“Ölməmişdən ölən könlüm”



Yüklə 0,79 Mb.
səhifə3/4
tarix02.01.2022
ölçüsü0,79 Mb.
#1657
1   2   3   4
27 08 2009

EYLƏ SƏRMƏST OL Kİ, OYANMA, KÖNÜL!


Sevincdən ağlayıb, dərddən gülmüsən,

Qədəri, qisməti Haqdan bilmisən,

Yenə bu dünyaya qonaq gəlmisən,

Fani gözəllərə aldanma, könül!


Laməkan elindən gəlmişik qonaq,

Hər yerdə hər zaman, biz Haqqı anaq,

Ürəkdən odlanıb, günəştək yanaq,

Əfsanə odlara, odlanma, könül!


Ələst məclisində əhd eyləmisən,

Yar ilə birliyə cəhd eyləmisən,

Eşq ilə qəlbimi fət eyləmisən,

Solacaq güllərə sən qonma, könül!


Bu fani dünyada beş gün müsafir,

Ürək əzəl gündən O Yarı sevir,

Eşq olub əzəldən aşiqlərə pir,

Eylə sərməst ol ki, oyanma, könül!


Canı canan üçün sevər aşiqlər,

Yar üçün Məcnuna dönər aşiqlər,

Canını Canana verər aşiqlər,

Can verib Canana dayanma, könül!


Eşit, can içində Cananı dinlə,

Şam kimi əriyib, ney kimi inlə,

Yola davam eylə, yenə mətinlə,

Sən eşq sevdasından usanma, könül!


Aşiq bu dünyaya göz yumsun gərək,

Eşq ilə, ürfanla qoy gülsün ürək,

Könül taxt-tacını biz Yara verək,

Bundan doğru bir yol, heç sanma, könül!


Sevən könül qalmaz, aciz, avara,

Göz yaşlarım deyib, dərdimi Yara,

“Ənəlhəq” söyləyib çəkildik dara,

Sevgisiz, sevdasız dolanma, könül!


Haqdan ayrılmısan Haqqa dönəssən,

Bir gün yaranmısan, bir gün öləssən,

Dünən Nəsimiydin, bu gün Nemətsən,

Başqa nə desələr, inanma, könül!


29 08 2009

MƏN EŞQ DƏLİSİYƏM SEVMƏSƏM ÖLLƏM!


Azadlıq eşqiylə dərsimi aldım,

El dərdinə dərman bilməsəm ölləm!

Arazdan o taya mən həsrət qaldım,

Savalanda çiçək dərməsəm ölləm!


Sıldırımlar aşdı, könül səməndim,

Dəfələrlə öldüm, ölümdən döndüm,

Hünər meydanında divləri yendim,

Yusiftək, Misirə dönməsəm ölləm!


Kimsəyə ömrümdə boyun əymədim,

Namərdin qapısın əsla döymədim,

Əjdahalar yendim, qəlbə dəymədim,

Bunların dərsini verməsəm ölləm!


Ölsəm də dönmərəm türk oğlu türkəm,

Dəmirdən, çəlikdən, poladdan bərkəm,

Mərdlərə örnəyəm, namərdə görkəm,

Məzlumun göz yaşın silməsəm ölləm!


Qəddar zülmkarla dünya doludu,

Yolum Bozqurdların xilas yoludu,

Qollarım bükülməz, Haqqın qoludu,

Fərhadtək dağları dəlməsəm ölləm!


Zalıma qəniməm, məzluma dayaq,

Azadlıq türküsün hər yana yayaq,

Türkük, Turan üçün gəlin, baş qoyaq,

Elin harayına yetməsəm ölləm!


Yayılsın dünyaya türkün haqq səsi,

Azadlıq aşiqin var, öz nəğməsi,

Sonsuz, tükənməzdi eşqi, həvəsi,

Mən eşq dəlisiyəm sevməsəm ölləm!


İllərlə meydanda məğrur dayandım,

Azadlıq uğrunda qana boyandım,

“Öldü var, döndü yox” müqəddəs andım,

Təbrizdə meydana girməsəm ölləm!


Azadlıq hər şeydi, imandı, dindi,

Meydan ər meydanı, söz millətindi,

Nemət, qalx ayağa, dövran sənindi,

Bütöv Azərbaycan görməsəm ölləm!


21 10 2009

DEDİM ÖLDÜRSÜNLƏR, DEMƏSƏM ÖLLƏM!


Eşqin məktəbində aldım dərsimi,

Aşiqlər dinləsin candan səsimi,

Ustad Mənsur Həllac, mənəm Nəsimi,

Solmaz, Canan üçün dərilən güləm,

Dedim öldürsünlər, deməsəm ölləm!
Əbədi məşəltək yandım, sönmədim,

Dərim soyulsada, Haqdan dönmədim,

Qalxdığım zirvədən heç vaxt enmədim,

Cəlladlar önündə qürurla gülləm,

Dedim öldürsünlər, deməsəm ölləm!
Hamıdan tez qalxdım, çox tez oyandım,

Xalqın xidmətində qultək dayandım,

El üçün yaşadım, el üçün yandım,

Ənəlhəqq söyləyən Qüdsi bülbüləm,

Dedim öldürsünlər, deməsəm ölləm!
Qanımla suvarıb bağlar bitirdim,

Qulları quldardan alıb, ötürdüm,

Xalqa ağır gündə mən əl yetirdim,

Poladdan olsa da dağları dəlləm,

Dedim öldürsünlər, deməsəm ölləm!
Nə qədər qan içən, zalım görmüşəm,

Zülmə, zülmkara sinə gərmişəm,

Çox firounların dərsin vermişəm,

Çırpılıb üzünə, tərsinə şilləm,

Dedim öldürsünlər, deməsəm ölləm!
Darda Xızır kimi yetmişəm dada,

Millətin yolunda düşmüşəm oda,

Qoy keçən günləri el salsın, yada,

Haqqı görən gözəm, danışan diləm,

Dedim öldürsünlər, deməsəm ölləm!
Atın qabağından əti götürdüm,

Hamını tilsimdən açıb, öturdüm,

Qızıl almaları dərib gətirdim,

Kəsdi qardaşlarım ipimi, billəm,

Dedim öldürsünlər, deməsəm ölləm!
Vicdanla yaşamaq, ölmək çətindi,

Şərəfsiz yaşayır çoxları indi,

Fürsət namərdlərin, Haqq Nemətindi,

Tuşlanıb hər zaman hədəfə gülləm,

Dedim öldürsünlər, deməsəm ölləm!

1 09 2009

HALIMI ÖLMƏDƏN ÖLƏNLƏR BİLƏR
Nahaq neşdər vurub yaramı dəlmə,

Aşiqlər kor olar, anadan gəlmə,

Dəli-divanəyəm, halıma gülmə,

Gözüm Yardan başqa kimsəni görməz,

Sevən sərməst olar özünü bilməz!
Məcnun könül bir an leylasız olmaz,

Ölər bir kimsəni yaxına qoymaz,

Yarın camalına baxsa da doymaz,

Daim yar qoynunda vüsala dalar,

Xalqla görünsə də Haqq ilə oalar!
Hər zaman Allahdan eşq dərdi dilər,

Bir üzü ağlayar, bir üzü gülər,

Yar üçün yaşıyar, Yar üçün ölər,

Naməhrəm anlamaz, sevməyən bilməz,

Haqq üçün ölənlər heç zaman ölməz!
İki dünyanı da birdən boşuyar,

Yar yarın qəlbində daim yaşayar,

Allah özü olsun ərənlərə yar,

Qəlbimiz, ruhumuz eşq ilə dolsun,

Xoşbəxt o kəsdi ki, ölmədən ölsün!
Eşqə düşən gündən Nemət kor oldu,

Ney kimi inlədi, gül kimi soldu,

Dəfinsiz, kəfənsiz ölmədən öldü,

Cahillər, nadanlar anlamaz, gülər,

Halımı ölmədən ölənlər bilər!
11 09 2009

KÖNÜL
Namərd, nakişilər, cahil, nadanlar,

Min tənə etsə də, aldırma, könül!

Qoy hürsün, “it hürər, karvanlar keçər”,

Yürü, gecə-gündüz gəl durma, könül!
Aldanma dünyanın şan-şöhrətinə,

Nə qədər işlərin düşsə çətinə,

Baxıb zalımların var-dövlətinə,

Coşub, qəzəblənib, çıldırma, könül!


Eşqə əsir düşdüm, haqqa qul oldum,

Kərəm kimi yandım, yandım, kül oldum,

Qışda qar-çovqunda açdım, gül oldum,

Amandı, gülümü soldurma, könül!


Olmuşam əzəldən haqqın vəlisi,

Həm sevda yolçusu, həm eşq dəlisi,

Mənəm milyonların son təsəllisi,

Çaşıb başqa hava çaldırma, könül!


Haqqı gördüm, haqqı sevdim, haq dedim,

Eşqə düşdüm dərd üyütdüm, qəm yedim,

Haqqın dərgahından mən hara gedim,

Düşməni üstümə güldürmə, könül!


Qoy tənə eyləsin namərd, nakişi,

Keçər dövran, dönər çarxın gərdişi,

Nələr çəkməyibdir mərdlərin başı,

Bir daha namərdi qaldırma, könül!


Basdığı namərdi kəsmədi mərdlər,

Arxadan vurarlar mərdi namərdlər,

Ələst məclisində bağladım əhdlər,

Bizi dağa-daşa saldırma, könül!


Boş ver, can cananla xəlvətə qaçsın,

Qeyibdən könlümə işıq, nur saçsın,

Ruhum pərvazlanıb qol-qanad açsın,

Qızılquş qanadın yoldurma, könül!


Uçurub əlindən qızıl quşunu,

Axıtma, gözündən qanlı yaşını,

Qoyar yar yolunda yar öz başını,

Dərdlə can evimi doldurma, könül!


Yarama duz basdım yaram göynəsin,

Yatmasın, dərdimi Yara söyləsin,

Sındırıb qəfəsi merac eyləsin,

Yarı yara həsrət öldürmə, könül!


Nemət, azadlığın haqqa qul olmaq,

Yarın camalını hey, seyrə dalmaq,

Əhdim var, yanında əbədi qalmaq,

Gəl başqa xəyala daldırma, könül! 28. 12. 2007. 15. 01. 2008.

AZƏRBAYCAN!
Koroğlular məskənisən,

Azərbaycan, doğma vətən,

İnancınla Haqqa güvən,

Belə getməz çərxi-dövran,

Azərbaycan, Azərbaycan!
Şah Xətayim, Səttarxanım,

Vətənə qurbandı canım,

Tökülüb çox nahaq qanım,

Alpərənlər gedib qurban,

Azərbaycan, Azərbaycan!
Öldü var, döndü yox, andım,

Məlikməmməd kimi yandım,

Hər zülmə dözdüm, dayandım,

Örnəkdi Babək, Cavad xan,

Azərbaycan, Azərbaycan!
Çalınsın Cəngimiz sazda,

Gələcək bahar da, yaz da,

Üzək Xəzərdə, Arazda,

Kükrəyir qəlbimdə vulkan,

Azərbaycan, Azərbaycan!
Vətən, millət qalıb darda,

Hamımız dönüb Bozqurda,

Sahib çıxaq ata yurda,

Qopsa da qiyamət, tufan,

Azərbaycan, Azərbaycan!
Yetər, dözdük, canım, gözüm!

Qalxsın, ayağa Təbrizim!

Dərbənd, Kərkük, Tehran bizim!

Qoy eşitsin, cümlə cahan,

Azərbaycan, Azərbaycan!
Yasaq türk adım, türk dilim,

Daşnaq, faşist farsa ölüm,

Qurtulsun vətənim, elim,

Dünya olsun bizə meydan,

Azərbaycan, Azərbaycan!
Al bayrağın ay, ulduzdu,

Qorxma ki, düşmən quduzdu,

Türklərə hamı uduzdu,

Diz çöksün qarşında İran,

Azərbaycan, Azərbaycan!
Güney, quzey birləşək biz,

Vətəndir hər şeydən əziz,

Başkəndimiz olsun Təbriz,

Şöhrətin dillərdə dastan,

Azərbaycan, Azərbaycan!

Azadlıq yolu çox çətin,

Bu savaş bütün millətin,

Qurulsun milli dövlətin,

Ellər olsun sənə heyran,

Azərbaycan, Azərbaycan!


Çağırır vətən Neməti,

Tutub dünyanı şöhrəti,

Fərman verdi qərar qəti,

Qalibdir İrana Turan!



Azərbaycan, Azərbaycan!
15. 01. 2010


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin