Dövri nəĢrlər arasında jurnallar nisbətən rəngarəng və geniĢ
aparata malikdirlər. Belə ki, jurnalların aparatını iki hissəyə ayırır-
lar:
1.
ayrı-ayrı məqalələrin aparatı;
2.
bütünlükdə jurnalın aparatı.
Redaktor müxtəlif janrların aparatını qiymətləndirərkən əsas
elementlərin mövcudluğuna və onların tərtibat standartlarına ca-
vab verməsini yoxlayır.
Jurnallarda dərc olunan məqalələrin vacib aparat elementlə-
rinə aĢağıdakılar daxildir:
Müəllif haqqında məlumat;
Tərtibçilər (məsələn, icmal məqalələrinin) və material üzə-
rində iĢləyən digər Ģəxslər haqqında məlumat;
NəĢr olunan materialın sərlövhəsi;
Sərlövhəaltı məlumat;
Universal onluq təsnifat (UOT) indeksi
115
;
Ġstifadə olunmuĢ ədəbiyyat;
Annotasiya, xülasə;
Açar sözlər;
Əlyazmanın redaksiyaya qəbul tarixi;
Kolontitul.
Redaktorun üzərində iĢə baĢlayacağı aparatın ilk elementi
sərlövhədir. Jurnalda dərc olunan rəyin sərlövhəsi rəy verilən ma-
terialın (kitabın) biblioqrafik təsviri ilə əvəz oluna bilər. Sərlövhə-
115
http://udk-codes.net
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
105
nin qiymətləndirilməsi zamanı onun funksional keyfiyyətlərini nə-
zərə almaq lazımdır. Təcrübə göstərir ki, oxucu nöqteyi-nəzərin-
dən sərlövhə yalnız siqnal və informativ funksiya yerinə yetirir.
Elmi məqalələrdə annotasiya və ya xülasənin verilməsi va-
cibdir. Annotasiyada məqalənin qısa məzmunu yer alır. Annotasi-
ya bir suala cavab verməlidir: məqalədə nədən danıĢılır? Annota-
siyada problem, nəĢrin məzmununun predmeti, tədqiqatın yerinə
yetirilmə məqsədi və onun nəticələri, elmi yeniliyindən bəhs olun-
malıdır. Elmi məqalələrdə verilən “xülasə” məqalə aparatının va-
cib elementlərindən hesab olunur. Xülasədə məqalədə əldə olunan
nəticələrdən bəhs olunur və məqalənin qısa icmalı verilir. Elmi
jurnallarda xülasələrin bir neçə dildə verilməsi məqsədəuyğundur.
Məqalə müəllifi haqqında məlumat məqalə sərlövhəsindən
sonra verilir. Burada müəllifin adı, soyadı, elmi dərəcəsi, vəzifəsi,
iĢ yeri, yaĢadığı ölkənin adı verilməlidir (Əlavə 32). Kollektiv
müəlliflərin adları onların təklif etdiyi ardıcıllıqla yazılmalıdır.
Yuxarıda sadalanan digər məlumatlar müəllifin ad və soyadından
sonra yer alar.
BaĢ məqalənin müəllifi haqqında məlumat redaksiya rəyin-
dən sonra verilir və mətnin sonunda, sağ tərəfdə yerləĢdirilir.
Mətndən sonra müəllifin iĢ yeri haqqında məlumat verilir.
Tərcüməçi, rəssam və fotoqrafın üzərində iĢlədiyi material
nəĢr olunan zaman onların adları və iĢlərinin xarakteri mətndən
sonra verilir. Elmi jurnallarda məqalənin əvvəlində müəllif haq-
qında məlumatdan öncə səhifənin sol tərəfində UOT yer alır. UOT
indeksləĢməsinin elmi-praktik və mədəni fəaliyyətin bütün sahələ-
rini əks etdirən materiallarda verilməsi vacibdir.
NəĢr olunan materialın yeniliyinin vacib xarakteristikası
onun redaksiyaya daxil olma tarixi hesab olunur. Əlyazmanın re-
daksiyaya daxil olma tarixi mətnin altında verilməlidir. Məsələn,
“Qəbul edilmiĢdir ......”, “Material redaksiyaya daxil olmuĢdur...”
və s.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
106
Jurnallarda dərc olunan materialların biblioqrafik aparatı
biblioqrafik istinad və biblioqrafik siyahı Ģəklində ola bilər. Məqa-
lələrdə yer alan istinadlar sətiraltı və mətndaxili olur. Elmi jurnal-
larda biblioqrafik təsvir əsasən istifadə olunan mənbələrin ardıcıl-
lığı və ya əlifba prinsipi ilə verilir.
Hal-hazırda demək olar ki, nüfuzlu jurnalların əksəriyyətin-
də istinadlar və biblioqrafik siyahı MLA (Modern Languange As-
sociation)
metoduna əsasən verilir.
Jurnal aparatının vacib elementlərindən biri də buraxılış mə-
lumatlarıdır (Əlavə 25, 26, 28) . BuraxılıĢ məlumatlarına aĢağıda-
kılar daxildir:
Jurnalın adı;
Sərlövhəüstü və sərlövhəaltı məlumat;
Redaksiya heyəti haqqında məlumat;
Jurnalın nömrəsi;
BuraxılıĢ məlumatları;
Təsnifat indeksi;
Beynəlxalq Standart Kitab Nömrəsi.
NəĢrin adı jurnalın titul vərəqində və üzqabığında yerləĢdiri-
lir. BaĢlığın kolontitulda təkrarlanması məqsədəuyğundur. Sərlöv-
həaltı məlumat aĢağıdakıları əhatə edir:
Tematikanı xarakterizə edən məlumatlar;
Oxucu ünvanı;
NəĢrin məqsəd təyinatı;
Növü;
NəĢr edən orqanın adı;
Dövriliyi haqqında məlumat.
Bu məlumatlar titul vərəqində və ya üzlükdə verilə bilər
(Əlavə 28, 29). Redaksiya heyəti, redaktor haqqında məlumat titul
vərəqinin arxa üzündə yazılır.
ULAKBĠM
*
mütəxəssisləri isə jurnalların aparatına aid olan
elementləri aĢağıdakı Ģəkildə sıralayırlar
116
:
http://www.mla.org/
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
107
Cildin üzərində:
Jurnalın adı: nəĢr edildiyi ölkənin dilində
Jurnalın adının qısaltması
NəĢr edən orqan
ISSN
Web ünvan
Jurnalın nəĢrə baĢladığı tarix
Cild-nömrəsi-ay-il
NəĢr olunma intervalı
Jurnalın adı: ingilis dilində
Ġçindəkilər
Jurnalın nəĢr tarixi
Titul arxası məlumatlar:
Jurnalın təsisçisi
Məsul redaktor
Redaksiya heyəti
Rəyçilər
Jurnalın indeksləndiyi məlumat bazaları
Jurnalın ünvanı, internet ünvanı
ISSN-ISSNE
Jurnalın həmin sayının nəĢr tarixi
Jurnalı nəĢr edən orqan
Ġçindəkilər
Məqalələrin təqdim olunma qaydaları
Jurnalın loqosu
Arxa cild
Jurnalın adı
Cild-nömrəsi-ay-il
Ġçindəkilər
Barkod
Jurnalın loqosu
Arxa cildin içərisi
Ġçindəkilər
Məqalələrin təqdim olunma qaydaları (ingilis dilində də olmalıdır)
*
http://uvt.ulakbim.gov.tr/
116
Sert O., Anıl O., Aydan D. Türkçe dergilerin fiziksel özelliklerinin incelen-
mesi // Tarım, veteriner ve biyoloji bilimleri süreli yayıncılık 2. çalıĢtayı.
TÜBĠTAK, ULAKBĠM, 2008, s. 72-73.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
108
Müəlliflərə ödənəcək qanorar.
Dövri nəĢrlərin aparatı bütövlükdə əsas mətni tamamlamaq,
onu yaxĢı baĢa düĢmək, informasiya axtarıĢını asanlaĢdırmaq üçün
nəzərdə tutulmuĢdur. Jurnal aparatının özünəməxsus cəhətləri
vardır. Belə ki, jurnal aparatı kitab aparatı kimi soraq-köməkçi
(içindəkilər, göstərici, kolontitul) və elmi-məlumat (annotasiya,
əlavə) funksiyalarını yerinə yetirir.
Türkiyəli mütəxəssislərin elmi jurnalların nəĢrində rast gəli-
nən problemlər və nəĢr keyfiyyətinin artırılması ilə bağlı bir sıra
fikirləri diqqəti çəkməkdədir. Belə ki, akademik yüksəlmələrdə,
elmi dərəcələrin və adların verilməsi üçün SCI-yə (Science Citati-
on Index) daxil olan xarici jurnallarda məqalələrin nəĢri Türkiyədə
dərc olunan jurnallara məqalə axınını azaltmıĢdır. SCI-də yer alan
xarici jurnallarda qəbul edilməyən məqalələrin Türkiyədəki jur-
nallara yönləndirilməsi səbəbi ilə jurnalların səviyyəsi aĢağı düĢ-
müĢdür.
Bundan əlavə, jurnal nəĢrində redaktor və rəyçilərlə bağlı çə-
tinliklərə nəzərə çarpmaqdadır. Bu sahənin araĢdırıcıları
ULAKBĠM tərəfindən “rəyçi hovuzu”nun yaradılmasını təklif
edirlər. Redaktor və rəyçilərin təhsilinin önəmli olduğu qeyd olu-
nur və magistratura pilləsində “elmi məlumatlar hazırlama və mə-
qalə yazılması” proqramının tədris edilməsi tövsiyə olunur.
Jurnalların beynəlxalq məlumat bazalarına daxil edilməsi
üçün əsas Ģərtlər jurnalın adının və məzmunun elmi olması, baĢ re-
daktor (editor in chief), redaktor köməkçilərinin (co-editors) və re-
daksiya heyətinin (advisory board) üzvlərinin beynəlxalq elmi
müstəvidə tanınmasıdır. Ən önəmli nüanslardan biri də nəĢr olu-
nan məqalələrin səviyyəsidir. Belə ki, bəzən redaktorlar bey-
nəlxalq elmi müstəvidə tanınmıĢ alimlərin də məqalələrini dərc et-
məlidirlər
117
.
117
Hazıroğlu R. Ulusal dergilerin Uluslararası veri tabanlarına katılma süreci //
Tarım, veteriner ve biyoloji bilimleri süreli yayıncılık 2. çalıĢtayı. TÜBĠTAK,
ULAKBĠM, 2008, s.27-28.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
109
Redaktorun vəzifələri. Jurnalın nəĢri zamanı redaktorun və-
zifələri və öhdəlikləri haqqında bir çox tədqiqatçı araĢdırmalar
aparmıĢdır
118
. A. Gülekon baĢda redaktor olmaqla jurnallarda çalı-
Ģan bütün iĢçilərin – mütəxəssislərin vəzifələrini aĢağıdakı kimi sı-
ralayır:
- aktiv olaraq elmi araĢdırma aparmalıdırlar;
- bu iĢə yetərincə zaman ayırmalıdırlar;
- karyeralarında müəyyən bir nöqtəyə çatmalıdırlar və s.
Redaktorun əsas vəzifələrindən biri də jurnalda çap olunan
məqalələrdə nəĢr etikasının gözlənilməsinə nəzarətdir. Belə ki, el-
mi jurnallarda nəĢr etikasına uyğun olmayan məqamları aĢağıdakı
kimi sıralamaq mümkündür:
bir məqalənin bir neçə jurnalda nəĢr olunması;
jurnalın hazırlanmasında zəhməti olmayanların adının anıl-
ması;
baĢqalarına aid məlumatı, nümunələri icazəsiz nəĢr etmək;
baĢqalarına aid əsərlərdən istinad verilmədən istifadə olun-
ması;
bir məqaləni hissələrə ayırmaqla nəĢr etmək;
118
Arda, B. Bilimsel Bilgi Üretiminde Yayın Etiği Sağlık Bilimlerinde Süreli
Yayıncılık – 2003, Türk Tıp Dizini, s. 1‐7; Yalman, A. Editör Sorunları ve
Sorumlulukları. Sağlık Bilimlerinde Süreli Yayıncılık – 2005, Türk Tıp Dizini,
s. 270
‐278; Gülekon, A. Yayın kurulları ve iĢlevleri. Sağlık Bilimlerinde Süreli
Yayıncılık – 2006, Türk Tıp Dizini, s. 55
‐57; Kozak N. Türkiyede ve dünyada
dergi editörlüğü ve hakemlik sistemi / Sosyal Bilimlerde Süreli Yayıncılık
‐
2006 I. Ulusal Kurultay Bildirileri. s. 54
‐62; Kutsal, Y.G. Editörün katkı ve
sorumlulukları. Sağlık Bilimlerinde Süreli yayıncılık – 2006, Türk Tıp Dizini, s.
67
‐72; Göksoy E., Ġmamoğlu, A. Süreli yayınlarda editör ve yayın kurulu:
sorunlar ve çözümler. Sağlık Bilimlerinde Süreli Yayıncılık – 2007, Türk Tıp
Dizini, s. 39
‐43; Yılmaz, O. Biyomedikal dergilere gönderilen makalelerde bu-
lunması gerekli standartlar: Biyomedikal yayınların yazımı ve değerlendirilmesi
ve Türk Tıp Dizini, 2008, s. 40.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
110
hər hansı məqaləni həm öz dilində, həm də xarici dildə
nəĢr etmək.
TÜBĠTAK “Turkish Journal of Chemistry” jurnalının redak-
toru Prof. B.Baysalın “XXI əsrdə elmi nəĢrlər” konfransındakı fi-
kirləri də çox maraqlıdır. Jurnalların beynəlxalq indekslərə daxil
olma prosesini Ģərh edərkən yazır: “SCI-nin Philadelphiadaki mer-
kezine bir dergiyi indekste değerlendirmeleri amacı ile gönder-
diğinizi düĢünelim. Önce editörü inceliyorlar. Bu adam kim? Kaç
yılda kaç yayın yapmıĢ? Ne kadar atıf almıĢ, yaptığı çalıĢmalar?
Yazı kurulu için de benzer inceleme. Siz oraya dekanı, anabilim
dalı baĢkanını koymuĢsunuz. Bilimsel etkinlikleri yetersiz! Niçin
sizin derginizle uğraĢıp dünyayı aldatsınlar? Dergiyi inceliyorlar.
Her sayı zamanında yayımlanıyor mu? Makalelere bakıyorlar.
Yeterli bir lisan ve düzeyi var mı? Bir derginin sayfa düze-ni bile
ilk bakıĢta bir fikir verir. TÜBÜTAK dergilerine bakınız. Belirli
bir düzeye ulaĢmıĢtır”
119
.
Rəy. Nüfuzlu elmi jurnalların çox sayda rəyçiləri olmalıdır.
Əgər iki rəyçi tərəfindən məqaləyə müsbət rəy verilməzsə məqalə
çap olunmur. Jurnalın redaksiya heyəti tərəfindən uyğun mütəxəs-
sisə rəyçilik üçün müraciət olunur və razılıq əldə olunarsa, o za-
man həmin alim jurnalda nəĢr olunacaq məqalələrə rəylər verir.
Məsələn, Türkiyə Cümhuriyyəti NevĢehir Universiteti “Sosyal
Elmlər Ġnstitutu Jurnalı”na rəyçi olmaq üçün bu sətirlərin müəllifi-
nə aĢağıdakı məzmunda məktub göndərilmiĢdir:
Sayın Doç. Dr. Vüsale MUSALI,
Nevşehir Üniversitesi Sosyal Bilimler Enstitüsü Dergisi (NEUSBED)
yayın hayatına başlamak üzere çalışmaktadır. İlk sayının eylül ayı içinde
çıkarılması planlanmaktadır. Derginin sahibi Nevşehir Üniversitesi Rektorü
Prof. Dr. Filiz KILIÇ, editörü Sosyal Bilimler Enstitüsü Müdürü Prof. Dr. Şevki
119
Yirmibirinci yüzyılda bilimsel yayıncılık: hedefler ve yaklaĢımlar, Ankara,
TUBĠTAK, 2001.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
111
ÖZGENER’dir.
Dergi
hakkında
daha
fazla
bilgi
icin
lütfen
http://edergi.nevsehir.edu.tr/index.php/sbe adresini ziyaret ediniz.
Sayın hocalarımızın önerisi üzerine sizi hakemlerimiz arasında görmeyi
arzulamaktayız. Kabul etmeniz halinde lütfen ------@nevsehir.edu.tr adresine
bir e-posta gönderiniz.
İlginize şimdiden teşekkür ederim.
Saygılarımla, dergi editörü
Rəyçinin təsirli, məhsuldar və ədalətli bir Ģəkildə calıĢması,
Ģubhəsiz, elmi inkiĢafın önəmli tərəflərindən birini təĢkil etməkdə-
dir. Rəyçinin üç əsas vəzifəsi vardır:
I.
Qüsursuz, elmi Ģəkildə yazılmıĢ bir məqaləni qəbul
etmək;
II.
Elmi səviyyəsi və yeniliyi olmayan yazını vaxt sərf
etmədən qəbul etməmək;
III.
Elmi cəhətdən yüksək səviyyədə yazılmıĢ, fəqət bəzi
düzəliĢlərə ehtiyac olan məqaləni təklif, fikir və
qeydləri ilə nəĢr olunmasına nail olmaq.
Prof. E.G.Kapçı yetkin rəyçinin əsas xüsusiyyət və vəzifələ-
rindən geniĢ Ģəkildə bəhs etmiĢdir. Tədqiqatçıya görə yaxĢı bir
rəyçi ona müraciət olunan zaman qısa müddətdə cavab verməli,
məqaləni qəbul etmirsə, səbəbini göstərməlidir. Məqalənin tədqi-
qat sahəsinə yenilik gətirmədiyini, araĢdırma metodunda yanlıĢlar
olduğunu və s. qeyd etmək mütləqdir. Müəllifi deyil, məqaləni
tənqid etmək lazımdır. Rəyçi özünü müəllifin deyil, oxucunun ye-
rinə qoymalı və məqaləyə auditoriyanın gözü ilə baxmalıdır. Sağ-
lam, obyektiv, qərəzsiz gerçəkliyə söykənərək, məqaləni qəbul et-
məmək olar
120
.
Bir jurnalın redaktorundan rəyçilik təklifi alan alim belə bir
təklifi qəbul edərkən bunun üçün lazımi zamanı ayırıb-ayıra bil-
120
Kapçı E.G. Hakemlik sürecindeki geliĢmelerin değerlendirilmesi: nasıl iyi
bir hakem olunur? // 5. Ulusal Sosyal Bilimlerde Süreli Yayıncılık Kurultayı
Bildirileri, 2010.
http://uvt.ulakbim.gov.tr/toplanti/uay10/kapci.pdf
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
112
məyəcəyindən əmin olmalıdır. Rəyçi hesabatları üzərində aparılan
analizlər gənc alimlərin yaĢlı alimlərdən daha çox zaman ayıraraq,
daha diqqətli hesabatlar hazırladığını üzə çıxarmıĢdır.
Rəyçiliyi obyektiv olaraq analiz edə bilmək və onu daha tə-
sirli və məhsuldar edəcək qaydalar yaratmaq üçün əhəmiyyətli
tədqiqatlar aparılmıĢdır. Belə ki, məqalə müəlliflərinin adının ano-
nim olmasının əhəmiyyətini qiymətləndirən 9 tədqiqatdan 4-ü bu-
nun müsbət keyfiyyət olduğunu vurğulamıĢdır. Digər 5 tədqiqat-
dan isə normal nəticə alınmamıĢdır
121
.
Müxtəlif ölkələrdə məqalələrə rəy verilməsi və elmi nəĢr
mərhələsini izləmək üçün bir sıra mərkəzlər yaradılmıĢdır. Ġngil-
tərə mənĢəli "Committee on Publication Ethics" (COPE) təĢkilatı
müəlliflik, redaktorluq və məqalələrin rəyinin mexanizmlərini mü-
əyyən edir
122
.
ABġ-da isə rəy mərhələsinə dövlət tərəfindən nəĢr olunan
"Peer Review Bulletin" ilə nəzarət olunmaqdadır
123
.
Elmi məqalələr nəĢr olunmazdan öncə jurnal redaktorları tə-
rəfindən qiymətləndirilmək və dəyərləndirilmək üçün iki, bəzən
üç rəyçiyə göndərlilir.
Elmi məqalələrin qiymətləndirilməsi üçün seçilən rəyçilərin
öz sahələrində nəĢrlərə sahib olması kafi deyil. Bir rəyçinin izlə-
yəcəyi, diqqət yetirəcəyi ünsürlərə önəm verməsi, o sahədə bilik-
lərinin hərtərəfli olması, araĢdırmaları izləməsi, tədqiqatlarına ara
verməməsi, müəyyən olunan müddət içərisində məqaləni qiymət-
ləndirib təqdim etməsi vacib Ģərtlərdəndir.
Məlumdur ki, alimlərə və tədqiqatçılara rəyçiliklə bağlı
dərslər keçilmir, mühazirələr oxunmur. Ancaq qiymətləndirilcək
məqalə ilə birlikdə göndərilən formalardakı bəzi suallar rəyçinin
dəyərləndirmədə diqqət yetirəcəyi xüsuslar üçün ipucu olmaqda-
121
Özdağ H. Bilimsel yayın sürecinde hakemlik müessesesi // Süreli yayıncılık
2. editörler çalıĢtayı, TÜBĠTAK, ULAKBĠM, 2008, s. 58.
122
www.publicationethics.org
123
www.whitehouse.gov
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
113
dır. Zaman-zaman eyni məqalə üçün iki fərqli rəyçidən çox fərqli
iki rəy gəlir. Bir rəyçi üçün cox önəmli görünən bir cəhət, digəri
üçün ikinci dərəcəli olur. Bəzi rəyçilərin ciddiliyi və obyektivli-
yində Ģübhə oyandıracaq vəziyyət ortaya cıxarsa, rəyçi siyahısın-
dan cıxarılır.
Heç bir mütəxəssis, alim məqaləsinin rədd olunmasını istə-
mir. Elmdə olan insanlar da hər hansı bir elmi jurnaldan gələn
rədd yazısı qarĢısında bəzən ciddi Ģəkildə ümidsizliyə qapıla bilir-
lər
124
.
Tədqiqatçıların böyük əksəriyyəti məqalələrinin nəĢr olun-
mayacağını öyrənərkən narahat olurlar. Aparılan araĢdırmalar gös-
tərmiĢdir ki, elmi jurnallara göndərilən məqalələrin 15 % birinci
dəfə, 7,71 % ikinci dəfə rəyçilər tərəfindən qəbul edilməmiĢ və
nəĢrinə icazə verilməmiĢdir
125
.
Belə ki, məqalələri qəbul edilməyən tədqiqatçıların çox az
hissəsi rəyçi və redaktoru günahlandırır. Əslində məqalənin qəbul
edilməməsi rəyçilər tərəfindən yaradılan əngəl deyildir.
Məlum olduğu kimi, elmi məqalələr XVII əsrin ortalarından
nəĢr olunmağa baĢlamıĢdır. Elmi jurnallara rəyçilərin təyin olun-
ması isə 1750-ci ilə təsadüf edir
126
.
Rəyçi kimdir və əsl rəyçi necə olmalıdır? Sahəsinin mütə-
xəssisi olan hər hansı bir tədqiqatçı eyni zamanda elmi jurnala
rəyçi ola bilərmi?
Əlli ilə yaxın elmi jurnallarda rəyçi olan Parkesə görə rəyçi
məqaləni dəyərləndirməzdən əvvəl özü-özlüyündə bu suallara ca-
vab verməlidir:
a)
Mən bu məqalə üçün uyğun bir rəyçiyəmmi? Bəzi redaktor-
lar rəyçilərin fikirlərini öyrənmədən onlara məqalə gön-
124
Cassey P. and Blackburn TM. Publication rejection among ecologists.
Trends in Ecology and Evolution. 2003, Vol. 18.No: 8. s. 375-376.
125
Yenə orada.
126
Yüksel A. Writing publishable papers. 2003, s. 437-446.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
114
dərir, bəzi rəyçilər isə məqalənin mövzusu ilə əlaqəli olma-
dıqları halda onu qiymətləndirməyə çalıĢırlar.
b)
Bu məqaləni obyektiv olaraq qiymətləndirə biləcəyəmmi?
Bəzən gələn məqalələrin müəllifləri ilə rəyçilər arasında so-
yuq münasibət olur. Rəyçilərin çoxu "akademik düĢ-
mən"lərinin məqalələrini yoxlamırlar. Yəni rəyçi bu zaman
obyektiv olmayacağından qorxur.
c)
Bu məqalə nəticələri mənim tədqiqat sahəm və obyektimlə
üst-üstə düĢürmü?
d)
Ġfadə və düzəltmələr aydındırmı?
Aparılan araĢdırmalara görə nüfuzlu elmi jurnallara təqdim
edilən 10 məqalədən 9-u qəbul olunmur
127
. Məqalələrin 74%-i
metoduna, 60% əhəmiyyətinə, üslubuna, ədəbiyyatın azlığına, 3
%-i isə xülasəyə görə rəyçilər tərəfindən qəbul edilməmiĢdir
128
.
Müəllif məqaləni nə üçün yazdığını (giriĢ, bazis və hipotez),
hansı nəticəni aldığını müəyyən etməlidir. Əgər bu suallar mə-
qalənin müvafiq yerlərində öz cavabını taparsa o zaman məqalənin
qəbul olunma Ģansı artacaq
129
.
Bir jurnalın keyfiyyəti onun kağızı, görünüĢü, cildi, tərtibatı
və s. kimi texniki xüsusiyyətlərindən deyil, içindəki məqalələrin
keyfiyyətindən asılıdır. Jurnalın və məqalələrin elmi səviyyəsi
rəyçinin nə qədər doğru, elmi, obyektiv və nizamlı iĢləməsi ilə ya-
xından bağlıdır.
Məqalələrin rəyə verilməsi mərhələsi özü də 4 pillədən iba-
rətdir: redaktor – rəyçi formu, rəyçi seçimi, rəyçinin məqaləni qiy-
mətləndirməsi. Prof. R.Gözen redaktorun məqalənin rəyə veril-
127
McKercher B., Law R., Weber K., Song H. and Hsu C. 2007. Why referees
reject manuscripts. Journal of Hospitality and Tourism Research. Vol: 3. No: 4.
p. 455-470.
128
Yenə orada. s. 455.
129
Aytekin M. Bilimsel yayınlarda hakemlik sistemi // Tarım, veteriner ve
biyoloji bilimleri süreli yayıncılık 2. çalıĢtayı. TÜBĠTAK, ULAKBĠM, 2008, s.
65.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
115
məsi mərhələsində görəcəyi iĢlər və bu zaman baĢ verən qüsur və
problemlər üzərində dayanmıĢdır
130
.
Jurnalın aid olduğu elm sahəsinə dair rəyçilərin siyahısı
hazırlanmalıdır və məqalələr yalnız əlaqədar mütəxəs-
sislərə göndərilməlidir. Bu mərhələdə baĢ verən yanlıĢlar-
dan biri rəyçilərin məhdud dairədən seçilməsidir. Bu da
məqalənin mütəxəssis olmayan rəyçi tərəfindən dəyər-
ləndirilməsinə gətirib çıxarır.
Rəyçinin söylədiyi bütün qeydlər, düzəliĢlər aparıldıqdan
sonra məqalə nəĢrə verilməlidir. Bu zaman baĢ verən yan-
lıĢlardan biri rəyçinin yazdığı dəyiĢikliklərin hamısı nəzə-
rə alınmadan məqalənin iĢıq üzü görməsidir.
Jurnala təqdim olunan bütün məqalələrin rəyə təqdim edil-
məsi vacibdir. Belə ki, bəzən tanınmıĢ alimin yazısı rəyçi-
lərə verilmədən nəĢr olunur.
Məqalələr dil, üslub, orfoqrafik baxımdan normal olduğu
halda rəyçiyə təqdim olunmalıdır. Redaktorlar əsasən bu
iĢi görmürlər və bu da həm rəyçilərin zamanını alır, həm
də gecikdirir.
Məqalələrə rəy verilməsi mərhələsini inkiĢaf etdirmək üçün
bəzi yollar təklif olunur:
1. Könüllülük əsasında rəyçilik;
2. Rəyə görə müəyyən məbləğin ödənilməsi;
3. Elmi dərəcə və elmi adlar verilən zaman jurnallarda rəyçi
olmağın nəzərə alınması və bunun üstünlük kimi qəbul edilmə-
si
131
.
130
Gözen R. Dergilerin kalite güvencesi olarak hakemlik ve bazı sorunlar // 5.
Ulusal Sosyal Bilimlerde Süreli Yayıncılık Kurultayı Bildirileri, 2010, s. 2-6.
http://uvt.ulakbim.gov.tr/toplanti/uay10/gozen.pdf
131
Gözen R. Dergilerin kalite güvencesi olarak hakemlik ve bazı sorunlar // 5.
Ulusal Sosyal Bilimlerde Süreli Yayıncılık Kurultayı Bildirileri, 2010, s. 2-6.
http://uvt.ulakbim.gov.tr/toplanti/uay10/gozen.pdf
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
116
Jurnallarda bəzən rəyçilər müəllifdən, müəlif isə rəyçidən
gizlədilir. Elmi ədəbiyyatda buna “korluq” (Blinding) deyirlər.
Bəzən isə sadəcə rəyçi anonim saxlanılır, bu “maskalama” (Un-
masking) adlanır. Açıq rəydə isə həm müəllifin rəyçinin, rəyçinin
isə müəllifin kimliyindən məlumatı olur
132
.
Rəyçi blankı. Bir məqalənin qiymətləndirilməsində istifadə
edilən və diqqətə alınması istənilən meyarları göstərən “rəyçi
blankı” bütün rəy müddətini özündə əks etdirən sənəddir. Burada
rəyçinin məqalə haqqındakı ayrıntılı qənaətləri yer alır: məqalənin
mövzusunun jurnalın tematikasına uyğun olub-olmadığı, elmi ye-
niliyi, mənbələrdən yararlanma səviyyəsi, sərlövhənin məqaləni
əks etdirib-etdirməməsi, məqalənin axıcılığı, elmi üslubu və s.
Məqalənin qəbul olunub-olunmadığı da bu blankda qeyd
edilir.
132
Kapçı E.G. Hakemlik sürecindeki geliĢmelerin değerlendirilmesi: nasıl iyi
bir hakem olunur? // 5. Ulusal Sosyal Bilimlerde Süreli Yayıncılık Kurultayı
Bildirileri. 2010.
http://uvt.ulakbim.gov.tr/toplanti/uay10/kapci.pdf
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
117
Rəy blankı
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
118
Azərbaycanda elmi jurnalların nəşri vəziyyəti və
perspektivlər
Müasir dünyada minlərlə elmi jurnal nəĢr olunur. Hazırda
elmi nəĢrlərin qiymətləndirilməsi jurnal məqalələrinə istinadların
statistik analizi əsasında ABġ-dakı Elmi Ġnformasiya Ġnstitutu
(EĠĠ) tərəfindən aparılır. Bu institutu 1960-cı ildə E.Qarfild təsis
etmiĢdir. 1992-ci ildən Elmi Ġnformasiya Ġnstitutu Tomson-
Reuters korporasiyasının tərkib hissəsidir. Ötən əsrin 60-cı illərin-
dən etibarən EĠĠ qiymətləndirmədə əsas göstərici kimi jurnalların
təsir əmsalından istifadə edir. Təsir əmsalı nəĢrdəki əsərlərin, bu
əsərlərdəki ideya və nəticələrin elmin müəyyən sahəsinin inkiĢafı-
na təsir imkanının ədədi ifadəsidir. Təsir əmsalı böyuk və kiçik
həcmli, müxtəlif dövriliklə və zaman kəsiyində nəĢr olunan jurnal-
ların qiymətləndirilmədə imkanlarını bərabərləĢdirmək baxımın-
dan mühüm göstəricidir
133
.
2011-ci ildə BDU və AMEA Ġnformasiya Texnologiyaları
Ġnstitutunda Thomson Reuters Agentliyinin Mərkəzi və ġərqi Av-
ropa üzrə səhiyyə və elm məsələlərinə dair meneceri D.Horki və
Türkiyənin MĠKRO Bilgi Kayıt və Dağıtım A.ġ. Ģirkətinin layihə
və beynəlxalq satıĢ üzrə direktoru M.Tunç ilə görüĢ keçirilmiĢdir.
Tədbirdə dünyanın ən iri elmi informasiya mənbəyi olan
Thomson Reuters Agentliyinin elmi jurnalların impakt-faktorunun
hesablanması sahəsində fəaliyyətindən, agentliyin verilənlər baza-
sına daxil olan müxtəlif dünya ölkələrinin elmi jurnallarının im-
pakt-faktorunun hesablanması istiqamətində apardığı iĢlərdən bəhs
olunmuĢdur. Belə ki, son zamanlar elmi informasiyanın artması
qiymətləndirmə sistemində müəyyən dəyiĢikliklərin edilməsinə
zəruriyyət yaratmıĢdır və bu istiqamətdə dünya ölkələrində müx-
təlif yanaĢmaların mövcuddur.
133
Əliyev F., Ağayev ġ. Azərbaycanda elmin problemləri və inkiĢaf perspektiv-
ləri. - Bakı: 2011, s. 13-14.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
119
Azərbaycan üçün dünyanın elmi informasiya bazasına çıxıĢ
imkanlarının yaradılması elmin innovativ inkiĢafı baxımından mü-
hüm əhəmiyyət kəsb edən məsələlərdən biridir. Elmi jurnalla-rın
reytinqinin qiymətləndirilməsinin vacibliyi qeyd edilərək, alim-
lərin elmi fəaliyyətində innovativ nəticələrin əldə edilməsi, elmi
kəĢf və innovasiyaların inkiĢafı baxımından bu kimi iĢlərin yüksək
səviyyədə təĢkilinin önəmi vurğulanmıĢdır. Azərbaycanda elmi
məqalələrin Thomson reyestrində öz əksini tapması, elmi
jurnalların agentliyin Ġmpact Factorunu almasının Azərbaycan el-
mi üçün mühüm göstərici olduğu bildirildi.
Elmin yüksək templə inkiĢaf etdiyi müasir dövrdə istənilən
fəaliyyət sahəsində elmin rolu və əhəmiyyəti, dünya elminə çıxıĢ,
bilik və təcrübə mübadiləsinin aparılması, bu sahədə əməkdaĢlıq
əlaqələrinin qurulması haqqında geniĢ fikir mübadiləsi aparılmıĢ-
dır.
29 mart 2011-ci il tarixində BDU-da və 4 aprel 2012-ci il ta-
rixində AMEA Ġnformasiya Texnologiyaları Ġnstitutunda “Azər-
baycanda nəĢr olunan elmi jurnalların dünya standartlarına uyğun-
laĢdırılmasına dəstək” mövzusunda treninq-seminar keçirildi.
“Azərbaycanda elmə Tomson Reyters Agentliyi tərəfindən baxıĢ”
mövzusunun davamı olan tədbirdə BDU və AMEA-nın müxtəlif
elmi müəssisələrinin alim və mütəxəssisləri iĢtirak edirdilər.
Thomson Reuters Agentliyinin Mərkəzi və ġərqi Avropa
üzrə səhiyyə və elm məsələlərinə dair meneceri D. Horki və Tür-
kiyənin MĠKRO Bilgi Kayıt və Dağıtım A.ġ. Ģirkətinin layihə və
beynəlxalq satıĢ üzrə direktoru M.Tunçun iĢtirakı ilə aparılan se-
minar Azərbaycanda elmi məqalələrin Thomson reyestrində öz ək-
sini tapması, elmi jurnalların agentliyin Ġmpact Factorunu alması,
veb-biliklərdən səmərəli istifadə qaydalarının aĢılanması, ümu-
miyyətlə bu sahədə mövcud təcrübə mübadiləsinin aparılması
məqsədi daĢıyırdı.
Thomson Reuters Agentliyi dünyada intellektual informasi-
yanın ən iri aparıcı provayderidir. Elmi informasiya mənbəyi olan
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
120
agentlik qabaqcıl texnologiyalarla təcrübənin vəhdəti sayəsində
elm, tibb, maliyyə, hüquq və s. sahələr üzrə obyektiv informasiya
təqdim edir. Thomson Reuters Ģirkətində dünyanın 93 ölkəsindən
50 min insan çalıĢır. ġirkətin mənzil-qərargahı Nyu-Yorkda, əsas
ofisləri isə London və Ġranda yerləĢir.
Əldə edilən innovativ elmi nəticələrin təbliğatının aparılma-
sında agentliyin yaratdığı imkanlardan bəhs edən M.Tunç elmi
məqalələrin beynəlxalq aləmdə vüsət alması üçün məhz nüfuzlu
jurnallarda dərcinin önəmini bildirdi. “Elmi kəĢflərinizi dünyaya
tanıdın! Ən böyük təbligat vasitəsi - elmi jurnallardır” – söyləyən
mütəxəssis Reutersin böyük layihələrdə iĢtirak etmək, patent və
qrantlar almaq kimi geniĢ imkanlar yaratdığını bildirdi.
M.Tunç elmi jurnalların beynəlxalq aləmdə tanınmasının
əhəmiyyətini vurğulayaraq, dərgilərin dünya standartlarına uyğun-
laĢdırılmasının strateji əhəmiyyətini qeyd etdi, bu iĢlərin yüksək
səviyyədə təĢkilinin alimlərin beynəlxalq elm mühitinə inteqra-
siyası baxımından mühüm önəm kəsb etdiyini bildirdi.
Veb-biliklərdən səmərəli istifadə, məqalə və istinadların ax-
tarıĢı qaydaları, istinad indeksinin əhəmiyyəti, verilənlər bazası ilə
iĢləmə prinsipi və s. haqqında ətraflı məlumat verilmiĢ, elmi nəĢr-
lərin universal referativ verilənlər bazası olan Web of Knowled-
ge
134
(Veb-elm) platformasından istifadənin üstünlüklərindən bəhs
olunmuĢdur. Web of Knowledge-də 23 min elmi jurnalın, 23 min
patentin, son 100 ilin arxivinin öz əksini tapdığını bildirdi. Burada
50 milyondan artıq mənbənin və 70 milyondan çox istinadın,
dünyanın Çin, Yaponiya, Ġngiltərə, ABġ və s. kimi ölkələrinin
aparıcı referativ bazalarının olduğunu vurğuladı. “Tədqiqatçıların
tələblərinə cavab vermək üçün baza daim təkmilləĢdirilir. Dün-
yanın 90 ölkəsindən 20 milyondan artıq tədqiqatçı öz elmi fəaliy-
yətlərində Web of Knowledge-ə etibar edir”. Web of Knowledge-
in müasir ideya və aparıcı tendensiyaları əks etdirən yüksək key-
134
www.webofknowledge.com
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
121
fiyyətli məqalələrin hazırlanması, ixtisaslaĢdırılmıĢ tərəfdaĢların
tapılması, məqalələrin daha nüfuzlu jurnallara göndərilməsi, təd-
qiqatın nəticələrinin vizuallaĢdırılması və s. mükəmməl imkanlara
malik olduğunu söylədi.
M.Tunç elmi məqalələrə süni istinadlarla bağlı məsələlərə də
toxunaraq, bu kimi halların qarĢısının alınması üçün mövcud me-
xanizmlər haqqında da məlumat vermiĢ, etik normalara əməl edil-
məsinin vacib Ģərtlərdən olduğunu bildirmiĢdir. O, həmçinin mə-
qalələrin dünyada geniĢ yayılmıĢ dillərdə verilməsinin məqsədə-
uyğunluğunu da qeyd etmiĢdir
135
.
Sonra elmin yüksək templə inkiĢaf etdiyi müasir dövrdə istə-
nilən fəaliyyət sahəsində elmin rolu və əhəmiyyəti, dünya elminə
çıxıĢ, bilik və təcrübə mübadiləsinin aparılması, bu sahədə əmək-
daĢlıq əlaqələrinin qurulması haqqında geniĢ fikir mübadiləsi
aparıldı. Azərbaycanın dünyanın elmi informasiya bazasına çıxıĢ
imkanlarının artırılmasının elmin innovativ inkiĢafı üçün mühüm
əhəmiyyət kəsb edən məsələlərdən olduğu bildirildi. Elmi jur-
nalların reytinqinin qiymətləndirilməsinin vacibliyi qeyd edilərək,
alimlərin elmi fəaliyyətində innovativ nəticələrin əldə edilməsi,
elmi kəĢf və innovasiyaların inkiĢafı baxımından bu kimi iĢlərin
yüksək səviyyədə təĢkilinin önəmi vurğulandı. Azərbaycanda elmi
məqalələrin Thomson reyestrində öz əksini tapması, elmi jur-
nalların agentliyin Ġmpact Factorunu almasının Azərbaycan el-mi
üçün mühüm göstərici olduğu bildirildi.
Hər il Thomson Reuters personalı 2000-dən artıq jurnalı nə-
zərdən keçirir və bunlardan yalnız 10-12 %-i qəbul olunur.
Thomson Reuters agentliyinə daxil olmaq üçün jurnalın
müəyyən edilmiĢ zamanda iĢıq üzü görməsi vacibdir. Thomson
Reuters məqalələrdə ən azından biblioqrafik məlumatların ingilis
dilndə olmasını tələb edir. Bu indeksə daxil olmaq üçün digər bir
135
http://ict.az/az/index.php?option=com_content&task=view&id=2274&Itemid
=122
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
122
Ģərt jurnalın redaksiya heyətinin müxtəlif ölkələri təmsil edən
alimlər arasından seçilməsidir. Bundan əlavə, jurnalda dərc olunan
məqalələrə istinadların verilməsi ən önəmli tələblərdəndir
136
.
Türkiyənin elmi qurumları jurnalları A, B və C siniflərinə
bölür və dəyərlənmədə məhz bu bölgüdən istifadə edirlər. A sinfi-
nə müxtəlif elm sahələrində böyük nüfuza malik aparıcı elmi jur-
nallar, B sinfinə kifayət qədər mötəbər nəĢrlər, C sinfinə isə məh-
dud təsir dairəsinə malik jurnallar daxil edilir
137
.
Azərbaycanda nəĢr ounan elmi jurnalların nüfuzluları Ali At-
testasiya Komissiyası tərəfindən qeydiyyatdan keçmiĢ jurnallardır.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestassiya
Komisiyası ölkəmizdə dissertasiyaların əsas nəticələrinin dərc
olunması tövsiyə edilən dövri elmi nəĢrlər qarĢısına aĢağıda-kı
tələbləri qoymuĢdur.
1.Dövri elmi nəĢr Azərbaycan Respublikası Ədliyyə Nazir-
liyində dövlət qeydiyyatından keçməlidir.
2. Dövri elmi nəĢr Beynəlxalq Standart Seriya Nömrəsi
(ĠSSN) almalıdır. Əgər dövri elmi nəĢrin elektron variantı varsa,
onda o da qeydiyyatdan keçərək E-ĠSSN kodu almalı və internet-
də yerləĢdirilməlidir.
3. Dövri elmi nəĢrin internetdə saytı olmalı və onun «on-
line» olaraq məqalə qəbul etmək imkanı olmalıdır.
4. Dövri elmi nəĢrin təsisçisi və ya təsisçiləri aydın Ģəkildə
qeyd olunmalıdır.
5. Dövri elmi nəĢrin redaksiya heyəti olmalıdır. Müxtəlif
elm sahələri üzrə məqalələr dərc edən dövri elmi nəĢrdə hər bir
elm sahəsinin ayrıca redaktoru, redaksiya heyəti, uyğun elm sahə-
136
Testa J. Thomson Reuters yayın seçme iĢlemi.
http://thomsonreuters.com/content/science/pdf/ssr/journal_selection_essay-
turkish.pdf
Bax: http://uvt.ulakbim.gov.tr/dergi_basvuru_sureci.pdf
137
Əliyev F., Ağayev ġ. Azərbaycanda elmin problemləri və inkiĢaf perspek-
tivləri. Bakı, Elm, 2011, s. 15.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
123
ləri üzrə mütəxəssislərdən ibarət anonim rəyçiləri olmalı və bu
rəyçilər siyahısının anonimliyi dövri elmi nəĢrin redaksiya heyəti
tərəfindən qorunmalıdır. Redaksiya heyətinin üzvləri dövri elmi
nəĢrin profilinə uyğun görkəmli mütəxəssislərdən ibarət olmalı
və onların redaksiya heyətinə daxil edilməsi üçün yazılı razılığı ol-
malıdır. Dövri elmi nəĢrdə redaksiya heyəti üzvlərinin hər birinin
adı (tam Ģəkildə), elmi titulu, elmi dərəcəsi və elmi adı qeyd
olunmalıdır.
6. Məqalələr anonim rəyçilərin gizli rəyindən sonra sahə
redaktoru və ya redaksiya heyətinin mütəxəssis üzvlərindən biri
tərəfindən çapa tövsiyə və ya təqdim olunmalıdır. Məqalənin so-
nunda onu çapa təqdim edən sahə redaktorunun və ya redaksiya
heyəti üzvünün adı (tam Ģəkildə), onun elmi titulu, elmi dərəcəsi
və elmi adı qeyd olunmalıdır. Təqdim olunan məqalənin dərc
olunmasından imtina edildiyi halda dövri elmi nəĢrin redaksiyası
yazılı Ģəkildə müəllifə əsaslandırılmıĢ imtina cavabı göndərməli-
dir.
7. Dövri elmi nəĢrin redaksiyası Azərbaycan Respublikası-
nın Prezidenti yanında Ali Attestasiya Komissiyası ekspert Ģurala-
rının sorğularına cavab olaraq tələb olunan məqalənin dərc olun-
masına dair verilmiĢ rəyləri vaxtında təqdim etməlidir.
8. Ali məktəb və ya elmi müəssisə tərəfindən nəĢr olunan
dövri elmi nəĢr müəssisənin elmi fəaliyyət istiqamətlərinə, yüksək
ixtisaslı elmi kadr potensialına, mövjud elmi infrastrukturuna,
elmi tədqiqat və mütəxəssis hazırlığı istiqamətinə və s. uyğun ol-
malıdır.
9. Dövri elmi nəĢr öz profilinə uyğun məqalələri dərc et-
məlidir. Əgər dövri elmi nəĢr müxtəlif elm sahələri üzrə məqa-lə-
lər dərc edirsə, onda dövri elmi nəĢrdə bölmələr olmalıdır: məsə-
lən, riyaziyyat, fizika, astronomiya və s., yaxud ədə-biyyatĢü-nas-
lıq, dilçilik və s.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
124
10. Dövri elmi nəĢrdə onun dövriliyi göstərilməli və göz-
lənilməlidir. Dövri elmi nəĢrə 1-2, 3-4, 3-5 kimi nömrələr qoyma-
ğa icazə verilmir.
11. Dövri elmi nəĢrin redaksiyasının poçt ünvanı, telefon
nömrəsi, elektron poçt ünvanı göstərilməlidir.
12. Dövri elmi nəĢrin formatı jurnal formatında olmalı və
250x180 mm-dən kiçik olmamalıdır.
13. Dövri elmi nəĢr, elm sahələrinə uyğun olaraq, aĢağıda-
kı beynəlxalq xülasələndirmə və indeksləndirmə sistemlərindən ən
azı birinə daxil olmalıdır: Web of Science, Chemical Abstracts,
Current Abstracts, CAB Abstracts, Computer and Control
Abstracts, Physics Abstracts, BIOSIS/Biological Abstracts, Histo-
rical Abstracts, Sociological Abstracts, Geological Abstracts,
SCOPUS, Web of Knowledge, Astrophysics, Pub Med, Mathema-
tics, Springer, Agris, Index Copernicus, AGRICOLA, GEOBASE,
EBSCOhost, Mathematical Reviews, Zentralblatt Math, Index
Veterinarius, ABI/Inform, ANBAR, COREJ, Business Periodical
Index, Philosopher’s Index, Science Citation Index Expanded,
Arts and Humanities Citation Index, Social Sciences Citation
Index, INSPEC, EMBASE, SPIN, Electrical and Electronics
Index, Energy Research Abstracts, Current Physics Index, GeoRef
və s.
14. Dövri elmi nəĢrin hər hansı bir nömrəsində və ya onun
adında dövri elmi nəĢr redaksiyasının əvvəlcədən müəyyən etdiyi
yalnız bir seriyanı göstərməyə icazə verilir.
15. Dövri elmi nəĢrdə «müəlliflərin mövqeyi redaksiyanın
mövqeyi ilə üst-üstə düĢməyə bilər» kimi ifadələrə rast gəlindikdə
həmin dövri elmi nəĢrin Azərbaycan Respublikasının Prezidenti
yanında Ali Attestasiya Komissiyasının «Azərbaycan Respublika-
sında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə
edilən dövri elmi nəĢrlərin siyahısı»ndan çıxarılması məsələsinə
baxılır.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
125
16. Məqalələr dövri elmi nəĢrin təsis sənədlərində qeyd
edilmiĢ dildə və ya dillərdə (məsələn, Azərbaycan, ingilis və rus
dillərində) dərc oluna bilər. Xarici dildə məqalələr dərc edən dövri
elmi nəĢrin redaksiya heyəti üzvlərinin sırasında dərc olunan mə-
qalənin aid olduğu elm sahəsi üzrə xarici dili bilən tanınmıĢ mü-
təxəssis olmalıdır.
17. Dövri elmi nəĢr hansı dillərdə məqalə dərc edirsə, hə-
min dillərin hər birində məqalə müəllifləri üçün qaydalar verilmə-
lidir.
18. Dövri elmi nəĢrdə baxılan elm və ya texnologiya sahə-
sində qabaqcıl olan dünya ölkələrindən daxil olan məqalələrin ça-
pına yer verilməlidir.
19. Məqalələrin mətnləri Times New Roman-12 Ģrifti ilə
(məsələn, Azərbaycan dilində latın əlifbası, rus dilində kiril əlif-
bası, ingilis dilində ingilis əlifbası ilə) 1 intervalla çap olunmalıdır.
20. Hər bir məqalə yeni səhifədə verilməli və səhifənin yu-
xarısında dövri elmi nəĢrin adını, ilini, cildini, sayını, məqalənin
baĢlanğıc və son səhifələrini bildirən baĢlıq olmalıdır.
21. Məqalədə müəllif(lər)in iĢlədiyi müəssisə(lər) və hə-
min müəssisənin (müəssisələrin) ünvan(lar)ı, müəllif(lər)in
elektron poçt ünvan(lar)ı göstərilməlidir.
22. Elmi məqalənin sonunda elm sahəsinin və məqalənin
xarakterinə uyğun olaraq, müəllif(lər)in gəldiyi elmi nəticə, iĢin
elmi yeniliyi, tətbiqi əhəmiyyəti, iqtisadi səmərəsi və s. aydın
Ģəkildə verilməlidir.
23. Məqalənin mövzusu ilə bağlı elmi mənbələrə istinadlar
olmalıdır. Məqalənin sonunda verilən ədəbiyyat siyahısı ya istinad
olunan ədəbiyyatların mətndə rast gəlindiyi ardıcıllıqla (məsələn,
[1] və ya [1, s.119] kimi iĢarə olunmalı) ya da əlifba ardıcıllığı ilə
nömrələnməlidir. Eyni ədəbiyyata mətndə baĢqa bir yerdə təkrar
istinad olunarsa, onda istinad olunan həmin ədəbiyyat əvvəlki
nömrə ilə göstərilməlidir.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
126
24. Ədəbiyyat siyahısında verilən hər bir istinad haqqında
məlumat tam və dəqiq olmalıdır. Ġstinad olunan mənbənin bib-lio-
qrafik təsviri onun növündən (monoqrafiya, dərslik, elmi məqalə
və s.) asılı olaraq verilməlidir. Elmi məqalələrə, simpozium, kon-
frans və digər nüfuzlu elmi tədbirlərin materiallarına və ya tezislə-
rinə istinad edərkən məqalənin, məruzənin və ya tezisin adı göstə-
rilməlidir. Ġstinad olunan mənbənin biblioqrafik təsviri verilərkən
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya
Komissiyasının «Dissertasiyaların tərtibi qaydaları» barədə qüvvə-
də olan təlimatının «Ġstifadə edilmiĢ ədəbiyyat» bölməsinin 10.2-
10.4.6 tələbləri əsas götürülməlidir.
25. Məqalənin sonundakı ədəbiyyat siyahısında son 5-10
ilin elmi məqalələrinə, monoqrafiyalarına və digər etibarlı mən-
bələrinə üstünlük verilməlidir.
26. Dərc olunduğu dildən əlavə baĢqa iki dildə məqalənin
xülasəsi verilməlidir. Məqalələnin müxtəlif dillərdə olan xü-lasə-
ləri bir-birinin eyni olmalı və məqalənin məzmununa uyğun ol-
malıdır. Məqalədə müəllifin və ya müəlliflərin gəldiyi elmi nəticə,
iĢin elmi yeniliyi, tətbiqi əhəmiyyəti və s. xülasədə yıgcam Ģə-
kildə öz əksini tapmalıdır. Xülasələr elmi və qramatik baxımdan
ciddi redaktə olunmalıdır. Hər bir xülasədə məqalənin adı,
müəllifin və ya müəlliflərin tam adı göstərilməlidir.
27. Hər bir məqalədə UOT indekslər və ya PAJS tipli
kodlar və açar sözlər göstərilməlidir. Açar sözlər üç dildə (mə-
qalənin və xülasələrin yazıldığı dillərdə) verilməlidir.
28. Məqalənin redaksiyaya daxil olma, təkrar iĢlənməyə
göndərilmə və çapa qəbul olunma tarixləri sonda göstərilməlidir.
29. Dövri elmi nəĢrin redaksiyası məqalənin dərc olunması
ilə əlaqədar olaraq müəllif və ya müəlliflərin razılığını, göndərilən
məqalənin əvvəllər dərc olunmadığını (məqalənin tezis Ģəklində
dərc olunmuĢ variantı istisna olmaqla), məqalənin hər hansı bir
dildəki variantının eyni zamanda digər dövri elmi nəĢrlərə gön-
dərilmədiyini və məqalə ilə bağlı elmi-tədqiqat iĢinin hansı mü-
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
127
əssisədə yerinə yetirildiyini əks etdirən anket hazırlamalıdır. Bu
anketi müəllif(lər) imzalayıb redaksiyaya göndərməli və ya dövri
elmi nəĢrin saytına daxil olub anketin elektron variantını doldur-
malı və onu elektron təsdiqləməlidir(lər).
30. Elmi jurnallarda «əvvəli ötən saylarımızda», «ardı növ-
bəti nömrədə» adı altında seriya məqalələrin dərc olunmasına ica-
zə verilmir.
31. Dövri elmi nəĢrin əvvəlki nömrələrində dərc olunmuĢ
məqalələrdə rast gəlinən ciddi səhvlər və ya texniki qüsurlara dair
düzəliĢ və qeydlər elmi nəĢrin növbəti nömrələrindən birində
müəllif(lər) tərəfindən yenidən verilə bilər. Bu halda əvvəlki mə-
qalə ilə «DÜZƏLĠġ» bölməsində verilən məqalənin adı eyni ol-
malıdır.
32. Plagiatlıq faktı aĢkar edilən məqalələri dərc edən dövri
elmi nəĢrin redaksiyasına Azərbaycan Respublikasının Prezidenti
yanında Ali Attestasiya Komissiyası tərəfindən ciddi xəbərdarlıq
edilir və bu faktlara təkrar rast gəlindiyi halda həmin dövri elmi
nəĢrin Ali Attestasiya Komissiyasının müəyyən etdiyi «Azərbay-
can Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olun-
ması tövsiyə edilən dövri elmi nəĢrlərin siyahısı»ndan çıxarılması
məsələsinə baxılır.
33. Dövri elmi nəĢrin zəruri nüsxələri, ixtisaslara uyğun
olaraq, Azərbaycan Respublikasında dissertasiyaların avtoreferat-
larının göndərildiyi təĢkilatlara, o cümlədən Azərbaycan Respubli-
kasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına gön-
dərilməlidir. Elmi nəĢrin hər bir nömrəsinin nəzərdə tutulmuĢ ki-
tabxanalardan hər birinə göndərilən nüsxələrinin sayı ikidən az ol-
mamalıdır.
34. Dövri elmi nəĢrin minimal tirajı müəyyən edilərkən 33-
cü bəndin tələbləri nəzərə alınmalıdır.
35. Dövri elmi nəĢrin redaksiyasına doktorant və disser-
tantlardan həmin elmi nəĢrdə məqalələrin dərc olunması üçün
rüsum alınmasına icazə verilmir.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
128
36. Azərbaycan Respublikasının Prezidenti yanında Ali
Attestasiya Komissiyası tərəfindən keçirilən növbəti monitorinq
nəticəsində yuxarıdakı tələbləri ödəməyən dövri elmi nəĢrlərin
«Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin
dərc olunması tövsiyə edilən dövri elmi nəĢrlərin siyahısı»ndan çı-
xarılması məsələsinə baxılır.
Azərbaycanda nəĢr olunan elmi jurnalları nəzərdən keçirdik-
də məlum olur ki, bu jurnalların çox az bir qismi mütəxəssis rəyin-
dən keçir, redaktor tərəfindən redaktə olunur.
Dünya əhəmiyyətli nəĢrlərin qiymətləndirilməsi çoxdan və
yüksək səviyyədə təĢkil edilib. Bu sözləri respublika daxilində
Milli Elmlər Akademiyası və onun institutları, universitetlər, icti-
mai qurumlar tərəfindən nəĢr edilən elmi jurnallar haqqında de-
mək olmaz. Onların bəziləri çoxillik tarixə malik, digərləri isə
müstəqillik dövründə iĢıq üzü görmüĢ jurnallardır. Bu nəĢrlərin bir
qismi AAK tərəfindən tanınsa da, onların çap etdikləri material-
ların aktuallığı və doğruluğu baxımından təsnifata ehtiyacı var
138
.
Humanitar elmlər üzrə nəĢr olunan nüfuzlu jurnallar arasında
“Bakı Universitetinin xəbərləri”, AMEA “Məruzələr”, “Xəbərlər”,
Qafqaz Universitetinin “Journal of Qafqaz University” jurnalını
və b. göstərmək olar.
“Bakı Universiteti xəbərləri” elmi jurnalı 4 seriyadan ibarət-
dir. Humanitar elimler seriyası, təbiət elimləri seriyası, sosial-si-
yasi elimlər seriyası, fizika-riyaziyyat elimləri seriyası. Hər seriya
ildə dörd dəfə nəĢr olunur.
“AMEA-nın Xəbərləri” (humanitar elmlər seriyası) jurnalın-
da məqalə dərci qaydalarında dəyiĢikliklər edilmiĢdir. Artıq 2012-
ci ildən etibarən redaksiyaya təqdim olunan məqalələr uyğun el-
mi-tədqiqat və ya ali təhsil müəssisəsinin Elmi Ģurasının çıxarıĢı, 2
rəy və qoĢma məktubu ilə redaksiyaya təqdim olunur. Məqalələr
138
Əliyev F., Ağayev ġ. Azərbaycanda elmin problemləri və inkiĢaf perspek-
tivləri. - Bakı: 2011, s. 17.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
129
uyğun ixtisas üzrə jurnalın redaktoru tərəfindən redaktə edilir,
bundan əlavə məqalə əlavə rəy üçün mütəxəssisə və ya mütəxəs-
sislərə göndərilə bilər. Redaksiyaya təqdim olunan məqalələr iki
(Azərbaycan və rus) dildə çap olunur. Məqalənin yazıldığı dildən
asılı olmayaraq iki dildə xülasə verilməlidir. Mövzu ilə bağlı elmi
istinadlar məqalənin sonunda ədəbiyyat ardıcıllığı ilə verilməli,
mətndə (1) və ya (1, 12) kimi iĢarə olunmalıdır. Məqalədə müəlli-
fin iĢlədiyi müəssisə və onun ünvanı, müəllifin elektron poçt ün-
vanı göstərilməlidir.
“Journal of Qafqaz University” 1997-ci ildən etibarən çap
olunur. Jurnalın təsisçisi Əhməd Saniç, baĢ redaktor N.Qocayev,
redaktoru E.Süleymanovdur. Jurnalda Qafqaz Universitetinin
əməkdaĢları ilə yanaĢı Azərbaycan və xarici ölkə alimlərinin mə-
qalələri çap olunur. “Qafqaz Unversiteti” jurnalının hər ildə dörd
sayı çap olunur.
1997-ci ildən etibarən Qafqaz Universitetinin nəĢri olan
“Journal of Qafqaz University” beynəlxalq elmi jurnalı 30 aprel
2010-cu il tarixindən etibarən Ali Attestasiya Komissiyasının qə-
rarı ilə fizika, riyaziyyat, informatika, iqtisadiyyat elmləri, hüquq
elmləri, tarix və siyasi elmlər, pedaqogika elmləri, filologiya elm-
ləri üzrə dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə
edilən elmi nəĢrlərin siyahısına daxil edilmiĢdir. Artıq on dördün-
cü ildir ki, nəĢr olunan jurnal 2009-cu ildən etibarən dünyanın 13
mötəbər elmi məlumat bazalarına daxil edilmiĢdir: Russian Perio-
dicals Catalog, Directory of Open Access Journals, Middle East
Virtual Library, The International Consortium for the Advance-
ment of Academic Publication, JournalSeek, Genamics, RefSeek,
Dspace, Eprints, EBSCO, Indexcopernicus, ASOS, ”Google
Scholar”.
Dostları ilə paylaş: |