Plan: Avropa regionunda beynəlxalq turizmin müasir vəziyyəti və dünya turizm bazarında mövqeyi



Yüklə 128,11 Kb.
Pdf görüntüsü
səhifə12/14
tarix16.12.2023
ölçüsü128,11 Kb.
#181501
1   ...   6   7   8   9   10   11   12   13   14
BTC-movzu2

Yutlandiya turizm bölgəsi
. Orxus Yutlandiyanın paytaxtı və Danimarkanın ikinci böyük limanıdır. Ən 
məhşur yerləri Müqəddəs Budolfi Kafedral kilsəsi (XIV əsr), Olborqhus qəsri (XVII əsr) və Anna küçəsidir. 
Orxusun mərkəzi olan Qədim şəhər faktiki olaraq muzeydir. Yutlandiyanın digər görməli yerlərindən 1968-
ci ildə açılan Leqolendi (Billun), faxverk evləri ilə seçilən Ebeltoft şəhərini, Lökken və Lönstrup çimərlik 
kurortlarını və öz Cesperhus çiçək parkı ilə məhşur olan Mors adasını göstərmək olar. Yutlandiyanın cənub-
şərqində yerləşən Ellinq kəndi YUNESKO-nun Ümumdünya irsi siyahısına daxil olmuşdur. Burada 
vikinqlərə aid olan (900-cu il) 2 nəhəng kurqan vardır.
İslandiya.
(island dilində “buzlar ölkəsi” və ya “buzlu ölkə”). Atlantik okeanının şimalında (Böyük 
Britaniyanın şimal-qərbində), 103 min km
2
ərazidə yerləşən İslandiya adasında və onun ətrafındakı kiçik 
adalarda yerləşir. İslandiya 2015-ci ildə 1.3 mln. nəfər turist qəbul etmiş, turizmdən əldə etdiyi gəlir isə 



təxminən 1.6 mlrd. ABŞ dolları təşkil etmişdir. Ölkənin paytaxtı Reykyavik hesab olunsa da, ən böyük 
şəhərləri Kolavoqur və Akureyridir. 
İslandiya sahil xəttinin 1/3-ni fyordlar təşkil edir. İslandiyanın əsas görməli yerlərinə Hekla vulkanı, 
qeyzer və buzlaqları, Lanmannaleyqar, Torsmörk dərələri, Vestman adaları aiddir. Akureyri şəhərindən 
Xusavikə, Qodafoss şəlaləsinə və Qrimsey adasına getmək mümkündür.
İslandiya həm də Brennivin adlanan və çox baha olan xüsusi arağı ilə məhşurdur. Bu içkini kartof və 
cirə tumlarından hazırlayırlar. Onun adı “yanan şərab” kimi tərcümə olunur. İslandiya əhalisinin özü bu 
içkini “Qara ölüm” adlandırır.
Yoxlama suallar: 
1.
 
Avropanın FCM-nin əhəmiyyəti nədən ibarətdir? 
2.
 
Avropanın subregionları hansılardır? 

Yüklə 128,11 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin