“Ölməmişdən ölən könlüm”



Yüklə 0,79 Mb.
səhifə4/4
tarix02.01.2022
ölçüsü0,79 Mb.
#1657
1   2   3   4
ÖLSƏM DƏ, QALSAM DA, SƏNİ SEVƏCƏM!
Eşqinlə düşsəm də Yar, dağa-daşa,

Sirrini vermədim dosta, yoldaşa,

Yalqız dərtlərimlə qaldım baş-başa,

Yox səbrim, qərarım, yox gündüz, gecəm,

Ölsəm də, qalsam da səni sevəcəm!
Aşiq məşuqundan heç ayrılarmı?

Sərməst aşiqlərə tövbə olarmı?

Ya Rəbb, dəli könlüm yarsız qalarmı?

Əhdə vəfalıyam, Dosta sadiqəm,

Ölsəm də, qalsam da səni sevəcəm!
Hər an camalını saldıqca yada,

Puç olur gözümdə iki dünya da,

Dostun İbrahimlə atılsam oda,

Od olar gülüstan eşqinlə nə qəm,

Ölsəm də, qalsam da səni sevəcəm!
Ənəlhəqq sirrini söylədi Həllac,

Könüldə qurmuşam Yarıma taxt-tac,

Yox, iki dünyada dərdimə əlac,

Məst olub qalmşam meyxanədə dəm,

Ölsəm də, qalsam da səni sevəcəm!
Qurbanın olmuşam İsmayıl kimi,

Sənsən varlığımın mütləq hakimi,

Versən aşiqinə min ölüm hökmü,

Canı sevə-sevə qurban verəcəm,

Ölsəm də, qalsam da səni sevəcəm!
Şeytana, İblisə verməmişəm bac,

Məcnuna nə lazım Məkkə, Kəbə, Hac,

Leyli camalına olmuşam möhtac,

Sən oldun əbədi könlümə həmdəm,

Ölsəm də, qalsam da səni sevəcəm!
Ölüb, dirilmişəm sənin eşqinlə,

Könlümə nəzər et, qəlbimi dinlə,

Var oldu kainat yer, göy hökmünlə,

Ələst məclisində hamı oldu cəm,

Ölsəm də, qalsam da səni sevəcəm!
Söylədin bir kəlmə, yoxluqlara ol,

Ruhuma əmr etdin insan ol, doğul,

Varlığa bəxş etdin Adəmtək oğul,

Eşqimlə yoğrulub Adəmlə, Hatəm,

Ölsəm də, qalsam da səni sevəcəm!
Seyid Nəsimiydim, Nemətəm indi,

Könul fəryad etdi, dil açdı, dindi,

Qədər də, qismət də, Ruh da sənindi,

Haqdan yaranmışam, Haqqa dönəcəm,

Ölsəm də, qalsam da səni sevəcəm!
26. 09. 2010





Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin