oriJİnal məqaləLƏR



Yüklə 89.48 Kb.
Pdf просмотр
tarix18.04.2017
ölçüsü89.48 Kb.

23

2016/3 (22)

ORİJİNAL MƏQALƏLƏR

UOT: 617.735-002:617.735-007.681

Hacıyeva B.X.

ANTİANGİOGEN TERAPİYANiN GÖZüN TOPO-MORFOLOJİ VƏ 

FUNKSİONAL PARAMETRLƏRİNƏ TƏSİRİ

Açar sözlər: diabetik makulyar ödem, yaşa bağlı makulyar degenerasiyanın ekssudativ forması, neovaskulyar 

qlaukoma, ranibizumab

Diabetik  makulyar  ödem  (DMÖ),  ekssudativ  yaşa  bağlı  makulyar  degenerasiya  (eYBMD)  və  neovaskulyar 

qlaukoma kimi gözün distrofik və damar xəstəlikləri həyat keyfiyyətinin pisləşməsinin, əlillik və korluğun aparıcı 

səbəblərindən olaraq, daha böyük tibbi-sosial əhəmiyyətə malikdir. Bu günə kimi, ümumi patogenez həlqəsi ilə 

birləşdirilmiş, həmin xəstəliklərin optimal müalicə metodlarının axtarışı davam edir. Belə ki, DMÖ-in qeyri-bioloji 

terapiyası üçün bəzi preparatlar klinik sınaqların 3-cü fazasındadır [1]. Ekssudativ YBMD-nın gen terapiyasına 

(endogen antiangiogen zülallar genin köçürülməsi) əhəmiyyətli ümid bəslənilir [2]. Dərman preparatlarının yeni 

hədəflərinin aşkarlanması üçün YBMD patogenezinin öyrənilməsi davam edir: Bo Tian və həmmüəlliflərinin[3] 

nəticələrinə görə, miR-17-3p torlu qişanın piqment epitelinin hüceyrələrində oksidativ zədələnmələrin induksiya 

olunması ilə hüceyrə məhvini törədir, bu zaman miR-17-3p inhibitoru antioksidant fermentlərin ekspressiyasının 

tənzimi  vasitəsi  ilə  potensial  protektor  rolunu  oynayır.  Bundan  əlavə,  klinik  təcrübədə  artıq  istifadə  olunan 

preparatların təsir mexanizmi dəqiqləşdirilir:Mamoru Kamoshita və həmmüəlliflərinin [4] işində heyvan (siçan) 

modelində  lütein,  endogen  antioksidant  fermentlərin  induksiyası  sayəsində,  sıx  hüceyrə  əlaqələrinin  bərpasını 

stimullaşdırırdı,  iltihab  və  lokal  reaktiv  oksidativ  stresi  yatırdırdı.  Lakin,  yeni,  daha  effektiv  və  təhlükəsiz 

preparatların işlənib hazırlanmasına baxmayaraq, həmçinin angiogenez inhibitorlarının (Aİ) bəzi çatışmazlıqları 

– baha qiymətli olması, hər ay yeridilməsinə ehtiyac, yan effektlər riski, müalicə nəticəsinin dəyişkənliyi problem 

olaraq  qalır.  Buna  baxmayaraq  VEGF  inhibitorlarının  “erası”  hələ  də  bitməyib.  Aparılan  tədqiqatların  təhlili 

davam edir, belə ki, bevasizumab, aflibersept və Ranibizumab daha çox araşdırılmış qalır [5]. Ekssudativ YBMD, 

DMÖ-in müalicəsində Ranibizumab özünü müsbət cəhətdən göstərmişdir. NVQ zamanı Ranibizumabın tətbiqi 

üzrə ümidverici məlumatlar mövcuddur. Azərbaycan Respublikası ərazisində hazırki preparatın tətbiqi haqqında 

məlumatlar isə məhduddur. 

İşin məqsədi – Azərbaycan Respublikasının regional və milli xüsusiyyətləri nəzərə alınmaqla, DMÖ, eYBMD 

və NVQ zamanı antiangiogen terapiyanın effektivliyinin öyrənilməsi və onun gözün topo-morfoloji və funksional 

parametrlərinə təsirinin qiymətləndirilməsidir.

Material və metodlar

Tədqiqatlar 156 göz (156 pasiyent) üzərində aparılmışdır. Onlardan 44,2% kişi, 55,8% qadın olmuşdur. Orta yaş 

həddi 62,5±9,3 təşkil etmişdir. Pasiyentlər cins və yaş üzrə müqayisə edilə biləcək üç qrupa bölünmüşdür: i qrup 

– DMÖ diaqnozu təyin edilmiş pasiyentlər (76 göz); ii qrup – eYBMD ilə pasiyentlər (48 göz); iii qrup – NVQ 

ilə pasiyentlər (32 göz). Hər qrup 2 yarımqrupa bölünmüşdür - əsas və kontrol. Əsas yarımqrupda pasiyentlərə 

Ranibizumab preparatı (Lüsentis) intravitreal yeridilmişdir, kontrol yarımqrupda isə preparat yeridilməmişdir. 

Tədqiqata optik koherent tomoqrafiya (OKT) göstəricilərinə əsasən i və ii qruplar üçün makulyar nahiyyənin 

qalınlığı 300 mkm və daha artıq olan pasiyentlər və iii qrup üçün 1-2 mərhələ NVQilə pasiyentlər daxil edilmişdir.

Bütün  pasiyentlərə  anamnezin  və  şikayətlərin  toplanması,  ənənəvi  oftalmoloji,  həmçinin  xüsusi  müayinə 

metodları: i və ii qruplarda OKT (Spectral Cirrus HD OCT, Carl Zeiss Meditec, ABŞ), flüoressein angioqrafiya 

(FAQ)  (FF  450  plus,  Zeiss,  Almaniya),  mikroperimetriya  (MAiA,  Center  View  Spa,  İtaliya),  iii  qrupda  – 

qonioskopiya, perimetriya Humphrey Field Analyzer 745i), Heydelberq retinal tomoqrafiyası (HRT ii, Almaniya) 

aparılmışdır.

İmmunoloji dəyişikliklərin qiymətləndirilməsi üçün i və ii qrup pasiyentlərin qanında (Cromatest, LiNEAR 

CHEMiCALS SL, SPAiN dəsti vasitəsilə Mançini üzrə radial immunodiffuziya metodu ilə) igА və igG, C3 və 

C4 səviyyəsi ölçülmüşdür (referans qiymətlər: С3 üçün – 91-156 mq/dl; C4 üçün – 20-80 mq/dl; igA üçün – 90-

450 mq/dl; igG üçün – 800-1800 mq/dl və igM üçün – 60-280 mq/dl). Həmçinin immunoferment analiz metodu 

ilə (Stat Fax-2100, AWARENESS TECHNOLOGY NG, ABŞ) eritropoetin (EPO) proangiogen amilin səviyyəsi 

ölçülüb (ELiSA, Almaniya dəsti vasitəsilə; referens qiymətlər 3,22-31,9 mе/ml). Lazer koaqulyasiya (LK) iki qat 

tezlikli, 532 nm dalğa uzunluqlu fasiləsiz Nd:YAG lazer cihazında (PurPoint, Alcon, USA) aparılıb.

Pasiyentlərə  dispanser  müşahidənin  müddəti  hər  ay  aparılan  müayinələrlə  12  ay  təşkil  edib.i  qrupun  əsas 

yarımqrupda bir ay fasilə ilə 3 dəfəintravitreal Ranibizumab inyeksiyası yeridilib, daha sonra tələb olunduqca, 



24

2016/3 (22)

ORİJİNAL MƏQALƏLƏR

Ranibizumabın  3-cü  inyeksiyasından  sonra  21  gün  ərzində  lazer  koaqulyasiya  aparılıb.Kontrol  yarımqrupda  1 

seans,  daha  sonra  tələb  olunduqca  LK  aparılıb.  ii  qrupun  əsas  yarımqrupda  bir  ay  fasilə  ilə  3  dəfəintravitreal 

Ranibizumab  inyeksiyası  yeridilib,  daha  sonra  tələb  olunduqca,  kontrol  yarımqrupda  Okuvayt  Lütein  (1  tablet 

gündə  2  dəfə,  6  ay)  və Trental  (100  mq  gündə  3  dəfə,  3  ay  müddətinə,  12  ay  ərzində  2  kurs).iii  qrupun  əsas 

yarımqrupda 1 inyeksiya Ranibizumab və tələb üzrə LK tətbiq edilib, kontrol yarımqrupda – 1 seans LK, daha 

sonra isə tələb üzrə LK tətbiq olunub. i və ii qruplarda Ranibizumab müalicəsinin təkrar edilməsi məsələsinin 

məqsədə uyğunluğu maksimal korreksiya olunmuş görmə itiliyinin (MKOGİ) 0,3-ə enməsi hallarında hər pasiyent 

üçün fərdi olaraq həll edilmişdir. Ayda bir dəfə üç ardıcıl müayinə keçirilməsi ilə sabit MKOGİ nail olunanadək 

müalicə davam etmişdir. i və iii qruplarda LK-nın təkrar aparılması məsələsinin məqsədə uyğunluğu, həmçinin 

fərdi  olaraq  həll  edilmişdir.Tədqiqat  nəticələrin  statistik  emalı  üçün  Statistica  7.0  tətbiqi  kompüter  proqramı 

istifadə olunub (StatSoft, inc., ABŞ). 



Nəticələr və onların müzakirəsi

Müalicənin başlamasından 12 ay sonra MKOGİ-nin dinamikada nəticələri 1 saylı cədvəldə təqdim olunub.

Cədvəl 1.

Görmə itiliyinin dinamikası

Müalicədən əvvəl

12 ay

Əsas qrup

Kontrol qrupu

Əsas qrup

Kontrol qrupu

i qrup (DMÖ)

0,29±0,06

0,32±0,07

0,40±0,04*

0,33±0,06**,ǂ

ii qrup (eYBMD)

0,39±0,15

0,40±0,18

0,50±0,11*

0,36±0,16**,ǂ

iii qrup (NVQ)

0,14±0,05

0,15±0,07

0,21±0,05 **

0,15±0,06 **



Qeyd: *-р<0,05, **р>0,05 müalicədən əvvəlki qiymət ilə müqayisədə; ǂ - р<0,05 analoji müraciətlər üçün əsas yarımqrup ilə 

müqayisədə

Əsas yarımqruplarda MKOGİ-nin daha yüksək olması diqqəti cəlb edir. DMÖ zamanı alınan nəticələr daha erkən 

aparılmış (RESOLVE, RESTORE [6,7]) və eləcə də eYBMD zamanı (MARiNA, ANCHOR [8,9]) tədqiqatları ilə 

uyğun  gəlir.  Baxmayaraq  ki,  NVQ  zamanı  Ranibizumab  üçün  göstəriş  rəsmən  qeydə  alınmayıb,  antiangiogen 

preparatların istifadəsi ilə bir sıra tədqiqatların müsbət nəticələri hazırki işdə Ranibizumabın istifadəsinə imkan 

yaratmışdır.i - iii qruplarda reqressiya analizi göstərdi ki, Ranibizumab ilə müalicə alan pasiyentlərdə Ranibizumab 

inyeksiyası almayan pasiyentlərlə müqayisədə MKOGİ daha yüksəkdir (12-ci ayda i, ii və iii qruplarda müvafiq 

olaraq RƏ=0,16 (rigidlik əmsalı) (р=0,037), RƏ=0,42 (р=0,001) və RƏ=0,19 (р=0,062)).

Müşahidə dövrü ərzində DMÖ və eYBMD ilə pasiyentlərdə GDT statistik etibarlı dəyişilməmişdir. NVQ ilə iii 

qrup pasiyentlərin əsas yarımqrupunda 1-ci aydan başlayaraq, kontrol yarımqrupda isə – 2-ci aydan başlayaraq 12 

aya kimi GDT-in statistik etibarlı enməsi aşkar edilmişdir (cədvəl 2).

Cədvəl 2.



I - III qruplarda gözdaxili təzyiqin dinamikası, mm.c.st.

Müalicədən əvvəl

12 ay

Əsas yarımqrup

Kontrol yarımqrup

Əsas yarımqrup

Kontrol yarımqrup

i qrup (DMÖ)

18,1±0,1

18,2±0,2


18,1±0,2**

18,3±0,2**

ii qrup (eYBMD)

18,4±0,2


18,2±0,4

18,2±0,5**

18,1±0,4**

iii qrup (NVQ)

32,5±13,8

31,9±13,2

19,1±12,3 *

26,2±13,1*,ǂ



Qeyd: *-р<0,05, **р>0,05 müalicədən əvvəlki qiymət ilə müqayisədə; ǂ - р<0,05 analoji müraciətlər üçün əsas yarımqrup ilə 

müqayisədə

DMÖ və eYBMD zamanı antiangiogen terapiyanın müsbət təsir göstərməsi mikroperimetriya məlumatları ilə 

təsdiq olunur (cədvəl 3). 

Cədvəl 3


I və II qruplarda işıq həssaslığı, dB

Müalicədən əvvəl

12 ay

Əsas yarımqrup

Kontrol yarımqrup

Əsas yarımqrup

Kontrol yarımqrup

i qrup (DMÖ)

17,3±1,4

18,1±1,8


22,5±1,5*

20,0±2,0**,ǂ

ii qrup (eYBMD)

10,7±3,5


11,2±2,7

12,3±2,8**

10,6±3,1**

Qeyd: *-р<0,05, **р>0,05 müalicədən əvvəlki qiymət ilə müqayisədə; ǂ - р<0,05 analoji müraciətlər üçün əsas yarımqrup ilə 

müqayisədə


25

2016/3 (22)

ORİJİNAL MƏQALƏLƏR

DMÖ  zamanı  LK  monoterapiyası  ilə  müqayisədə  LK  ilə  kombinə  Ranibizumab  müalicəsinin  üstünlükləri 

mövcuddur, bu da lazerkoaqulyatların endirilməsindən sonra neyrosensor torlu qişanın zədələnməsi nəticəsində 

mikroskatomaların formalaşması ilə izah olunur. 

MD (mean deviation) orta kənaraçıxma qiyməti və PSD (pattern standart deviation) standart kənaraçıxma ilkin 

qiymətlərinin uyğunlaşdırılması zamanı, 12-ci ayda MD əsas yarımqrupda 2,08 dəfə artmışdır, PSD – 1,84 dəfə 

enmişdir, bu vaxt kontrol yarımqrupda həmin göstəricilərin statistik əhəmiyyətli dinamikası aşkar edilməmişdir 

(cədvəl 4).

Cədvəl 4.

III qrupda MD və PSD perimetriya göstəricilərinin dinamikası, dB

Əsas yarımqrup

Kontrol yarımqrup

Müalicəyə qədər

12 ay

Müalicəyə qədər

12 ay

MD

-12,7±4,5



-6,1±3,8*

-13,2±4,7

-12,6±5,1**,ǂ

PSD


8,3±2,3

4,5±2,1*


8,7±2,5

8,0±2,3**,ǂ



Qeyd: *-р<0,05, **р>0,05 müalicədən əvvəlki qiymət ilə müqayisədə; ǂ - р<0,05 analoji müraciətlər üçün əsas yarımqrup ilə 

müqayisədə

İlkin  olaraq  və  12-ci  ayda  GDT  və  MD  arasında  statistik  etibarlı  mənfi  zəif  korrelyasiya  əlaqəsi  müəyyən 

olunub: müvafiq olaraq r= -0,52, р<0,05 və r=- 0,58, р<0,05, eləcə də başlanğıcda və 12-ci ayda GDT və PSD 

arasında statistik etibarlı müsbət zəif korrelyasiya əlaqəsi müəyyən olunub: müvafiq olaraq r= -0,34, р<0,05 və 

r=- 0,39, р<0,05.

i qrupda pasiyentlərin oftalmoskopik müayinəsi zaman müsbət dinamika müşahidə olunub – DMÖ-in qismən və 

ya tam rezorbsiyası, bərk ekssudatların qismən sorulması, mikroanevrizma və hemorragiya ölçülərinin və sayının 

azalması. ii qrupda eYBMD ilə əsas yarımqrupun pasiyentlərində həmçinin müsbət dinamika müşahidə olunub – 

subretinal və intraretinal mayenin, ödemin tam və ya qismən rezorbsiyası. Kontrol yarımqrupunda, əksinə, mənfi 

dinamika qeyd olunub – ekssudasiya ölçülərinin dinamikasının olmaması və ya ocaqların sayının artması, yeni 

hemorragiyaların əmələ gəlməsi müşahidə edilib.

iii  qrupda  biomikroskopiya  zamanı  ilkin  olaraq  bütün  səthə  yayılan  müxtəlif  dərəcədə  ifadə  edilmiş  (tək-tək 

damarlardan tutmuş sıx şəbəkələrədək) qüzehli qişanın rubeozu aşkar olunub. Bəzi hallarda ön kamera bucağında 

(ÖKB) açıq profil zamanıyeni yaranan damarlar müəyyən olunub. Ranibizumab ilə müalicədən sonra qüzehli qişada 

yeni yaranan damarların sayının xeyli azalması müşahidə olunmuşdur. Nazik divarlı damarlar tamamilə “yox olub”, 

boşalmışdlr. Daha iri damarlar nazikləşib, bəzi hallarda isə onların gedişi kəsilmişdir. ÖKB-da nazik divarlı damarların 

tamamilə boşalması müşahidə olunmuşdur. Müalicədən əvvəl NVQ-nın 1-ci mərhələsi əsas yarımqrupda 3 gözdə 

(20,0%), müalicədən sonra – 9 gözdə olub (60,0%, р>0,05), bu zaman kontrol yarımqrupda həmin göstərici 5-dən 

(29,4%) 9-ə qədər (52,9%, р>0,05) artmışdır. Reqressiya təhlili göstərmişdir ki, NVQ 2-ci mərhələsi ilə pasiyentlərdə 

MD aşağı, PSD isə yuxarı olmuşdur (12-ci ayda müvafiq olaraq RƏ=-0,48, р<0,05 və RƏ=0,43, р<0,05).

Makulyar nahiyyə qalınlığının (MNQ) və subretinal neovaskulyar membran (SNM) ölçülərinin dinamikası 5 

və 6 saylı cədvəllərdə təsvir edilib.

Cədvəl 5.

DMÖ ilə I qrupda və eYBMD ilə II qrupda MNQ-nın dinamikası, mkm

Müalicəyə qədər

12 ay

Əsas yarımqrup

Kontrol yarımqrup

Əsas yarımqrup

Kontrol yarımqrup

i qrup (DMÖ)

430,6±45,9

419,5±39,6

295,8±56,7 *

368,3±56,7*,ǂ

ii qrup (eYBMD)

357,2 ±25,7

342,5 ±21,6

254,3±21,3 *

376,2±34,1**,ǂ

Qeyd: *-р<0,05, **р>0,05 müalicədən əvvəlki qiymət ilə müqayisədə; ǂ - р<0,05 analoji müraciətlər üçün əsas yarımqrup ilə 

müqayisədə

Cədvəl 6.



Ekssudativ YBMD ilə II qrup pasiyentlərdə SNM ölçülərinin dinamikası, mkm

Göstəricilər

Müalicəyə qədər

12 ay

Əsas yarımqrup

Kontrol yarımqrup Əsas yarımqrup Kontrol yarımqrup

SNM-nın əhatə etdiyi sahənin ölçüsü

1593,3±121,4

1540,6±123,7

1105,5±101,6*

1630,2±134,2**,ǂ

SNM-nın hündürlüyü

349,5±40,6

320,7±37,5

249,7±39,4*

350,8±51,4**,ǂ

Qeyd: *-р<0,05, **р>0,05 müalicədən əvvəlki qiymət ilə müqayisədə; ǂ - р<0,05 analoji müraciətlər üçün əsas 

yarımqrup ilə müqayisədə


26

2016/3 (22)

ORİJİNAL MƏQALƏLƏR

MKOGİ və makula qalınlığı arasında korrelyasiya analizi i və ii qruplarda ilkin olaraq və 12-ci ayda statistik 

etibarlı mənfi ifadə edilmiş korrelyasiya əlaqəsini aşkar etmişdir: i qrupda müvafiq olaraq r= - 0,43, р<0,001 və 

r= - 0,48, р<0,001; ii qrupda müvafiq olaraq r= - 0,56, р<0,001 və r= - 0,52, р<0,00. MKOGİ və makula qalınlığı 

arasında korrelyasiya analizi ii qrupda ilkin olaraq və 12-ci ayda statistik etibarlı mənfi zəif korrelyasiya əlaqəsini 

aşkar etmişdir: müvafiq olaraq r= - 0,72, р<0,05 və r= - 0,68, р<0,05; MKOGİ və SNM-in əhatə etdiyi sahənin 

ölçüsü arasında korrelyasiya analizi ii qrupda ilkin olaraq və 12-ci ayda statistik etibarlı mənfi zəif korrelyasiya 

əlaqəsini aşkar etmişdir: müvafiq olaraq r= - 0,65, р<0,05 və r= - 0,57, р<0,05.Ödemin növü və MKOGİ arasında 

reqressiya analizi i qrupda göstərmişdir ki, diffuz ödem ilə pasiyentlərdə fokal ödem ilə müqayisədə MKOGİ daha 

aşağıdır (ilkin olaraq RƏ =0,45, р<0,001 və 12-ci ayda RƏ=0,39, р<0,001).

FAQ  göstəriciləri  əsasında  DMÖ  zamanı  Ranibizumabın  müsbət  təsiri  ödemin  tam  reqresi  olan  gözlərin 

daha çox faiz və diffuz ödemin sorulduğu gözlərin faizinin enməsi, həmçinin sızmanıntam sorulması ilə təsdiq 

edilmişdir;  eYBMD  zamanı  –  membran  aktivliyinin  tam  inhibizə  edilməsi  95,7%  halda  müşahidə  edilmişdir. 

Kontrol yarımqrupunda, əksinə, göstəricilərin pisləşməsi müşahidə olunub: arterial və venoz fazaların pozulması, 

sızma,  hiperflüoressensiya  ocaqları  və  torlu  qişanın  piqment  epitelinin  qüsurları  ilə  gözlərin  payı  artıb,  SNM 

ölçüsü də böyüyüb. 

DMÖ  ilə  i  qrupda  reqressiya  analizi  zamanı  müəyyən  olunmuşdur  ki,  pasiyentlərdə  MKOGİ  daha  aşağı 

olmuşdur: boya maddəsinin sızması mövcudluğu (RƏ=-0,09, р=0,053), hiperflüoressensiya ocaqları (RƏ=-0,06, 

р<0,05), işemiya zonaları (RƏ=-0,09, р<0,05) və mikroanevrizmalar (RƏ=-0,07, р=0,052). Ekssudativ YBMD ilə 

ii qrupda reqressiya analizi göstərmişdir ki, pasiyentlərdə MKOGİ daha aşağı olmuşdur: boya maddəsinin sızması 

mövcudluğu  (RƏ=-0,12,  р<0,05),  hiperflüoressensiya  ocaqları  (RƏ=-0,09,  р=0,058),  torlu  qişanın  piqment 

epitelinin qüsurları (RƏ=-0,06, р=0,052).

DMÖ  ilə i qrupun əsas yarımqrupda Ranibizumab inyeksiyaların ümumi sayı 273, PLK – 68, orta hesabla 

inyeksiyaların sayı 7,1±2,9, PLK – 1,8±0,9 təşkil etmişdir. Kontrol yarımqrupda PLK seanslarının sayı statistik 

qeyri  etibarlı  yuxarı  olmuşdur  –  80,  orta  sayı  –  2,2±0,8  təşkil  etmişdir. Yarımqruplar  arasında  PLK  seansların 

sayına görə statistik etibarlı fərq müəyyən edilməmişdir.

Ekssudativ YBMD ilə ii qrupun əsas yarımqrupunda inyeksiyaların ümumi sayı 170, orta hesabla – 7,4±3,2 

təşkil etmişdir.

ii qrupun əsas yarımqrupunda LK seanslarının ümumi sayı 23, orta hesabla – 1,5±0,7, nəzarət yarımqrupunda 

– müvafiq olaraq 31 və 1,8±0,6 təşkil etmişdir. 

Əsas yarımqrupda 1 PLK seansı tələb edən göz daha çox, 2 və daha artıq seans tələb edən göz daha az olub. 

Belə ki, əsas yarımqrupda 2-dən artıq PLK seansı tələb edən cəmi 40,0 % göz olub, halbuki nəzarət yarımqrupunda 

- 52,9 % olub. DMÖ zamanı Ranibizumab inyeksiyalarının orta sayı digər tədqiqatların məlumatlarına uyğun gəlir 

(7-ə yaxın RESTORE; 10-a yaxın RESOLVE tədqiqatlarında). Ədəbiyyat məlumatlarına görə ekssudativ YBMD 

zamanı inyeksiyaların sayı 9,9 (PRONTO), 6 (PiER) təşkil edir. Hazırki işdə PRONTO tədqiqatlarında olduğu 

kimi, effektiv, təhlükəsiz və iqtisadi cəhətdən daha optimal 3 PRN rejimi seçilmişdir.



Dözümlülük və təhlükəsizlik

Cəmi 458 Ranibizumab inyeksiyası yerinə yetirilib. Preparatın yaxşı dözümlülüyü qeyd olunub. Endolftalmit, 

GDT-in yüksəlməsi, travmatik kataraktanın inkişafı, ürək-damar və ya serebro-vaskulyar fəsadlar qeydə alınmayıb. 

90 halda (19,7%) inyeksiyanın aparıldığı yerdə konyunktivanın mülayim hiperemiyası, 35 halda (7,6 %) - gözün 

qırpılması və göz almasının hərəkəti zamanı ağrı hissi, konyunktivanın hiperemiyası, göz yaşının axması, selikli 

ifrazat ilə gözün nəzərəçarpan ekssudativ iltihab reaksiyası müəyyən olunub. Lakin bütün simptomlar 3-7 gün 

ərzində  ftorxinolonlarla  instillyasiya  fonunda  aradan  qaldırılıb.  Ranibizumabın  yaxşı  dözümlülüyü  meta-analiz 

məlumatları ilə təsdiq edilib, ciddi yan effektlərin tezliyinə görə statistik etibarlı fərq aşkar edilməyib (15 tədqiqat, 

2985 pasiyentdə 441 hadisə), arteriyaların tromboemboliyası (14 tədqiqat, 3034 pasiyentdə 129 hadisə) və ümumi 

ölüm halları (3562 pasiyentdə 63 hadisə) [10].



Yekun

Beləliklə,  hazırki  tədqiqat  işində  DMÖ  və  ekssudativ  YBMD  ilə  pasiyentlərdə  Ranibizumabın  effektivliyi 

təsdiq edilmişdir, onun Azərbaycan Respublikası ərazisində NVQ ilə pasiyentlərdə işlənib hazırlanmış sxemlər 

üzrə istifadəsi perspektivliliyi göstərilmişdir, həmçinin həmin xəstəliklərlə pasiyentlərdə eritropoetin səviyyəsinin 

və kompliment sistemi komponentlərinintədqiqinin mühüm olduğu sübut olunmuşdur. 


27

2016/3 (22)

ORİJİNAL MƏQALƏLƏR

ƏDƏBİYYAT:

1. 

Agarwal A., Parriott J., Demirel S. et al. Nonbiological pharmacotherapies for the treatment of diabetic 



macular edema //Expert. Opin. Pharmacother, 2015, v.16(17), p.2625-2635. 

2. 


Prea S.M., Chan E.C., Dusting G.J. et al. Gene Therapy with Endogenous inhibitors of Angiogenesis for 

Neovascular Age-Related Macular Degeneration: Beyond Anti-VEGF // Therapy J. Ophthalmol., 2015, 

p. 244-248. 

3. 


Bo  Tian,  Maidana  D.E.,  Dib  B.  et  al.  miR-17-3p  Exacerbates  Oxidative  Damage  in  Human  Retinal 

Pigment Epithelial Cells // Ocular immunology and inflammation, 2016, v.24(5), p. 1242-1254.

4. 

 KamoshitaM., TodaE., OsadaH. et al. Lutein acts via multiple antioxidant pathways in the photo-stressed 



retina //Sci Rep., 2016, v.6, p.30226.

5. 


Heier J.S., Bressler N.M., Avery R.L.et al. Comparison of Aflibercept, Bevacizumab, and Ranibizumab for 

Treatment of Diabetic Macular Edema: Extrapolation of Data to Clinical Practice //JAMA Ophthalmol., 

2016, v.134(1), p.95-99.

6. 


Massin P., Bandello F., Garweg J.G. et al. Safety and efficacy of ranibizumab in diabetic macular edema 

(RESOLVE Study): a 12-month, randomized, controlled, double-masked, multicenter phase ii study //

Diabetes Care, 2010, v.33(11), p.2399-2405.

7. 


Mitchell  P.,  Bandello  F,.  Schmidt-Erfurth  U.et  al.  RESTORE  study  group.  The  RESTORE  study: 

ranibizumab monotherapy or combined with laser versus laser monotherapy for diabetic macular edema// 

Ophthalmology, 2011, v.118(4), p.615-625.

8. 


Kaiser P.K., Blodi B.A., Shapiro H. et al. MARiNA Study Group. Angiographic and optical coherence 

tomographic  results  of  the  MARiNA  study  of  ranibizumab  in  neovascular  age-related  macular 

degeneration //Ophthalmology, 2007, v.114(10), p.1868-1875.

9. 


Brown D.M., Michels M., Kaiser P.K. et al. ANCHOR Study Group: Ranibizumab versus verteporfin 

photodynamic  therapy  for  neovascular  age-related  macular  degeneration:  Two-year  results  of  the 

ANCHOR study// Ophthalmology, 2009, v.116, p.57–65.

10.  Virgili G., Menchini F., Casazza G. et al. Optical coherence tomography (OCT) for detection of macular 

oedema in patients with diabetic retinopathy // Cochrane Database Syst Rev., 2015, v. 1, p.14-18.

гаджиева Б.х. 

ВлиЯНие АНтиАНгиОгеННОй терАпии НА тОпО-

МОрФОлОгичеСКие и ФуНКЦиОНАльНЫе пАрАМетрЫ глАЗА



Национальный Центр Офтальмологии имени акад.Зарифы Алиевой, г. Баку, Азербайджан

Ключевые слова: диабетический макулярный отек, влажная форма возрастной макулярной дегенера-

ции, неоваскулярная глаукома, ранибизумаб

реЗЮМе


Цель  –  оценить  эффективность  антиангиогенной  терапии  и  ее  влияние  на  топо-морфологические  и 

функциональные параметры глаза при данных заболеваниях с учетом региональных и национальных осо-

бенностей Азербайджанской республики. 

Материал и методы

исследования были проведены на 156 глазах (156 пациентов, 44,2% мужчин, 55,8% женщин, средний 

возраст 62,5±9,3 лет). пациенты были разделены на три сопоставимые по полу и возрасту группы: группа 

i – больные с установленным диагнозом ДМО (76 глаз); группа ii – с установленным диагнозом вВМД (48 

глаз); группа iii – с установленным диагнозом НВг (32 глаза). Каждая группа была разделена на 2 под-

группы - основную и контрольную (подгруппы достоверно не различались по указанным параметрам). В 

основной подгруппе больным вводился рБ (луцентис), в контрольной подгруппе - препарат не вводился. В 


28

2016/3 (22)

ORİJİNAL MƏQALƏLƏR

исследование включались пациенты с тМО от 300 мкм, по данным ОКт, для групп i и ii и с 1-2 стадиями 

НВг для группы iii. Всем пациентам было выполнено комплексное обследование, включающее сбор анам-

неза и жалоб, стандартное офтальмологическое обследование, а также специальные методы исследования: 

в группах i и ii - ОКт (на аппарате SpectralCirrusHDOCT, CarlZeissMeditec, USA), ФАг (на аппарате FF 450 

plus, Zeiss, Germany), микропериметрии (на приборе MAiA, CenterViewSpa, италия), в группе iii- гонио-

скопия, периметрия (на аппарате HumphreyFieldAnalyzer 745i), гейдельбергская ретинальная томография 

(на аппарате гейдельберг ретинотомограф HRTii, германия).



Результаты

при сочетании антиангиогенной терапии и лК в сравнении с монотерапией лК у больных с ДМО на 

территории Азербайджанской республики на 12 месяце удалось добиться достоверно более значимого по-

вышения МКОЗ, уменьшения толщины макулярной области (по данным ОКт) и снижения частоты ликед-

жа, очагов гиперфлюоресценции, микроаневризм и геморрагий (по данным ФАг). 

при применении антиангиогенной терапии в сравнении с консервативной терапией у больных с влаж-

ной формой ВМД на 12 месяце удалось добиться достоверно более значимого повышения МКОЗ, умень-

шения толщины макулярной области (по данным ОКт), а также достоверно более частого полного пода-

вления активности мембраны, снижения количества очагов гиперфлюоресценции и дефектов пигментного 

эпителия сетчатки (по данным ФАг).

результаты исследования ВгД, биомикроскопии и периметрии у больных с НВг свидетельствуют о том, 

что на 12 месяце при сочетании лК с антиангиогенной терапией в сравнении с монотерапией лК удалось 

добиться достоверно более значимого снижения ВгД, повышения MD и снижения PSD. разработана и вне-

дрена в практику оптимальная по количеству инъекций рБ схема лечения ДМО и влажной формы ВМД (3 

инъекции в дозе 0,5 мг (0,05 мл) с интервалом 1 месяц, затем PRN, в среднем, 7 инъекций за 12 месяцев), а 

также НВг (1 инъекция в дозе 0,5 мг (0,05 мл) с последующим наблюдением).



Заключение

таким образом, настоящее исследование подтвердило эффективность рБ у больных с ДМО и вВМД, 

показало перспективность его применения у больных с НВг на территории Азербайджанской республики 

по разработанным схемам лечения, а также показало важность исследования уровня эритропоэтина и ком-

понентов системы комплемента у больных с данными заболеваниями.

Gadjieva B.Kh.

İNFLUENCE OF THE ANTiANGiOGENiC THERAPY ON THE TOPO-

MORPHOLOGiCAL AND FUNCTiONAL PARAMETERS OF THE EYEN



Key  words:  diabetic  macular  edema,  wet  age-related  macular  degeneration,  neovascular  glaucoma, 

ranibizumab

SUMMARY


Aim – to value the efficiacy of the antiangiogenic therapy (AT) and its influence on the topo-morphological and 

functional eye parameters in diabetic macular edema (DME), wet form of the age-related macular degeneration 

(wAMD) and neovascular glaucoma (NVG) taking into consideration the regional and national peculiarities of 

Azerbaijan Republic.



Material and methods

156 patients were examined (44,2% men, 55,8% women, men age 62,5±9,3 years). The patients were divided 

into 3 comparable by sex and age groups: group i – patients with established diagnosis of DME (76 eyes); group 

ii – with wAMD (48 eyes); group iii –with NVG (32 eyes). Each group was subdivided into 2 subgroups– themain 

and control. (The subgroups reliably didn’t differ due to the pointed parameters) in the main subgroup the RB 

(Lucentis) was introduced to the patients, in the control subgroup – the preparation wasn’t injected. The research 

included the patients with TMO from 300 mkm, according to the OCT data, for groups i, ii with 1-2 stages of NVG 

for the group iii. All patients were subjected to the complex examination including anamnesis and complaints, 



29

2016/3 (22)

ORİJİNAL MƏQALƏLƏR

standard ophthalmological examination and also the special methods of investigations: in groups i and ii – OCT / on 

apparatus spectral Cirrus HD OCT, Carl Zeiss Meditec, USA, PHAG (on apparatus FF 450 plus, Zeiss, Germany), 

microperimetry (on device MAiA, Center View Spa, italy), in group iii – gonioscopy, perimetry (on apparatus 

Humphrey Field Analyzer 745i), Heidelberg retinal tomography (on apparatus Heidelberg retinotomograph HRT 

ii, Germany. LC was performed with apparatus SL 1000 (Ellex Medical Pty Ltd, Australia)).



Results

Results  of  investigation  of  DME  patients  demonstrated  that  on  the  12th  month  in  association  of  AT  and 

lasercoagulation (LC) as compared with LC monotherapy, we tried to get the reliably more important increase of 

maximal corrigated visual acuity (MCVA), decrease of the thickness of macular zone (OCT) hyperfluorescence 

foci. 

The results of investigations of patients with wAMD witnesses that using AT as compared with conservative 



therapy, we achieved the reliably more important increase of MCVA, decrease of the thickness of macular (OCT) 

zone, the full suppression of the membrane activity, decrease of the hyperfluorescence foci nember and defects 

of pigment epithelium of retina (according to the FAG data). The results of iOP, biomicroscopy and perimetry 

investigations in NVG patients witnesses that at 12 th month in association with LC with antiangiogenic therapy 

as compared with LC monotherapy, we have got the reliably more important decrease of iOP, increase of MD and 

lowering of PSD. The results of measure of eritropoetin of blood serum indicated the increase of its level in DME 

and wAMD. The role of activation of complement system in the pathogenesis of neovascular diseases confirms the 

increase of CZ level in wAMD, NVG and DME. The optimal scheme of DME, wAMD and NVG treatment due 

to the number of ranibizumab injections was elaborated and inculcated to the practice (3 injections by 0,5 mg (0,5 

ml) with interval 1 month, then PRN 7 injections for 12 months in average) and also NVG (1 injection by 0,5 mg 

(0,05 ml) with the following examination). 

Conclusion

So,  the  present  investigation  confirmed  the  efficiacy  of  RB  in  DME  andwAMD  patients,  indicated  the 

perspectivity of its use in patiens with NVG at the Azerbaijan Republic according to the scheme of treatment, and 

also showed the importance of investigation of erythropoietin level and components of complement system in 

patients with the given diseases.

Для корреспонденции:



Кязимова Бановша Хагани гызы, врач-офтальмолог отдела глазных осложнений сахарного диабета и 

витреоретинальной хирургии Национального Центра Офтальмологии имени академика Зарифы Али-

евой

Адрес: AZ1000, г.Баку, ул. Джавадхана, 32/15. 

Тел.: (99412) 569-91-36, (99412) 569-91-37 

Email: administrator@eye.az; www.eye.az



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə