarayın otaqları və zalları məşhur incəsənət əsərləri ilə bəzədilmişdir. Sarayın ətrafında barokko üslubunda park salınmışdır. Belveder sarayı memar Lukas fon Gildebrant tərəfindən tikilmişdir.
Vyananın muzeyləri arasında Bədii-tarixi, İncəsənət, şəhər muzeyləri xüsusilə seçilir. Şəhərin park və meydanlarını heykəllər və fəvvarələr bəzəyir. Viyanada Milli kitabxana (1,2 milyon cild), bir sıra ali tədris müəssisələri, o cümlədən universitet fəaliyyət göstərir. Aşağı Avstriya çoxsaylı tarixi-memarlıq abidələri, əlverişli iqlim şəraiti ilə Avstriyanın digər bölgələrindən gələn turistləri cəlb edir. Bu turist bölgəsində qədim Krems şəhərindən Melk şəhərinədək olan olan hissəsi gözəl təbiəti və tarixi memarlıq abidələri ilə seçiilir. Mənzərəli kəndlər, Dunay çayının sıldırım sahillərində ucalan qədim qəsrlər öz gözəlliyi ilə turistləri heyran edir. Vyanadan 26km aralıda dünyada tanınan Baden balneoloji kurortu yerləşir. Kurortun kükürdlü mineral su mənbələrinin müalicəvi əhəmiyyəti romalılara hələ qədimdən məlum olmuşdur.
Avstriyanın cənubunda Macarıstanla sərhəd zonasında Burkenland turizm bölgəsi yerləşir. Bu bölgədə orta əsrlərə aid bir sıra qəsr-qalalar qorunub saxlanmışdır. Onlar arasında Eyzen-Ştadt şəhərində yerləşən Esterqazi qəsri daha məşhurdur. Dahi bəstəkar Haydn bu şəhərdə yaşayıb yaratmış və dəfn olunmuşdur. Şəhərdə Haydn muzeyi fəaliyyət göstərir. Macarıstanla sərhəddə yerləşən Neyzidler-Zee gölü daxili turistlərin toplaşdığı mühüm mərkəzlərdəndir.

Yüklə 42,47 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin