e'tibarı ilə bir sıra
ümumi
əlamətlərlə
xarakterizə alunur. O, hər şeydən əvvəl
, fikir tarixində
fəlsəfənin özünəməxsus rolunun anlaşılması ilə fərqlənir. Klassik. alman
fəlsəfəsinin nümayəndələri fəlsəfəni mədəniyyətin tənqidi ruhu, mədəniyyətin
"Çanı" adlandırmışlar.
İkincisi,
onda yalnız bəşər tarixi deyil, insanın mahiyyitinin tədqiqinə geniş
yer
verilmişdir.
Kantda insan
əxlaqi varlıq
kimi,
Fixqedə şüurun fəaliyyəti və insanın
özunu dərk etməsi
kimi,
Şellinqdə obyektiv və subyektivin vəhdətin
kimi,
Hegeldə özünu dərk etmənin və fərdi şüurun muxtəlif cur əlaqələri kimi
,
Feyerbaxda isə
özü üçün subyekt, qeyriləri üçün obyekt kimi, antropoloji varlıq
kimi nəzərdən keçirilir.
Üçunçusu,
həmin
fəlsafənin nümayəndələri fəlsəfəyə fəlsəfə elmlərinin,
kateqoriyalar və ideyaların
özünəməxsus sistemi
kimi yanaşmışlar. Məsələn,
İ. Kant fəlsəfi idrak
üçün qnoseologiya
və etikanı
,
Şellinq naturfəlsəfə və
ontologiyanı
, N. Fixte "elm tə'limini"
,
Hegel təbiət fəlsəfəsini, məntiqi, tarix
fəlsəfəsini, fəlsəfə tarixini, huquq fəlsəfəsini, əxlaq fəlsəfəsini, din fəlsəfəsini,
dövlət fəlsəfəsini, fərdi şüurun inkişaf fəlsəfəsini
, L. Feyerbax isə
ontologiya,
qnoseologiya, etika, tarix və din fəlsəfasini
tədqiq etmişdir.
Dördüncüsü,
klassik alman fəlsəfəsi dialektikanın bütov bir konsepsiyasını
işləyib hazırlamışdır
.