Plan: Böyük Britaniyanın coğrafi mövqeyi, dövlət quruluşu, əsas turizm mərkəzləri


Nitsa Fransa Rivyerasının tanınmış kurortlarından



Yüklə 42,47 Kb.
səhifə6/10
tarix11.11.2022
ölçüsü42,47 Kb.
#68560
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10
qerbi avropa

Nitsa Fransa Rivyerasının tanınmış kurortlarından biri olmaqla beynəlxalq turizm mərkəzidir. Bu şəhər böyük çimərlikləri,çiçək xiyabanları, hər il keçirilən gül və kitab festivalları, həmçinin karnavalları ilə məşhurdur.
Fransa Rivyersının Kann şəhəri qrammofon yazılar firmalarının yarmarkaları, yelkənli qayıq idmanı, kinofestivalları ilə beynəlxalq turizm mərkəzi kimi məşhurdur.
Mavi sahildə orta illik temperatur müsbət 15,5º, o cümlədən qışda 8,9º, yazda 14,2º, payızda 16,5º, yayda isə 24,1dərəcədir. Günəşli günlərin sayına görə Mavi sahil – Avropanın ən önəmli ərazilərindən biridir.Oktyabrda burada açıq, buludsuz günlərin sayı 16-ya,yağmurlu günlərin sayı isə 7-yə yaxın olur. Mavi sahilin iqlimi ağ ciyər vərəmi, xroniki bronxit xəstəliklərinin müalicəsi, o cümlədən ahıllar, müxtəlif xəstəlik və cərrahiyyə əməliyyatı keçirmiş şəxslər üçün münasib və əlverişlidir. Mavi sahilə hər il yüz minlərlə əcnəbi və fransız turisti gəlir.

  1. Almaniyanın coğrafi mövqeyi və iqlim şəraiti, əsas turizm mərkəzləri

Avropanın mərkəzində yerləşən Almaniya cənubda Avstriya və İsveçrə, qərbdə Niderland, Fransa, Belçika və Lüksenburq, şərqdə Polşa və Çexiya, şimalda Danimarka dövlətləri ilə həmsərhəddir. Almaniyanın Şimal və Baltik dənizlərinə çıxışı onun coğrafi və hərbi-strateji mövqeyini əlverişli edir. Almaniyanın relyefi üç əsas təbii zonaya bölünür: şimalda düzənlik ərazi, mər- kəzdə çay vadiləriilə kəsilmiş təpəlik və orta yüksəklikli dağlıq ərazi, cənubda dağlıq ərazi. Şimal dənizində Şimali və Şərqi Friz, Gelqoland, Baltik dənizində Fermarn, Uzedom, Rugen adaları yerləşir. Almaniyada Reyn, Slants, Harts, Şvarsvald, Filiz, Turingiya meşəsi adlanan dağlar vardır.Ölkənin əsas çayları Reyn, Rur, Mozel, Dunay və Elbadır. Baden ölkənin ən böyük gölüdür.
Almaniyanın iqlimi şimal-qərbdə dəniz, cənubda isə nisbətən kontinentaldır. Dənizkənarı rayonlarda qış yumşaq, yay nisbətən sərin və yağıntılı keçir. Dağ rayonlarının iqlimi müxtəlifliyi ilə seçilir.
Almaniya 18 yanvar 1871-ci ildən müstəqil dövlətdir. 3 oktyabr 1990-cı il AFR və ADR-ın birləşdiyi gün bayram kimi qeyd olunur. Dövlət başçısı prezidentdir, ancaq real hakimiyyət başda Federal Kansler olmaqla hökumətin əlindədir. Qanunverici hakimiyyət-ikipalatalı (Bundestaq və Bundesrat) parlamentə məxsusdur.
Almaniyanın əsas turizm mərkəzləri ölkənin paytaxtı Berlin şəhəri və ətrafı, Reyn çayı axarının mərkəzi hissəsi, Baden-Vürtemberq, Bavariya tarixi coğrafi əyalətləri, dəniz sahilləri, Maklenburq göllər diyarı, Harts, Turingiya meşəsi və Filiz dağları bölgələridir.


  1. Yüklə 42,47 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin