On Qutsal Bitiq’in (Onluğun) Yan Bitiqləri



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə7/26
tarix03.12.2016
ölçüsü2,19 Mb.
#690
1   2   3   4   5   6   7   8   9   10   ...   26

SAFRUHA 

Evlad Ehtiramı Pakdır! 

 

1. Safruhun kəndində Ailə yaradılır. 



“Əməl”  və  “Müqəddəs  Əməl”  hərfi  və  ruhani  mənada 

gerçəkləşir. 

Ayda bir dəfə Safruh Ailəyə Üz tutur, Mərasim keçirir. 

 

2.  İlk  Mərasimə  və  bütün  Mərasimlərə  Müqəddəs  Kitab-



lardan, Deyimlərdən ibarət Söz aparırsan. 

Yazılı  və  Şifahi  Nitq  vasitəsiylə  Amal  yayılır,  Ağdam 

səviyyəsinə qaldırılır və Qarabağlaşır. 

 

3. Vahid, Müqəddəs Ata Ruhu, İdrakı, Mənəviyyatı Təsdiq 



olunur. 

Atalıqdan kənara çıxmaq – Xəyanət sayılır. 

Qarabağ hadisəsi haqqında Ata Hökmü deyilir. 

 

4.  İndidən  Bütövlə  sözləşirsən,  Bütöv  sənin  gəlişini  hazır-



layır. 

Öz ailəniz çərçivəsində, qonşularla, qohumlarla birgə Təməl 

yaradırsan. 

İmkan olsa Ağdamın özündən də dəvət eləyirsən. 



Asan qələbə gözləmirsən, Çətin Qələbəyə İnanırsan. 

 

5. Evlad lazımdır Qarabağda, Bütövə qardaş, Atayla camaat 



arasında körpü, Safruha köməkçi, dayaq. 

 

6.  Gələn  Ayın  ortalarında  Yola  düşürsən,  Ataya  sevinc 



gətirirsən. 

 

7.  Yetkinə  Ata  Sözü  Deyilib,  orada  Ruhaniyyat  var;  Öyrət 



Yetkinə Ruhaniyyatı dərk eləməyi. 

“Mənalar”ı, “Rəmzlər”i, ”Yol”u, “Sədaqət”i oxusun. 

Mühitdən  tam  ayrılsın,  Bənzərsiz,  Əlçatmaz,  Müstəqil 

olmağın Mənasına yüksəlsin. 



 

101 


Şeirini Təb üstə kökləsin, Dərd üstə çalsın, İnam üstə çağır-

sın, Evladlığı şairlikdən üstün tutsun! 

 

8. Evlad axtarışlarını davam elətdir. 



 

9. Səfərini Yaz, Təhlil elə, Ataya çatdır. 

 

Ürəyin Qaranlıqları Yarsın. 



 

25 Qismət günü, Günəş Ayı, 10-cu il. Bakı. 

 

SADİQƏ 

Xasiyyətində Ata Hökmlərinə dəqiqsizlik, çətinlikdə ruhdan 

düşmək, soyumaq, Atanı düzəltmək, öyrətmək müasirliyi yara-

nıb. Onları birdəfəlik ləğv eləməsən, Amalı tərk elə! 



 

Ata Sözü Mütləqdir! 



 

6 Dözüm günü, Çiçək Ayı, 10-cu il. Bakı. 

 

QƏLBİYƏ 

1. Məişət, şəxsi həyat, elmi iş Amala xidməti üstələdiyindən 

Qəlbi bir il müddətinə Amaldan çıxarılır. 

(11-ci il Günəş Ayının sonuna qədər) 

 

2.  Bir  il  ərzində  özünü  Amala  bütövlüklə  həsr  eləmək 



Qüdrəti əldə etməsə, Qəlbi Amala qayıtmır! 

 

Ata Sözü Mütləqdir! 



 

6 Dözüm günü, Çiçək Ayı, 10-cu il. Bakı. 

 

SAFRUHA 

1. Safruh tərcümə məsələsində Ataya şübhə izhar etməkdən 

əl çəkmir, Ata Mütləqiliyinə xilaf çıxır. 

 

2. Ata hökm eləyir: İradəsinə Sahibliyi bacarmayan Safruh 3 



ay  ərzində  Ata  hüzurundan  Məhrum  olunur  (Od  Ayının  29-na 

qədər). 


 

102 


3.  3  ay  ərzində  İradəsinə  Yiyələnə  bilməsə  Safruh  Amala 

qayıtmır. 

 

4. 3 ay ərzində Safruh Amal işlərindən tam azad olunur. 



 

Ata Sözü Mütləqdir! 

 

6 Dözüm günü, Çiçək Ayı, 10-cu il. Bakı. 

 

 

EVLADLARA 



Mütləq  İntizama  dözə  bilməyən,  əhvalına  yiyəlik  eləyə 

bilməyən,  Zamanın  təsirinə  düşən,  Ağlayan,  Zarıyan,  Amalın 

özünəməxsusluğunu  anlamayan,  özgədən  öyrənən,  özünə 

inanmayan  –  Evladlıqdan  çıxsın,  bu  gündən  başlamış  Şölə 



Ayının axırına qədər Ataya qərarını bildirsin. 

 

Ata Sözü Mütləqdir. 



 

6 Dözüm günü, Çiçək Ayı, 10-cu il. Bakı. 

 

EVLADLARA 

Evlad ağlına Ata ağlından çox inanmayın! 

Ata Hökmünə dəqiqsizlik göstərməyin! 

Onun vergülünə belə xəyanət olmaz! 

Ata səcdəsinə diqqətsizlik eləməyin! 

Şəri sevindirməyin! 

Dünyanın halına oynamayın, Atanın havasına oynayın! 



Ya da Amalı tərk edin! 

 

6 Dözüm günü, Çiçək Ayı, 10-cu il. Bakı. 

 

Hökmlər Evladlara çatdırılsın! 



 

6 Dözüm günü, Çiçək Ayı, 10-cu il. Bakı. 

 

 



 

103 


YETKİN MƏSƏLƏSİ 

1. Safruh Yetkindən Ata Sözünü geri alır. 

 

2.  Yetkin  Nişanlanma  Mərasiminə  çağırılmır,  Evladlığa 



qəbul olunmur. 

Ata Sözü Mütləqdir! 

 

6 Dözüm günü, Çiçək Ayı, 10-cu il. Bakı. 

 

PÜNHANLIQ 

Atayla Görüşlər olmur. 

Atayla  Təmas  Əsil  vasitəsiylə  Yazılaşma  biçimində  baş 

verir. 

Ata Sözü Mütləqdir! 



 

6 Dözüm günü, Çiçək Ayı, 10-cu il. Bakı. 

 

 



SADİQİMƏ 

 

Evlad Ehtiramı pakdır! 

 

1. Etirafın qəbul olunur. 



 

2. Kamilsizliyinlə barışma, razılaşma, döyüş! 

Hər gününü, hər duyğunu, fikrini, əməlini qiymətləndir, yeri 

gələndə özünə ən pis qiymət verməkdən çəkinmə. 

 

3.  Ata  Hökmlərini,  Kəlamlarını  dönə-dönə  oxu,  gör  onlara 



tam əməl eləyirsənmi; natamlığına uyma, o səni azdırar. 

4. Gör hansı əməlində tələsmirsən; nə vaxt Qorxmusan, Sö-

zünə  nə  səviyyədə  Əməl  eləyirsən,  Bir  İşi  qurtarmamış  başqa 

İşə  keçməyinin  səbəbi  nədir,  idrakının,  iradənin  naqisliyinə 

niyə qalib gələ bilmirsən? 


 

104 


5. Sənin indiki vəzifən: Tərcümə Yazılışını başa çatdırmaq, 

Sədərə  çıxıb  Ailə  yaratmaq,  Dünyalaşma  hadisəsinə  hazırlaş-

maq. 

Vəzifənə  əməl  elə!  Özündən  təzə  Vəzifə  uydurma!  Ötəri 



həvəsə qapılma! 

Ata Buyuruğu – Mütləqdir! 

Vəzifə  Atadan  gəlir,  Evlada  çatır,  Gerçəkləşir  –  Göydən 

Yerə Düşür. 

Vəzifəni  yerinə  yetirməkdə  –  İdrakını,  İradəni  tam  istifadə 

elə, ancaq onu Başqa Vəzifəylə əvəz etmək haqqın yoxdur. 

 

6. Amaldan kənardakı Təşkillər əslində Amalsızlıqdır, çünki 



Ruhani  mənadan  məhrumdur,  yaxud  Şər  oyunudur,  onlara 

Evlad həvəsi – xurafatdır. 

 

7. Sadiqimə inanıram! 



 

Ürəyindəki Mütləq sənə yar olsun! 

 

21 Mərhəm günü, Çiçək Ayı, 10-cu il. Bakı. 

 

 



SAFRUHA 

Evlad Ehtiramı Pakdır! 

1. O əl ki, Amala xələl gətirir – kəsilməlidir. 

O göz ki, Amala xələl gətirir – çıxarılmalıdır. 

O ürək ki, Amala xələl gətirir – susdurulmalıdır. 



Safruhun  Elmanlığı  Amala  xələl  gətirir  –  bu  səbəbdən  də 

Safruh cəzalandırılır. 

2.  Safruh  Amal  Yükünün  çoxunu  çiynində  aparıb,  Əməl 

Yükünün çoxunu çiynində aparıb, ancaq bunları nöqsanlarını 



doğrultmaq üçün eləməyib. 

 


 

105 


3.  Safruh Elmandan  – şikayətdən,  giley-güzardan, hissiyyat 

pərakəndəliyindən,  sərbəstlik  xurafatından,  hal  cilovsuzluğun-

dan – heç cür ayrıla bilmir.! 

 

4. Nə qədər ki, Ata yaşayır – Amal yaşayacaq; nə qədər ki, 



Atayurdda bircə nəfər qeyrətli Şəxs var – Amal  yaşayacaq; nə 

qədər  ki,  Bəşərdə  bircə  nəfər  qeyrətli  Şəxs  var  –  Amal 

yaşayacaq! 

 

5. Ata Danlağından soyuyan Ocaq yanmasa yaxşıdır! 

 

6. Ürəksizliyə Amalda yer yoxdur! 



 

7. Dünyaya gərəyik, Dünya bizə gərəkdir. 

Müqəddəsatımız Dünyaya çatmalıdır. 

 

8. Safruhun Amalda yeri yüksəkdir; – ancaq Safruh Yüksək-



likdə dayana bilmir – Elman ona mane olur, ayağından çəkir. 

 

9.  “Partiya”,  “Antipartiya”,  “Qrup”  –  Amalın  lüğətində  bu 



Sözlər yoxdur. 

 

10. Amala xidmət – Ləyaqətdir. Ləyaqətdən  böyük qiymət 



yoxdur. 

 

11. Ataya müraciətdə Müdafiə var, İnciklik var, Etiraz var 

– Təqsirlə Döyüşmək, Təqsiri öldürmək yoxdur! 

 

12.  Atanın  Evladlara  sevgisi  –  güzəştsizliyə  bərabərdir; 

Amal güzəşt tanımır. 

 

13.  Ata  Zəhmi  –  Yükün  kəramətindədir,  oynaya-oynaya, 



qaqqıldaşa-qaqqıldaşa  daşımaq  olmur  Yükü,  Yoxuş  şuxluğa 

uyuşmur; bir zamanlar zarafatcıl sayılırdım. 

 


 

106 


14. Amal üçün nə eləmişiksə, nə eləyəcəyiksə, özümüzə elə-

mişik, eləyəcəyik. Amal adlı İşıq düşüb Baxtımıza Zülmətdə. 



 

15. Ata Safruhun qayıtmasını istəyir – ancaq Elmansız! 

Amal  –  Klub  deyil,  Məbəddir.  Məbəddə  mübahisəyə  yer 

Yoxdur! 

Ürəyindəki Mütləq Sənə Yar olsun! 

 

21 Mərhəm günü, Çiçək Ayı, 10-cu il. Bakı. 

 

 

ƏSİLİMƏ 



Məişət buyuruğu 

Ata hərfi mənada, tamam pulsuzdur. 

Gələn Ayın 5-nə qədər Atanı pullaşdırmalısınız. 

Bunun Səfərə ziyanı olsa da, başqa əlac yoxdur. 

Atanın özgələrdən borc alması – Şəri sevindirər! 

İndi nəyin varsa – boğazından kəs – Ataya ver... 

Sonra Safruhla birgə vəziyyəti həll edərsiniz. 

 

 



ƏSİLƏ SƏFƏR ƏMƏLİ 

1.  Özünlə  Müqəddəs  Kitablardan  “Mütləqə  İnam”,  “İnsana 

çatmaq”,  “Ruhani  Cəmiyyət”,  “Müstəqil  Xalq”,  “Ləyaqətli 

Şərq” haqqında Kəlamlar, Şeir Bədiyyatı aparırsan, oxuyursan. 

 

2. Anladırsan ki, Atayurdda Ata var, Amal var, Evladlar var. 



Məram: Müstəqil Xalq, Müstəqil İnam, Kamil İnsan, Ruha-

ni Cəmiyyət, Ləyaqətli Şərq. 



Bugün Həqiqətini göstərirsən, bütün dəhşətiylə, fəlakətiylə, 

həqarətiylə; Sabah xilasını söyləyirsən: Müqəddəsliyi, Bənzər-

sizliyi, Yüksəkliyiylə. 

Ataya qovuşmaq, Amallaşmaq üçün – Ailələşmə zəruriliyini 

qandırırsan. 

 


 

107 


3. “Ailə yaradaq Şəhərimizdə!” – deyirsən.  

“Müqəddəsliyin  Təməlini  qoyaq,  Atalığı  öyrənək, 

Amallaşaq,  camaata  ruhani  Dayaq  olaq,  İntibaha,  İmtinaya 

hazırlaşaq, Şərdən xilas olaq, Xeyirə çataq!” 

 

4.  Ailə  quruluşunun  Mahiyyəti  haqqında  “Əməl”  və  “Mü-



qəddəs Əməl” kəlamlarından oxuyursan, Suallara cavab verir-

sən, düşünməyə-daşınmağa vaxt qoyursan, ikinci dəfə görüşür-

sən, gələcək görüşü müəyyənləşdirirsən. 

 

5. Şəri saymırsan, Şərə sirr vermirsən, Şərin başına Aşkarlıq 



və Demokratiya Oyununu çırpırsan! 

 

6.  Gedişatı  yazırsan,  təhlil  edirsən,  qiymətləndirirsən  və 



Ataya təqdim edirsən! 

 

Ürəyin Qaranlıqları Yarsın! 



 

23 Murad günü, Çiçək Ayı, 10-cu il. Bakı. 

 

 



 

ƏSİLİN SƏFƏR ƏMƏLİ 

Əsilin  Səfər  Əməli  –  Ruhani  Yönü,  Məzmun  və  Üsul 

ciddiyyəti,  Duyğu  Hərarəti,  Təhlükəylə  öcəşmə  Qətiyyəti  – 

Təqdir olunur. 

Yurdumuzun Ailələşmə Aqibətinə Qovuşur Əməl. 

 

Qaranlıqlar Yarılsın! 



 

28 Murad günü, İşıq Ayı, 10-cu il. Bakı. 

 

 

108 


ATAYA MÜQƏDDƏS RİCA 

Təqsirdən Üstün 

Təqsirimi  öldürdüm,  İnamımı,  İdrakımı,  Mənəviyyatımı 

Təqsirdən təmizlədim, Ata Hökmünə pənah gətirirəm. 

Təqsirdən Üstünəm! 

Amaldan qeyri Həyatım yoxdur. 

Təqsirlərdən iraq olacam. 

Təqsirsizlik – Evladlığın mövcudluq qaydasıdır. 

Təqsir – Şər əməlidir. Şər Əməli ölməlidir. 

 

Şölə Ayı, Onuncu il. Bakı. 

 

ONUNCU İL “ATA GÜNÜ” BAYRAMI 

1. Bayram “Yol” kitabı üstə qurulur. 

Kitabın əsas İdeyaları Yazılır və Bayramda səsləndirilir. 

Bayram Kitabla başlayır və qurtarır. 

 

2. Ata haqqında Söz Atanı dərk etmə Yönündə deyilir: 



Atanı dərk etmə səviyyəm. 

Ata və Qədimlik. 

Ata və Müasir Həyat. 

Ataya xidmətim. 

Atanın Mahiyyəti. 

 

3. Bayramda Nişanlanma Mərasimi keçirilir. 



 

4. Bayramın Gedişatını Evladım Safruh yazır, təşkilatçılıq – 

Evladım Əsilə həvalə edilir. 

Yazı Qürub ayının 12-də Ataya təqdim olunur. 

 

5. Bayram iki saat ərzində başa çatır. 



 

Qaranlıqlar yarılsın! 

 

21 Od Ayı, Mərhəm günü, 10-cu il. Bakı. 


 

109 


EVLADIM LAYİQƏ 

Nalayiq Dünyadan layiq Dünya yaranmalıdır.  

Nalayiq Adamdan layiq İnsan yaranmalıdır. 

İnamsızlıq əvəzinə İnam yaranmalıdır. 

İdraksızlıq əvəzinə İdrak yaranmalıdır. 

Mənəviyyatsızlıq əvəzinə Mənəviyyat yaranmalıdır. 

İradəsizlik əvəzinə İradə yaranmalıdır. 

Müstəqil Xalq yaranmalıdır. 

Ruhani Cəmiyyət yaranmalıdır. 

Vətən Ailələşməlidir! 

Həyat – Amallaşmalıdır! 

 

Layiq adını sənə halal eləyirəm! 

Adına layiq ol! 

 

12 Qismət günü, Qürub Ayı, 10-cu il. Bakı. 

 

(Qeyd: Həyatda adı Vələddin idi. Ocaqdan çıxdı). 



 

 

EVLADIM HAQLIYA 

Xeyir haqlıdır – Şər haqsız! 

Amal Haqlıdır – Həyat haqsız! 

Sabah haqlıdır – Bugün haqsız! 

 

Haqlı adını sənə halal eləyirəm. 

Ürəyin Qaranlıqları Yarsın! 

Daxilindəki Mütləq sənə Yar olsun! 

 

20 Murad günü, Qürub Ayı, 10-cu il. Bakı. 

 

(Qeyd: Həyatda adı Möhsün idi. Ocaqdan çıxdı). 



 

 


 

110 


EVLADIM İŞIQLIYA 

Hürmüz İşığı gözlərdə sönüb. 

İşıq verməliyik gözlərə. 

 

Füzuli İşığı ürəklərdə sönüb. 



İşıq verməliyik ürəklərə. 

 

Əsarət Qaranlığına qərq olub Yurdumuz. 



İnamsızlıq Zülməti çöküb Talelərə. 

İnsansızlıq Zülməti bürüyüb həyatı. 

Qara cəmiyyət düşüb adamların Gününə. 

Əhrimən Hürmüzdü üstələyir. 

Sürətlə özgələşirik, Yadlaşırıq. 

Boyunduruğa salınıb Vətən. 

Şərq Şərləşir. 

Qəbahət, Həqarət qanad açıb, Ləyaqət yerdə sürünür. 

Qara Yalan haqlayıb Dünyanı. 

Qara Qorxu dayanıb adamların başı üstə. 

İşıqsızdır Dünya! 

İşıq olmalıyıq. 



İşıqlı adını sənə halal eləyirəm. 

 

24 Murad günü, Ata Ayı, 10-cu il. Bakı. 

 

(Qeyd: Həyatda adı Səxavət idi. Döndü). 



 

 

EVLADIM QƏDİMƏ 

Zərdüşt qədər Qədimik. 

 

Babək qədər Qədimik. 



 

Qorqud qədər Qədimik. 

 

Nəsimi qədər Qədimik. 



 

Füzuli qədər Qədimik. 

 

Muğam qədər Qədimik. 



 

 

111 


Saz qədər Qədimik. 

 

  



Qədimliyi Amalımızda Sabahlaşdırırıq. 

 

Qədim adını sənə halal eləyirəm. 

 

Adına layiq ol! 



Qaranlıqlar Yarılsın! 

 

4 Ata Ayı, İnam günü, 10-cu il. Bakı. 

 

(Qeyd: Həyatda adı Nadir idi. Ocaqdan çıxdı). 



 

MƏSULİYYƏT 

Ataya  Təzə  Evlad  hazırlayan,  Təqdim  edən  Ocaqçı  – 

hadisənin Məsuliyyətini çiyninə götürür. 

 

20 Ümid günü, Ata ayı, 10-cu il. Bakı. 

 

 

“OCAQ TARİXİ” haqqında 



1.  Evladlığa  hazırlananlar  üçün  “Ocaq  tarixi”  yazılır  (kiçik 

həcmdə, maşınka yazısında 50 ədəd). 

 

2. Qar ayının 27-də Kitabın Quruluş Qaydası (Planı) Ataya 



göstərilir. 

Kitabın  ilk  nüsxəsi  Ata  Günündə  (11-ci  il)  Ataya  təqdim 

olunur. 

 

3. Yazanlar: Safruh, Qəlbi, Özümlü. 

 

20 Ümid günü, Ata Ayı, 10-cu il. Bakı. 

 

 


 

112 


MÜQƏDDƏS TƏLİM 

Müqəddəs Kitablardan Mütləqə İnam, Kamil İnsan, Ruhani 

Cəmiyyət,  Müstəqil  Vətən,  Ləyaqətli  Şərq  İdeyaları  seçilir, 

qaydalanır (sistemləşir), oxuculara çatdırılır. 



Tərtibçi: Safruh. (Maşınka yazısında 50 ədəd). 

 

2.  Kitabın  ilk  çeşidi  (variantı)  11-ci  il  Od  Ayının  28-də 



Ataya göstərilir. 

 

3.  Kitabın  ilk  nüsxəsi  11-ci  il  Ata  Günündə  Ataya  təqdim 



edilir. 

 

20 Ümid günü, Ata Ayı, 10-cu il. Bakı. 

 

 

YAS MƏRASİMİ 

Çiçək  Ayının  28-i  Atayurdun  Yas  Günü  sayılsın  və 

Mərasimləşsin. 

 

20 Ümid günü, Ata Ayı, 10-cu il. Bakı. 

 

 



 

MÜTLƏQÇİLİK MÜQƏDDƏSLİYİ 

1. Mütləqçi olduğunu unudurlar Evladlar. 

Özüylə  döyüşdə  güzəşt  görünür,  Ataya  Səcdədə  natamlıq 

var. Müqəddəs Ricalar oxunmur, əməl Amala çatmır. 

Mütləqçilik – Evladlıq ləyaqətidir. 

Mütləqçi səviyyəsi – zəruridir. 

Ona yetməyən Ocağı tərk eləməlidir. 

 

20 Ümid günü, Ata Ayı, 10-cu il. Bakı. 

 

 



 

113 


RUHANİ İNTİZAM 

Ata Evladın əsl “Mən”idir. 

Evladın Atadan kənarda “Mən”i Yoxdur. 

Atayla Vəhdətdən fərqli Müstəqillik yoxdur Ocaqda. 

 

20 Ümid günü, Ata Ayı, 10-cu il. Bakı. 

 

 

AİLƏ YARANIŞI 



Ailə  “Əməl”  və  “Müqəddəs  Əməl”  Hökmlərinin  ruhani  və 

hərfi  mənasında  tam  riayət  əsasında  Yarananda  həqiqi  sayılır; 

tarixi həmin vaxtdan Başlanır və Mərasimləşir. 

 

20 Ümid günü, Ata Ayı, 10-cu il. Bakı. 

 

 

MÜTLƏQ İNTİZAM 



1. Mütləqiliyin ən cüzi dərəcədə belə pozulması günahdır. 

Günah Ata tərəfindən cəzalandırılır. 

 

2.  Cəzalar:  1.  Danlaq,  2.  Müəyyən  vaxt  ərzində  Ocaqdan 



çıxarılmaq, 3. Həmişəlik Ocaqdan çıxarılmaq. 

 

Ata Sözü Mütləqdir! 



Ata Hökmü Mütləqdir! 

Amal Qanunları Mütləqdir! 

 

20 Ümid günü, Ata Ayı, 10-cu il. Bakı. 

 

EVLADIM ÜSTÜNƏ 

Amal Həyatdan üstündür. 

İnam Zamandan üstündür. 

Mənəviyyat Zordan üstündür. 

İradə Zülmdən üstündür. 



 

114 


Dünyanı məhvərindən çıxartdılar. 

İnsanı insanlıqdan ayırdılar. 

Yalanı dünyaya yaydılar. 

 

İnamlaşmaq məqamıdır. 



İnsanlaşmaq məqamıdır. 

Vətənləşmək məqamıdır. 

 

İnqilab yaramadı – İntibah gərəkdir. 



Səhrada bağ salmalıyıq. 

Tarixdən üstün olmalıyıq. 

Dünyadan üstün olmalıyıq. 

Üstünlük – taleyimizdir – təhlükəli, fərəhli. 

 

Üstün adını sənə halal eləyirəm. 

Adına layiq ol. 

Ürəyin Qaranlıqları Yarsın! 

Daxilindəki Mütləq sənə Yar olsun! 

 

20 Ümid günü, Ata Ayı, 10-cu il. Bakı. 

 

(Qeyd: Həyatda adı Yaqut idi. Döndü). 



 

 

“MƏBƏD” KİTABÇASI (jurnalı) 



HAQQINDA 

1.  11-ci  ilin  “Ata  Günü”ndən  –  Ocağın  “Məbəd”  kitabçası 

(jurnalı) çıxmağa başlayır (Maşınka yazısıyla 100 ədəd, pullu). 

Məqsəd – Atalığı təbliğ eləmək, xalqı İmtinaya hazırlamaq, 

çağırmaq – müqəddəs məzmun, ülvi biçim əsasında. 

 

2. Kitabçanı hazırlayanlar – Safruh, Qəlbi, Özümlü. 



 

3. Kitabçanın çapını təmin edən – Əsil. 



 

115 


4. Kitabçanı yayanlar – Sadiq, Halal, Bütöv, Layiq, Haqlı, 

Qədim, Üstün, İşıqlı. 

 

5. Qar ayına qədər Evladlar “Məbəd”ə aid öz mülahizələrini 



Safruh vasitəsiylə Ataya çatdırırlar... 

Kitabçanın  ilk  nüsxəsi  on  birinci  il  “Ata  Günü”ndə  Ataya 

təqdim edilir. 

20 Ümid günü, Ata Ayı, 10-cu il. Bakı. 

 

EVLADIM YETKİNƏ 

Mütləqi dərk etdiyimiz dərəcədə Yetkinik. 

Amalı dərk etdiyimiz dərəcədə Yetkinik. 

Sabahı dərk etdiyimiz dərəcədə Yetkinik. 

Dünya Uçuruma düşüb. 

İnsan Çirkaba qərq olub. 

Vətən dara çəkilir. 

Şərq ayağa salınıb. 

Ehkamı rədd etdiyimiz dərəcədə Yetkinik. 

Quruluşu rədd etdiyimiz dərəcədə Yetkinik. 

Təşkilatı rədd etdiyimiz dərəcədə Yetkinik. 

Təzə İnam Yetirməliyik. 

Təzə İdrak Yetirməliyik. 

Ruhani Cəmiyyət Yetirməliyik. 

Müstəqil Vətən Yetirməliyik. 

Əsil İnsan Yetirməliyik. 

Ləyaqətli Şərq Yetirməliyik. 

Yetkin adını sənə halal eləyirəm. 

Adına layiq ol! 

Ürəyin Qaranlıqları Yarsın! 

Daxilindəki Mütləq sənə Yar olsun! 

 

22 Mərhəm günü, Ata Ayı, 10-cu il. Bakı. 

 

(Qeyd: Həyatda adı Sevinc idi. Döndü). 



 

116 


10-cu il, “ATA GÜNÜ” haqda 

1. Bayram Evladların Amallaşma inkişafını təsdiq etdi. 

 

2. Safruhun, Qəlbinin təlimçiliyi, Əsilin təşkilatçılığı Təqdir 



olunur. 

 

3.  Naqisliklər:  Vaxt  Qanununun  pozulması,  Ssenariyə  tam 



riayət olunmaması, Bütövün iştiraksızlığı. 

 

Qaranlıqlar Yarılır! 



 

26 Arzu günü, Ata Ayı, 10-cu il. Bakı. 

 

 



Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin