nə özümün, nə də qavrama qabiliyyətimin mövcudluğuna şübhə edə bilmərəm.
Bununla belə mənlik şüuru haqqında düşüncələr müəyyən paradoksallıqdan da
m
əhrum deyil. Axı özünü dərk edə bilməsi üçün insan özünə kənardan baxmağı
ba
carmalıdır.
Halbuki özümü kənardan mən deyil, ancaq başqası görə bilir. Zira göz
özündən başqa hər şeyi görməyi bacarır.
Özünü kənardan görə bilmək, özünü
qavraya bilmək üçün, sözsüz ki, insana güzgü lazımdır. Güzgüdə öz surətini görən
və bunu yaddaşında möhkəm saxlayan insan sonradan güzgüsüz də öz şüurunda
özünü “kənardan” görmək imkanı qazanır. Lakin güzgüdə özünü görən adam
özünü inandırmağı bacarmalıdır ki, onun güzgüdə gördüyü
adam başqası deyil,
məhz onun özüdür. İlk baxışdan
adama elə gəlir ki, onun güzgü inikası mütləq
mənada onun özüdür. Lakin həqiqətdə bu belə deyil. Nəzərə almaq lazımdır ki,
hisslərə malik olan heyvan güzgüdə özünü tanıya bilmir. Deməli, özünü görə
bilməsi üçün insanda irəlicədən mənlik şüurunun müəyyən forması olmalıdır.
Lakin insan üçün belə formalar əzəli deyildir, onları insan özü quraşdırır və
mənimsəyir. Həm də bu formaları o,
real güzgü ilə deyil, metaforik güzgü
vasitəsilə mənimsəyir. Bu metaforik güzgü isə digər adamlardır, insan
cəmiyyətidir.
İnsanın öz
-
özünə münasibəti onun digər adamlara münasibətilə müəyyən
olunur.
Mənlik şüuru təcrid edilmiş, ayrıca bir şəxsin daxili tələbatından deyil,
kollektiv praktiki fəaliyyətdə, insanlararası münasibətlər sistemində yaranır.
Mənlik şüuru nəinki müxtəlif formalarda, həm də müxtəlif dərəcədə
təzahür edir
.
Yuxarıda qeyd etdik ki, müəyyən qrup hadisəni dərk etməyə çalışan
insan hər şeydən əvvəl həmin hadisələr sistemində özünün yerini,
rolunu
aydınlaşdırmağa və öz şüurunun bu hadisələrdən keyfiyyət fərqini
müəyyənləşdirməyə çalışır. Lakin bu halda insanın şüuru bütövlükdə xarici aləmə
tuşlandığından onun şüuru, idrakı bilavasitə onun şüurlu fəaliyyət sahəsinə daxil
olmur.
Necə deyərlər, bu halda mənlik şüuru hələ “qeyri
-
aşkar” səciyyə daşıyır.
Cismin qavranılmasının bir sıra məqamları məhz bu maraqlı hadisə ilə bağlıdır.
Belə bir misala baxaq. Məlumdur ki, insan cismə toxunduqda öz əlini deyil, cismi
duyur. Bu halda hissi qavrayış insan haqqında
deyil, predmet haqqında məlumat
verdiyindən insan şüurun yalnız “arxa planında” cismə toxunduğunu hiss edir və
qazanılmış informasiyanı barmaqlarının uclarında lokallaşdırır. Cismə barmaqları
ilə deyil, çubuqla toxunan adamın hissi qavrayışları yenə də çubuğa deyil, cismin
özünə aid olacaqdır. Buna görə də çubuq şüurun fokusunda olmayıb, onun
periferiyasında duracaq və insan bədəninin davamı kimi qavranılacaqdır. Həm də
bu halda cismin adamda yaratdığı qavrayış onun barmaqlarında deyil, çubuğun
ucunda loka
llaşacaqdır.
Şüur hadisələrinin subyektin xüsusi analitik fəaliyyət predmetinə çevrildiyi
hallarda təzahür edən mənlik şüuru formaları
Dostları ilə paylaş: