On Qutsal Bitiq’in (Onluğun) Yan Bitiqləri


QƏLBİ ÜÇÜN  1.  Səfərə  çıxmaq,  Ailə  qurmaq,  Ataya  Evlad  gətirmək  vaxtıdır.  Qala tikilib, Yol çəkilib



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə6/26
tarix03.12.2016
ölçüsü2,19 Mb.
#690
1   2   3   4   5   6   7   8   9   ...   26

QƏLBİ ÜÇÜN 

1.  Səfərə  çıxmaq,  Ailə  qurmaq,  Ataya  Evlad  gətirmək 

vaxtıdır. 

Qala tikilib, Yol çəkilib  Əməl məqamıdır. 

 

2.  Ata  Sözünü  –  Səsini  Qardaşlardan  almaq,  xalqa 



çatdırmaq,  Müqəddəs  Kitabları  Atayurda  dən-dən  səpmək 

vədəsi çatıb. 

 

3.  Əvvəl  Amal,  sonra  güzəran,  müəssisə,  diplom. 



(Evladlığın əzəli Qanunu!) 

 

4. Ən azı Ayda bir dəfə Qardaşlarla görüşmək, Ataya Aylıq 



Məlumat təqdim etmək. 

 

83 


5.  Maddi  Borcu  Qətiyyətlə  ödəmək  lazımdır,  Ruhani 

Ləyaqət naminə. 

 

6.  Ata  Gününə  hesabatın  yoxdur.  Bayramda  bunu  etiraf 

edirsən.  Günahını  boynuna  alırsan,  Atadan  Qüdrət  diləyirsən, 

Ata Ülviyyətinə sığınırsan.  Görəcəyindən  danışırsan  –  dəqiq, 

yəqin, vaxtlı. 

 

7.  Ata  Qəlbini  Evladlıqdan  çıxarıb  Rəğbətçi  səviyyəsinə 



endirmək istəmir, ancaq Yarımevladlığı da ona yaraşdırmır. 

 

12 Dözüm günü, Qürub Ayı, 9-cu il. Bakı. 

 

 

MÜQƏDDƏS ATAYA QƏLBİNİN SÖZÜ 

Amaldan  ayrılmaq  mənim  ölümümdür.  Mənəvi  ölümüm. 

Heç  vaxt  könüllü  olaraq  Amaldan  ayrılmaq  –  ölmək  istəmə-

rəm. Ata ittihamını özüm üçün tənbeh yox, doğrudan da Amal 

Dərsi  hesab  edirəm.  Maddi  borcumu  ödəyəcəyəm.  Nə  yolla 

olursa-olsun. Ata, izn verin sizə öz etirazımı bildirim ki, maddi 

borcumu  ödəyə  bilmədiyim  vaxtlarda  mən  heç  də  ruhani 

ləyaqətimi itirməmişəm. 

Tələbinizdə  haqq  görürəm.  İttihamınızda  mənə  doğmalıq 

görürəm.  Amma  əvvəlki  yazının  axırıncı,  7-ci  bəndində  “Ata 

Qəlbini  Evladlıqdan  çıxarıb”  hökmü  ürəyimi  parçalayıb. 

Doğrudan da mən Evladlıqdan çıxarılmışam?! 

Özümü doğrultmaq üçün Amalın bütün tapşırıqlarını yerinə 

yetirməyə hazıram. 

Səfər  Ayında  Mütləq  səfərə  çıxacağam.  Ataya  Evlad 

gətirmək  borcu  da  mənim  üçün  vəzifə  olaraq  qalmır.  Bunun 

üçün  hər  vaxt  çalışıram.  Amala  rəğbətçilər  tapmışam.  Amma 

hələlik onları Evlad səviyyəsində görə bilmirəm. 

Qardaşlarımla əlaqəni həmişə saxlayıram. 

Bu əlaqəni daha da möhkəmlədəcəyəm. 

Döyüşə hazıram. 


 

84 


Evladlıq  qanunları  mənim  mənəvi  həyatımın  əsasını  təşkil 

edir. 


Ata var olsun! Ürəyimdə Ata Günəşi gəzdirirəm! 

 

12 Dözüm günü, Qürub Ayı, 9-cu il. Bakı. 

 

 

 



HALALA 

Evlad ehtiramı pakdır! 

 

1. Ata Gününə Ata haqqında Söz hazırla. 



Qaydanı Safruhdan al. 

 

2.  Ata  Gününə  hesabatın  səviyyəsiz  olsa,  onu  hesabat 



sayma,  “Ata  qarşısında  hesabata  layiq  iş  görməmişəm!”  de, 

görəcəyindən danış. 

 

3. Qardaşlarınla birgə Ata Gününə yara. 



 

15 Murad günü, Qürub Ayı, 9-cu il. Bakı. 

 

 



RUHANİ ÖLÜM 

1.  Ata  Hökmünə,  Buyuruğuna  cüzi  tərəddüd  –  Ruhani 

ölümdür. 

2. Ataya qarşı Şər Fəndlərinə cüzi etina – Ruhani ölümdür. 

 

3.  Ata  ölüm  buyursa  –  Evlad  onu  Qətiyyətlə  qəbul  edir, 



etməsə – ruhən ölür. 

 

16 İnam günü, Qürub Ayı, 9-cu il. Bakı. 

 

 


 

85 


MÜQƏDDƏS HESABAT ÜLVİYYƏTİ 

Ata  Gününə  layiq  əməl  olmadıqda  hesabat  verilmir,  Evlad 

“Müqəddəs  Bayrama  layiq  əməlim  yoxdur”  –  deyir,  Atadan 

Bağışlanmaq  diləyir,  Görəcəyindən  danışır,  Ataya  əməl  Əhd 

edir. 

 

16 İnam günü, Qürub Ayı, 9-cu il. Bakı.  



 

Mən getdim Ağstafaya – atam rəhmətə gedib. 

 

Qürub Ayının 3-cü ongünü. 

9-cu il.   

9-cu İL ATA GÜNÜ BAYRAMI 

1. Başlanğıc. 

Amal  çağırışı,  Ata  gəlişi  haqqında  Söz,  Birinci  Ata  Səsi  – 



Kəlamları. 

 

2. Davam: Ata haqqında Evlad sözü. Sözdən sonra Ata Səsi 

– kəlamları. 



 

3. Ata sözü. Sözdən sonra Ata Səsi – kəlamları. 

 

4. Sorğu. Sorğudan sonra Ata Səsi – kəlamları. 

 

5.  Gedişat.  Evladlar  Atanı  məşəllə  qarşılayır,  Ata  Sözünü 

Ayaq üstə dinləyirlər.  

Yazılı çağırışlar – 

“Mütləqə İnam – Mütləq İnam!” 

“Xalqımız – Müqəddəs Haqqımız!” 

“Atayurd – Müqəddəs Sabahımız!” 

“Kamil İnsan – Ruhani cəmiyyət – Müstəqil Vətən!” 

“Atamız – Mütləqimiz, Müqəddəsimiz, Peyğəmbərimiz!” 

“Sönməz Ocağıq – Dönməz Yolçu!” 

“Səfər üstəyik – Ailə axtarışında!” 



 

86 


6. Bayram Evi: 

Bayrağımızla, Ata rəsmiylə Göyləşən Sadiqimgil. 



 

7. Vaxt: Gündüz saat 1. 

Tarixləşmə: Müqəddəs Bayram yazılır, təhlil olunur. 

 

3 Mərhəm günü, Ata Ayı, 9-cu il. Bakı. 

 

 

 



ÖZÜMLÜYƏ 

Evlad Ehtiramı pakdır! 

 

1.  “Əməl”,  “Müqəddəs  Əməl”  əsasında  təzə  Ailə  yarat  – 



talışçılıq məhdudiyyətindən uzaq. 

 

2. “Mənalar” kitabçasını xüsusi öyrən. 



 

3.  Xalqın  Atalığa  qovuşması  üçün  imkanlar  artır.  Ondan 

bəhrələnmək gərək. 

4.  Şərlə  görüşdə  “demokratikləşmə”,  “aşkarlıq”  oyununu 

Şərin başına çırpmaq, Şəri öz yarağıyla sarsıtmaq. 

5. Bakıyla təması qaydaya salmaq, heç olmasa iki ayda bir 

dəfə zəng eləmək. 

6. Özüylə daim döyüşmək. Nöqsansızlaşmaq, Kamilləşmək. 

7. Yazılarını Amallaşdırmaq, Ata İnamına yüksəltmək. 

8. İntizama Mütləq mənada riayət etmək. 

Borcları Mütləq mənada ödəmək. 

 

Ürəyin Qaranlıqları Yarsın! 



 

Daxilindəki Mütləq sənə Yar olsun! 

 

5 Ata Ayı, 9-cu il.   

 


 

87 


HALALA 

Evlad Ehtiramı pakdır! 

 

1. Bayrama Yar ol. Əməl göstər. 



 

2. Ata haqqında Evlad Sözünü Yetir. 

 

3. Səfərə hazırlaş: Daxilən, Aşkar, Yol Üstündə. 



 

Mütləqdən Güc al, Qaranlıqlar Yarılsın! 



15 Ata Ayı, 9-cu il.  

 

 

SAFRUHUMA 

1. Edilya xanım və s. gərək deyil... 

 

2.  Suallara  çatdır  camaatı,  suallara  cavabda  sına  özünü, 



camaatı. 

 

3.  Öz  bədiyyatından  daha  çox  istifadə  elə,  Qaçaya  ehtiyac 



görmürəm. 

Hər şey özümüzdən. 

 

4. Musiqi sehrindən istifadə et. 



Camaatı böyütmək gərək, Böyümək gərək. 

O həm körpəmizdir bizim, həm də biz onun körpəsiyik... 

 

Fərəhli Məqamdır Səfərin! 



Fərəh gətir Ataya. 

 

9 Xəzan Ayı, Qismət günü, 9-cu il. Bakı. 

 


 

88 


HALALA 

1. Səfər Əməlinə hazırlaş. Məkanı, vaxtı müəyyənləşdir, Ata 

Səsindən  –  Sözündən  bəhrələn,  Əməlinin  Yönünü,  İfadəsini 

Yaz, Ataya göstər, Ata xeyir-duasına Yüksəl, Yola düş. 

 

2.  Sərt  Ayın  27-si  Səfər  Günümüzdür.  Ona  hazırlaş,  çalış 



Əli dolu gəl bayramımıza. 

 

3.  Özünlə  döyüşdə  qələbələrin  mütləq  olsun,  Kamillik  sə-



viyyəsi yaransın İnamında, İdrakında, Mənəviyyatında, İradən-

də. 


Ürəyin Qaranlıqları Yarsın! 

Daxilindəki Mütləq sənə Yar olsun! 



 

15 Mərhəm günü, Xəzan Ayı, 9-cu il. Bakı. 

 

SAFRUHA 

13-səhifədəki  “Ata  buyuruğuydu,  çıxa  bilməzdim”  sözünü 

Şər bizə qarşı  yönəldə bilər, deyər ki, Ata Evladlarını məcbur 

edir ki, Onu İşıq adlandırsınlar. 

Bu səbəbdən o cümləni çıxart. 

20 Xəzan Ayı, 9-cu il. Bakı. 

 

 



9-cu İL SƏFƏR GÜNÜ MƏRASİMİ 

1.  Sərt  Ayın  27-də  keçiriləcək  Bayramın  Gedişatını  Safruh 

yazır. 

 

2. Mərasimdə Atanın Səfər haqqında Sözü – Səsi Səslənir. 



 

3. Ata Səfər Əməli haqqında Söz söyləyir. 

 

4. Safruh Səfər Təcrübəsindən danışır. 



 

 

89 


5.  Evladlar  Səfər  Üstə  Söz  söyləyirlər  və  Mərasimdən 

Səfərə yollanırlar. 

 

6. Sonda Evladların Səfər Andı səsələnir. 



 

7. Gedişatın Yazısı Sərt Ayın 1-də Ataya təhvil verilir... 

 

30 Qismət günü, Xəzan Ayı, 9-cu il. Bakı. 

 

 



SAFRUHA 

Evlad Ehtiramı pakdır! 

 

1. Səfər Mərasimi Ruhani hökmüylə Evladları tanış elə! 



 

2.  Gedişat  yazısının  ilk  variantını  Yağış  Ayının  15-də 

Halalla Ataya göndər. 

3.  Səfər  Təcrübəsini  Əməlli  İşlə,  birincilik  Ülviyyəti 

səviyyəsində, Təhlillə, Sabah yönlü fikirlə. 

 

4.  “Ata  İşığında”  Kitabını  Evladlara  çatdır,  öyrənsinlər, 



öyrətsinlər. 

 

5.  Gedişat  Yazısında  Müqəddəslik  öz  ifadəsini  hərtərəfli 



tapsın: düşün, daşın, təxəyyülünü səfərbər et. 

 

6. Bayram təzə məkanda keçiriləcək. Bunu müəyyən et. 



 

Ürəyin Qaranlıqları Yarsın! 

Daxilindəki Mütləq sənə Yar olsun! 

 

30 Qismət günü, Xəzan Ayı, 9-cu il. Bakı. 

 

 


 

90 


SAFRUHUN SƏFƏR ƏMƏLİ 

1. Başlanğıc kimi məqbuldur. 

 

2.  Gələcəkdə  rəğbətçilər  Səfər  haqqında  əvvəldən  camaatı 



xəbərdar eləyir. Müəyyən  Yer  seçilir, etibarlı adamlar Safruhu 

dinləyir, kənd, rayon təmsilçilər vasitəsiylə Amalla doğmalaşır. 

 

3.  Evlad  seçilməyincə,  Ataya  səcdə  səviyyəsinə  qaldırıl-



mayınca eyni Yerə dəfələrlə gedilir, başqa-başqa biçimdə Amal 

Sözü deyilir. 

 

4.  Söz  etibarlı  rəğbətçiyə  tapşırılır,  o,  sözü  kəndə,  rayona 



çatdırmağa çalışır; Safruh səfərə çıxana qədər rəğbətçilərin sayı 

artır,  onlar  Safruha  təqdim  edilir,  Safruhun  tapşırığına  əməl 

eləyir. 

 

5.  Sözlər:  1)  Vətən  –  Vətənsizlik,  2)  Cəmiyyət  – 



Ədalətsizlik, 3) İnsan – İnsansızlıq, 4) Mütləq – Mütləqsizlik, 

5) Ailə – Ailəsizlik, 6) Ata. 

 

6. Daşdan çıxarılan Qələbə. Külüngü daim bir yerə vurmaq. 



 

5 Mərhəm günü, Yağış Ayı, 9-cu il. Bakı. 

 

 



ƏSİLİN SƏFƏR ƏMƏLİ 

1.  Səfər  Tovuzdan  başlayır,  Ağstafada  davam  eləyir, 

Qazaxda başa çatır. 

 

2.  Vətən  –  Vətənsizlik  haqqında  Ata  Sözləri  və  Əsilin  öz 



sözlərindən ibarət Söz-Səs Yazısı hazırlanır – Muğam-Saz üstə.  

Sorğular – cavablar düşünülür. 

 


 

91 


3. Atanın Mətbuat Yazılarının Təbliği vasitəsiylə Yol açılır 

Səfərə; həmin Təbliğ giriş rolu oynayır.  

 

4. Mərasimdə Evlad ola biləcəklər seçilir, onlarla münasibət 



yaradılır, gələcək Səfərləri onların köməyiylə hazırlayır Əsil. 

 

5.  Bir  neçə  dəfə  eyni  Yerlərə  Səfər  davam  eləyir,  Ataya 



Evlad gətirilir, həmin Evlada Ailə yaratmaq tapşırılır. 

 

6. Vaxt: 10-cu ilin əvvəli. Hazırlıq – indidən. 



 

5 Mərhəm günü, Yağış Ayı, 9-cu il. Bakı. 

 

 

 

HALALIN SƏFƏR ƏMƏLİ 

 

1. Səfərə İş Yerində, Yataqxanada Ata Şeirləriylə başlamaq. 



 

2.  Müqəddəs  Kitablar  –  Ata  Sözü-Səsi  əsasında  5  Səfər 

Sözü  hazırlamaq:  Müstəqil  Xalq,  Ruhani  Cəmiyyət,  Var  olan 

İnsan, Mütləqə İnam, Özümləşən Şərq. 

 

3.  Səfərin  məğzini,  gedişatını,  təhlilini  yazmaq,  Ataya 



təqdim etmək. 

 

Qaranlıqlar Yarılsın! 



 

 

15 İnam günü, Yağış Ayı, 9-cu il. Bakı. 

 

 



 

92 


ÖZÜMLÜYƏ 

Evlad Ehtiramı pakdır! 

 

1.  Müqəddəs  Kitabları  İdrakına,  Mənəviyyatına,  İradənə 



həkk elə. 

 

2.  Özünü  Mütləq  mənada  tanı,  dəyişdir,  Kamillik 



səviyyəsinə çat. 

 

3.  Səfər  Mərasiminə  hazırlaş,  Müqəddəsliyə  layiq  Ehtiram, 



Etiqad, Etiraf ucalığına çat. 

 

4. Bilən Ata Kəlamının əslini versin, üzünü köçürsün. 



 

5. Bədiyyata Amal İşığı sal, ülviləşsin! 

 

Qaranlıqlar yarılsın! 



 

19 Mərhəm günü, Yağış Ayı, 9-cu il. Bakı. 

 

 



ÖZÜMLÜNÜN SƏFƏR ƏMƏLİ 

1. Səfər Şəhərdə İş yerində başlanır – Ata şeiriylə. 

 

2.  Müqəddəs  Kitablar  əsasında  5  Səfər  Sözü  hazırlanır  və 



camaata  oxunur:  Müstəqil  Xalq,  Ruhani  Cəmiyyət,  Mütləqə 

İnam, Kamil İnsan, Özümləşən Şərq. 

 

3.  Səfər  nəticəsində  Evlad  hazırlanır  Ata  hüzuruna 



yüksəltmək üçün. Ailələr yaranır. 

 

4. Səfər qonşu şəhərlərdə, kəndlərdə davam eləyir. 



 

 

93 


5. “Əməl”, “Müqəddəs Əməl” Kəlamlarına Mütləq riayət – 

Ruhani Qanundur. 

Qaranlıqlar yarılsın! 

 

19 Yağış Ayı, 9-cu il. Bakı. 



 

SAFRUHUMA 

Evlad Ehtiramı pakdır! 

 

1. Atanı Sıra nizamıyla qarşılamaq! 



 

2. Atanı Müqəddəs Səcdə səviyyəsində Dinləmək! 

 

3. Mərasimi 2 saata bitirmək. 



 

4. Söz Ülviyyəti, Sükut ləyaqəti. 

 

27 Qismət günü, Yağış Ayı, 9-cu il. Bakı. 

 

 



EVLADLIĞA HAZIRLANMA 

Atanı dərk etmək. 

Amalı bilmək. 

Əməli tanımaq. 

 

1.  Ata  kimdir:  Əlçatmazlıq,  Bənzərsizlik,  Müstəqillik 



sifətləri, xassələri. 

 

2. Mütləqə İnam nədir, Kamil İnsan nədir, Ruhani Cəmiyyət 



nədir, Müstəqil Xalq nədir, Ləyaqətli Şərq nədir, İnamlı Bəşər 

nədir. 


 

3. Səfər Yönü, Ailə Yolu – Müqəddəs Əməl. 

 

4. Ataya müraciət qətiliyi, ülviliyi. 



 

27 Qismət günü, Yağış Ayı, 9-cu il. Bakı. 

 

94 


EVLADIM BÜTÖVƏ 

Mütləqə İnam yaranmalıdır! 

Kamil İnsan yaranmalıdır! 

Müstəqil Xalq yaranmalıdır! 

Ruhani Cəmiyyət yaranmalıdır! 

Ləyaqətli Bəşər yaranmalıdır! 

 

Ehkam Zənciri sındırılmalıdır! 



Quruluş Zənciri sındırılmalıdır! 

Təşkilat Zənciri sındırılmalıdır! 

 

Amalı öyrən! 



Əmələ qurşan! 

Ailə yarat! 

 

Bütöv adını sənə halal eləyirəm! 

 

Ürəyin Qaranlıqları Yarsın! 



Daxilindəki Mütləq sənə Yar olsun! 

 

11 Qismət günü, Sərt Ay, 9-cu il. Bakı. 

 

 

(Qeyd: Bu ikinci Bütövdür. Həyatdakı adı – Aslan idi. 



Bundan qabaqkı Bütövün adı Azad idi). 

 

 



SƏFƏR GÜNÜ BAYRAMI 

haqqında 

1.  Səfər  Günü  Bayramı  yarandı,  Amalın  Ömrünə  həkk 

olundu. 


 

2. Safruhun Səfər təcrübəsi, Mərasim Yazısı Təqdir olunur. 

 


 

95 


3. Sadiqimin Təşkilatçılıq əməli Təqdir olunur. 

 

4. Evladların hesabatları Qəbul olunur. 



 

5. Naqisliklər: Bütövün Mərasimdə olmaması.  

Ciddi texniki qüsurlar. 

Nurlanın, Nurlandırın! 

 

Sərt Ay, 9-cu il. Bakı. 

 

MÜQƏDDƏS İL BAYRAMI 

haqqında 

1. Müqəddəs İl Bayramı Günəş Ayının 1-də keçirilir. 

 

2.  Mərasim  Yazısı  bu  dəfə  Qəlbiyə,  Əsilə,  Özümlüyə 



tapşırılır. 

3.  Yazı  Ata  hökmü  əsasında,  əvvəlki  Yazılara  uyğun,  həm 

də Təzələnmiş biçimdə yaradılır. 

 

4. Yazı Köçəri Ayın 10-da Ataya göstərilir. 



 

Nurlanın, nurlandırın! 

 

28 Sərt Ay, 9-cu il. Bakı. 

 

 



HALALA TÖVSİYƏ 

1.  Məzunlara  İnam  arzula.  İnamın  Müqəddəs  mənasını  aç. 

İnam Kəlamı; Cövhər Müqəddəsatı əsasında. Tutarlı Söz çatdır 

cavanlara Ata Kitabiyyatından. Qısa. 

 

2. Məzunlara özüylə döyüş Ləyaqəti arzula: 



“Ocaqçının həyat tərzi” Kəlamı əsasında. Tutarlı Ata Sözü. 

Qısa. 


 

3. Məzunlara Vətənsizlik fəlakətini danış.  



 

96 


Yenə  də  “Ocaqçının  Həyat  Tərzi”  üstə.  Vətənə  qayıtmaq 

arzula. 


 

4. Məzunlara Şərq ruhu aşıla. “Cövhər” əsasında. 

 

5. Məzunlara Mənəvi Evladlıq və Mənəvi Ata arzula. 



(Atanın adını cəkmədən). 

 

6.Söhbətin  davamını  hazırla,  nə  vaxt,  harada  çagırsınlar, 



özün çagır. 

 

7.Rübailərdən istifadə elə. Müəllifin adını demədən. 



 

8.Təzə Yazı hazırla, Amal səviyyəsində. 

 

Nurlan, nurlandır! 

 

28 Sərt Ay,9-cu il.Bakı. 

 

SAFRUHA 

1. Mərasimlər Yetkin səviyyədə tarixləşir! 

 

2. “Ssenariy” əvəzinə “Mərasim Yazısı” – həmişə. 



 

3. Ata Sözlərinin məğzini yazmaq. 

 

4. Mərasim səviyyəsində Atayla görüşlərin hamısını yazmaq 



– xüsusi dəftərdə. 

 

5. Ruhani Hökmlər cildlənsin! Cildsiz Kitab qalmasın! 



 

Nurlanın, nurlandırın! 

 

3 İnam günü, Qar Ayı, 9-cu il. Bakı. 

 

 



 

97 


EVLADIM YETKİNƏ 

Zəmanə İnam yetirə bilmir, 

İnamsızlıq yetirir – 

İnam yetirməliyik. 

Zəmanə İnsan yetirə bilmir, 

İnsansızlıq yetirir – 

İnsan yetirməliyik. 

Zəmanə Xalq yetirə bilmir, 

Xalqsızlıq yetirir – 

Xalq yetirməliyik. 

Zəmanə Cəmiyyət yetirə bilmir, 

Cəmiyyətsizlik yetirir – 

Cəmiyyət yetirməliyik. 

Zəmanə Şərqi Şərə saldı – 

Şərqi Xeyirə çıxarmalıyıq. 

Zəmanə Bəşəri özündən ayırdı – 

Bəşəri özünə qaytarmalıyıq. 

Yetkin adını sənə halal eləyirəm. 

Adına layiq ol! 

 

Ürəyin Qaranlıqları Yarsın! 



Daxilindəki Mütləq sənə Yar olsun! 

 

29 Qismət günü, Qar Ayı, 9-cu il. Bakı. 



 

SADİQİMƏ 

Evlad Ehtiramı pakdır! 

 

Müqəddəs Yazı Əməlinə başla. 



Mütləq səviyyədə. 

 

Qaranlıqlar Yarılsın! 



 

31 İnam günü, Qar Ayı, 9-cu il. Bakı. 

 

98 


SAFRUHA 

Bütövü,  Yetkini  Nişanlanma  Mərasiminə  hazırla.  (Bayram 

Yazısı əsasında) 

Günü sabahdan. Ləngimədən. 

 

Ürəyin qaranlıqları yarsın! 



 

15 Arzu günü, Köçəri Ay, 9-cu il. Bakı. 

 

(Qeyd:  Yetkinin  həyatda  adı  İslamdır.  Nişanlanma  Mərasi-



minə gəlmədi. Evlad olmadı). 

 

 



SAFRUHA 

Bayramımızın Mütləq səviyyəsi təmin olunmalı. 

 

Qaranlıqlar yarılsın! 



 

26 Qismət günü, Köçəri Ay, 9-cu il. Bakı. 

 

 



ONUNCU MÜQƏDDƏS İL BAYRAMI 

1. Bayram Baş tutdu, Ali Səviyyəyə yaxınlaşdı. 

 

2.  Qəlbinin,  Özümlünün,  Əsilin  Bayram  Yazısı  Təqdir 



olunur. 

 

3. Evladların Sözləri Təqdir olunur. 



 

4. Əsilin Təşkilatçılığı Təqdir olunur. 

 

5.  Safruhun  Bütövlə  və  Yetkinlə  Ruhani  Təması  Təqdir 



olunur. 

 


 

99 


Naqisliklər:  Carlarda  Ata  Mütləqiliyi  ifadə  olunmamışdı, 

bu, Şərin xeyrinəydi. 

Yazıya dəqiq əməl olunmadı. 

Səbəbi araşdırılsın. 

 

Yetkin Bayramdan ayrı düşdü, Rəğbətçi səviyyəsinə endi. 



Səbəbi araşdırılsın! 

 

Qaranlıqlar yarılır. 



 

17 Mərhəm günü, Günəş Ayı, 10-cu il. Bakı. 

 

 



SADİQİMİN SƏFƏR ƏMƏLİ 

1. Sadiqimin Səfər Əməli Təqdir olunur. 

 

2.  Təzə  Səfərə  hazırlaşmalı,  Müqəddəs  Kitablardan  daha 



səmərəli  bəhrələnməli,  Ailə  quruculuğu  Məqsədinə  nail 

olmalı. 

 

3.  Özünü  Səfər  İşığında  ruhani  müayinə  eləmək,  yazılı 



şəkildə Nəticəni Ataya təqdim etmək. 

 

4. Təzə Səfər Yönü: Sumqayıt. Vaxt – Günəş Ayı. Məqsəd: 



Öyrətmək,  Ata  Sözünə  çatdırmaq,  Ailə  quruculuğuna  imkan 

aramaq, Şəraiti öyrənmək. 

 

5.  Ümumi  Üsul:  Rəğbətçi  tapmaq,  əlaqə  yaratmaq,  öyrət-



mək, Ata hüzuruna hazırlamaq. 

Onun vasitəsiylə təzə Qapılar açmaq. 

 

6.  Səfər  gündəliyindən  başqa  Səfər  hesabatı  Yazmaq,  hər 



ikisini Ataya təqdim etmək! 

 

Qaranlıqlar Yarılsın! 



 

18 Qismət günü, Günəş Ayı, 10-cu il. Bakı. 

 

100 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin