Pənah Hüseynov qanunvericilik(BB,BA)


Subordinasiya baxımından tabelik münasibətlərində olan inzibati orqanların bir-birinə yardım etməsi qarşılıqlı hüquqi yardım sayılmır



Yüklə 7,45 Mb.
səhifə186/190
tarix07.01.2024
ölçüsü7,45 Mb.
#209267
1   ...   182   183   184   185   186   187   188   189   190
qanunvericilik.bb .ba

Subordinasiya baxımından tabelik münasibətlərində olan inzibati orqanların bir-birinə yardım etməsi qarşılıqlı hüquqi yardım sayılmır.


Maddə 6. Hüquqi yardımın şərtləri


6.0. İnzibati orqan hüquqi yardım üçün aşağıdakı hallarda müraciət edə bilər:



  1. hüquqi və faktiki xarakterli səbəblər üzündən hər hansı hərəkəti müstəqil həyata keçirmək iqtidarında olmadığı hallarda;

  2. müəyyən məsələnin həlli üçün ona məlum olmayan və özünün müstəqil olaraq müəyyən edə bilmədiyi faktlar tələb olunduğu hallarda;

  3. müəyyən məsələnin həlli üçün tələb olunan zəruri sənədlər və ya digər sübutlar hüquqi yardım üçün müraciət edilmiş müvafiq inzibati orqanın sərəncamında olduğu hallarda;

  4. müəyyən məsələni müstəqil şəkildə həll etmək üçün tələb olunan zəruri xərclər, həmin məsələnin hüquqi yardım qaydasında digər inzibati orqan tərəfindən həll olunması üçün tələb olunan xərclərdən çox olduğu hallarda.



Maddə 7. Hüquqi yardım göstərməkdən imtinanın əsasları


    1. İnzibati orqan aşağıdakı hallarda hüquqi yardım göstərməkdən imtina edə bilər:

  1. hüquqi yardım qaydasında tələb olunan tədbirlərin həyata keçirilməsi onun qanunvericiliklə müəyyən olunmuş səlahiyyətlərinə aid olmadıqda;

  2. hüquqi yardım qaydasında həyata keçirilməsi zəruri olan tədbirlər

hüquqazidd olduqda;


  1. hüquqi yardımın göstərilməsi onun öz funksional vəzifələrinin yerinə yetirməsinə əhəmiyyətli dərəcədə mane olduqda;

  2. hüquqi yardım qaydasında tələb olunan sənədlər və (və ya) məlumatlar

qanunla qorunan bu və ya digər sirri təşkil etdikdə.





    1. İnzibati orqan aşağıdakı hallarda hüquqi yardım göstərməyə borclu deyildir:

  1. başqa inzibati orqan daha sadə üsulla ya daha az məsrəflə hüquqi yardım göstərə bilərsə;

  2. həmin inzibati orqan xahiş olunan yardıma mütənasib olmayan yalnız böyük məsrəf hesabına hüquqi yardım göstərə bilərsə.




    1. İnzibati orqan hüquqi yardım göstərməkdən imtina etdiyi halda, ona həmin məqsədlə müraciət etmiş digər inzibati orqana müraciətin daxil olduğu gündən üç gün müddətində bu barədə yazılı məlumat verməlidir.


    2. Yüklə 7,45 Mb.

      Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin